A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə89/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   85   86   87   88   89   90   91   92   ...   104

Görünür,  hazırcavablıqla  da  (deinotes)  iş  bunun  kimidir. 
Hazırcavablıq  və  hazırcavab  adam -  ağıllılıq  və  ağıllı  deyil,  bax- 
mayaraq  ki,  ağıllı  hazırcavabdır  və  buna  görə  hazırcavablıq  bir 
növ  ağıllılığa  yardımçıdır.  Lakin  sarsaq  adamı  da  hazırcavab 
adlandırırlar.  Belə  ki,  məsələn,  Mentor,  görünür  ki,  hazırcavab 
olub,  ancaq  ağıllı  olmayıb.  Ağıllıya  və  ağıllılığa  ən  yaxşıya  doğru 
can  atmaq,  onu  seçmək  və  həmişə  həyata  keçirmək  xasdır. 
Hər işi  hansı  [vasitələrin]  köməkliyi  ilə yerinə  yetirmək və  onlara 
imkan  yaradılmasını  götür-qoy  etmək  isə  hazırcavablığa  və 
hazırcavaba  xas  olan  cəhətdir.  Beləliklə,  hazırcavab,  görünür 
ki,  özünü  bunda  göstərir və  bu  kimi  şeylərlə əlaqədardır.
Xasiyyət  haqqında,  yəni  bir  növ  hərəkət  tərzi  haqqında 
söhbət  apardığımız  halda,  bizim  müdriklik  haqqında  danışma- 
ğımız  sual  və  təəccüb  doğura  bilər.  Birincisi,  bunun  müzakirəsi 
mövzuya,  görünür,  ona  görə  yad  deyil  ki,  müdriklik  -   məziy- 
yətdir.  Həm  də,  əlbəttə,  ona  görə  ki,  mövzuyla  əlaqədar  olan 
bütün  şeyləri  araşdırmaq  filosofa  xas  olan  cəhətdir.  Biz  qəlbdə 
nə  olması  barəsində  danışırıq  və  onun  haqqında  hər şey demək 
lazımdır;  müdriklik  də  qəlbdədir,  buna  görə  müdriklik  haqqında 
söhbət [bizim  mövzumuza] yabançı  deyil.
Hazırcavablıq  ağıllılığa  necə  münasibət  göstərirsə,  elə  də 
hər  bir  məziyyətin,  görünür  ki,  [təbii  durumu  məziyyətin 
mükəmməl  halı  ilə  əlaqədardır].  Mən  deyirəm  ki,  məziyyət  hər 
bir adama  anadangəlmə  xas  olur.  Hər  kəsin,  məsələn,  sözsüz, 
cəsarətli  bir  şeyə  meyli  var,  həm  də  hər  hansı  bir  [məziyyət 
belə  bir  həvəsdə  bulunur].  Vərdiş  və  şəxsi  seçimdən  asılı  olan 
məziyyətlər  də  mövcuddur.  Ağılın  yardımçı  olduğu  məziyyətlər 
mükəmməldir və  nəticə  etibarı  ilə  təriflənir.  Əsil  məziyyətə  özlü- 
yündə  düşüncə  xas  deyil;  amma  əgər o,  düşüncədən  ayrıdırsa, 
onda  azdır  və  nəticə  etibarı  ilə  təriflənir,  düşüncə  və  seçmə  ilə 
birləşdikdə  isə  mükəmməl  məziyyət  əmələ  gəlir.  Buna  görə
358
məziyyətə  olan  əsl  meyl  ağıllı  məziyyətə  də  səbəb  olur,  bununla 
bərabər  isə  ağılı  nəzərə  almadan  məziyyət  ola  bilmir.  Digər 
tərəfdən,  əgər əsl  meyl  yoxdursa,  düşüncə  də,  müstəqil  seçim  də, 
mükəmməl  məziyyət  halına  gəlib  çatmır.  Buna  görə  Sokrat  mə- 
ziyyət -  düşüncədir deyəndə haqlı  deyildi19:  əgər insan  [məziyyətin 
nə  olduğunu]  bilmirsə  və  onu  öz  ağıllı  seçiminin  obyekti  etmirsə, 
cəsarətli  və  ədalətli  hərəkətlərin  guya  faydası  yoxdur.  Bunun 
əsasında  Sokrat  məziyyəti  düşüncə  adlandı-nrdı,  amma  haqlı 
deyildi.  İndikilər  daha  yaxşı  mühakimə  yürüdür:  onlar  deyirlər  ki, 
məziyyət  -   düzgün  düşüncəyə  uy-ğun  (kata  ton  orthon  logon) 
çox gözəl işlər görmək [qabiliyyətidir]. Amma onlar da  haqlı  deyillər. 
Axı  insan  seçim  etmədən  və  ən  yaxşının  nə  olduğunu  bilmədən 
ədalətli  hərəkət edə  bilər,  ancaq düşünülməmiş bir şeyə meyl edib, 
fəaliyyət göstərərkən  də  onun  hərəkəti  [düzgün  olub],  düzgün  fikrə 
uyğun  gələ  bilər  (yəni,  deyək  ki,  o,  düzgün  düşündüyü  halda  belə 
hərəkət edərdi).  Bununla  belə  bu  halda  onun  hərəkəti  təqdirə  layiq 
deyil.  Bizim  müəyyənləşdirdiyimiz  -   «düşüncə  ilə  bağlı  olan  ən 
yaxşıya  meyl»  -   daha  yaxşıdır;  bu  cür  meyl  məziyyətin  özüdür  ki, 
var və bu təqdirə layiqdir.
Kimdəsə,  çox  güman,  sual  yarana  bilər,  ağıllılıq  məziyyət- 
dirmi,  yoxsa  yox?  Bəli,  o,  məziyyətdir və  bu,  bax burdan  görünür: 
bir halda  ki,  ədalət,  cəsarət və s. -  ən  yaxşı  hərəkətlər olduqlarına 
və  nəticə  etibarı  ilə  tərifləndiklərinə  görə  məziyyətdir,  əgər 
cəsarətin  sövq  etdiyi  hərəkətlərə  ağıllılıq  da  sövq  edirsə,  onda  o 
da  nəticə  etibarı  ilə  təriflənən  və  məziyyətlərlə  bir  sırada  duran 
şeylərə  aid  olmalıdır.  Həm  də,  ümumiyyətlə,  ağıllılıq  nəyi 
buyurursa,  cəsarət  də  onu  edir.  Buna  görə  əgər cəsarət  ağıllılığın 
etmək  üçün  buyurduğu  hərəkətlərə  görə  təqdirə  layiqdirsə,  onda 
ağıllılığın  özü  tamamilə  həm  təqdirə  layiq,  həm  də  məziyyət 
olmaiıdır.
359


Ağılsızlığın  həyata  keçirilən  (praktike)  fəaliyyət  olub-olma- 
ması  haqqında  aşağıdakılardan,  məsələn,  peşələrə  və  tikinti 
işlərinə  diqqət yetirməklə  nəticə  çıxarmaq  olar.  Biz  dediyimiz  kimi 
tikintidə  iki  nəfər iştirak edir:  biri  memar adlanan,  ikincisi  isə -  ona 
köməkçilik  edib,  evi  tikən.  Lakin  memar  da,  madam  ki,  o,  evi 
qurub-yaradır,  həmçinin  evin  yaradıcısıdır.  Yaradıcı  fəaliyyətin 
digər  növləri  ilə  də  bağlı  olan  işlər  belədir.  Burada  rəhbər 
(arkhitektör)  və  onun  köməkçisi  iştirak  edir.  Beləliklə,  rəhbərin 
qurub-yaratdığı şeyi onun  köməkçisi də qurub,  yaradır.
Əgər  məziyyətlərlə  də  iş  həqiqətən  belədirsə,  bu  isə  həm 
ehtimaldır,  həm  də  həqiqətə  uyğun,  onda  ağıllılıq  həyata  keçirilən 
məziyyət  olmalıdır.  Axı  bütün  məziyyətlər  -   fəaliyyət  icraçılandır, 
ağıllılıq  isə  -   onlar arasında  bir  növ  memardır:  o  necə  buyurursa, 
məziyyətlər və  onların  ardınca  gələnlər elə  də  hərəkət  edir.  Buna 
görə  də  əgər  məziyyətlər  həyata  keçirən  və  fəaliyyət  göstərən 
[şeylər sırasındadırsa],  onda ağıllılıq da həyata  keçirən  və fəaliyyət 
göstərən olmalıdır.
Bu  məsələ  də  həllinin  tapılmasını  istəyir:  ağıllılıq,  ilk  baxışda 
göründüyü  kimi,  qəlbdə  hər  şeydən  üstündür,  yoxsa  yox?  Ən 
yüksək  [xassələr]  üzərində,  görünür  ki,  yox.  Məsələn,  müd- 
riklikdən  üstün  deyil.  Amma  deyə  bilərlər,  ağıllılıq  hər  şeyin 
dərdinə qalır,  o -b u y u ru q  sahibidir20.  Onu olsun  ki,  ev təsərrüfatını 
idarə  edənlə  müqayisə  etmək  olar.  Doğrudan  da,  o,  hər  şeyin 
ağasıdır  və  hər  şeyi  idarə  edir,  bununla  belə  hər  şeydən  üstün 
deyil,  sahibi  isə  boş  vaxtla  təmin  edir  ki,  həyati  təlabatların 
[qayğısı]  ona  ən  gözəi  və  onun  özünə  münasib  işlər  göməyə 
mane  olmasın.  Bunun  kimi  ağıllılıq  da,  elə  bil,  müdrikliyin  yanında 
təsərrüfat  müdiridir,  o  ehtirasların  qabağını  alıb,  onları  yola 
verməklə  (söphronidzoysa),  müdrikliyi  boş  vaxtla  təmin  edir  və 
ona öz işlərini görməyə imkan yaradır.
360
İKİNCİ  KİTAB(B)
1. 
Bundan  sonra  alicənablığı  (epieikeia)  nəzərdən  keçir- 
mək  lazımdır,  o  nədir,,  nədən  ibarətdir  və  nəyə  yönəlib.  Alicə- 
nablıq və nəcib  adam -  odur ki,  qanunla onun  haqqı  nəyə çatır- 
sa,  ondan  da  aza  qane  olur.  Yəni  elə  şeylər var ki,  qanunverici 
bu  şeyləri  ayrılıqda  dəqiq  müəyyənləşdirmək  iqtidarında  deyil, 
lakin  onları  xülasə  adlandırır.  Kim  bununla  razılaşıb,  özü  üçün 
qanunvericinin  ayrılıqda  müəyyənləşdirmək  istədiyi,  amma  edə 
bilmədiyi  şeyi  seçirsə,  o,  nəcib  adamdır.  Bu,  o  demək  deyil  ki, 
o:  ümumiyyətlə,  özünün  qanuni  haqlarını  qiymətdən  salır.  O, 
özünün  adi  və  əsil  haqlarını  qiymətdən  salmır,  özünü  onda  qiy- 
mətdən  salır  ki,  qanunla  və  qanunvericinin  müəyyənləşdirmə- 
diyi  şeylərlə  razılaşır.
2.  Düşüncə və düşüncəli  (eygnömön)  alicənablığın  toxun- 
muş  olduğu  şeylərə,  yəni  ədalətli,  lakin  qanunun  müəyyənləş- 
dirmədiyi  şeylərə  toxunur.  Düşüncəli  -   qanunverici  tərəfindən 
buraxılmış  şeyləri  mühakimə  etmək  iqtidarında  olan  və  bununla 
belə  buraxılan  şeylərin  ədalətli  olduğunu  başa  düşən  adamdır. 
Düşüncə  alicənablıq  olmadan  olmur.  Düşüncəli  -   o  adamdır  ki,
o,  özünə  layiq  olan  surətdə  mühakimə  yürüdür;  nəcib  o  adam- 
dır ki,  o,  belə  mühakiməyə  uyğun  olaraq fəaliyyət göstərir.
3.  Düşüncəlilik  (eyboylia)  də  ağıllılığın  toxunmuş  olduğu 
şeylərə  toxunur,  yəni  o  şeylərə  ki,  onları  həyata  keçirmək,  seç- 
mək,  yaxud  onlardan  qaçmaq  olur  və  bunlar  ağıllılıq  olmadan 
olmur.  Bununla  bərabər  ağıllılıq  belə  şeylərdə  fəaliyyət  göstər- 
məyə  yönəlib,  düşüncəlilik  isə  -  fəaliyyətin  ən  gözəl  və  ən  fay- 
dalı  işlərə  yetmək  üçün  yönəldiyi  hal,  vəziyyət  və  ya  buna 
bənzər  bir  şeydir.  Buna  görə  əgər  nə  isə  kiminsə  istəyiiə  özlü-
361


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə