A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə87/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   83   84   85   86   87   88   89   90   ...   104

görə  ədalətli  sayılan  şeydən  üstündür,  amma  biz  mülki  ədaləti 
araşdırırıq,  o  isə əzəldən  deyil,  qanuna  görə  mövcuddur.
Elə  görünə  bilər  ki,  ədalətsizliklə  (adikon)  ədalətsiz  iş 
(adikema)  -   eyni  bir  şeydir,  lakin  bu  belə  deyil.  Ədalətsizlik 
qanunla  müəyyənləşdirilib;  məsələn,  saxlamaq  üçün  aldığın 
şeyi  geri  qaytarmamaq  ədalətsizlikdir.  Ədalətsiz  iş  -   artıq  lap 
ədalətsiz  hərəkətdir.  Eyni  surətdə  ədalətlilik  (dikaion)  ədalətli 
işlə  (dikaiopragema)  eyniyyət təşkil  etmir:  ədalətlilik -  qanunla 
müəyyənləşdirilib,  ədalətli  iş  isə  -   ədalətli  hərəkətlərin  həyata 
keçirilməsidir.
Ədalətlilik  haçan  öz  yerini  tapır,  haçan  isə  yox?  Ümu- 
miyyətlə  desək,  müstəqil  seçim  etdikdə  könüllü  surətdə  (könül- 
lülüyün  nə  olması  haqqında  biz  yuxarıda  danışmışıq)  və  başa 
düşərək  ki,  kiməsə  qarşı,  hansı  tərzdə  və  nəyə  görə  o,  bunu 
edir,  bu  halda ədalət  baş verir.  Bunun  kimi  ədalətsiz adam  da  -  
o  adamdır  ki,  o,  kiməsə  qarşı,  nə  tərzdə  və  nəyə  görə  hərəkət 
etdiyini  başa  düşə-düşə -   bu  hərəkəti  edir.  Əgər kimsə  bu  şey- 
lərdən  heç  birini  bilmədən  ədalətsiz  hərəkət  edibsə,  onda  o, 
ədaləti  pozan  adam  yox,  bəxtsiz  adamdır.  Məsələn,  əgər  düş- 
mənini  öldürmək  fikrilə  adam  atasını  öldürürsə,  o,  ədalətsiz 
hərəkət  edəcək,  amma  bu  halda  o,  ədaləti  pozan  adam  yox, 
bəxtsiz  adam  olacaq.  Ədalətsizlik  edən  əgər  bilmədən  hərəkət 
edirsə,  ədaləti  pozan  adam  olmur,  bir halda  ki,  biz indicə bu  ba- 
rədə  danışıb,  dedik ki,  o,  kimə,  nə ilə və  nəyə görə zərər yetirdi- 
yini  bilmədən  hərəkət  edir,  biz  indi  bilməməzliyə  aydınlıq  gətirib, 
insanın  hansı  halda,  hətta  birinə  zərər  yetirdikdə  belə  ədalətsiz 
olmadığını  [göstərməliyik].  Qoy  tərif  belə  səslənsin:  haçan 
bilməməzlik ~  hər  hansı  bir hərəkətin  səbəbidirsə  və  insan  onu 
öz  xoşu  ilə  etmirsə,  o,  ədaləti  pozan  adam  deyil;  haçan  ki,  in- 
san  özü  öz  bilməməzliyinə  bais  olur,  nəyi  isə  bilmədən  edir,  o, 
özünü  ədalətsiz aparır və  haqlı  olaraq  ədalətsiz  adlanır.  Əyyaşı
350
götürək.  Sərxoş  halda  pis  iş  görənlər  -   ədaləti  pozanlardır, 
çünki  bilməməzliklərinin  baisi  onlar  özləridir.  Axı  onlar  o  qədər 
içə  bilərdilər  ki,  atalarını  döydüklərini  dərk  etsinlər.  Bunun  kimi 
digər  hallarda  da  ədaləti  pozanlar  o  adamlar  olur  ki,  onlar  bil- 
məməzlikdən  haqsız  hərəkət  edir,  buna  bais  də  -   onlar  özlə- 
ridir.  Əgər  ki,  onlar  özləri  bunda  günahkardırsa  və  etdiklərinin 
səbəbi  -   bilməməzlikdirsə,  onda  onlar  ədaləti  pozanlar  deyil. 
Bu  cür  bilməməzlik  təbii  bilməməzlik  olur.  Uşaqlar,  məsələn, 
bilmədən  valideynlərini  vururlar,  amma  belə  təbii  bilməməzlik 
məcbur  etmir  ki,  bu  kimi  hərəkətlərə  görə  uşaqları  ədaləti  po- 
zan  adlandıraq,  çünki  burda  hərəkətin  səbəbi  -   bilməməzlikdir, 
lakin  uşaqlar  bunda  günahsızdır,  buna  görə  də  onları  ədalətsiz 
adlandırmırlar.
Bəs  ədalətsizliyə  dözməklə  necə?  Ədalətsizliyə  könüllü 
surətdə  məruz  qalmaq  olarmı?  Yoxsa,  daha  çox,  olmaz?  Doğ- 
rudan  da,  biz  ədalətli  və  ədalətsiz  hərəkətləri  könüllü  surətdə 
edirik,  lakin  başqaları  tərəfindən  olan  ədalətsizliyə  öz  xoşumuz- 
la  məruz  qalmırıq.  Biz  cəzalanmadan  da  qaçırıq,  belə  ki,  görü- 
nür,  biz  öz  xoşumuzla  ədalətsizliyə  məruz  qalmayacayıq.  Heç 
kəs  könüllü  surətdə  zərərə  məruz  qalmır,  ədalətsizliyə  məruz 
qalmaq  isə -  zərərə məruz qalmaq  deməkdir.
Üstəlik,  bizə  deyərlər,  amma  elə  olur  ki,  adamlar  paya 
haqları  ola-ola  bunu  kiməsə  güzəştə  gedirlər,  belə  ki,  əgər  bə- 
rabər  pay,  biz  dediyimiz  kimi,  ədalətii,  az  isə  -   ədalətsiz-dirsə, 
həm  də  aza  malik  olan  buna  könüllü  surətdə  razılıq  verirsə, 
onda  belə  çıxır  ki,  könüllü  olaraq  ədalətsizliyə  məruz  qalır.  La- 
kin  bunun 
yenə  də  beiə  olm am ası  aşağıda
  göstəriləndən  aydın- 
dır.  Özlərinə  az  pay  götürən  adamların  hamısı  bunun  əvəzinə 
hörmət,  tərif,  şöhrət,  dostluq  və  ya  bu  kimi  başqa  şeylər  əldə 
edir,  kim  isə əldən  verdiyinin  əvəzinə  bir şey alırsa,  artıq  ədalət- 
sizliyə  məruz  qalmır;  əgər  ki,  ədalətsizliyə  məruz  qalmırsa,
351


onda  buna  öz  xoşu  ilə  də  məruz  qalmır.  Həm  də:  özünə  pay 
götürənlər,  yəni  bərabər  pay  aimadıqlarından  ədalətsizliyə  mə- 
ruz  qalanlar  bununla  özlərini  yaxşı  nəzərə  çarpdırmağa  çalışır- 
lar  və  öyünüb  deyirlər:  «Mən  bərabər  halda  pay  götürə  bilər- 
dim,  ancaq  bunu  böyüyə,  yaxud  dosta  güzəştə  gedib,  götürmə- 
dim».  Lakin  ədalətsizliyə  məruz  qalan  heç  vaxt  bununla  öyün- 
məyəcək.  Əgər  ədalətsizliyə  məruz  qalana  öyünmək  xas  de- 
yilsə,  bu  halda  isə  adamlar öyünürlər,  onda  ziyana  düşsələr  də 
ədalətsizliyə  məruz  qalmırlar;  əgər  ki,  ədalətsizliyə  məruz  qal- 
mırlarsa,  onda  könüllü  surətdə  də ədalətsizliyə  məruz qalmırlar.
«Hövsələsizlik»  bir  səbəb  olaraq  bu  və  bu  kimi  səbəblərə 
qarşı  durur.  Yəni  hövsələsiz  adam  öz-özünə  pislik  edib,  zərər 
yetirir  və  bunu  könüllü  surətdə  edir;  özünə  bilə-bilə  zərər  yetir- 
məklə, o,  belə çıxır ki,  könüllü  surətdə özü  öz tərəfindən  ədalətsiz- 
liyə  məruz  qalır.  Lakin  burda  da  məlum  hədd  bu  əsasdan  yarar- 
lanmağa  yol  vermir.  Hədd  ona  müncər olur  ki,  heç  kəs  ədalətsiz- 
liyə  məruz  qalmaq  istəmir.  Hövsələsiz  adam  isə  nəfsini  saxlama- 
maqdan  məmnuniyyətlə vaz keçir,  belə ki,  özünə qarşı  ədalətsizlik 
edir.  Deməli,  o,  istəyir  ki,  ona  pis  bir  şey  üz  versin,  lakin  heç 
kəsdə ədalətsizliyə məruz qalmaq  istəyi  olmur.  Belə  ki,  hövsələsiz 
adam da,  həmçinin  könüllü surətdə özünə qarşı ədalətsizlik etmir.
Amma,  çox  güman,  burda  yenə  kimsə  sual  verəcək,  özü- 
nə  qarşı  ədalətsiz  hərəkət etmək  olarmı?  Əgər hövsələsiz  ada- 
mın  nöqteyi-nəzərincə  baxsaq  onda,  görünür,  mümkündür. 
Həm  də  aşağıda  göstərilən  tərzdə  özünə  qarşı  ədalətsizliyi  tə- 
səvvür  etmək  mümkündür.  Əgər  qanunun  müəyyənləşdirdiyi 
işlər ədalətlidirsə,  onda  bunlara  əməl  etməyən  adam  ədalətsiz- 
dir,  həm  də əgər o,  bunları  qanunun  göstərdiyi  şəxsə  qarşı  yeri- 
nə  yetirmək  imkanını  əldən  qaçırıbsa,  onda  bu  şəxsə  həmin 
adam  ədalətsizlik  edir.  Lakin  qanun  [digər  şeylərlə  bir  sırada] 
tədbirli  olmağı,  əmlak  əldə  etməyi,  bədənin  qayğısına  qalmağı
352
və  bu  kimi  şeyləri  buyurur;  belə  çıxır  ki,  kim  özünü  bu  cür apar- 
mırsa,  o  özünə  qarşı  ədalətsizlik  edir,  axı  ədalətsizlik  bu  halda 
heç  bir  başqa  şəxsə  intişar  edilmir.  Amma  [belə  bir  fikirj  çətin 
ki,  düz  olsun  və  insanın  bu  düşüncə  ilə  özünə  qarşı  ədalətsiz 
olması  mümkün  deyil.  Doğrudan  da,  eyni  bir  adamın,  eyni  bir 
vaxtda  həm  çoxa,  həm  də  aza  malik  olması,  könüllü  surətdə, 
həm  də  bunun  əksinə  hərəkət etməsi  mümkün  deyil.  Lakin  əda- 
lətsizlik edən  ədalətsiz olduğuna  görə  çoxa,  ədalətsizliyə  məruz 
qalan  isə,  buna  məruz  qalmağına  baxmayaraq  aza  malikdir. 
Buna  görə,  əgər onun  özü  özünə  qarşı  ədalətsizdirsə,  belə  çıxır 
ki,  eyni  bir  adam  eyni  bir  zamanda  həm  çoxa,  həm  də  aza 
malikdir.  Lakin  bu  mümkün  deyil.  Deməli,  insanın  özünə  qarşı 
ədalətsiz olması  mümkün  deyil.
Həm  də.  Ədalətsizlik  edənlər  könüllü  hərəkət  edir,  ədalət- 
sizliyə  məruz  qalanlar  isə  buna  istəmədən  düçar  olurlar,  belə 
ki,  əgər  özünə  qarşı  ədalətsiz  olmaq  mümkündürsə,  onda  nəyi 
isə,  həm  könüllü  surətdə,  həm  də  istəmədən  etmək  mümkün 
olacaq.  Lakin  bu  mümkün  deyil.  Deməli,  bu  fikir də  özünə  qarşı 
ədalətsizliyin  mümkünlüyünü  istisna  edir.
Həm  də:  ədalətsiz  hərəkətlərin  hər birini  ayrılıqda  götürək. 
Adam lar  girovu  vermədikdə,  əxlaqsızlıq  etdikdə,  oğurluq  etdik- 
də,  yaxud  başqa  bir  haqsız  iş  gördükdə  ədalətsiz  olurlar.  Lakin 
heç  kəs  heç  vaxt  öz  girovundan  özünü  məhrum  etməmiş,  öz 
arvadı  ilə  əxlaqsızlıq  etməmiş  və  özü  özündən  oğurlamamışdır. 
Buna  görə  əgər  əxlaqsız  hərəkətlər  bundan  ibarətdirsə,  onda 
özünə  qarşı  ədalətsiz  olmaq  mümkün  deyil.  Əgər  hər  halda 
burda  ədalətsizlik  mümkündürsə,  bu  mülki  yox,  «ev  məişətinə 
aid  olan  ədalətsizlikdir»  (oikonomikon  adikema).  Axı  bir  çox 
hissələrə  ayrılan  qəlb  yaxşı  və  pis  hissələrə  malikdir,  belə  ki, 
əgər qəlbdə hər hansı  bir ədalətsizlik  meydana  çıxırsa,  onda  bu 
qəlbin  hissələrinin  bir-birinə  qarşı  ədalətsizliyidir.  Bu  «ev məişə-
353


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə