A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə79/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   75   76   77   78   79   80   81   82   ...   104

yarımçıqdan  daha  yaxşıdır.  Mükəmməl  odur  ki,  o  olduqda  artıq 
bizim  heç  nədən  ehtiyacımız olmur,  yarımçıq  -  odur ki,  o olduq- 
da  ehtiyac  içində  bulunmağımız  davam  edir.  Məsələn,  biz  əda- 
lətli  olsaq  da  hələ  çox şeydən  ehtiyacımız olur,  xoşbəxt olduqda 
isə,  daha  heç  nədən  ehtiyacımız  olmur.  Mükəmməl  məqsəd  isə 
bizim  axtardığımız  ən  zəruri  şeydir.  Beləliklə,  mükəmməl  məq- 
səd yaxşı  şeydirvə  bütün  digəryaxşı  şeylərin  məqsədidir.
Bundan  sonra  ən  zəruri  şeyi,  onu  digər  yaxşı  şeylərə  aid 
etməklə,  necə  araşdırmaq  lazımdır?  Lakin  bu  mənasızdır.  Ən 
zəruri  şey  mükəmməl  məqsəddir,  mükəmməl  məqsəd  isə  özlü- 
yündə  görünür ki,  xoşbəxtlikdən  başqa  bir şey  deyil.  Lakin  xoş- 
bəxtlik  yaxşı  şeyin  bir  çox  növlərindən  ibarətdir.  Ən  zəruri  şeyi 
müzakirə  etdikdə,  sən  onu  da  [yaxşı  şeyin  növlərinə]  aid  edə- 
cəksən,  madam  ki,  o -   ən  böyükdür,  onda  öz-özündən  də  yük- 
səkdə  duracaq.  Sağlamlığı  bəxş  edən  vasitəni,  bunun  yanında 
da  sağlamlığın  özünü  götür  və  bax,  burda  ən  yüksəkdə  duran 
nədir:  ən  yüksəkdəki  sağlamlıqdır,  əgər  ki,  o  hər  şeydən  yük- 
səkdədirsə,  onda  o,  özü-özündən  də  yüksəkdədir!  Mənasız şey 
alınır.  Ən zəruri  şeyə,  əlbəttə,  bu  cür baxmaq  olmaz.
Bəs onda  necə?  Bəlkə  ayrıca  mövcud  olan  şey kimi? Yox- 
sa  bu  da  cəfəngiyyatdır?  Axı  xoşbəxtlik  yaxşı  şeylərdən  ibarət 
bir şeydir və  onlardan  daha  yaxşı  olan  ayrı-ayrı  yaxşı  şeylərdən 
ibarət  şeyi  müzakirə  etmək  mənasızdır.  Xoşbəxtlik  onlardan 
ayrılmış halda  mövcud  olan  şey deyil,  lakin  onlarla  uyğunlaşır.
Bəlkə,  ən  zəruri  şeyi  araşdıran  zaman  bir  müqayisəyə  əl 
atmaq  düzgün  olardı?  Məsələn,  ayrı-ayrı  yaxşı  şeylərdən  ibarət 
xoşbəxtliyi,  xoşbəxtliyin  tərkibinə  daxil  olmayan  yaxşı  şeylə 
müqayisə  etdikdə  biz  ən  zəruri  şeyi  düzgün  araşdıra  bilərikmi? 
Lakin  bizim  indi  axtardığımız  ən  zəruri  şey  adi  bir  şeylə  eynilik 
təşkil  etmir.  Əgər ağıllılığı  (phronesis)  bütün  şeylərlə ayrı-ayrılıq- 
da  müqayisə  etsəydik,  bəlkə  də,  demək  olardı  ki,  o  -   ən  zəruri
318
şeydir.  Amma  ən  zəruri  şeyi  axtarıb  tapmaq  bu  cür çətin  ki,  baş 
tutsun.  Axı  burda  biz  mükəmməl  olan  yaxşı  şeyi  arayırıq.  Ağıllılıq 
isə  özlüyündə  hələ  mükəmməl  deyil.  Deməli,  o  bizim  araş- 
dırdığımız həmin  o və həmin  o mənada olan  ən zəruri  şey deyil.
3. 
Bununla  yanaşı  yaxşı  şeylərin  başqa  bir bölgüsü  də var. 
Yaxşı  şey  qəlbdə  ola  bilər -   məziyyətlər  belələrindəndir,  yaxud 
bədəndə -  sağlamlıq,  gözəllik  belələrindəndir,  və  ya  bundan  və 
digərindən  kənarda  -   var-dövlət,  səlahiyyət,  hörmət  və  bu  kimi 
şeylər belələrindəndir.  Ən  zəruri  şey -  qəlbdə olan  yaxşı  şeydir. 
Qəlbdə  olan  yaxşı  şeyin  üç  tərkib  hissəsi  var:  ağıllılıq,  məziyyət 
və həzz.
Biz  burda  bir  şeyə  yaxınlaşırıq,  hamımız  bunu  da  qəbul 
edirik  ki,  görünür,  həm  bütün  yaxşı  şeylərin,  həm  də  ən  zəruri 
şeyin  məqsədi  var;  mən  xoşbəxtliyi  nəzərdə  tuturam.  Biz  de- 
yirik,  xoşbəxtlik-firavanlığın  (ey  prattein)  və  yaxşı  həyatın  (ey 
dzen)  özüdür  ki,  var.  Belə  ki,  hər  məqsəd  ancaq  iki  mənalıdır: 
bəzi  şeylərdə  məqsəd fəaliyyət və faydalanmadır (chresis),  ne- 
cə  ki,  görünmə  -   görmənin  məqsədidir,  həm  də  nəzərə  almaq 
lazımdır  ki,  faydalanma  adicə  yiyələnmədən  əhəmiyyətlidir,  axı 
məqsəd -  məhz faydalanmadadır,  ona  görə  ki,  gözlərini  yumulu 
saxlayıb,  baxmamağı  qət  edən  adam  gözə  malik  olmaq  istə- 
məzdi.  Bunu  eşitmə  və  bu  kimi  şeylər  haqqında  da  demək olar. 
Beləliklə,  faydalanma  və  yiyələnmə  olan  zaman,  faydalanma 
yiyələnmədən  həmişə  daha  yaxşıdır  və  üstün  tutulmağa  layiq- 
dir:  faydalanma  və  fəaliyyət  -   məqsəddir,  yiyələnmə  isə  fayda- 
lanmaya  görə  mövcuddur.
İndi,  əgər  biz  bütün  elmlərə  nəzər  yetirsək,  onda  görərik 
ki,  [özlüyündə]  ev  tikən  xüsusi  bir  elm,  həm  də  yaxşı  ev  tikən 
[başqa]  bir elm  yoxdur,  ancaq  bir  elm  var -   memarlıq.  Həm  də 
nəzərə  almaq  lazımdır  ki,  memar  hansı  işi  yaxşı  görürsə,  onun
319


məziyyəti  (arete)  bu  işi  görmək  iqtidarındadır.  Yerdə  qalanlarla 
da  iş  belədir.
4. 
Bundan  sonra  ona  diqqət  yetirək  ki,  biz  başqa  şeylə 
deyil,  ancaq  qəlblə  yaşayırıq.  Lakin  məziyyət  də  qəlbdədir:  eyni 
şey  haqqında  da  biz  deyirik  ki,  bu  qəlbin  fəailiyyətidir,  bu  onun 
məziyyətlərinin  fəaliyyətidir.  Hər  məziyyət,  biz  dediyimiz  kimi, 
özünü  nədə  göstərirsə,  onu  da  yaxşı  edir.  Qəlb,  əlbəttə,  bir-çox 
işlərdə  də  bulunur,  amma  hər  şeydən  öncə  o  elə  şeydir  ki,  biz 
onun  sayəsində  yaşayırıq;  deməli,  qəlbin  məziyyətləri  sayəsin- 
də  biz  yaxşı  yaşaya  bilərik.  Başqa  şeyləri  deyil,  yaxşı  yaşayışı 
və  firavanlığı  biz  xoşbəxt  həyat  adlandırırıq.  Beləliklə,  xoşbəxt 
həyat  və  səadət  yaxşı  yaşamaqdan  ibarətdir,  yaxşı  yaşamaq 
isə  -   deməli,  xeyirxahlıq  edə-edə  yaşamaqdır.  Məqsəd,  xoş- 
bəxtlik  və  ən  zəruri  şey  bundadır.  Həm  də  xoşbəxtlik  hansısa 
bir  faydalanmadan  ibarət  olmalıdır,  yəni  fəaliyyətdən;  axı  biz 
dediyimiz  kimi,  həm  yiyələnmə,  həm  də  faydalanma  olduqda, 
məqsəd  məhz  faydalanma  olur,  yəni  fəaliyyət.  Məziyyətə  qəlb 
malikdir,  lakin  axırıncı  üçün  həmçinin  fəaliyyət  də,  xeyirxahlığa 
uyğunlaşmaq  da  mümkündür  və  deməli,  onun  məqsədi  -   bu 
fəaliyyətdə  və faydalanmadadır,  xoşbəxtlik  isə  ondadır ki,  xeyir- 
xahlıqla  əlbir  olub  yaşayasan.  Beləliklə,  bir  halda  ki,  ən  zəruri 
şey -  xoşbəxtlikdir,  bu  isə  məqsəddir,  mükəmməl  məqsəd  isə -  
fəaliyyətdədir,  onda  xeyirxahlıq  edə-edə  yaşamaqla,  biz  xoş- 
bəxtliyə qovuşa və ən  zəruri  şeyə  malik ola  bilərik.
Bunu  da  nəzərdən  qaçırmaq  olmaz,  madam  ki,  xoşbəxtlik 
mükəmməl  olan  yaxşı  şeydir və  mükəmməl  məqsəddir,  o,  nöq- 
sansız uşağa  deyil,  kamil  yaşa  çatmış yekə  kişiyə  nəsib olacaq. 
Həm  də  kiçik  möhlət  ərzində  deyil,  tam  möhlətdə.  Tam  möhlət 
isə -   insan  ömrünün  müddətidir.  Doğru  deyirlər ki,  insanı  ömrü- 
nün  axırında  xoşbəxt  hesab  etmək  lazımdır -  o  mənada  ki,  tam
320
xoşbəxtlik üçün  həm  ömrün  tamamlanmasına,  həm  də  kamil  in- 
sana  hacət var.  Xoşbəxtlik  nədir -  fəaliyyət,  bunu  aşağıda  gös- 
tərilənlərdən  görmək  olar:  biz  insanı  yuxuda  olan  zaman  xoş- 
bəxt  adlandırmaqla  razılaşmırıq  -   deyək  ki,  kimsə  bütün  ömrü- 
nü  yuxuda  keçirir  -   məhz  ona  görə  ki,  bu  halda  yaşayır,  lakin 
xeyirxahlığa görə yaşamır,  yəni fəaliyyət göstərmir.
Daha sonra  deyiləcək şeylərin,  ilk baxışdan şərh  edilənlərlə 
bağlılığı  yoxdur,  lakin  buna  tamamilə  yabançı  da  deyil.  Görünür, 
qəlbin  elə bir hissəsi  var ki,  biz bunun  köməkliyi  ilə qidalanırıq  və 
bunu  qidalanan  adlandırırıq.  Daşlar,  biz  görürük,  qidalana  bilmir, 
belə  ki,  qidalanma  qabiliyyəti  açıq-aydın  canlı  məxluqlara  xasdır, 
əgər bu  canlı  məxluqların  xüsusiyyətidirsə,  onda  bunun  səbəbi  -  
qəlbdir.  Bununla  bərabər  isə  qidalanma  qabiliyyəti  qəlbin  nə 
şüurlu,  nə  qəzəbli,  nə  də  ehtiraslı  hissəsində  ola  bilməz,  bu  baş- 
qa  hissədir,  hansı  ki,  biz onu  doydurucu  (threptikon)  adlandırırıq. 
Belədə soruşa  bilərlər:  qəlbin  bu  hissəsinə də  məziyyət xasdırmı? 
Ə gər xasdırsa,  onda  aydındır ki,  qəlb  onun  vasitəsilə  də  fəaliyyət 
göstərməlidir;  axı  məziyyətin  başa  çatdırdığı  fəaliyyət  -   xoş- 
bəxtlikdir.  Qəlbin  bu  hissəsində  məziyyət  varmı,  yoxsa  yox  -  
ayrıca  məsələdir.  Mətləb  ondadır  ki,  əgər  o  mövcuddursa,  ona 
fəaliyyət xas deyil.  Harda  ki, təşəbbüs yoxdur,  orada axı fəaliyyət 
də  olmayacaq,  bu  hissədə  isə  görünür  ki,  təşəbbüs  yoxdur,  o, 
oda  bənzəyir;  oda  nə atsan,  o hər şeyi tələf edir,  ancaq  ki,  atma- 
san,  onda  onun  özü  öz  yemini  qamarlamağa  həvəs  göstərmir. 
Qəlbin  bu  hissəsi  də  özünü  eynən  belə  aparır:  ona  yemək  verir- 
sənsə  -   o,  qidalanır,  amma  ki,  verməsən,  onda  qidalanmağa 
həvəsi  olmayacaq.  Buna  görə  onun,  təşəbbüsdən  məhrum 
olduğu  üçün,  fəaliyyəti  də  yoxdur.  Belə  çıxır ki,  qəlbin  bu  hissəsi 
xoşbəxtliyə qətiyyən  səbəb olmur.
Əgər  məziyyətin  fəaliyyəti  xoşbəxtlikdirsə,  indi  onun  nə 
olduğu  haqqında  danışmaq  lazımdır.  Ümumi  mənada  məziyyət -
321


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə