A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə83/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   79   80   81   82   83   84   85   86   ...   104

yənləşdirmək  bizdən  asılı  olur.  Səbəb  bir  mənada  başa  düşül- 
mür.  Həndəsədə,  dördbucaqlıda  bucaqların  dörd  düz  bucağa 
bərabər  olmasına  səbəb  nədir  sualına  cavab  verirlər:  ona  görə 
ki,  üçbucaqda  bucaqlar da  iki  düz bücağa  bərabərdir.  Belə  hal- 
larda  biz  səbəbi  müəyyən  edilmiş  əsasda  (arhes  horismenes) 
görürük.  Lakin  seçimə  görə  edilən  hərəkət  zamanı  iş  başqa 
cürə  olur (axı  burda  müəyyən  edilmiş  heç  bir əsas yoxdur);  bur- 
da:  nəyə  görə  sən  belə  etdin  sualına  -  cavab  verirlər:  ona  görə 
ki,  başqa  cür  ola  bilməzdi,  yaxud:  ona  görə  ki,  belə  yaxşıdır. 
Şəraiti  nəzərə alaraq  yaxşı  görünəni  və yaxşıdan  ötrü  seçirlər.
Məhz  buna  görə  bu  kimi  hallarda  necə  [hərəkət  etməyin] 
lazım  olduğu  da  müzakirə  edilə  bilər,  elmlərdə  isə  -   yox.  Heç 
kəs  Arxikl  adının  necə  yazılmasını  müzakirə  etmir,  ona  görə  ki, 
Arxikl  adını  necə  yazmaqdan  ötrü  müəyyənləşdirilmiş  qayda 
var.  Burada  səhvə  düşünən  zamanda  deyil,  yazı  yazanda  təsa- 
düf  edilir.  Düşünən  zaman  səhv  ola  bilməyən  yerdə  qərar  da 
qəbul  edilmir.  Necə  [hərəkət  etməyin]  lazım  olması  müəyyən- 
ləşdirilməyən  yerdə  isə səhv  mümkündür.
Əməl  və  hərəkətlərdə  qaydalar  müəyyənləşdirilməmişdir, 
bunlarda  iki  cür  səhv  mümkündür.  Xeyirxahlığa  olan  cəhddəki 
səhvlərlə  əməl  və  hərəkətlərdə  olan  səhvlər  eynidir.  Biz  xeyir- 
xahlığa  cəhd  edərkən,  özümüzün  anadangəlmə  meyllərimizə 
yol  verməklə  səhv  edirik,  həm  də  nəzərə  almaq  lazımdır  ki, 
səhv  əksik  tərəfə  olduğu  kimi,  artıq  tərəfə  də  ola  bilər.  Bizi 
buna,  həm  də  digərinə  həzz  və  əzab  (hedonen  kai  lipen) 
çəkir.  Həzdən  ötrü  biz  nalayiq  şeylər edirik,  əzabdan  qaçmaqla 
isə,  yaxşıdan  yayınırıq.
18. 
Bir  də.  Ağıl  (dianoia)  hissə  bənzəmir.  Deyək  ki,  göz 
yalnız  görməyə  imkan  verir,  qulaq  -   yalnız  eşitməyə;  onların 
köməkliyi  ilə başqa  heç bir şey etmək mümkün  olmur.  Və  biz öz
334
qulağımızla  eşitmək,  yaxud  görmək  lazım  olduğunu  müzakirə 
etmirik  (boyleyometha).  Ağıl  belə  deyil:  o  bir  şeyi  edir,  amma 
bununla  bərabər  digər  şeyi  də  edə  bilir,  buna  görə  onu  mü- 
zakirə etməyin  yeri  var.
Yaxşı  şeylərin  seçimi  zamanı  olan  səhv  də  məqsədə  deyil 
(axı  hamı  bununla  razıdır  ki,  cansağlığı,  məsələn  -   yaxşı  şey- 
dir),  məqsədə  doğru  aparan  şeylərə  aiddir,  məsələn,  səhhət 
üçün  bax  bunu  yemək  yaxşı  olardımı,  yoxsa  yox.  Belə  hallarda 
adamı  daha  çox  həzz və  narazılıq  yanıldır,  halbuki,  biz ikincidən 
qaçır,  birincini  seçirik.
Biz,  səhv  məhz nədədir və  necə  baş verə  bilər məsələsini 
ayırd  etdikdən  sonra,  məziyyətin  nəyə  yönəldiyini  soruşmaq 
qalır;  məqsədəmi,  yoxsa  o  şeyə  ki,  o,  məqsədə  doğru  aparır; 
məsələn,  çox  yaxşıya,  yaxud  o  şeyə  ki,  bununla  çox  yaxşıya 
nail  olunur.  Elmdə  işlər nəcədir?  İnşaat elminin  işi  qarşıya  yaxşı 
məqsəd  qoymaqdan  ibarətdir,  yoxsa  onu  görməkdir  ki,  məq- 
sədə  doğru  aparan  nədir.  [Birincisi];  ancaq  qarşıya  yaxşı  məq- 
səd  qoyulubsa  -   məsələn,  çox  gözəl  ev  tikmək  -   ondan  ötrü 
lazım  olanı  da  başqa  birisi  deyil,  yalnız  inşaatçı  tapıb  düzəldə- 
cək.  Bütün  digər elmlərdə  də işlər bunun  kimidir.
Bu,  görünür  ki,  məziyyətə  də  aiddir.  Onun  vəzifəsi  məq- 
sədə  doğru  aparmaqdan  çox,  məqsədin  düzgün  qoyulmasın- 
dan  ibarətdir;  lakin  ondan  ötrü  hər  şəraiti,  daha  başqa  birisi 
deyil,  [yalnız  xeyirxah  adam]  yaradacaq  və  bütün  lazım  olan 
şeyləri tapacaqdır.
Məntiqlə  düşündükdə  isə,  məziyyətin  işi,  məhz -   məqsəd 
qoymaqdır.  Ən  yüksək  əsasdan  ibarət  olan  hər  hansı  bir  şey 
özü  məqsəd  qoyur  və  bunu  həyata  keçirir.  Lakin  məziyyətdən 
yüksək  heç  nə  yoxdur,  digər  bütün  şeylər  də  ondan  ötrüdür; 
əsas  da  ondadır,  vasitələrin  əksəriyyəti  də  [məqsədlər  kimi
335


ondan]  ötrü  mövcuddur.  Məqsəd  sanki  əsasa  bənzəyir,  hər şey 
isə  ondan  ötrü  mövcuddur.  Amma  belə  də  olmalıdır.  Bir  sözlə, 
məziyyətdə  də,  əgər  o,  ən  yüksək  səbəbdirsə,  işlər  açıq-aşkar 
[elmdə  olduğu  kimidir]:  o,  daha  çox  məqsədə  yönəlib,  nəinki 
məqsədə  doğru  aparan  şeylərə.
19.  Məziyyətin  məqsədi -  çox gözəldir (to kalon),  həm  də o, 
daha  çox  onun  tərkib  hissələrinə  deyil,  özünə  yönəlib.  Doğrudur, 
onların  da  ona  aidiyyatı  var,  lakin  [düşünmək  ki,  guya  təkcə 
onlardır]  düz  deyil.  Bu  hər  halda  rəssamlıqda  yaxşı  ixtiraçı  ola 
bilmək  kimi  bir  şeydir,  amma  ən  yaxşı  [şeylərdən]  nümunə 
götürməyi  öz  qarşısına  məqsəd  qoymasa,  beləsini  çətin  ki,  tərif- 
ləsinlər.  Beləliklə,  məziyyətin  vacib işi -  çox gözəl  məqsədlər qoy- 
maqdır.  Bizə  nəyə  görə  etiraz  edə  bilərlər,  əvvəlcə  biz deyirdik  ki, 
fəaliyyət  yiyələnmədən  yaxşıdır,  indi  isə  məziyyəti  onun  ən  gözəl 
xüsusiyyəti  kimi  izah  edirik,  özü  də  bu  o  şey  deyil  ki,  oradan 
fəaliyyət  meydana  çıxır,  o  şeydir  ki,  orada  fəaiiyyət  yoxdur.  Bəli, 
ancaq  indi  isə  biz  hər  necə  olsa,  təsdiq  edirik  ki,  fəaliyyət 
yiyələnmədən  yaxşıdır.  Doğrudan  da,  dəyərli  adamı  müşahidə 
edərkən  onun  barəsində  onun  işlərinə görə  mühakimə yürüdürlər, 
balbuki  onun  hansı  seçimin  ardınca  getməsini  [başqa  cürə] 
müəyyən  etmək  mümkün  deyil.  Amma  əgər  ki,  adamın  vicdanını 
(gnöme)  və  onun  çox  yaxşıya  doğru  olan  cəhdini  görmək 
mümkün  olsaydı,  onda  onu əməlsiz də xeyirxah hesab edərdilər11.
Madam  ki,  biz  bəzi  hislərin  bəzi  orta  vəziyyətini  saydıq, 
söhbətin  hansı  hislər  (pathon)  haqqında  getdiyindən  danışmaq 
lazımdır.
20.  Əgər  cəsarət  ədəbdən  kənarda  olan  özündənrazılıqla 
və  qorxularla  əlaqələndirilirsə,  onda  baxmaq  lazımdır  görək, 
məhz  hansı  qorxularla  və  hansı  özündənrazılıqla.  Deyək  ki,
336
insan  öz əmlakını  (oysian)  itirməkdən  ehtiyat  edir,  o  qorxaqdır- 
mı?  Bəs  əgər  o  belə  şeylərdən  qorxmursa,  cəsarətlidirmi? 
Yoxsa,  daha  çox,  yox?  Hər  necə  olsa  əgər  kimsə  xəstəlikdən 
qorxursa,  yaxud  əksinə,  ağılsızcasına  özündən  razıdırsa,  iddia 
etmək  olmaz  ki,  qorxacaq  burda  qorxaqdır,  qorxacaq  olmayan 
isə  cəsarətlidir.  Deməli,  cəsarət  belə  qorxaqlıqlardan  və  cürət- 
lərdən  ibarət  deyil.  Ancaq  kimsənin  göy  gurultusundan,  ildırım- 
dan  və  ya  in-san  qüvvəsi  xaricində  olan  qorxulu  bir  şeydən 
qorxmaması  da  deyil.  O,  bu  vaxt  cəsarətli  yox,  bir  sərsəmdir 
(mainomenos).  Beləliklə,  cəsarət  insana  uyğun  olan  qorxu  və 
cürətlə  müəyyən  edilir.  Deyək  ki,  hər  kim  çoxlarının  və  ya  ha- 
mının  qorxduğu  şeylər arasında  cürətlidirsə,  o kəs  cəsarətlidir.
Bu  həddi  qoymaqla,  hansı  adamın  cəsarətli  olmasını 
müzakirə  etmək  olar,  o  mənada  ki,  adamlar  bir  çox  səbəbdən 
cəsarətli  olur.  Adam  var ki,  topladığı təcrübə  sayəsində  cəsarət- 
lidir,  məsələn,  döyüşçülər  kimi:  onlar  bilir  ki,  filan  yerdə,  yaxud 
filan  vaxtda,  ya  da filan  cür davrandıqda  heç bir şey baş  vermə- 
yəcək.  Bunu  bilən  və  buna  görə  düşmənə  davam  gətirən  cəsa- 
rətli  deyil,  axı  bunu  bilməsəydi,  düşmənə  davam  gətirə  bil- 
məzdi.  Buna  görə  topladığı  təcrübə  sayəsində  də  cəsarətli 
olanları  cəsarətli  adlandırmaq  düzgün  deyil.  Əlbəttə  ki,  Sokrat 
cəsarəti  bilik  adlandırmaqda  haqlı  deyildi12:  vərdişdən  təcrübə 
qazandıqda  bilik  dərs  olur,  təcrübəsi  sayəsində  [təzyiqə]  davam 
gətirənləri  isə  biz  cəsarətli  adlandırmırıq,  heç  kim  də  adlandır- 
maz.  Deməli,  cəsarət  dərs  deyil.  Lakin  təcrübəsizlik  üzündən 
özlərini  cəsarətli  aparan  adamlar var:  kim  öz təcrübəsindən  bil- 
mirsə  ki,  iş  nə  ilə  qurtaracaq,  o,  bu  səbəbə,  yəni  təcrübəsiz 
olduğuna  görə  qorxu  hiss  etmir.  Digərləri  özlərinin  ehtiraslarına 
(pathe)  görə  cəsarətli  görünür,  məsələn,  sevgililər  (eröntes), 
yaxud  ruhlanmış  (enthoysiadzontes)  adamlar.  Lakin  onları  da 
cəsarətli  adlandırmaq  olmaz;  axı  bunlardan  məhrum  edilsələr,
337


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə