A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə74/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   70   71   72   73   74   75   76   77   ...   104

girməz.  Amma  kimlər  ki,  olduqca  səylə  uşaqları  bu  tərəfə  isti- 
qam ətləndirir  və  onları  yaşamaq  üçün  lazım  olan  tərbiyədən 
kənarda  qoyur,  həqiqətdə  onları  sənətkar  edir;  onlar  dövlətdə 
yaşamaqdan  ötrü  bunları  yalnız  bir  cəhətdən  faydalı  edirlər, 
lakin  bu  cəhət  də,  bizim  ölçüb-biçməmiz  göstərir  ki,  digər- 
lərindən  pisdir.  Bütün  bunlar  barəsində  keçmişdəki  vəziyyət- 
dən  asılı  olaraq  yox,  indiki  vəziyyətdən  asılı  olaraq  fikir 
söyləmək  lazımdır:  indi  onların  tərbiyə  etmə  işində  rəqibləri 
var,  əvvəllər isə yox idi.
IV. 
1.  Beləliklə,  gimnastikanın  təlim  edilməsini,  eyni  za- 
manda  da  bu  təlimin  necə  təşkil  edilməsini  hamı  tərəfindən 
qəbul  edilmiş  saymaq  olar.  Cinsi  yetişkənliyə  çatmamışa  qədər 
daha  yüngül  gimnastika  təmrinləri  keçmək  lazımdır;  məcburi 
kökəldilmə  və  çox  ağır  işlər  istisna  edilməlidir  ki,  fiziki  inkişafa 
heç  bir  maneçilik  olmasın.  Olimpiya  yarışları  qaliblərinin  siya- 
hısını  nəzərə  çarpdırmaq,  bu  tədbirlərin  fiziki  gücün  inkişafını 
ləngitməsinə  ciddi  sübutdur.  Orada  nadir  hallarda  iki-üç  nəfər 
eyni  bir adama  rast  gələrsən  ki,  onlar  böyük  kişi,  həm  də  uşaq 
ola-ola  qalib  gəlsinlər.  Bu  onunla  izah  olunur  ki,  gənclər  daimi 
olan  çox ağır gimnastika  məşqlərindən  öz  gücünü  itirir.  2.  Necə 
ki,  həddi-buluğa  çatdıqdan  sonrakı  üç  il  ərzində  digər  fənləri7 
öyrənməyə  həsr  etməlidirlər,  sonrakı  yaş  dövrlərində  də  işlə- 
məyə  və  məcburi  surətdə  yeməyə  məruz  qalmaq  yerində  olan 
bir işdir.  Hər halda,  eyni  vaxtda  həm  zehni,  həm  də  fiziki  cəhət- 
dən  olduqca  gərgin  işləməyə  vadar  etmək  lazım  deyil:  bu  və 
digər  cəhətdən  olan  gərginlik,  təbii  olaraq,  tamamilə  əks  təsir 
doğurur:  fiziki  gərginlik  ağılın  inkişafına  mane  olur,  zehni 
gərginlik -  bədənin  inkişafına.
3 . 8  Musiqiyə gəldikdə isə,  biz artıq  əvvəllər də  bəzi  şeyləri 
müəyyən  etmişdik,  lakin  indi  də  bizim  araşdırmamızı  davam
298
etdirmək  üçün  bunun  üstünə  qayıtmağımız  tamamilə  yerinə 
düşər,  bu,  öz fikirlərini  bu  xüsusda  bildirmək  istəyənlərdən  ötrü 
bir əsas olar.
Musiqinin əhəmiyyətinin  nədən  ibarət olmasını dəqiq  müəy- 
yənləşdirmək  asan  deyil,  bununla  nəyə  görə  məşğul  olmaq 
lazımdır -  yatmağımız  və  xudmani  məclislərdə  iştirak  etməyimiz 
kimi  əyləncə  və  istirahət  üçünmü  (axı  sonuncular özü-özlüyündə 
heç  bir  ciddi  məqsəd  güdmür,  lakin  Yevripid  dediyi  kimi  bu 
xoşagələndir  və  dərdi  adamdan  uzaqlaşdırır;  buna  görə  bəziləri 
də  bunu  yuxu,  həm  də  xudmani  məclislərlə  bir  sıraya  qoyur  və 
bu  məşğuliyyətlərə  əl  atır,  yəni  yatmaq,  içmək  və  musiqi  ilə 
məşğul  olmaq  eyni  bir  məqsəd  üçündür,  rəqslər  də  həmçinin 
bura  daxildir).  4.  Yaxud  daha  çox  düşünmək  lazımdır  ki,  musiqi 
yaxşı  işlərə  doğru  istiqamətləndirir  və  bu,  gimnastika  kimi  fiziki 
keyfiyyətlərə  təsir  etməyi  bacarır,  insanda  düzgün  şadlanmaq 
qabiliyyətini  inkişaf  etdirməklə  onun  mənəvi  xüsusiyyətlərinə 
təsir  göstərir;  yaxud  da  -   bu  isə  ortaya  qoyulmalı  olan  üçüncü 
sual  olardı  -   onda  asudə  vaxtdan  istifadə  etmək  üçün,  həm  də 
ağılı  inkişaf etdirməkdən ötrü  nə isə var?
Tamamilə  aydındır  ki,  gəncləri  əylənməkdən  ötrü  tərbiyə 
etm ək  lazım  deyil;  oxuyan  zaman  oynamırlar,  əksinə,  oxumaq 
məyusluqla  bağlıdır.  Əlbəttə,  oğlan  uşaqlarına  və  yaşca  onlara 
yaxın  olanlara  vaxtlarını  böyüklər kimi  keçirməyə  imkan  vermə- 
yin  yeri  yoxdur,  axı  qeyri-mükəmməl  bir  şey  yüksək  məqsədi 
təşkil  edən  bir  şeyə  layiq  deyil.  5.  Bəlkə  də  elə  görünə  bilər  ki, 
oğlan  uşaqlarının  ciddi  surətdə  məşğul  olduqları  şeylər,  onlar 
kişi  olub,  yetkinləşdikdə  onlar  üçün  bir  əyləncə  vasitəsi  olsun. 
Lakin  bu  belədirsə,  onda  nəyə  görə  oğlan  uşaqları  musiqini 
öyrənməlidir,  daha  İran  və  Midiya  çarları  kimi  musiqidən  zövq 
alıb,  başqasının  ifasında  bununla  tanış  olmamalıdır.  Xüsusən, 
bunu  öz  işi  və  sənəti  seçən  adamlar,  bunu  mənimsəməyə  nə
299


qədər vaxt  lazımdırsa,  bir o  qədər məşğul  olanlardan  daha  yax- 
şı  ifa  edəcək.  Və  əgər  oğlan  uşaqları  musiqi  ilə  əsaslı  surətdə 
məşğul  olursa,  onda  aşpaz  sənətini  də  öyrənmək  lazımdır. 
Lakin  bu  mənasız hərəkət olardı.
6.  Eləcə  də yenə  bir sual,  musiqi  xasiyyəti  nəcibləşdirirmi? 
Və  yenə  də  nəyə  görə  oğlan  uşaqları  musiqini  öyrənməlidir, 
daha  digərlərini  dinləyib  lazımi  surətdə  sevinməməli  və  lake- 
demonlular  kimi  öz  düzgün  rəylərini  bildirməməlidirlər?  Onlara 
musiqi  təhsili  verilməsə  də,  hər  halda  onlar,  necə  deyərlər, 
hansı  mahnının  yaxşı,  hansının  pis  olduğu  barəsində  doğru  mü- 
hakimə yürüdə  bilirlər.  Musiqinin  ata-anası  kölə  olmayan  adam- 
lara  layiq  yaraşıq  və  əyləncə  olduğu  qəbul  edildiyi  halda  da  bu 
qeydi  etmək  olar.  Onlar  nəyə  görə  öyrənməlidir,  daha  başqa- 
sının  ifasından zövq  almalı  deyil?
7.  Bizim  allahlar  haqqında  olan  təsəvvürlərimizi  müzakirə- 
yə  cəlb  etmək  olar:  şairlərdə  Zevsin  özü  oxumur  və  kifarada 
çalmır.  Üstəlik,  bununla  məşğul  olanları  biz  sənətkar  adlandı- 
rırıq,  həm  də  bu  məşğuliyyətləri,  əgərxadim   şənlikdə  deyilsə və 
əylənmirsə  ona  layiq  hesab  etmirik.  Lakin  ola  bilər  sonralar 
yenə  biz bunun  üstünə qayıdaq.
V. 
1.  Birinci  vəzifə  aşağıdakından  ibarətdir:  musiqini 
tərbiyə etmə fənləri  ilə  bir sıraya  qoymaq  olarmı,  yoxsa  yox?  Və 
bu,  bir-birilə  ziddiyyət  təşkil  edən  üç  fikrin  hansında  əhəmiyyət 
daşıyır:  bu,  tərbiyə  etmə  fənnidirmi,  əyləncədirmi,  yoxsa  vaxt 
keçirmə  üsulu?  Onu  tamam  əsaslı  surətdə  bütün  bunlara  aid 
etmək  olar,  bütün  bunlara  da  bu,  görünür  ki,  aiddir.  Axı  əylən- 
mə  istirahət  etmək  üçündür,  istirahət  isə  mütləq  xoşagələn 
olmalıdır,  çünki  o,  məşğələ-lərdən  meydana  çıxan  məyusluğa 
qarşı  nə  isə  bir  çarədir;  vaxt  keçirmək  isə  yalnız  gözəl  olmalı 
deyil,  həm  də  xoşagələn  olmaiıdır,  ona  görə  ki,  xoşbəxtlik,
300
məhz  bununla  o  birinin  birləşməsindən  ibarətdir.  Musiqini  isə 
bizim  hamımız,  bu  oxumaqla  müşahidə  olunur,  ya  yox,  olduqca 
xoşagələn  şeylər  sırasına  aid  edirik.  2.  Musey9  isə  deyir  ki, 
«ölümə  məhkum  olana  oxumaq  -   hər  şeydən  xoşdur».  Buna 
görə  də  musiqiyə  şənləndirmək vasitəsi  kimi  adamların  yığışdığı 
və  əyləndiyi  məclislərdə  icazə  verilir.  Beləliklə,  artıq  bu  nöqteyi- 
nəzərə görə  iddia etmək olar ki,  bu,  gənclərin  tərbiyə  edilməsin- 
dən  ötrü  birfənn  olmalıdır.  Bütün  zərərsiz  keflər  kimi,  bu  təkcə 
ən  yüksək  məqsədə  müvafiq  deyil,  həm  də  dinclik  gətirir.  İn- 
sanlar  isə  həyatda  çox  nadir  hallarda  ən  yüksək  məqsədə  nail 
olduqlarından,  onlar tez-tez  dincəlirlər və  əylənməyə  ən  yüksək 
məqsəddən  ötrü  deyil,  ancaq  zövq  almaqdan  ötrü  əl  atırlar, 
onda  ola  bilsin  ki,  musiqinin  bəxş  etdiyi  keflə  tam  istirahət  et- 
mək faydalıdır.
3.  Elə  adamlara  rast  gəlinir  ki,  əylənmək  onlar  üçün  ən 
yüksək  məqsəddir;  axı  bu  məqsəddə  ola  bilsin  ki,  nə  isə  bir 
zövq  var;  bu  zövqə  cəhd  edən  insanlar  təsadüfi  zövqləri  buna 
oxşadırlar,  çünki  bunun  da  insan  fəaliyyətinin  ən  yüksək  məq- 
sədilə  müəyyən  oxşarlığı  var.  Axı  ən  yüksək  məqsəd  gələcəkdə 
yaxşı  şeylər  vəd  etdiyinə  görə  üstün  tutulmur;  eləcə  də  xatır- 
lanan  zövqlər  hələ  olacaq  bir  işdən  ötrü  deyil,  artıq  baş  vermiş 
bir işdən  ötrü  olmalıdır,  məsələn,  işlədikdən  sonra  dincəlmək və 
dərd-qəmi  yüngülləşdirmək  üçün.  Beləliklə,  burda  doğrudan  da, 
o  səbəbi  görmək  olar  ki,  bu,  təsadüfi  zövqlərin  köməkliyi  ilə 
xoşbəxtliyi tapmaq  üçün  çalışmağa  insanlarda  həvəs  oyadır.
4.  Amma  musiqiyə  yalnız  bircə  səbəbə  görə  deyil,  həm  də 
ona  görə  müraciət  edirlər  ki,  bu,  görünür,  istirahət  zamanı  fayda 
verir.  Bununla  belə  baxmaq  lazımdır  görək,  musiqidən  olan  bu 
fayda  yalnız  təsadüfdürmü,  yoxsa  mahiyyətcə  onun  dəyəri  gös- 
tərilən  uyğunlaşma  ilə  müqayisədə  daha  çoxdur;  musiqi,  adətən, 
zövq  bəxş  etməkdən  savayı  -   bu  duyğunu  hamı  hiss  edir  (çünki
301


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə