A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə53/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   49   50   51   52   53   54   55   56   ...   104

səltdi.  Deyirlər,  arvadı  ona,  sənə  eyib  deyilmi  öz  oğlanlarına 
sənə  atandan  miras  qalandan  daha  az  çar  səlahiyyəti  verirsən 
söyləyəndə,  o,  belə cavab vermişdir:  «Qətiyyən  eyib  deyil,  çün- 
ki  mən  bunu onlara daha  uzun  müddətə verirəm».
2. 
İstibdad  üsul-idarəsi  bilavasitə  bir-birilə  zidiyyət  təşkil 
edən  iki  vasitə  ilə  mühafızə  edilir.  Bunlardan  biri  -   ənənəvidir 
və  əksər  müstəbidlər  öz  idarəçilik  üsulunda  buna  əsaslanır. 
Deyirlər  ki,  öz  sahəsində  əhəmiyyətli  olan  bu  vasitəni  Korinfli 
Periandr58  meydana  çıxarmışdı;  iranlıların  idarəçilik  üsullarında 
da  belə  şeyləri  çox  görmək  olar.  Artıq  bizim  əvvəllər  göstərdi- 
yimiz bir şey var ki,  bu  da  istibdad  üsul-idarəsinin  mümkün  olan 
mühafizəsinə  səbəb  olur;  bir  vasitə,  məsələn,  bundan  ibarətdir 
ki,  bütün  görkəmli  adamları  nə  iləsə  «sındırmaq»,  azad  fikirli 
adamların  hamısını  aradan  götürmək,  sissitiyaları,  cəmiyyətləri, 
tərbiyə  etməni  və  bu  kimi  şeyləri  qadağan  etmək,  ümumiyyətlə, 
hardan  ki,  özünə  əminlik  və  qarşılıqlı  inam  əmələ  gəlir,  belə 
şeylərdən 
qorunm aq,
  təhsil  məqsədi  ilə  məktəblərin, 
y a x u d  
hansısa  digər  cəmiyyətlərin  təşkil  edilməsinə  yol  verməmək  və 
ümumiyyətlə,  hər  şeyi  elə  qurmaq  ki,  hamı  çox  vaxt  bir-birinə 
yad  olsun,  çünki  tanışlıq  daha  çox inam  yaradır.  3.  Daha  sonra, 
şəhərə gələn  bütün  adamların  həmişə  göz  qabağında  olması  və 
öz vaxtlarını  öz  qapılarının  ağzında  kesirməsi  lazımdır:  onda  on- 
lara  məşğul  olduqları  işi  gözləmək çox çətin  olacaq;  həm  də  hə- 
mişə  qul  vəziyyətində  qalmaqla,  onlar  farağat  durmağa  alışa- 
caqlar.  İranlıların  və  barbarların  tətbiq  etdiyi  bu  kimi  digər  vasi- 
tələr  də  istibdad  üsul-idarəsinə  münasibdir  (axı  onların  hamısı 
eyni  bir  məqsədi  güdür).  Bir  də  işi  elə  təşkil  etməyə  çalışmaq 
lazımdır  ki,  təbəələrdən  heç  birinin  nə  barədə  danışması  və  nə 
ilə  məşğul  olması  gizlin  qalmasın,  məsələn,  Sirakuzada  olan 
«xəbər  gətirənlər»,  yaxud  Gieronun  hər  dəfə  keçirilən  bir  dost- 
yana  məclisi  və  ya  görüş  yerlərinə  gizlin  surətdə  qulaq  asmaq
214
üçün  göndərdiyi  adamlar  kimi  cəsuslar  saxlamaq;  belə  adam- 
lardan  ehtiyatlanaraq  təbəələr  açıq  fikir  mübadiləsi  aparmağı 
yadırğayacaqlar,  amma  ki,  onlar  açıq  danışmağa  başlasa,  on- 
da,  öz söhbətlərini  gizləmək  onlara  çətin  olacaq.  4.  Həm-vətən- 
ləri  bir-birinə  qarşı  qaldırıb,  dostları  dostlarla,  sadə  xalqı  kübar- 
larla,  varlıları  öz  mühitindən  olan  adamlarla  toqquşdurmaq  la- 
zımdır.  Müstəbidin  məqsədlərindən  biri  də,  həmçinin  öz  təbə- 
ələrini  müflisləşdirməkdir,  ondan  ötrü  ki,  bir  tərəfdən  özünün 
mühafizə  dəstəsini  saxlamaq  imkanı  olsun,  digər  tərəfdən  isə 
ondan  ötrü  ki,  gündəlik  qayğıları  ilə  başı  qarışıq  olan  təbəələrin 
ona  qarşı  qəsd
 təşkil  etməyə asudə vaxtı  olmasın.  Buna misal -  
Kipselidlərə  həsr  edilmiş  Misir  ehramları,  Pisistratlar tərəfindən 
Olimpionun  qurulması,  Samosda  isə  -   Polikratın59  tikililəri.  Bu 
kimi  işlər  eyni  bir şeyi  nəzərdə  tutur:  təbəələrin  boş  vaxtının  ol- 
mamasını  və  onların  yoxsulluğunu.  5.  Bura  həmçinin,  vaxtı  ilə 
Sirakuzada  olduğu  kimi  vergi  ödəmək  də  aiddir,  orada  məlum 
olduğu  kimi  Dionisinin  idarə  etdiyi  beş  il  ərzində  təbəələrin 
bütün  müikiyyəti  vergi  ödənişinə  getmişdir.  Təbəələrin  boş 
vaxta  malik olmamasından  və  həmişə  başçıya  ehtiyacları  olma- 
sından  ötrü  müstəbid  həm  də  hərbə  meyl  edir.  Çarın  hakimiy- 
yətini  dostlar  himayə  edir,  müstədidə  isə  dostlara  etibar  etmək 
xas  deyil,  çünki,  məhz  onlar,  çox  ehtimal,  hamının  istədiyi  şeyi 
həyata  keçirə bilər.
6. 
İfrat  demokratiyanı  fərqləndirən  bütün  əlamətlər,  həm 
də  istibdad  üsul-idarəsinə  xasdır:  ev  işlərində  qadınlarm  üstün- 
lüyü  ondan  ötrüdür  ki,  onlar  öz  ərlərinin  işlərini  hamıya  məlum 
etsinlər,  qulların  intizamsızlığı  da  bu  səbəbdəndir;  qullar  və 
qadınlar müstəbidlərə  qarşı  qəsd  hazırlamırlar,  əksinə,  ağ  günə 
çıxmaqla  bunlar və  o birilər,  əlbəttə,  həm  istibdad  üsul-idarələri- 
nə,  həm  də  demokratiyalara  meyl  göstərir,  axı  rəiyyət  də  bir 
növ  hökmdar  olmaq  istəyir.  Buna  görə  burda  da,  orda  da  yal-
215


taqların  hörməti  var:  demokratiyalarda  -   demaqoqun  (axı  de- 
maqoq  -   xalqın  yaltağıdır),  müstəbidlərin  yanında  isə  -   özünü 
aciz  tutan  adamların,  bu  isə  yaltaqlara  xasdır.  Bunun  nəticəsi 
olaraq  istibdad  üsul-idarəsi  bütün  yaramaz  şeyləri  sevir;  axı 
müstəbidlərə  yaltaqlanmaq,  onları  xoşhallandırır,  bunu  isə  ağlı 
olan  heç  bir  azad  insan  etməz.  Pis  adamların  isə  bütün  yara- 
maz  şeylər  əlindən  gəlir  -   məsəl  var  «pazı  pazla».  7.  Heç  bir 
yüksək  şeyə,  heç  bir  azad  şeyə  hüsn-rəğbət  göstərməmək  -  
istibdad  üsul-idarəsinə  xas  olan  cəhətdir;  bu  keyfiyyətlərə 
yalnız  müstəbidin  özü  iddialıdır,  əgər  ki,  azadlığa  səcdə  edən, 
yüksək  hislərə  malik  olan  bir adam  olsa,  onda  o,  istibdad  üsul- 
idarəsini,  ona  üstünlük və  hökmranlıq  verən  şeylərdən  məhrum 
edər.  Buna  görə  müstəbidlərin,  onların  hökmranlığını  məhv  et- 
məyə  iqtidarlı  olan  bu  cür  adamları  görməyə  gözləri  yoxdur. 
Müstəbidlərə  öz  süfrəsinə  əcnəbiləri  dəvət  etmək  və  ümumiy- 
yətlə,  öz  vaxtını  daha  çox  onlarla  keçirmək  xasdır,  nəinki  yerli 
vətəndaşlarla;  axırıncılar  -   onun  üçün  düşməndir,  birincilər  isə 
onun  əleyhinə  qalxmaz.  Bax,  bu  və  bu  kimi  vasitələrlə  müstəbid 
öz  hakimiyyətini  mühafizə  edir;  bütün  bu  vasitələr  tamamilə 
alçaq xarakter daşıyır.
8. 
Nəyə  ki,  biz  indiyə  qədər  baxmışıq,  bütün  bunları  üç 
bəndə  ayırmaq  olar.  Yəni  müstəbid  üç  məqsədə  doğru  can  atır: 
birincisi,  öz  təbəələrini  qorxaq  etmək,  çünki,  qorxaq  adam  ona 
qarşı  qəsd  təşkil  etməyəcək;  ikincisi,  qarşılıqlı  inamsızlıq  yarat- 
maq  -   istibdad  üsul-idarəsi  yalnız  o  zaman  süqut  edə  bilər  ki, 
bəzi  vətəndaşlar bir-birinə  etibar etsin,  buna  görə  müstəbidlər -  
onların  hakimiyyəti  üçün  qorxulu  olduqlarından  nəcib  adamların 
düşmənidir  və  yalnız  ona  görə  yox  ki,  onlar  zalımanə  hakimiy- 
yətə  dözmürlər,  həm  də ona  görə  ki,  onlar öz mühitlərində  oldu- 
ğu  kimi  digərlərinin  arasında  da  etimada  malikdirlər  və  nə  özü- 
nünkülərə,  nə  də  özgələrə  xəbərçilik  etməklə  məşğul  olmaya-
216
caqlar;  üçüncüsü,  adamları  siyasi  qətiyyətdən  məhrum  etmək: 
Heç kəs çətin  işə,  deməli,  istibdad  üsul-  idarəsinin  devrilməsinə 
də,  əgər onun  buna  gücü  çatmırsa,  qərar verməyəcək.  9.  Müs- 
təbidlərin  bütün  fıkri  gösrəilən  üç  məqsədə  yönəlmişdir.  Bunları 
üç  ilkin  şərt  kimi  aşağıdakı  qaydada  gösrətmək  olar:  adamlar 
bir-birinə  etibar  etməsinlər;  hərəkət  edə  bilməsinlər;  qorxu  hiss 
etsinlər.  İstibdad  üsul-idarəsinin  mühafizə  edilməsinin  vasitələ- 
rindən  biri  bax budur.
10. 
Digər  vasitə,  yuxarıda  göstərilənlərlə  demək  olar  ki, 
ziddiyyət  təşkil  edən  tədbirlərin  qeydinə  qalmaqdır.  Bunu,  çar 
hakimiyyətini  dağılmağa  doğru  aparan  səbəblər  haqqında  nə 
deyilmişdisə,  o  cür  başa  düşmək  olar.  Elə  bunun  kimi,  onun 
məhvinə  səbəb  olan  vasitələrdən  biri  çar  hakimiyyətinə  daha 
çox  zalımlıq  çaları  verməkdən  ibarətdir,  bəli,  istibdad  üsul-ida- 
rəsi  üçün  nicatverici  vasitə  onun  tezliklə  çar hakimiyyətinə  bən- 
zər  etməkdir,  əlavə  olaraq  bir  şeyin  qeydinə  də  qalmaq  la- 
zımdır:  nəinki  bunu  istəyən,  həm  də  istəməyən  adamlar üzərin- 
də  hökm  sürməkdən  ötrü  silahlı  qüvvələri  öz  əlində  saxlamaq. 
Silahlı  qüvvələri  itirməklə,  müstəbid  zalımanə  hakimiyyətini  də 
itirəcək,  lakin  axırıncı,  necə  deyərlər,  hər  şeyin  əsasını  təşkil 
etməlidir,  bütün  başqa  hallarda  isə  o,  çar  rolunu  oynamalıdır, 
yaxud  bu  rolun  yaxşı  ifaçısı  kimi  görünməlidir.  1 1 . 0 ,   hər  şey- 
dən  öncə  ümumi  sərvətin  qeydinə  qalmalı,  pulları  xalq  kütlə- 
sinin  narazılığına  səbəb  olan  bəxşişlərə  sərf  etməkdən  çəkin- 
məlidir,  halbuki  xalqın  əməyindən  və ağır işindən  əldə olunanlar 
gen-bol  surətdə geteralara60,  əcnəbilərə,  ustalara  paylanır;  artıq 
bəzi  müstəbidlər61  etdiyi  kimi  mədaxil  və  məxaric  barəsində 
hesabat  verilməlidir,  -   belə  hərəkət  etməklə  müstəbid,  müs- 
təbiddən  çox  təsərrüfat  müdirini  andıracaq;  bununla  bərabər  o, 
pulsuz  qalarsa,  bundan  ötrü  narahat  olmağa  dəyməz,  axı  döv- 
lətdə  ali  hakimiyyət  onun  əlindədir.  12.  Amma  müstəbidlərə
217


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə