A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə66/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   62   63   64   65   66   67   68   69   ...   104

adamlara;  amma  digər  tərəfdən  ağlasığmazdır  ki,  gücünü  gös- 
tərməyə,  həm  də  müqavimət  göstərməyə  imkanı  olan  adamlar 
həmişə  özlərinin  asılı  vəziyyətdə  olması  ilə  barışsınlar,  onda  -  
eyni  şəxslərə.  Axı,  doğrudan  da,  dövlət  quruluşunun  saxlanıl- 
ması,  yaxud  ləğv  edilməsi  silaha  malik  olanların  ixtiyarındadır.
4.  Beləliklə,  bir şey qalır -   bu  dövlət  vəzifələrinin  hər iki  kateqo- 
riyasını  eyni  adamlara  vermək,  lakin  eyni  vaxtda  yox,  yalnız  tə- 
biətin  cavanlara  fıziki  qüvvə,  böyüklərə -  ağıl  bəxş  etdiyinə  mü- 
vafiq  olaraq,  vəzifə  bölgüsünü  də  bu  və  digərləri  arasında  mü- 
vafiq  surətdə  aparmaq  xeyirli  və  ədalətlidir.  Bu  cür  bölgü 
onların  dəyərinə  uyğun  olacaq.
5.  Mülkiyyət  də  onların  əlində  cəmləşməiidir.  Axı  vətən- 
daşlar  istər-istəməz  varlı  olmalıdır,  vətəndaşlar  isə,  məhz  on- 
lardır.  Ümumiyyətlə,  əhalinin  bütün  digər təbəqələri  kimi,  fəaliy- 
yəti  xeyirxahlığın  xidmətinə  yönəlməyən  sənətkarların  da  vətən- 
daşlığa  aidiyyatı  yoxdur.  Bu  ilk  şərtdən  aydındır  ki,  yalnız  xeyir- 
xahlıqla  birlikdə  xoşbəxt  olmaq  mümkündür,  dövlət  isə,  əgər 
ümumən  bütün  vətəndaşlar  deyil,  təkcə  hər  hansı  bir  hissə 
nəzərə  alınırsa,  xoşbəxt  sayıla  bilməz.  Madam  ki,  əkinçilər kölə, 
yaxud  barbar -   periek  olmalıdırsa,  bu  da  aydındır  ki,  mülkiyyət 
hüququ  o birilərə  mənsub olmalıdır.
6.  Sadalananlardan  kahinlər təbəqəsi  qalır,  onun  təşkili  də 
aydındır.  Nə  əkinçini,  nə  sənətkarı  kahin  təyin  etmək  olmaz  (axı 
Allaha  ehtiram  göstərmək  vətəndaşlara  yaraşır).  Vətəndaşlar 
bütövlükdə  iki  hissəyə,  yəni  ağırsilahlılara  və  məşvərətçilərə 
parçalandığından,  həm  də  bir  tərəfdən  dini  işləri  icra  etmək 
lazım  olduğundan,  digər tərəfdən  isə  -  o  adamlara  istirahət ve- 
rilir ki,  onlar yaşlarına  görə  digər işlərdən  azad  olur,  onda  kahin 
vəzifəsinin  icrasını  da  bu  axırıncılara tapşırmaq  lazımdır.
İndi  biz artıq o hissələri  göstərdik ki,  onlarsız dövlətin  möv- 
cud  olması  mümkün  deyil,  həm  də  dövlətin  hissələrinin  sayını
266
müəyyən  etdik;  hərçənd  ki,  əkinçilər,  sənətkarlar  və  hər  qəbil- 
dən  olan  günəmuzd  işləyənlər  istər-istəməz  dövlətdə  olmalıdır, 
lakin,  əslində,  dövlətin  hissələri  ağırsilahlılar  və  məşvərətçi- 
lərdir;  bu  hissələrdən  hər  biri  də  digərindən  fərqlənir,  həm  də 
bir cəhətdən tamamilə fərq  var,  digər cəhətdən -  nisbi.
IX. 
1.  Görünür  ki,  siyasi  mütəfəkkirlərə  bu,  həqiqətən,  indi 
yox,  çoxdan  aydın  olmuşdur  ki,  dövlət  ayrı-ayrı  təbəqələrə 
parçalanmalıdır  və  əsgəri  təbəqə  əkinçilərdən  ayrı  olmalıdır. 
Misirdə,  eyni  zamanda  da  Kritdə  belə  bir  qayda  hələ  indiyə  qə- 
dər  də  var,  həm  də  deyirlər  ki,  Misirdə  bu,  Sesobrisin  qanunları 
ilə  yerini  tapmışdır,  Kritdə  isə  -   Minosun.  2.  Sissitiyalar  da, 
görünür  ki,  keçmişdə  yaradılmışdı.  Kritdə  bunlar Minosun  çarlığı 
dövründə,  italiyada  isə  -   bundan  da  xeyli  qabaq  tətbiq  edil- 
mişdi.  Orada  yaşayan  alimlər  (logioi)11  danışır  ki,  İtal  adlı  birisi 
Enotriyanın  çarı  olmuşdu;  onun  adıyla  enotrlar  öz  adlarını  italla 
əvəz  etmişlər,  İtaliya  adı  da  burdan  ortaya  çıxmışdı.  Avropanın 
bu  sahil  zonası  yarımgünlük  məsafə  ilə  bölünmüş  Skillet  və 
Lamet  körfəzləri  arasında  uzanıb  gedir.  3.  Deyirlər ki,  həmin  bu 
ital  köçəri  həyat sürən  inotları  əkinçi  etdi,  onlarda yeni  qanunlar 
qurdu  və  birinci  olaraq  sissitiyaları  təsis  etdi,  hələ  indinin  özün- 
də  də  İtalın  nəslindən  kimlərdəsə sissitiyalar mövcuddur və onun 
çıxartdığı  qanunlardan  bəziləri  işləyir.  Tirren  dənizi  istiqamətində 
yerləşən  ölkəni12  opiklər  tutmuşdular,  onlar  əvvəllər  olduğu  kimi 
indi  də  avsonlar  adlanır,  Yapigiya  və  İon  dənizi  istiqamətində 
olan,  yəni  Siritis adlanan ölkədə isə xonlar məskunlaşmışdı;  xon- 
lar  da  mənşəcə  enotrdır.  4.  Beləliklə,  sissitiyalar oradan  meyda- 
na  çıxıb,  dövlətin  əhalisinin  vətəndaş  hissəsi  isə  -   Misirdən,  axı 
Sesostrinin  çarlıq  dövrü,  zamanına  görə  Minosun  çarlıq  döv- 
rünü  xeyli  qabaqlayır.  Həm  də,  ümumiyyətlə,  onunla  hesablaş- 
maq  lazımdır  ki,  qalan  qanunlar  da,  madam  ki,  əsrlər  ərzində
267


düşünülmüşdür,  çoxdur,  yaxud  yaxşı  olar  deyək  ki,  saysız- 
hesabsızdır.
5. 
Bütün  bu  qanunların  -   qədim  mənşəyə  malik  olduğunu 
bizə  Misir subut edir,  misirlilər ən  qədim  xalq  sayılır,  onlarda  isə 
həmişə  qanun  da,  dövlət  qaydaları  da  olub.  Buna  görə  bir 
tərəfdən  birinci  növbədə  düşünülüb  tapılmış  şeylərdən  kifayət 
dərəcədə  istifadə  etmək,  digər tərəfdən  isə  -   nəzərdən  qaçırıl- 
mış şeylərin  yerini  doldurmaq  lazımdır.
Əvvəllər  göstərilmişdi  ki,  dövlətin  ərazisi  öz  hesabına 
silahlanmış  adamlara  və  dövlət  idarəçiliyində  iştirak  etmək  hü- 
ququna  malik  olanlara  məxsus  olmalıdır,  əvvəllər  o  da  göstəril- 
mişdi  ki,  əkinçilər  nəyə  görə  xüsusi  təbəqə  olmalıdır,  həm  də 
dövlətin  ərazisi  öz  böyüklüyünə  və  keyfiyyətinə  görə  necə 
olmalıdır.  6.  İndi  bunun  hər  şeydən  öncə  necə  bölüşdürülməsi 
haqqında  bir  neçə  söz  demək  lazımdır,  hansı  qəbildən  olan 
adamlar  əkinçi  olmalıdır,  onlar  hansı  xüsusiyyətlərə  malik 
olmalıdır:  axı  biz  bəzilərinin13 fikrinə  zidd  olaraq  o  nöqteyi-nəzər 
üstündə  dururuq  ki,  torpaq  mülkiyyəti  ümumi  olmamalıdır,  o, 
ancaq  dostluq  əsasında  ümumun  istifadəsinə  verilməlidir  və 
heç  bir  vətəndaş  dolanışacaqdan  məhrum  edilməməlidir.  Hamı 
bununla  razıdır  ki,  abad  dövlətlərdə  olan  sissitiyalar  -   faydalı 
qurumdur;  onun  nəyə  görə  bizdə  də  belə  təsəvvür  yaratması 
haqqında  biz  sonralar  danışacayıq14.  Bunda  bütün  vətəndaşlar 
iştirak  etməlidir,  hərçənd  ki,  yoxsullara  öz vəsaitlərindən  müəy- 
yən  edilmiş  haqqı  vermək  və  əlavə  olaraq  həm  də  yerdə  qalan 
ev təsərrüfatını  saxlamaq  çətindir.
7. 
Daha  sonra  dini  işlərin  icra  edilməsinin  xərci  bütün 
dövlət  üçün  ümumi  olmalıdır.  Buna  görə  dövlətin  bütün 
ərazisini  iki  hissəyə  bölmək  lazımdır:  onlardan  biri  ümumun 
istifadəsində  olmalıdır,  digəri  -   şəxsi  mülkiyyət.  Bu  iki 
hissədən  hər  biri  öz  növbəsində  iki  yerə  bölünməlidir:
268
ümumun  istifadəsində  olan  torpağın  bir  hissəsi  allahların 
xidmətinə  verilməlidir,  digəri  -   sissitiyaların  təşkil  edilməsinin 
xərcini  ödəməlidir.  Xüsusi  sahibkarların  torpağının  bir  payı 
dövlətin  sərhədində  yerləşməlidir,  digəri  -   şəhərin  yanında, 
ondan  ötrü  ki,  iki  məntəqənin  hər  birində  bir  pay  olmaqla, 
hamının  iki  pay  torpağı  olsun.  8.  Beləliklə,  bərabərlik  və 
düzgünlüyə  riayət  olunmaqdan  başqa  qonşularla  müharibə 
olduğu  halda  daha  da  çox  həmrəylik  yaranardı.  Doğrudan  da, 
göstərilən  qaydalar  saxlanılan  yerlərdə  bəziləri  qonşularla 
qərəzli  münasibətə  laqeyd  baxırlar,  digərləri  isə  buna  oiduqca 
çox,  hətta  biabırçı  (para  to  kalon)  dərəcədə  fikir  verir.  Buna 
görə  bəzilərində  sərhəddə  yaşayanlara  öz  qonşuları  ilə 
m üharibə  haqqında  məsələnin  müzakirəsində  iştirak  etməyə 
yol  verməyən  qanun  da  mövcuddur,  çünki  onlar  şəxsi  maraq- 
larını  əldə  rəhbər  tutduqlarından  düzgün  məsləhət  vermək 
iqtidarında deyillər.
Beləliklə,  dövlət  ərazisi  xülasə  edilmiş  səbəblərə  görə 
yuxarıda göstərilən tərzdə  bölünməlidir.
9. 
Əgər  arzu  olunan  qaydalar  haqqında  danışılmalıdırsa, 
onda  əkinçilərin  qul  olması  hər  şeydən  yaxşıdır.  Amma,  onlar 
eyni  birxa lq a   (homophylon)  mənsub  və  coşqun  ehtirasa  malik 
olmamalıdır;  yəni  belə  bir  şəraitdə  onlar  iş  üçün  yararlı  ola- 
ca q la r  və  onlar  tərəfindən  hər  hansı  bir  qiyama  təşəbbüsdən 
ehtiyatlanm ağa  lüzum  olmayacaq.  Ona  görə  ikinci  yerdə,  onlar 
həm inki  təbii  xüsusiyyətlərlə  fərqlənən  barbar  -   periek  də  ola 
bilərlər.  Onlardan  xüsusi  sahibkarların  torpağında  yaşayanlar 
xüsusi  sahibkarlara  mənsub  olmalıdır,  hansılar  ki,  ümumi  tor- 
paqda yaşayır,  onlar isə  ümumi  olmalıdır.  Qullardan  necə yarar- 
lanm aq  lazımdır  və  nəyə  görə  bütün  qullara  bir  mükafat  kimi 
azadlığa  çıxmağa  ümud  verilməsinin  düzgünlüyü  haqqında  biz 
sonralar danışacayıq15.
269


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə