A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə70/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   66   67   68   69   70   71   72   73   ...   104

Vətəndaşlara  asudə  vaxtdan  istifadə  etmək  bacarığını  aşıla- 
mayan  qanunverici  bunda  günahkardır.
16.  Döviət  həyatında  da,  şəxsi  həyatda  da  adamların  axır 
məqsədi  oxşar olduğundan  və  əlbəttə,  ən  yaxşı  adamın  da,  ən 
yaxşı  dövlət  quruluşunun  da  məqsədi  eyni  olduğundan,  aydın- 
dır  ki,  asudə  vaxt  üçün  iazım  olan  məziyyətlər  olmalıdır,  axı 
dəfələrlə  göstərilmişdi  ki,  sülh  hərbin  axır  məqsədidir,  iş  -  
asudə vaxtın.
17.  Asudə  vaxta  və  xoşbəxtliyə  malik  oimaq  üçünsə,  o 
məziyyətlər  faydalıdır  ki,  bunlar  həm  asudə  vaxta,  həm  də  iş 
vaxtına  uyğunlaşmış  olur.  Axı  asudə  vaxtdan  zövq  almaq  üçün 
ən  zəruri  şeylərə  malik  olmaq  lazımdır.  Buna  görə  dövlət  gərək 
həm  təmkinli,  həm  cəsarətli,  həm  də  möhkəm  olsun.  Ataiar sö- 
zündə  deyilir.  «kölələrin  boş  vaxtı  olmur»,  təhlükəii  vaxtlarda 
cəsarət  göstərə  bilməyənlər isə,  hücum  edənlərin  qulu  olur.  18. 
Beləliklə,  cəsarət  və  dözüm  iş  üçün,  fəlsəfə  asudə  vaxt  üçün 
lazımdır;  təmkinlik  və  ədalət  həm  bu,  həm  də  başqa  vaxtlarda, 
daha  çox  isə  əmin-amanlığa  və  asudə  vaxta  maiik  olanlara  gə- 
rəkdir,  axı  müharibə  ədalətli  və  təmkinli  olmağa  vadar  edir, 
əmin-amanlıq  zamanı  xoş  güzərandan  və  asudə  vaxtdan  zövq 
almaq  isə  adamları  daha  çox  ərköyünləşdirir.  19.  Beləliklə, 
daha  çox  xoşbəxt  adam  kimi  tanınanlar  və  kef  sayılan  bütün 
şeylərdən  zövq  aianlar çox  ədalətli,  həm  də  çox  təmkinli  olma- 
lıdır,  bu  isə,  məsələn,  o  şəxslərə  də  şamil  edilir  ki,  onlar  şair- 
lərin  təbirincə,  bəxtiyar  adamların  adasında  yaşayır.  Bu  cür 
adamlara  ola  bilsin  ki,  sakit  həyat  keçirməkdən,  həm  də  bolluq 
içərisində  asudə  vaxta  malik  olmaqdan  daha  çox  fəlsəfə,  təm- 
kinlik  və  ədalət  lazımdır.  Buna  görə  yəqin  ki,  xoşbəxt  və  xeyir- 
xah  olmaq  istəyən  dövlət  də gözlənilən  xeyirxahlıqlara  malik  ol- 
malıdır. 
Yaxşı
  şeylərdən  faydalanmağı  bacarmamaq  gülüncdür- 
sə,  asudə  vaxtda  bunlardan  faydalanmağı  bacarmamaq  daha
282
da  gülüncdür;  tutulduqda  və  vuruşduqda  qəhrəman  kimi  görün- 
sə  də,  əmin-amanlığa  və  asudə  vaxta  malik  olduqda  köləyə 
bənzəyir.  20.  Deməli,  öz  şücaətini,  necə  ki,  bunu  Lakedemon 
dövləti  artırır,  o  cür artırmaq  lazım  deyil.  Onlar digər ellinlərdən, 
ən  yaxşı  şeylər  haqqında  başqa  təsəvvürlərə  malik  olduqlarına 
görə  deyil,  ona  görə fərqlənir ki,  onların  fikrincə,  bu  şeylərə  yet- 
mək  daha  çox  bir  sıra  xeyirxahlıqların  vasitəsi  ilə  mümkündür. 
Lakin  bu  şeylər  -   daha  çox,  bunlardan  alınan  zövq  isə,  xeyir- 
xahlıqdan  alınan  zövqdən  daha  böyük  olduğundan...26  bunun 
vasitəsilə  olduğu  da  buradan  aydındır.  21.  Lakin  buna  necə, 
hansı  vasitələrin  köməkliyi  ilə  yetmək  olar -   bax  bunu  müzakirə 
etmək  lazımdır.  Artıq  biz  əvvəllər  müəyyənləşdirmişik  ki,  ana- 
dangəlmə  keyfiyyətlər -   vərdiş  və  ağıl  lazımdır.  İnsanlar  öz  xa- 
rakterinə  görə  necə  olmalıdır -  bu  yuxarıda  müəyyənləşdirilmiş- 
di.  Ona  baxmaq  qalır ki,  ağılın tərbiyəsindən  başlamaq  lazımdır, 
yoxsa  vərdişlərin.  Axı  bu  və  o  biri  mükəmməl  surətdə  bir-birinə 
uyğun  olmalıdır,  zira  ağılın  ən  yaxşı  məqsədə  yetə  bilməsinin 
mümkünlüyü  istisna  edilmir,  bu  isə  vərdişlərə  əsaslandıqda  baş 
verə  bilər.
22. 
Hər  şeydən  öncə,  aydındır  ki,  bütün  digər  hallarda 
olduğu  kimi,  bu  halda  da  doğulma  başlanğıcdır,  məqsəd  isə  öz 
növbəsində  digər  məqsədin  başlanğıcıdır;  bizim  üçün  dərrakə 
və  ağıl  -   məqsəddir,  xasiyyət  də  bunlara  doğru  can  atır.  Buna 
görə  biz  də  gərək  insanın  dünyaya  gəlməsini  və  onun  vərdiş- 
lərini  ölçüb-biçək.  23.  Daha  sonra,  necə  ki,  qəlb  və  bədən  -   iki 
başlanğıcdır,  eynən  biz  qəlbdə  də  iki  hissə  ayırd  edirik:  ağıla 
m alik  olmayan  və əqli  qabiliyyətə  malik olan;  onların  iki  xüsusiy- 
yəti  var,  bunlardan  biri  -   cəhddir,  digəri  ağıl.  Və  bunun  kimi, 
necə  ki,  bədənin  əmələ  gəlməsi  ağılın  əmələ  gəlməsindən  qa- 
baq  olur,  eləcə  də  ağıla  malik  olmayan  əqli  qabiliyyətə  malik 
olandan  əvvəl  törəyir.  Bu  da  həmçinin  aydındır:  coşğunluq,
283


əzm,  eyni  zamanda  istək  təzə  doğulmuş  uşaqlara  da  xasdır, 
bununla  belə  düşüncə  və  ağıl  yalnız  yaşla  əlaqədar  olaraq 
meydana  çıxır.  Buna  görə  də  qəlbdən  qabaq  bədənin  qeydinə 
qalmaq  lazımdır,  bədəndən  sonra  isə  xasiyyətin  tərbiyəsi  ilə 
məşğul  olmaq  vacibdir  ki,  bunların  tərbiyəsi  ağılın  tərbiyəsinə 
xidmət etsin,  bədənin tərbiyəsi  isə -  qəlbin tərbiyəsinə.
XIV. 
1.  Qanunvericiyə  əvvəl  başdan  tərbiyə  edilənlərin 
fiziki  cəhətdən  mükəmməl  olmasına  diqqət  yetirmək  vacib 
olduğundan,  hər  şeydən  öncə  o,  evlənib  birləşənlərin  dərdinə 
qalmalıdır,  yəni  adamlar  haçan  və  hansı  xüsusiyyətlərə  malik 
olmaqla  ailə  qurmalıdır.  Nigaha  girənlərin  özlərini  və  onların  ya- 
şını  nəzərə  alaraq  bu  birləşməyə  dair  qanunlar  müəyyənləşdir- 
mək  lazımdır;  onlar  yaş  cəhətdən  bir-birinə  uyğun  gəlməlidir; 
həm  də  onların  potensiyası  bir olmalıdır;  əks  təqdirdə  belə  çıxa- 
caq  ki,  ər  uşaq  törətmək  iqtidarındadır,  qadın  isə  yox,  yaxud 
əksinə,  qadın  buna  malikdir  kişi  isə  -   yox.  Bunun  nəticəsində 
çəkişmələr və anlaşılmazlıqlar olur.
2. 
Ona  görə  də  -   haçan  ki,  uşaqlar  valideynlərinin  yerini 
tutmalıdır,  o  zaman:  uşaqlar  və  atalar  arasında  çox  böyük  yaş 
fərqinə  yol  vermək  lazım  deyil  (axı  bu  halda  qocalar  üçün 
uşaqlar  tərəfindən,  uşaqlar  üçünsə  -   qocalar  tərəfındən  edilən 
minnətdarlıq  faydasız  olur).  Lakin  yaş  cəhətdən  çox  böyük 
yaxınlıq  da  olmamalıdır:  bu  yaxınlıq  böyük  narahatlıq  doğurur, 
çünki  bir  tərəfdən  uşaqlar  öz  ataları  ilə,  demək  olar,  həmyaş 
kimi  olduqlarından,  axırıncılara  az dərəcədə  də  hörmət bəsləyir- 
lər,  digər tərəfdən  isə  evdə  bu  zaman  hər  cür  çəkişmələr  üçün 
çoxlu  bahanələr  meydana  çıxır.  Nəhayət,  o  şey  ki,  biz  ondan 
başlamışdıq:  həmişə  yadda  saxlamaq  lazımdır  ki,  doğulan 
uşaqların  fiziki  xüsusiyyətləri 
qanunvericinin  qabaqcadan 
müəyyənləşdirdik-lərinə  uyğun  gəlsin.
284
3. 
Bütün  bunlara,  demək olar,  bir ehtiyat tədbiri  sayəsində 
nail  olunur:  kişi  üçün  nəsil  törətmək  qabiliyyətinin  son  həddi 
təxminən  yetmiş  yaşla  məhdudlaşdırılır,  qadın  üçün -  əlli  yaşla; 
buna  görə  ailə  qurub,  birgə  yaşamağın  əsası  da  göstərilən  hər 
iki  müddətə  uyğun  gəlməlidir.  4.  Gənclərin  birləşməsi  uşaq  do- 
ğumu  cəhətdən  arzuedilməzdir.  Bütün  canlı  məxluqlarda  da 
gənclərdən  törəyənlər  zəif  olur,  doğulanlar  əksər  halda  dişi, 
həm  də  boydan  balaca  olur.  Bu,  əlbəttə,  istər-istəməz  adam- 
larda  da  belə  olur.  Sübut:  nigahın  vaxtından  əvvəl  intişar tapdığı 
ölkələrdə,  adamlar  zəif  və  balaca  boyludur.  Üstəlik,  doğuş 
zamanı  gənc  qadınlar  daha  çox  əzab  çəkir,  həm  də  onların 
çoxu  tələf  olur.  Ona  görə  bəziləri  bunu  kahinin  trezenslərə 
qabaqcadan  dediyi  məlumatla  bağlayır,  yəni  bunu  onun  hesa- 
bına  yazmaq  lazımdır  ki,  çoxlu  gənc  qadın  bar-bəhər  yığmaq 
üstündə  deyil,  erkən  izdivac  nəticəsində  tələf  olurdu.  5.  Təm- 
kinliyi  təkmilləşdirmək  məqsədi  ilə  qızları  daha  böyük yaşda  ərə 
vermək faydalıdır;  zira,  görünür ki,  gəncliyin  erkən  çağında  cinsi 
əlaqəyə  girdikdə,  onlarda  böyük  ehtiras  meydana  çıxır.  Gənclər 
toxumluğun  yetişmə  dövründə  cinsi  əlaqədə  olduqda  onların 
fiziki  inkişafı  ləngiyir,  çünki  bundan  ötrü  də  müəyyən  müddət 
var,  bu  keçid  getdikdə  bu  yetişmə  başa  çatır.  6.  Buna  görə  qız- 
lara  on  səkkiz  yaşda  nigaha  girmək  daha  məqsədəuyğundur, 
kişilərə  isə  otuz  yeddi  yaşda,  ya  da  bir  az  tez.  Bu  yaşda  nigah 
bağladıqda,  evlənənlər fiziki  cəhətdən  çiçəklənmə  dövrünü  ya- 
şayacaq  və  belə  bir təxmin  uşaq  yetirmək qabiliyyətinə  nəhayət 
verilməsi  dövrünə  tamamilə  uyğun  olacaq.  Üstəlik,  uşaqların 
müstəqil  həyata  başladıqları  dövr  də,  məhz  bu  çağlara  düşür, 
çünki  uşaqların  inkişaf  dövrü,  məhz  bu  vaxtlara  təsadüf  edir. 
(Guman  var  ki,  doğum,  gözlənildiyi  kimi,  dərhal  baş  verəcək), 
bununla  belə  atalar  həmin  bu  vaxtlarda  yetmiş  yaşı  haqlayıb, 
artıq  zəifləməyə  başlayacaq.
285


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə