A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə62/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   58   59   60   61   62   63   64   65   ...   104

yox.  Buna  cavab  aydındır,  zira,  görünür  ki,  hamı  bunun  eyni 
olması  ilə  razıdır,  kim  sayırsa  ki,  hər  kəsin  xoşbəxtliyi  var-döv- 
lətdir,  həmin  kəs  bütün  dövləti  də,  əgər  o  varlı  olsa,  xoşbəxt 
hesab  edir.  Kim  hər  şeydən  çox  müstəbidin  həyatına  pərəstiş 
edirsə,  o,  elə  dövləti  ən  xoşbəxt hesab etməyə  hazırdır ki,  bura- 
da  bir  nəfərin  gücü  olduqca  çox  adama  şamii  edilir  ki,  kim  fikir- 
ləşirsə  ki,  hər  adam  ona  xas  olan  xeyirxahlıqdan  asılı  vəziyyət- 
dədir,  o,  daha  yaxşı  işlərlə  seçilən  dövləti  ən  xoşbəxt  hesab 
edəcək.  2.  Lakin  burda  izahı  tələb  olunan  iki  sual  meydana 
çıxır:  biri  -   hansı  həyat  üstünlüyə  layiqdir,  o  həyatmı,  hansı  ki, 
adamları  bir dövlətdə  birləşdirir və  onları  ona qoşur,  yoxsa daha 
çox dövlət  münasibətindən  kənarda  olan  gəlmə  adamın  həyatı? 
İkincisi  isə -  hansı  dövlət quruluşu  təşkil  edilən  hansı  dövləti  ən 
yaxşı  hesab  etməlidir,  onumu,  hansında  ki,  hamı  üçün  dövlət 
quruluşunda  iştirak  etmək  yaxşı  olardı,  yoxsa  onu,  hansında  ki, 
bu  hamı  üçün  deyil,  bəziləri  üçün  arzu  olunur?  Nəzərə  alsaq  ki, 
siyasi  düşüncəyə  və  müzakirəyə  qoymağa  aid  olan  məsələ, 
ayrıca  olaraq  hər  bir  adam  üçün  daha  yaxşı  hesab  edilən  yox, 
məhz  budur,  biz  ikinci  məsələni  əsas  sayaraq,  araşdırmamızda 
indi  daha  çox  onun  müzakirəsi  ilə  məşğul  olacayıq,  birinci  mə- 
sələni  isə  ikincidərəcəlilər sırasına  daxil edək.
3. 
Beləliklə,  aydındır  ki,  eləsi  ən  yaxşı  dövlət  hesab  edil- 
məlidir  ki,  onun  təşkil  edilməsi  hər  adama  rifah  içində  və  xoş- 
bəxt  yaşamaq  imkanı  verir.  Lakin  hətta  o  adamlar,  hansılar  ki, 
səmimiyyətlə  xeyirxahlığın  tələbinə  uyğun  olan  həyatı  hamısın- 
dan  daha  yaxşı  hesab  edir,  mübahisə  edirlər  ki,  nəyə  üstünlük 
verək:  adamların  siyasi  və  əməli  cəhətdən  işgüzar  həyatınamı 
(politikos  kai  praktikos),  yoxsa  elə  həyata  ki,  beləsi  hər  bir 
kənar  işdən  azaddır,  məsələn,  o  passiv  həyat  ki,  bəziləri  bunu 
yalnız filosoflara  layiq  hesab edir.  Ləyaqəti  və  şərəfi  hər şeydən 
üstün  tutan  adamların  demək olar ki,  həmişə  bu  iki  həyat tərzin-
250
dən  birini  seçməsini  görmək  asandır -   təcrübi  fəaliyyəti  və  fəl- 
səfə  ilə məşğulluğu,  əvvəllər belə olub,  iş  hal -  hazırda  da  belə- 
dir.  4.  Həqiqətin  kimin  tərəfində olmasını  bilməyə  çox da  laqeyd 
deyilik,  çünki  həm  doğru  düşünən  hər  bir adam,  həm  də  bütöv- 
lükdə  hər  bir  dövlət,  əlbəttə,  həyatın  qarşıya  qoyduğu  ən  yaxşı 
məqsədlə  uyğunlaşmalıdır.  Bəzilərinin  fikrincə,  öz yaxınları  üzə- 
rində  zalımcasına  hökm  sürmək  -   ən  böyük  ədalətsizlikdir, 
onların  üzərində  isə  vətəndaş  kimi  hökm  sürməkdə  heç bir əda- 
lətsizlik  olmasa  da,  lakin  hökmdarın  özünün  xoşbəxt  yaşama- 
sına  əngəl  törədir.  Digərlərinin  fikri  tamamilə  əksinədir:  əməli 
cəhətdən  işgüzar  həyat  və  dövlət  üçün  yaşamaq  yalnız  dövlət 
xadiminə  yaraşır,  çünki  xeyirxahlığın  tətbiq  edilməsi  qeyri-tipik 
adamlar  üçün  yox,  yalnız  ictimai  və  siyasi  işlərlə  məşğul  olan- 
lardan  ötrü  böyük fəaliyyət  sahəsi  açır.  5.  Bəziləri  belə düşünür, 
digərləri  isə  iddia  edir  ki,  daha  yaxşısı  yalnız  istibdad  üsulu  və 
dövlət  quruluşunun  zalım  formasıdır.  Sonra,  bəzilərində  dövlət 
quruluşunun  fərqli  cəhəti  və  qanunlar  ondan  ibarət  olur  ki, 
onların  qonşular üzərində  hökmranlıq  etmək  məqsədi  var.  Buna 
görə  əksər hallarda  qanunların  çoxunun,  necə  deyərlər,  qarma- 
qarışıq  vəziyyətdə  olmasına  baxmayaraq,  hər  halda  harda  ki, 
onlar müəyyən  bir məqsəd  nəzərdə tutur,  orada  bunların  hamısı 
başqaları  üzərində  hökmranlıq  etməyə  yönəlib.  Məsələn, 
Lakedemonda  və  Kritdə,  demək  olar,  bütün  tərbiyəetmə  işləri 
və  qanunlar  külliyyatı  müharibəni  nəzərə  alır.  Həmçinin  kifayət 
qədər  güclü  olan  bütün  qeyri-yunan  tayfalarında  da,  hərbi  qüv- 
və  böyük  əhəmiyyətə  malikdir,  məsələn,  skiflərdə,  iranlılarda, 
frakıyalılarda,  keltlərdə.  6.  Bə-zilərində  bu  cömərdliyi  təşviq  et- 
mək  üçün  müəyyən  qanunlar  var,  məsələn,  deyirlər  Karfagen- 
də  zinət  əşyası  fərqlənmə  nişanı  hesab  edilir,  bu  edilən  yürüş- 
lərin  sayı  qədər  olan  üzüklərdən  ibarətdir.  Keçmiş  zamanlarda 
Makedoniyada  oian  qanuna  görə  isə  bir  düşmən  belə  öldürmə-
251


yən  adam  belinə  ovsar  bağlamalıydı.  Skiflərdə  belə  adamın  hər 
hansı  bir  bayramda  dairəvi  fincandan  içməyə  haqqı  yox  idi. 
Döyüşkən  iber  tayfasında  ölənin  məzarı  ətrafına  o,  nə  qədər 
düşmən  qırıbsa,  o  qədər  də  boyunbağılar  sancırlar.  Digərlərin- 
də  də  belə  şeylər  çoxdur,  bunların  bir  qismi  qanunlarla  müəy- 
yən  edilib,  bir  qismi  əziz  tutulan  adətlərdir.  7.  Doğrudur,  dövlət 
xadiminin  başlıca vəzifəsi  qonşuları  üzərində,  onların  bunu  istə- 
yib-istəməməsinə  fərq  qoymadan  ağalıq  və  hökmranlıq  etmək 
axtarışından  ibarətdirsə,  həqiqət  ən  yaxınlarda  ediləcək  müza- 
kirələrdə  tamamilə  mənasız  görünə  bilər.  Doğrudan  da,  o  şey 
nə  cür  dövlət  xadiminin,  yaxud  qanunvericinin  vəzifəsi  hesab 
edilə  bilər  ki,  o  elə  özü-özlüyündə  qeyri-qanunidir?  Hökm  sür- 
mək  yalnız  hüquqi  cəhətdən  yox,  hüququn  ziddinə  də  qanuni 
deyil,  tabe etmək  isə qanunun ziddinə  də  mümkündür.
8.  Biliyin  digər sahələrində biz buna  bənzər heç  bir şey gör- 
mürük.  Nə  həkim,  nə  də  sükançı  ya  inandırmağı,  yaxud  zorla 
məcbur  etməyi  öz  qarşısına  məqsəd  qoymur,  biri  -   xəstələri, 
digəri -apardığı  adamları.  Amma  adamların  əksəriyyəti zalımanə 
hökmranlığı  görünür  ki,  siyasətin  başlıca  məqsədi  hesab  ebir  və 
özlərinə  qarşı  nə  ədalətli,  nə  xeyirli  saymadıqları  belə  hərəkətləri 
utanmadan  yerdə  qalanları  barədə  mümkün  hesab  edirlər; 
özlərində  onlar  ədalətli  hakimiyyətə  can  atırlar,  yerdə  qalanlara 
gəldikldə isə onlar,  əsla  bunun  dərdinə qalmırlar.
9.  Hər  halda  bəziləri  zalımanə  hakimiyyət  altında  olmağa 
təbiətən  öyrəncəlidir,  digərləri  isə  belə  hakimiyyət  altında  olma- 
ğa  öyrəncəli  deyil,  əgər iş  belədirsə,  hamının  üzərində zalımanə 
hakimiyyət  mənasızdır,  lakin  təkcə  buna  öyrəncəli  olanlar  üzə- 
rində  olar:  axı  ziyafət,  yaxud  qurbankəsmə təşkil  etməkdən  ötrü 
insanların  yox,  yalnız  o  məxluqların  şikarına  çıxmaq  lazımdır  ki, 
onlar  ov  üçündür,  belələri  isə  vəhşi  heyvanlardır,  həm  də  elə 
heyvanlar  ki,  onların  əti  yeməlidir.  Buna  görə  də  tamamilə  təc-
252
rid  olunmuş  dövlət -  əgər,  ümumiyyətlə,  müharibə  aparmaq  və 
düşmənləri  məhv  etmək  siyasəti  yürütməyən  dövlətin  olması 
mümkündürsə,  axı  bütün  bunlar olmaya  da  bilər -  özü-özlüyün- 
də  o  halda  salamat  ola  bilər  ki,  onun  quruluşu,  şübhəsiz,  çox 
yaxşıdır.
10. 
Beləliklə,  burdan  belə  nəticə  çıxır  ki,  hərbi  işlərin  qey- 
iinə  qalmağı,  ali  və  başlıca  məqsəd  deyil,  yalnız  buna  yetişmə- 
yin  vasitəsi  kimi  çox  yaxşı  hesab  etmək  lazımdır.  Qanunverici 
başa  düşməyə  çalışmalıdır  ki,  dövlət,  bu  və  ya  digər  qəbildən 
olan  adamlar  və  ümumiyyətlə,  bütün  digər  münasibətlərdə  bu- 
lunan  adamlar yaxşı  həyatdan,  həm  də  onlar  üçün  mümkün  ola 
biləcək  xoşbəxtlikdən  zövq  almalıdır.  Əlbəttə,  müəyyən  edilmiş 
qanunların  bəziləri  heç  də  eyni  olmayacaq;  hansı  qonşular  ba- 
rəsində,  əgər  tədbirlər  varsa,  hansı  tədbirlərin  görülməsini  və 
hər birinə qarşı  bu  kimi tədbirlərin  nə  cür tətbiq  edilməsini  nəzə- 
rə  almaq  da  qanunvericinin  işidir.  Lakin  bu  məsələni  aşağıda, 
haçan  ki,  biz  ən  yaxşı  dövlət  quruluşunun  hansı  məqsədləri 
güdməli  olduğunu  araşdırdıqda,  əsaslı  surətdə  ayırd  edəcəyik.
III. 
1.  Xeyirxahlıqla  bağlı  olan  həyatın  hamısından  yaxşı  ol- 
masını  etiraf edib,  bu  həyatın  tətbiq  üsulları  haqqında  mübahisə 
edən  adamlara  müraciət edərək biz onlara və  o  birilərinə demə- 
liyik  ki,  (bəziləri  bütün  vəzifələrdən  imtina  edir,  onlar hesab  edir 
ki,  azad  adamın  həyatı  dövlət  xadiminin  həyatından  tamamilə 
fərqli  və  hamısından  daha  yaxşıdır,  digərləri  axırıncını  ən  yaxşı 
kimi  qəbul  edib  göstərir ki,  heç  bir  işlə  məşğul  olmayan  adamın 
rifah  içində  yaşaması  mümkün  deyil,  çünki  yaxşı  şeylərə  yönə- 
lən  fəaliyyətlə  xoşbəxtlik  bir-birilə  eynilik  təşkil  edir)  -   onlar  da, 
o  birilər  də  bir  cəhətdən  haqlıdır,  digər  cəhətdən  -   haqlı  deyil. 
Bəziləri  -   o  mənada  ki,  azad  adamın  həyatı  ağanın  həyatından 
daha  yaxşıdır:  ona  görə  ki,  qulla əlaqədə olmaqda,  madam  ki,  o
253


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə