A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə55/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   51   52   53   54   55   56   57   58   ...   104

lələrlə  olmuşdur:  Pisistrat  öz  istibdad  üsul-idarəsi  dövründə  iki 
dəfə  qovulmuşdu,  belə  ki,  otuz  üç  ildən  yalnız  on  yeddisi  onun, 
on  səkkizi-onun  oğlanlarının  istibdad  üsul-idarəsinə  təsadüf 
edir,  cəmisi  isə,  demək  otuz  beş  il.  Qalanlarından  -   Gieronun 
və  Gelonun  Sirakuzadakı  istibdad  üsul-idarəsi.  Amma  bu  da 
uzun  müddət  sürməmişdi,  bütövlükdə  on  səkkiz  il,  Gelon  yeddi 
il  müstəbid  olmuşdu,  səkkizinci  ildə  isə vəfat etmişdi,  Gieron  on 
ii  idarə etmişdi;  Frasibul  öz idarəçiliyinin  on  birinci  ayında  qovul- 
muşdu67.  Lakin  istibdad  üsul-idarələrinin  böyük  əksəriyyəti  ta- 
mamilə az davam  etmişdi.
İndi  biz istər respublikaların,  istərsə də  monarxiya  quruluş- 
larının  dağılma  səbəbiəri  və  mühafızə  edilmə  vasitələri  haq- 
qında,  demək olar ki,  hər şeyi  söylədik.
X. 
1.  «Dövlət»  əsərində  Sokrat  dövlət çevrilişləri  haqqında 
danışır,  lakin  uğursuz.  Məsələn,  o,  ən  yaxşı  və  ilk  dövlət  quru- 
luşlarında  olan  dövlət  çevrilişlərini  ayrıca  olaraq  şərh  etməmiş- 
dir.  O,  bunlara  bir səbəb  kimi  onu  göstərir  ki,  ümumiyyətlə,  də- 
yişməyən  heç  nə  yoxdur,  lakin  hər  şey  müəyyən  vaxt  ərzində 
dəyişilir.  Bu  dəyişikliklərin  əsasında  guya  ki,  rəqəmlərin  nisbəti 
durur,  yənı'  dördün  üçə  nisbəti,  hansı  ki,  beşlə  kombinasiya edil- 
dikdə  iki  müvafiq  birləşmə  verir,  başqa  sözlə,  bu  fiqurun  sayının 
kubu  olduqda;  o,  hesab  edir  ki,  təbiət  müəyyən  vaxtlarda  dün- 
yaya  yararsız  və  heç  bir  mədəniyyətə  uyuşmayan  adamlar 
bəxş  edir.  Bu  halda  ola  bilsin  ki,  o,  çox  da  haqlı  deyil,  çünki 
həqiqətən  elə  ola  bilər  ki,  tərbiyənin  də  belələrini  dəyərli  adam 
etməyə  gücü  çatmasın.  Sual  olunur,  nəyə  görə  bu  cəhət,  hansı- 
ları  ki,  o,  ən  yaxşı  quruluş  adlandırır,  daha  çox  həmin  dövlətlər- 
də  dövlət  çevrilişlərinin  xüsusi  səbəbi  olmalıdır,  bütün  yerdə 
qalan  dövlətlərdə  isə,  həm  də,  ümumiyyətlə,  bütün  yeni  əmələ 
gələnlərdə isə yox.
222
2.  Əgər vaxt  varsa,  onun  sözlərinə  görə,  birinci  səbəbdən 
hər şey dəyişilir,  məgər göstərilən  müddətdə  hər şey,  hətta  eyni 
vaxtda  əmələ  gəlməyənlər  dəyişilməməlidirmi,  belə  ki,  məsə- 
lən,  əgər bir şey dəyişikliyə  uğramamışdan  bir gün  əvvəl  əmələ 
gəlibsə,  məgər  o,  dəyişilməməlidirmi?  Bundan  başqa,  məgər 
bu  quruluş  hökmən  Lakon  quruluşu  ilə  əvəz  edilməlidirmi?  Axı 
ıeçə  dəfələrlə  bütün  dövlət  quruluşu  formaları  onlara  yaxın 
olanlarla  deyil,  əks  olan  formalarla  əvəz  edilir.  Bunu  qalan  bü- 
tün  dövlət  çevrilişləri  haqqında  da  söyləmək  olar.  O,  deyir  ki, 
Lakon  quruluşu  oliqarxiyaya,  oliqarxiya  demokratiyaya,  demok- 
ratiya  istibdad  üsul-idarəsinə  keçir.  Lakin  dəyişikliklər  əks  isti- 
qamətdə  də  olur,  məsələn,  demokratiya  oliqarxiyaya  keçir,  özü 
də tez-tez,  nəinki  monarxiyaya.
3.  İstibdad  üsul-idarəsi  barəsində  Sokrat  heç  nə  demir,  o, 
ümumiyyətlə,  dəyişikliyi  sınaqdan  keçirirmi,  yoxsa  yox,  əgər  ki, 
keçirirsə,  onda  hansı  səbəbdən  və  hansı  formaya  keçir.  Bütün 
bunlar  haqqında  susması  onunla  izah  oiunur  ki,  onun  üçün  bu 
məsələlər  barəsində  mühakimə  yürütmək  çox  da  asan  olma- 
mışdı:  burada  aydınlıq  yoxdur.  Onun  fıkrincə  istibdad  üsul-ida- 
rəsi  birinci  və  ən  yaxşı  dövlət  quruluşu  formasına  keçməlidir, 
çünki  fasiləsizlik  və  dövrə  yalnız  bu  halda  əmələ  gələ  bilər. 
Amma  ki,  istibdad  üsul-idarəsi  bəzən  istibdad  üsul-idarəsinə 
keçir,  məsələn,  istibdad  üsul-idarəsi  Sikionedə  Mirakdan  Klisfe- 
nin  istibdad  üsul-idarəsinə  keçdiyi  kimi,  yaxud  oliqarxiyaya,  mə- 
sələn,  Xalkiddə  Antileontun  istibdad  üsul-idarəsi  kimi,  yaxud 
demokratiyaya,  Sirakuzada  Gelonun  ailəsinin  istibdad  üsul-ida- 
rəsi  kimi,  ya  da  aristokratiyaya,  Lakedemonda  Xarilayın  istib- 
daa'  üsul-idarəsi  kimi68,  eləcə  də  Karfagendə.
4.  Həmçinin  oliqarxiya  da  istibdad  üsul-idarəsinə  keçə 
bilər,  Siciliyada  qədim  oliqarxiyaların  böyük  əksəriyyətində  ol- 
duğu  kimi,  hansı  ki,  Leontinada  oliqarxiya  Panetinin  istibdad
223


üsul-idarəsinə,  Geledə  oliqarxiya  -   Kleandranın  istibdad  üsul- 
idarəsinə,  Regiyada  -   Anaksilayın  istibdad  üsul-idarəsinə  keç- 
mişdi;  eləcə  də  bir çox  digər şəhərlərdə.  Bu  fikir də  mənasızdır, 
oliqarxiyaya  keçmə  onunla  izah  olunur  ki,  guya  hakimiyyətdə 
olanlar  acgöz  və  pulpərəstdirlər69,  daha  onunla  yox  ki,  əmlak 
cəhətdən  digərlərini  bir  qədər  üstələyənlər,  hesab  edirlər  ki, 
dövlətdə  heç  bir şeyə  malik  olmayanların  mülkiyyət  sahibləri  ilə 
eyni  hüquqa  malik  olması  haqsızlıqdır;  bir  çox  oliqarxiyalarda 
nəinki  qazanclı  işlərlə  məşğul  olmağa  icazə  verilmir,  axırıncı 
hətta  müvafiq  qanunlarla  qadağan  edilir,  halbuki  demokratik 
quruluşa  malik  olan  Karfogendə,  vətəndaşlar  qazanclı  işlərlə 
məşğul  olurlar,  indiyə  qədər  də  orada  dövlət  quruluşu  dəyişil- 
məyib.  5.  Bu  da  mənasız fikirdir,  guya  oliqarxiya  dövlətində  ikiti- 
rəlik  o lu r -  varlıların  dövləti  və yoxsulların  dövləti.  Nəyə  görə  bu 
oliqarxiyada  olmalıdır,  daha  lakedemon  dövlətində,  yaxud 
başqa  birisində yox,  harda  ki,  hamı  bir bərabərdə  mülkiyyətə  yi- 
yələnməyib,  yaxud  hamı  eyni  dərəcədə  şanlı  xadim  deyil. 
Amma  baxmayaraq  ki,  heç  kəs  əvvəlkinə  nisbətən  daha  da  ka- 
sıblaşmır,  madam  ki,  yoxsullar çoxalır,  oliqarxiya  demokratiyaya 
keçir və  əksinə,  əgər  varlılar  xalq  kütləsi  üzərində  üstünlük  qa- 
zanırsa  və  axırıncılar  bunu  nəzərdən  qaçırdığı  halda,  birincilər 
bunu  hesaba  alırsa,  demokratiya oliqarxiyaya  keçir.  Dövlət çev- 
rilişlərinin  səbəblərinin  çox  olmasına  baxmayaraq70,  Sokrat 
yalnız  birini  göstərir,  guya  yoxsulluq,  məhz  pozğun  həyat  keçir- 
mək  nəticəsində  təşəkkül  tapır  və  böyük  faizlə  pul  götürməklə 
sanki  hamı,  yaxud  əksəriyyət  lap  əvvəldən  varlı  olub.  6.  Bütün 
bunlar  səhvdir.  Bununla  belə  hakimiyyət  başında  duranlardan 
bir  neçəsi  öz var-dövlətini  itirərsə,  onda  onlar  dövlət quruluşun- 
da  yeniliyə  cəhd  edirlər,  amma  yerdə  qalanlardan  biri  olsa,  o 
zaman  bundan  heç bir mühüm  nəticə  hasil olmur,  həm  də  birin- 
ci  halda  dövlət  quruluşu,  əsla  daha  yaxşı  hesab  edilən  demok-
224
ratiyaya  deyil,  hər  hansı  bir  digər  quruluşa  keçir.  Kimləri  ki, 
dövlət vəzifələrinə  buraxmırlar,  kimləri  ki,  onlar öz  mal-mülkünü 
israf  etməsələr  də,  incidib  təhqir  edirlər,  həmin  adamlar  çəkiş- 
məyə  və  dövlət  çevrilişləri  etməyə  başlayırlar...71bunun  nəticə- 
sində  onlara  istədiklərini  etməyə  icazə  verirlər  ki,  bunu  da  o, 
azadlığın  son  dərəçə  çox  olması  ilə  izah  edir.  Ümumiyyətlə,  oli- 
qarxiya  və  demokratiyanın  bir  neçə  formasının  olmasına  bax- 
mayaraq,  Sokrat  bunlarda  baş  verən  dəyişikliklər  haqqında  elə 
danışır ki,  sanki bunun  və o birinin yalnız birforması  var.
225


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə