A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə52/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   48   49   50   51   52   53   54   55   ...   104

lərinə  arxalanaraq,  buna  görə  də  qorxu  bilmədən,  onlar  asan- 
lıqla  qəsdi  başa  çatdırırlar,  məsələn,  qoşun  başçıları  hökmdar- 
lara  qəsd  edir.  Beləcə,  Kir Astiaqın54 həyat tərzinə və  hərbi  qüv- 
vəsinə  nifrətlə  baxıb ona  qarşı  çıxdı:  axı  hərbi  qüvvə zəifləmişdi, 
Astiaqın  özü  isə  cah-cəlal  içində  batıb  qalmışdı.  Həmçinin 
frakiyalı  Sevf  Amodaka55  qarşı,  onun  qoşun  başçısı  ola-ola. 
Bəziləri  qəsdi  bir  neçə  səbəbə  görə,  bir  növ  həm  nifrətə,  həm 
də  acgözlüyə  görə  törədirlər,  məsələn,  Mitridat  Ariobarzana56 
qarşı.  Daha  çox  bu  səbəbdən  qəsd  törədənlərə  təbiət  cəsarət 
bəxş  etmişdir  və  onlar  hökmdarların  yanında  yüksək  vəzifələr tu- 
turlar,  axı  cəsurluq  qüvvə  ilə  birləşdikdə  cəsarət  verir  və  kim  ki, 
həm  buna,  həm  də digərinə malikdir,  bunun  öhdəsindən  asanlıqla 
gəlmək  ümidi  ilə  də  sui-qəsd  hazırlayır.  16.  Şöhrətpərəstlik  üzün- 
dən  qəsd  törədən  adamların  bəhanələri  öz  mahiyyətinə  görə 
yuxarıda  göstərilənlərlə  ziddiyət  təşkil  edir.  Əgər  bəziləri  çoxlu 
var-dövlətə və  yüksək hörmətə  (hökmdarlarda  olduğu  kimi)  can 
atdığından,  hökmdarlara  qəsd  edirsə,  o  zaman  şöhrətpərəstlik 
üzündən  qəsd  törədənlərin  heç  biri  bundan  ötrü  təhlükəyə 
məruz  qalmağa  üstünlük  vermir;  o  birilər  yüxarıda  göstərilən 
səbəblərə  əsaslanırlar,  bu  birilər  isə  -   əgər  söhbət  digər  bir 
qeyri-adi  hərəkətdən  gedirsə,  hansı  ki,  buna  görə  başqa  adam- 
ların  nəzərində  tanınar  və  məşhurlaşarlar  -   hökmdarlarla  he- 
sablaşırlar,  amma  hökmdar  səlahiyyətini  deyil,  cəhd  edirlər  ki, 
özlərinə  böyük şöhrət qazansınlar.
17. 
Amma  belə  bir  səbəbdən  ürəklənənlərin  sayı  olduqca 
azdır.  Axı  ehtimal  edilir  ki,  qəsdi  törədən  öz  işini  həyata  keçirə 
bilməsə,  qətiyyən  öz  xilasının  qeydinə  qalmamalıdır.  Bu  qəbil- 
dən  olan  adamlar  Dionun  nöqteyi-nəzərinə  tərəfdar  olmalıdır, 
bu  isə  çoxları  üçün  asan  deyil:  o  hərb  etməkdən  ötrü  kiçik  dəs- 
təylə  Dionisinin  üstünə  gedir,  həm  də  deyir  ki,  iş  heç  olmasa, 
bir uğurla  nəticələnsə,  onun  bunda  bir  növ iştirak  etməsi  ondan
210
ötrü  kifayət edər;  amma  ki,  o  quruya  çıxdıqdan  sonra  həlak  ol- 
sa,  onda  bu cür ölüm  onun  üçün  çox gözəl  olar.
18. 
İstibdad  üsul-idarəsi,  bütün  digər  dövlət  quruluşu  for- 
maları  kimi,  düşmən  dövlət  quruluşu  güclü  olduqda,  xarici  sə- 
bəblərdən  də dağılır.  Cəhdlər ziddiyyət təşkil  etdiyinə görə  bunu 
həyata  keçirmək arzusu  açıq-aşkar kifayət  etmir:  amma  ki,  belə 
bir  imkan  olduqda  istəyə  nail  olmağa  hamı  cəhd  göstərir.  Bir- 
birinə  düşmən  olan  dövlət  quruluşu  formaları  isə  -   demokratiya 
və  istibdad  üsul-idarəsi,  Gesioda  görə,  dulusçu  ilə  dulusçunun 
düşmənçiliyinə  bənzəyir  (axı  ifrat  demokratiya  -   elə  istibdad 
üsul-idarəsidir);  digər  tərəfdən  istibdad  üsul-idarəsi  monarxiya 
və  aristokratiya  dövlət  quruluşlarına  zidd  olduğuna  görə  bunun- 
la  da,  onunla  da  düşməndir  (bax  buna  görə  lakedemonlular  və 
sirakuzalılar  onlarda  çox  gözəl  dövlət  quruluşu  olan  zamanlar- 
da,  bir  çox  istibdad  üsul-idarələrini  ləğv  etdilər).  19.  Bundan 
başqa  istibdad  üsul-idarəsinin  məhvi,  onunla  bilavasitə  əlaqəsi 
olan  adamlar  öz  aralarında  çəkişməyə  başlayan  kimi,  onun 
özündə  hazırlanır,  necə  ki,  bu  Gelonun  istibdad  üsul-idarəsi  və 
yaxın  keçmişdə  Dionisinin  istibdad  üsul-idarəsi  ilə  olmuşdur. 
Gelonun  tiran  hökuməti  ona  görə  devrildi  ki,  Gieronun  qardaşı 
Frasibul,  özü  idarə  etməkdən  ötrü  demaqoqluq  vasitəsilə  Gelo- 
nun  oğlunu  özünə  cəlb  etməyə  başladı  və  onu  keflə  yaşamağa 
həvəsləndirdi;  haçan  ki,  onlara  yaxın  adamlar istibdad  üsul-ida- 
rəsinin  tamamilə  ləğv  olunmasma  yol  verməməkdən,  yalnız 
Frasibulla  bölüşdürməkdən  ötrü  birləşdilər,  onların  yoldaşları  əl- 
verişli  şəraitdən  yararlanıb,  onların  hamısını  qovdu.  Dionisi  isə 
xalqı  öz tərəfinə çəkib,  qudası  Dionu  sürgünə  göndərdi,  bundan 
sonra  da  özü öldü.
20. 
İstibdad  üsul-idarəsinə  də  qəsd  əsas  etibarı  ilə  iki 
səbəblə şərtlənir- ədavətdən  və  nifrətdən -  birinci,  yəni  ədavət 
ola  bilsin,  müstəbidlərin  labüd  yol  yoldaşı  hesab  edilir,  lakin  nif-
211


rət  də  bir  çox  hallarda  müstəbidlərin  devrilməsinə  səbəb  olur. 
Buna  sübut:  hökmranlığa  yetişən  müstəbidlərin  əksəriyyəti 
bunu  mühafizə  etmişdir,  buna  irsən  yiyələnənlərinsə  az  qala 
hamısı  bunu  dərhal  itirir.  Bu  adamların  zövqlə  dolu  həyatı  on- 
lara  qarşı  nifrət  doğurur  ki,  bundan  da  qəsd  törətmək  üçün  ələ 
çoxlu  girəvə  keçir.
21.  Qəzəbi  də  ədavətin  tərkib  hissələrindən  biri  hesab  et- 
mək  lazımdır,  çünki  müəyyən  dərəcədə  həmin  o  hərəkətlərin 
səbəblərindən  biri  də  odur.  Nifrətə  nisbətən  qəzəb  tez-tez, 
hətta  daha  aktiv  təkanverici  qüvvəyə  çevrilir  və  bir  halda  ki, 
qəzəbdən  düşüncə  susur,  qəsd  qətiyyətlə  törədilir.  Qəzəb  isə 
hər  şeydən  öncə  müstəbidlərin  həyasız  hərəkətlərindən  coşur, 
bu  da  yeri  gəlmişkən  Pisistratidlərin  və  bir  çox  digər  müstəbid- 
lərin  tiran  hökumətini  dağıtmışdı.  Lakin  ədavətdə  hislər  özünə 
çox  yer  tapmır:  axı  qəzəb  acınacaqlı  hislərlə  bağlıdır,  belə  ki, 
ağılın  hökmünə  qulaq  asmaq  çətindir:  əksinə,  düşmənçilik  kə- 
dəri  özündə saxlamır.
Yekunlaşdırarkən,  demək  lazımdır  ki,  o  səbəblər,  hansılar 
ki,  bizim fikrimizcə,  xalis və  mükəmməl  oliqarxiyanın  və  ifrat de- 
mokratiyanın  dağılması  ilə  nəticələnir,  istibdad  üsul-idarəsinin 
süqutuna  da  səbəb  olur,  çünki  bu  dövlət  quruluşları  -   həmin  də 
istibdad  üsul-idarələri,  yalnız çoxluq  arasında  bölüşdürülür.
22.  Çar  rejimi  hər  şeydən  daha  az  xarici  səbəblər  nəticə- 
sində  dağılır,  buna  görə  də  o,  uzunömürlü  olur,  onun  dağılması 
əksər  hallarda  ancaq  onun  özündə  olan  səbəblərə  görə  baş 
verir.  O,  iki  halda  məhv olur:  birincisi,  çarın  ailə  üzvləri  bir-birilə 
çəkişməyə  başladıqda,  ikincisi,  çarlar  çox  qəddarcasına  idarə 
etməyə  cəhd  göstərdikdə,  yəni  onlar qanunun  ziddinə olaraq öz 
səlahiyyətlərini  genişləndirməyə  başladıqda.  Bizim  dövrümüzdə 
çar  hakimiyyəti  həqiqi  mənada  daha  əmələ  gəlmir,  əmələ  gəl- 
dikdə  isə,  bu  daha  çox  təkhakimiyyətlilik  və  istibdad  üsul-ida-
212
rəsi olur.  Çar hakimiyyəti  bir tərəfdən  onun  könüllü  olaraq  qəbul 
edilməsi  ilə şərtlənir,  digər tərəfdən  -  özündə  mühüm  işlər üzrə 
ali  instansiyanı  təmsil  edir.  İndi  isə  adamların  çoxu  bərabərdir, 
onlardan  da  heç  kim  o  qədər fərqlənmir  ki,  əzəməti  və  ləyaqəti 
ilə  belə  bir  hakimiyyətə  münasib  olsun.  Buna  görə  adamlar 
könüllü  olaraq  belə  bir  hakimiyyət  təklifi  vermir;  əgər  ki,  birinə 
hiylə  yolu  ilə  və  ya  zorakılıqla  hakimiyyəti  ələ  keçirmək  nəsib 
olsa,  onda bu,  artıq  istibdad  üsul-idarəsi  hesab edilir.
23. 
O  səltənətlərdə,  harda  ki,  hakimiyyət  vərəsəlik  yolu  ilə 
keçir,  göstərdiyimiz  ölümlə  nəticələnən  səbəblərdən  başqa, 
onu  da  göstərmək  lazımdır  ki,  bir  çox  çarlar  asanlıqla  özlərinə 
nifrət  qazanır,  həmçinin  müstəbidlərin  malik  olduqları  gücə 
malik  olmasalar  da,  onlar  yalnız  çarın  nüfuzuna  arxalanaraq, 
yenə  də  həyasızlıq  göstərirlər.  Bu,  tezliklə  iflasa  gətirib  çıxarır: 
əgər onu  istəmirlərsə,  o  da  çar  olmayacaq;  müstəbid  isə,  əksi- 
nə,  hətta onu  istəməsələr də  qalır.
Beləliklə,  monarxiyalar bu  və  bu  kimi  səbəblərdən  dağılır.
IX. 
1.  Onların  bütövlüyü,  görünür,  ümumiyyətlə,  əks  vasi- 
tələrlə  mühafizə  edilir;  o  cümlədən,  çar  quruluşunun  bütövlüyü 
qoyulan  məhdudiyyətlərlə  təmin  edilir.  Doğrudan  da,  çar  haki- 
miyyəti  nə  qədər  az  vəkalətə  malik  olsa,  o  təbii  ki,  bir  o  qədər 
toxunulmaz qalacaq:  bu  halda  çarların  zalımlığı  az olur,  onlar öz 
təbəələrinin  düşüncə  tərzinə  yaxınlaşır  və  axırıncılarda  az 
dərəcədə  həsəd  doğurur.  Buna  görə  çar  hakimiyyəti  moloslu- 
larda  və  lakedemonlularda  lap  əvvəlcədən  iki  şəxsin  arasında 
bölüşdürüldüyünə  görə  uzun  müddət  mühafizə  edilmişdi,  həm 
də  ona  görə  ki,  Feopomp57  onu  müxtəlif  vasitələrlə  məhdud- 
laşdırıb,  eforat vəzifəsini  təsis  etmişdi;  çar hakimiyyətinin  rolunu 
zəiflətməklə,  o  bunun  ömrünün  uzanmasına  səbəb  oldu,  belə 
ki,  müəyyən  baxımdan  o,  bunu  qiymətdən  salmadı,  əksinə,  yük-
213


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə