A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə88/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   84   85   86   87   88   89   90   91   ...   104

tinə  aid  olan  ədalətsizliyi»,  haçan  ki,  insan  öz-özü  ilə ədalətli  və 
ədalətsiz  hərəkət edir,  biz pis və yaxşı  hissələrə  qarşı  olan  əda- 
lətsizliyə  bölmüşük.  Biz,  amma,  bunu  deyil,  mülki  ədalətsizliyi 
müzakirə  edirik.  Beləliklə,  söhbət  nə  qədər  ki,  ədalətsizlikdən 
gedir,  hansı  ki,  bizim  müzakirəmizə  aiddir,  özünə  qarşı  ədalət- 
sizlik etmək mümkün  deyil.
Daha  birsual:  iki  nəfərdən  hansı  ədalətsizlik edir və ədalət- 
siz  hərəkətin  [mənbəyi]  kimdir  -   ədalətsizliyə  düçar  olanmı, 
yoxsa yarışlarda olduğu  kimi münsiflik edib,  qərar çıxaran adam? 
Birinci  yeri  sədrlik  edəndən  və  bu  qərarı  çıxarandan  alsn  adam 
haqsız  olmur,  hərçənd  ki,  birinci  yer  ona  ədalətsiz  olaraq  veril- 
mişdir.  Ancaq  bunu  pis  ayırd  edib,  verən  adam  -   ədaiətsizdir. 
Lakin  o  da  bir cəhətdən  ədalətsizdir,  digər  cəhətdən  isə -   haqlı:
o,  həqiqətən  və  öz  xarakterinə  görə  nəyin  ədalətli  olduğunu 
fərqləndirə  bilməmişdir və buna  görə də  haqlı  deyil,  bununla  belə 
bir cəhətdən  haqlı qalır,  ona elə gəlir ki,  ədalətlidir.
34. 
Məziyyətlərin  həm  nə  cür  olması,  həm  nədən  ibarət 
olması,  həm  də  hansı  şeylərə  yönəlməsi  barədə  biz  danışmağa 
macal  tapdıq,  onların  hər biri  barəsində  isə  biz dedik  ki,  düzgün 
mühakiməyə  (kata  ton  orthonlogon)  müvafiq  olaraq  ən  yaxşı 
cəhətdən  hərəkət  edirik16.  Lakin  düzgün  mühakiməyə  müvafiq 
hərəkət  haqqında  danışmaq  -   bu,  hər  halda  əgər  biz  desəydik 
ki,  sağlamlığı  gətirən  vasitələr  tətbiq  edilsə,  cansağlığına  hər 
şeydən  daha  yaxşı  yetmək  olar  kimi  bir  şey  olardı.  Burda 
aydınlıq  (asaphes)  yoxdur.  Və  mənə  deyərlər:  izah  et,  hansı 
vasitələr  sağlamlıq  gətirir.  Bəli,  mühakimə  xüsusunda  da  [ay- 
dınlaşdırmaq  lazımdır]  ki,  bu  necədir və bu  nə vaxt düzgündür.
Öncə,  çox  güman,  müəyyənləşdirmək  lazımdır  ki,  idrak 
[qəlbin  hansı  hissəsinə]  məxsusdur.  Yuxarıda  biz  artıq  ümumi 
şəkildə  ayırma  aparıb,  dedik  ki,  qəlbin  idraka  (logon  ekhon)
354
malik olan  hissəsi və mühakimə qabiliyyətinə (alogon)  malik ol- 
mayan  hissəsi  var.  Qəlbin  mühakimə  qabiliyyətinə  malik  olan 
hissəsi  -  məşvərətçi  (boyleytikon) və  dərk  etmə  (epistemoni- 
kon)  olmaqla  iki  hissəyə  bölünür.  Bunların  bir-birindən  fərqli 
olmasını,  onların  nəyə  yönəlməsinə  əsaslanıb,  aşkar  etmək 
olar.  Bunun  kimi  necə  ki,  rəng,  dad,  səs,  iy  bir-birindən  fərq- 
lənir,  təbiətin  bunları  qavramaq  üçün  verdiyi  duyma  qabiliyyəti 
də  müxtəlifdir:  biz səsi  qulağın  köməkliyi  ilə  eşidirik,  dadı -  dad- 
bilmə  orqanının  köməkliyi  ilə  bilirik,  rəngi -  gözlərin  köməkliyi  ilə 
tanıyırıq.  Qalanları  haqqında  da  bu  tərzdə  düşünmək  lazımdır: 
bir  halda  ki,  qəlbə  müxtəlif  şeylər  aiddir,  bizim  dərk  etdiyimiz 
qəlbin  hissələri  də  müxtəlifdir.  Düşünülən  şeylər  duyğu  orqan- 
ları  ilə  qavranıla  bilən  şeyiərdən fərqlənir,  lakin  bunu  da,  onu  da 
biz qəlbimizlə  dərk edirik;  deməli,  düşünülən  və  duyğu  orqanları 
ilə  qavranıla  bilən  şeylər  qəlbin  eyni  bir  hissəsi  ilə  əlaqəli  deyil. 
Qəlbin  məsləhətçi,  yəni  seçən  (proai  retikon)  hissəsi  duyğu 
orqanları  ilə  qavranıla  bilən  şeylərə  yönəlib,  o  şeylərə  ki,  onlar 
hərəkətdə  olur və  ümumiyyətlə,  o  şeylərə  ki,  onlar əmələ  gələn 
və  məhv  edilən  şeylərə  aiddir.  Doğrudan  da,  görülüb-görülmə- 
məsi  bizim  seçimimizdən  asılı  olan,  hansıları  ki,  müzakirə 
etmək  və  seçmək  mümkündür,  biz  bu  şeylər  xüsusunda  məs- 
ləhətləşirik  ki,  bunları  etmək  olar,  yoxsa  yox.  Amma  hiss  orqan- 
ları  ilə  qavranıla  bilən  və  dəyişilən  şeylərin  hamısı  belədir.  Buna 
görə  əgər belə  mühakimə  yürütsək  qəlbin  seçən  hissəsi  duyğu 
orqanları  ilə qavranıla  bilən  şeylərə aid  olar17.
Bu  ayırmalardan  sonra,  -   madam  ki,  söhbət  həqiqət  haq- 
qında  gedir,  biz  isə  həqiqətin  özünü  necə  göstərdiyini  araşdırı- 
rıq  və  madam  ki,  bilik,  ağıllılıq,  ağıl,  müdriklik,  ehtimal  [həqiqətin 
aşkar  olması  kimi]  mövcuddur  -   bu  axırıncıların  nəyə  yönəldi- 
yindən  danışmaq  lazımdır.  Bilik  (episteme)  o  şeylərə  intişar 
edilir  ki,  onlar  dəlil  və  mühakimənin  köməkliyi  ilə  dərk  edilir;
355


ağıllılıq  (phronesis)  fəaliyyətdə  olan  o  şeylərə  aiddir  ki,  onları 
seçmək  və  onlardan  imtina  etmək  olur,  həm  də  bir  şeyin 
görülüb-görülməməsi  bizdən  asılıdır.  Biz  şeyləri  hazırlamaqla 
yaradırıq,  icra  etməklə  isə  fəaliyyət  göstəririk,  bu  isə  eyni  bir 
şey  deyil18.  Hazırlamaqla  bərabər  yaratmaqda  hələ  başqa  bir 
məqsəd  də  var.  Məsələn,  memarlıq  sənətini  götürək.  O,  ev 
qurub  yaratmaq  deməkdir,  onun  məqsədi  isə  -   yalnız  onun 
düzəldilməsi  yox,  hazır  evdir.  Bu  dülgərlik  işinə  də,  digər  yara- 
dıcı  fəaliyyət  növlərinə  də  aiddir.  İcra  etmə  zamanı  fəaliyyətin 
özündən  başqa  özgə  bir  məqsəd  yoxdur.  Belə  ki,  məsələn, 
kifarada  çalmaqda  heç  bir özgə  məqsəd  yoxdur,  onun  öz  məq- 
sədi  isə,  çalmaq  fəaliyyətinin  və  ifanın  özüdür  ki,  var.  Ağıllılıq 
belə  bir fəaliyyətə  və  icra  edilən  şeylərə  yönəlmişdir,  ustalıq  isə 
(techne)  -   işə  və  yaradıcı  şeylərə;  ixtiraçılığın  icra  edilən  işlər- 
də  deyil,  daha  çox  yaradıcı  işlərdə  özünü  göstərməsi  əbəs 
deyil.  Buna  görə  də  etiraf  etmək  olar  ki,  ağıllılıq  -   bu,  nə  isə 
seçmənin  bir halı,  həm  də  həyata  keçirilib-keçirilməməsi  bizdən 
asılı  olan  icra fəaliyyətidir -  xeyrə yönələn  fəaliyyətdir.
Ağıllılıq,  çox  güman,  bilik  deyil,  məziyyətdir.  Axı  ağıllıları 
tərifləyirlər,  tərif isə  məziyyətə  görə  olur.  Həm  də:  hər bir  biliyin 
ən  yüksək  dərəcəsi  var,  amma  ağıllılığın  ən  yüksək  dərəcəsi 
yoxdur,  çünki  onun  özü,  görünür  ki,  nə  isə  ən  yüksək  bir 
dərəcədir.
Ağıl  (noys)  dərk  edilən  və  mövcud  olan  şeylərin  əsas- 
larına  yönəlib.  Doğrudan  da,  bilik  sübut  oluna  bilən  şeylərlə 
əlaqədardır,  əsaslar  isə  sübutedilməzdir,  buna  görə  əsaslarla 
bilik  yox,  ancaq  ağıl  əlaqədardır.  Müdriklik  isə  (sophia)  bilik  və 
ağıldan  ibarətdir.  Axı  müdriklik  həm  əsaslarla,  həm  əsaslardan 
əmələ  gələn  şeylərlə,  həm  də  biliyə  yönələn  şeylərlə  əlaqədar- 
dır;  buna  görə  müdriklik  əsaslarla  hansı  dərəcədə  əlaqədar- 
dırsa,  onun  bir  o  qədər  də  ağılla  əlaqəsi  var,  sübut  oluna  bilən
356
şeylərlə  əlaqədar  olduğu  dərəcədə  isə,  bunlar  əsaslardan 
sonra  mövcud  olub,  -   onun  bilavasitə  biliklə  əlaqəsi  var.  Belə- 
liklə,  aydındır  ki,  müdriklik  ağıl  və  bilikdən  ibarətdir,  belə  ki,  bu 
da  ağılın və dərk etmənin  yönəldiyi  şeylərə  istiqamətlənməlidir.
Ehtimal  isə (hypolepsis) -  şübhələnmək [qabiliyyətidir],  bu 
vaxt biz hər şey barəsində düşünürük ki,  iş belədirmi,  yoxsa yox.
Ağıllılıq  və  müdrikiik  eyni  bir  şeydirmi?  Yoxsa,  daha  çox, 
yox?  Axı  müdriklik  sübut  edilə  bilən  və  dəyişilməyən  şeylərə 
yönəlmişdir,  ağıllılıq  isə  -   onlara  deyil,  dəyişilən  şeylərə.  Misal 
üçün,  deyək  ki,  düz,  əyri,  içəri  əyilmiş  və  bu  kimi  ş e y lə r-  bunlar 
həmişə olduqları  kimi  qalırlar.  Faydalı  şeylər isə dəyişməz qalmır: 
bu  gün  faydalı  olan  şey,  sabah  artıq  faydalı  deyil,  birinə 
faydalıdır,  digərinə -  yox,  bir formada  faydalıdır,  digər formada  -  
yox.  Faydalı  şeylərə  yönələn  müdriklik  deyil,  ağıllılıqdır.  Deməli, 
müdriklik ağıllılıqdan fərqlidir.
Müdriklik məziyyətdirmi, yoxsa yox? Məziyyətin  nə olduğunu 
ağıllılığa  əsaslanmaqla  göstərmək  olar.  Doğrudan  da,  ağıllılıq  biz 
dediyimiz  kimi,  -   qəlbin  şüurlu  hissələrindən  birinin  bir  hissəsidir; 
ağıllılıq  müdriklikdən  aşağıdır,  çünki  ibtidai  şeylərə  yönəlib: 
müdriklik,  biz iddia  edirik  ki,  əbədi  və  ilahi  şeylərlə  bağlıdır,  ağıllılıq
-   insan  üçün  faydalı  olan  şeylərlə.  Əgər  ən  aşağı  şeylər  -  
məziyyətdirsə,  onda  ən  yüksək  şeylər  də  təbii  ki,  məziyyət 
olmalıdır;  buna görə aydındır ki,  müdriklik -  məziyyətdir.
Bəs  fəhmlilik  (synesis)  nədir,  o  nəyə  yönəlib?  Ağıllılıqın 
özünü  göstərdiyi  şeylərdə,  fəhmlilik  də  (tez  başa  düşmə)  özünü 
göstərir,  yəni  fəaliyyət  və  əməllərdə.  O  adam  fəhmli  adlanır  ki, 
o  qərar  çıxarmağı  bacarır,  həm  də  düzgün  mühakimə  yürüdür 
və  görür.  Amma  onun  fikri  kiçik  şeylərdə  olan  xırda  işlərə 
toxunur.  Fəhmlilik  və  fəhmli  adam  -   ağıllılığın  və  ağıllı  adamın 
nə  isə  bir  hissəsidir  və  o,  bunlarsız  olmur.  Fəhmlini  ağıllıdan 
ayırmaq  olmaz.
357


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə