A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə58/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   54   55   56   57   58   59   60   61   ...   104

7. 
Xalqın  əkinçiliklə  məşğul  olan  hissəsindən  sonra  ən 
yaxşıları  çobanlıq  etməklə  və  heyvandarlıqla  dolanan  adamlar- 
dır.  Axırıncı  bir  çox  baxımdan  əkinçiliyə  yaxındır;  bu  adamlar 
hərbi  xidmət  üçün  də  öz  həyat tərzlərinə  görə  daha  yararlı  olur: 
onlar  bu  iş  üçün  həm  fiziki  cəhətdən  möhkəm  olduqlarına  görə 
faydalıdırlar,  həm  də  ona  görə  ki,  açıq  səma  altında  uzun  müd- 
dət  qala  bilirlər.  Başqa  demokratiyaları  təşkil  edən  əhalinin 
digər  hissələrinin  hamısı  demək  olar  ki,  bunlardan  pisdir,  axı 
onların  həyat  tərzinin  özü  yaxşı  deyil  və  sənətkarlardan,  tica- 
rətçilərdən,  günəmuzd  işləyənlərdən  ibarət  olan  kütlənin  gördü- 
yü  işlərin  heç  hansı  birisinin  xeyirxahlıqla  əlaqəsi  yoxdur.  Buna 
hələ  o  cəhəti  də  əlavə  etmək  lazımdır  ki,  bu  cür  adamların  ha- 
mısı  həmişə  meydanda  və  şəhərdə  görünərək,  çox  asanlıqla, 
necə  deyərlər,  xalq  məclisi  təşkil  edirlər.  Əksinə,  dövlətin  ərazi- 
sinə  səpələnmiş  əkinçilər  bir-birilə  nadir  hallarda  görüşürlər, 
həm  də  belə  bir  görüşə  ehtiyacları  olmur.  8.  Hansı  dövlətin 
ərazisində  şum  üçün  yararlı  sahələr şəhərdən  böyük  məsafədə 
yerləşirsə,  orada  asanlıqla  yaxşı  demokratiya  da,  politiya  da 
təşkil  etmək  olar.  Belə  hallarda  xalq  kütləsi  sahələrdə  məskun- 
laşmağa  məcbur  olur;  bu  onunla  nəticələnir  ki,  şəhərdə  qara 
camaat  olsa  da  belə,  onlar  hər  halda  bu  cür  demokratiyalarda 
dövlətin  ərazisində  yaşayan  xalq  kütləsi  olmadan  xalq  məc- 
lislərində  üstünlük qazana  bilmirlər.
Hal-hazırda  ən  yaxşı  və  birinci  demokratiyanın  necə  təşkil 
edilməsindən  danışıldı;  həmçinin  demokratiyanın  digər  forma- 
larının  necə  təşkil  ediləcəyi  də  aydındır:  ən  yaxşı  demokratiya- 
dan  addım-addım  uzaqlaşmaq  lazım  gəlir,  lakin  həmişə  əhalinin 
ən  pis  hissələrini  idarəçilikdən  kənarlaşdırmaq  gərəkdir.
9.  Dövlət idarəçiliyində  hamının  iştirak etdiyi  ifrat demokra- 
tiyaya  gəldikdə  isə,  hər dövlət  buna  tab  etmək  iqtidarında  deyil, 
həm  də  o,  əgər qanunlarla  və  vətəndaşların  adətlərilə möhkəm-
234
ləndirilməyibsə,  ona  uzun  müddət  davam  gətirmək  asan  olma- 
yacaq  (artıq  bunun  da,  digər  dövlət  quruluşu  formalarının  da 
dağılma  səbəbləri  haqqında  hər  şey  demək  olar  ki,  əvvəllər 
deyilmişdir).  Bu  demokratiyanı  qurmaqdan  və  xalqı  güclü  et- 
məkdən  ötrü,  adətən,  onun  başında  duranlar  vətəndaşların 
sırasına  mümkün  qədər  çox  adam  cəlb  edir  və  yalnız  qanuni 
doğulanlara  deyil,  həm  də  qeyri-qanuni  doğulanlara  və  vali- 
deynlərindən  biri  -   ya  atası,  ya  anası  -   vətəndaş  olanlara 
vətəndaşlıq  hüququ  verirlər;  axı  onlar  bu  cür  demokratiya  üçün 
daha  münasibdir.  10.  Demaqoqlar,  adətən,  belə  edirlər.  Əslin- 
də,  isə  xalq  kütləsi  kübarların  və  ortababların  ümumi  sayını 
üstələyənə  qədər  belə  adamları  vətəndaşların  sırasına  qəbul 
etmək  lazımdır.  Daha  bundan  uzağa  getmək  gərək  deyil,  çünki 
çoxluqda  olan  kimi  onlar  dövlət  quruluşuna  bir  az  da  çox 
nizamsızlıq  gətirəcəklər;  bu  cür  demokratik  quruluşa  onsuz  da 
çətinliklə  dözən  kübarlar  daha  da  acıqlanacaq,  bu  isə  Kirendə5 
daxili  çəkişmələrə  səbəb  olmuşdu.  Kiçik  acığa  fikir  verməmək 
də  olar,  lakin  acıq  çoxalmağa  başlasa,  bu  daha  tez  gözə çarpa- 
caq.  11.  Belə  bir  demokratiya  üçün  daha  sonra  o  qanunlar  da 
faydalıdır  ki,  bunlardan  demokratiyanın  möhkəmləndirilməsi 
məqsədilə  Afinada  Klisfen,  eləcə  də  Kirendə  demokratiyanın 
baniləri  istifadə  etmişdilər.  Yeni  fillər və  fratsiyalar tətbiq  etmək, 
həm  də  onların  sayını  artırmaq  lazımdır;  digər  tərəfdən  şəxsi 
ziyarətgahları  sayca  az  ümumi  ziyarətgahlara  çevirmək  və 
ümumiyyətlə,  elə  biclik  işlətmək  lazımdır  ki,  bütün  vətəndaşlar 
mümkün  qədər  bir-birilə  çox  qarışsın,  əvvəlki  birləşmələr  isə 
parçalansın.
12. 
Bununla belə  müstəbidlərin əl atdığı  bütün tədbirlər görü- 
nür ki,  demokratiya  üçün  də  səciyyəvidir.  Mən,  məsələn,  qulların, 
qadınların,  uşaqların  azad  yaşamasının  (qulların  azad  yaşaması 
müəyyən  dərəcədə  faydalı  ola  bilər),  hər  birinə  özü  bildiyi  kimi
235


sərbəst  həyat  sürmək  imkanının  verilməsini  nəzərdə  tuturam.  Bü- 
tün  bunlar  belə  bir  dövlət  quruluşunun  möhkəmlənməsinə  səbəb 
olacaq,  zira  əksəriyyət  üçün  sağlam  düşüncəyə  tabe  olmaqdan 
çox,  nizam-intizama riayət etmədən yaşamaq xoşdur.
III. 
1.  Qanunverici  üçün  və  belə  bir  dövlət  təşkil  etmək  istə- 
yən  şəxslərdən  ötrü  bunun  meydana  çıxarılması  əsas  və  yeganə 
vəzifə  deyil,  daha  önəmlisi  -   bunun  mühafizə  edilməsi  üçün 
görülən tədbirlərdir. Axı  hər hansı  bir dövlət quruluşunun  bir,  iki,  üç 
gün  qorunub  saxlanılması  çətin  deyil.  Buna  görə,  bizim  əvvəlki 
mühakimələrimizdə  dövlət  quruluşunun  dağılmasına  və  mühafizə 
edilməsinə  səbəb  olan  şeyləri  nəzərə  alaraq,  bütün  dağıdıcı 
şeylərdən  qorunmaq  üçün,  çalışıb təhlükəsizliyi  təmin  etmək,  həm 
yazılmamış,  həm  yazılı  elə  qanunlar  meydana  çıxarmaq  lazımdır 
ki,  bunlar dövlət  quruluşu  üçün  əsasən  xilasedici  olsun6;  dövlətdə 
daha  aydın  şəkildə  demokratiya,  yaxud  oiiqarxiyanın  əlaməti  kimi 
özünü  göstərən  tədbiri  deyil,  o  tədbiri  demokratiyanın,  yaxud  oli- 
qarxiyanınkı  hesab  etmək  lazımdır  ki,  bu  onun  mövcudluğunu 
daha uzun müddətə təmin  edir.  2.  İndiki  demaqoqlar isə xalqa xoş 
gəlməkdən  ötrü  tez-tez  məhkəmədə  iş  qaldırmaq  vasitəsilə  əm- 
lakları  müsadirə  edirlər.  Buna  görə  dövlət  quruluşunun  mühafızə 
edilməsinə  canıyananlıq  göstərənlər  qanunlar  çıxarmaq  vasitəsilə 
buna  mane  olmalıdırlar,  bunun  nəticəsində  məhkum  edilmişlərin 
əmlakı  məhkəmənin  hökmü  ilə  heç  bir  halda  dövlətin  xeyrinə 
müsadirə  edilməməli  və  ümumun  mülkiyyətinə  deyil,  yalnız  dinlə 
əlaqədar  olan  mülkiyyətə  çevrilməlidir.  Cinayət  edənlər  bu  əməl- 
dən  daha  da  qoçaqlaşmayacaq  (axı  onlar  hər  necə  olsa  cəzaya 
məruz  qalacaq)  qara  camaat  isə  bundan  heç  bir  mənfəət  götür- 
mədiyindən  müttəhimlərə  cəza  kəsilməsinə  çox  da  həvəs  göstər- 
məyəcək.  Bundan  başqa  çalışıb  mümkün  qədər dövlət  məhkəmə 
işlərinin  sayını  azaltmaq,  bunları  ciddi  cəza  hədəsiylə  əsası  olma- 
dan  qaldırmağı  qadağan  etmək  lazımdır;  bu  cür məhkəmə  işlərini,
236
adətən,  xalqın  içərisindən  olan  adamlara  qarşı  deyil,  kübarlara 
qarşı qaldırırlar. Amma elə etmək lazımdır ki,  bütün vətəndaşlar bu 
idarəetmə formasına da daha çox dostluq  münasibəti göstərsinlər; 
əgər  buna  nail  olmaq  mümkün  deyilsə,  onda  işi  elə  təşkil  etmək 
lazımdır ki, ali hakimiyyət sahiblərinə düşmən kimi  baxmasınlar.
3. 
İfrat  demokratiyalarda  əhali  çox  olduğuna  görə,  haqq 
'  ermədən  onlarda  xalq  məclisləri  təşkil  etmək  çətindir,  o  döv- 
lətin  qaydalarında  ki,  orada  gəlirə  dair  maddələr  yoxdur,  o,  kü- 
barlara  düşməndir:  axı  gəliri  belə halda  istər-istəməz təcili  surətdə 
vergilər  müəyyən  etmək  yolu  ilə,  müsadirə  yolu  ilə,  yaramaz 
mühakimə  üsulu  ilə  əldə  etmək  lazım  gəlir,  bütün  bunlar  isə  artıq 
neçə-neçə  demokratiyanı  yıxmışdır.  Beləliklə,  harda  ki,  gəlirə  dair 
maddələr yoxdur,  orada  xalq  məclislərini  nadir  hallarda  çağırmaq, 
məhkəmə  iclaslarını  isə  hakimlərin  sayını  çoxaltmaqla,  bir  neçə 
günlük  təşkil  etmək  lazımdır.  Bunun  o  cəhəti  üstündür  ki,  döv- 
lətlilər  daha  məsarifdən  qorxmurlar,  hərçənd  məhkəmədə  iştiraka 
görə  varlılar  deyil,  yoxsullar  haqq  alacaqdır;  həm  də  məhkəmə 
araşdırmaları  daha  düzgün  aparmağa  başlayacaq:  axı  varlılar  öz 
şəxsi  işlərindən  uzun  müddətə  ayrılmaq  həvəsində  bulunmurlar, 
lakin  qısa  müddətə  məmnuniyyətlə  razı  olurlar.  4.  Harda  ki,  gəlirə 
dair maddələr var,  orada  demaqoqların  hal-hazırda  etdiyi  kimi  hə- 
rəkət etməkdən çəkinmək lazımdır, onlar gəlirin  artığını  paylayırlar; 
xalq  isə  alır  və  bununla  bərabər  dönəbədönə  yenə  də  buna  eh- 
tiyacı  olur,  belə  ki,  yoxsullara  bu  cür  yardım  deşiyi  olan  çəlləyi 
xatırladır.  Xalqın  əsil  dostu  ona  fikir  verməlidir  ki,  xalq  kütlələri 
həddən  artıq  kasıb  vəziyyətdə  olmasın,  çünki  vəziyyətin  belə 
olması  demokratiyanın  heç  nəyə  yaramayan  quruluş  olmasına 
gətirib  çıxarır.  Beləliklə,  buna  elə vasitələr  axtarıb tapmaq lazımdır 
ki,  vətəndaşların  güzəranı  həmişə  xoş  keçsin.  Bunda  varlı  adam- 
ların  da  maraqlı  olmasını  nəzərə  alaraq,  yığılan  gəlirdən  əmələ 
gələn  bütün  artıq  məbləği  yoxsullar arasında  bölüşdürmək  lazım-
237


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə