A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə56/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   52   53   54   55   56   57   58   59   ...   104

ALTINCI  KİTAB(Z)
I. 
1.  Müxtəlif formalarda  olan  məşvərətçi,  yəni  dövlətdəki 
ali  hakimiyyət  haqqında,  dövlət vəzifələrinin  təşkili  haqqında  və 
divanxanalar  haqqında,  hansının  hansı  dövlət  quruluşuna  uy- 
ğun  gəlməsindən  yuxarıda  danışılmışdı;  həmçinin  dövlət  quru- 
luşu  formalarının  dağılması  və  mühafizə  edilməsi  haqqında, 
yəni  bu  və o biri  nə  ilə əlaqədardır və  hansı  səbəblərlə  şərtlənir. 
Demokratiya  kimi  qalan  dövlət quruluşlarının  da  bir neçə forrna- 
sı  olduğuna  görə,  bizim  əvvəllər bir kənara  qoyduğumuz  şeyləri 
də  eyni  zamanda  müzakirə  etmək,  həm  də  hər  sistem  üçün 
ona  xas və  daha faydalı  olan  quruluşu  müəyyənləşdirmək  məq- 
sədəuyğundur.  2.  Biz,  həmçinin  yuxarıda  adları  çəkilən  bütün 
təsisatların  bütün  qurulma  yollarının  mümkün  birləşmələrini  mü- 
zakirə  edəcəyik:  onların  birləşməsi  müxtəlif dövlət  quruluşu  for- 
malarının  çarpazlaşmasından  törəyir,  belə  ki,  oliqarxiya  çalarlı 
aristokratiyalar  və  demokratiya  çalarlı  -   politiyalar  əmələ  gəlir. 
Müzakirə  edilməli  olan,  lakin  hələ  indiyə  qədər  müzakirə  edil- 
məyən  birləşmələr  dedikdə  mən,  məsələn,  aşağıdakıları  nə- 
zərdə  tuturam:  əgər məşvərətçi  orqan  və  vəzifəli  şəxslərin  seç- 
kisi  oliqarxiyasayağı  təşkil  edilibsə,  divanxanalar  isə  -   aristok- 
ratiyasayağı;  yaxud  bu  axırıncılar və  məşvərətçi  orqan  -   oliqar- 
xiyasayağı,  vəzifəli  şəxslərin  seçkisi  isə  -   aristokratiyasayağı, 
ya  da  bir  başqa  cürədirsə,  onda  dövlət  quruluşu  hərtərəfli  ola- 
raq  öz əsas xarakterinə  uyğun  surətdə təşkil  olunmayacaq.
3. 
Hansı  demokratiyanın  hansı  dövlətə  uyğun  gəlməsi, 
eləcə  də  hansı  əhaliyə  hansı  oliqarxiyanın  uyğun  gəlməsi  və 
hansı  dövlətlərin  yerdə  qalan  hansı  dövlət  quruluşları  üçün 
xeyirli  olması  haqqında  əvvəllər  danışılmışdı,  əlavə  olaraq  yal- 
nız  bu  dövlət  quruluşlarından  hansının  dövlətlər  üçün  ən  yaxşı 
olması  deyil,  həmçinin  təcrübədə  bunların  da,  qalan  dövlət
226
quruluşu  formalarının  da  necə  müəyyənləşdirilməsi  aydınlaş- 
dırılmalıdır;  bax  bu  barədə  biz  indi  qısaca  olaraq  danışacayıq. 
Hər  şeydən  öncə  demokratiyanın  müzakirəsinə  başlayaq;  bu- 
nunla  bərabər buna  zidd  olan,  yəni  bəzilərinin  oliqarxiya  adlan- 
dırdığı  quruluş  da  bəlli  olacaq.  4.  Belə  bir  araşdırma  zamanı 
demokratiyanın  bütün  fərqli  cəhətlərini  nəzərə  almaq  lazımdır, 
həm  də  bütün  o  şeyləri  ki,  bunlar demokratiya  quruluşunun  ay- 
rılmaz  mənsubiyyəti  hesab  edilir,  çünki  demokratiyanın  ayrı-ayrı 
formaları  da  bütün  bunlardan  əmələ  gəlir  və  belə  formalar  bir 
deyil,  bir  neçədir,  özü  də  müxtəlifdir.  Demokratiyanın  forma 
müxtəlifliyi  iki  səbəblə  izah  olunur:  bunlardan  birincisi  haqqında 
biz  əvvəllər  danışmışdıq;  bu,  xalqın  tərkib  cəhətdən  müxtəlif- 
liyidir  (xalq  kütləsinin  tərkibinə  əkinçilər,  digər  tərəfdən  -  
sənətkarlar  və  günəmuzd  işləyənlər  daxildir,  əgər  birincilərə 
ikincilər,  üçüncülərə  isə  öz  növbəsində  birincilərin  hər  ikisi  bir- 
ləşdirilsə,  onda fərq  demokratiyanın  yaxşı  və ya  pis  olmasından 
deyil,  bunun  eyni  cür  olmamasından  ibarət  olacaq).  5.  İkinci 
səbəb  odur  ki,  -   biz  bunun  haqqında  indi  danışırıq.  Yəni,  de- 
mokratiyanı  fərqləndirən  xüsusiyyətlər  və  bu  quruluşa  xas 
hesab  edilənlər,  bunlar,  bu  və  ya  ayrı  cür  birləşdikdə,  demo- 
kratiyanın  dəyişilməsinə  səbəb  olur:  bir  halda  demokratiyaya 
ona  daha  az xas olan  xüsusiyyətlərlə keçilir,  digər halda -  daha 
çoxla,  üçüncü  halda  -   hamısıyla.  Bu  xüsusiyyətlərdən  hər  biri 
haqqında  məlumatlı  olmaq  ona  görə  faydalıdır  ki,  birisi  təcrü- 
bədə  yeni  formada  demokratiya  qurmaq,  yaxud  demokratiyada 
bu  və  ya  digər düzəlişlər etmək  arzusunda  buluna  bilər.  Axı  bu, 
yaxud  digər  dövlət  quruluşu  formasını  təşkil  edənlər  bunların 
hər  birində  ona  xas  olan  bütün  xüsusiyyətləri  onun  əsas  prinsi- 
pinə  müvafiq  surətdə  birləşdirməyə çalışırlar,  lakin  onlar bu  hal- 
da  yanılırlar,  bu  da  dövlət  quruluşlarının  dağılması  və  mühafızə 
edilməsi  haqqında  olan  mühakimələrdə  əvvəllər  göstərilmişdi.
227


İndi  biz  müxtəlif dövlət  quruluşlarından  nə tələb  olunduğu  barə- 
də,  onların xarakterləri və  məqsədləri  haqqında  danışacayıq.
6. 
Demokratiya  quruluşunun  əsas  prinsipi  azadlıqdır. 
Ümumi  rəyə  görə,  yalnız  bu  dlövlət  quruluşunda  hamı  azadlığa 
malikdir,  zira  buna,  iddia  edildiyi  kimi,  hər demokratiya  can  atır. 
Azadlığın  şərtlərindən  biri  isə  -   növbə  ilə  idarə  olunan  və  idarə 
edən  olmaqdır.  Doğrudan  da,  demokratiya  qaydalarının  əsas 
prinsipi  ondan  ibarətdir  ki,  bərabərçilik  kəmiyyət  baxımından 
həyata  keçirilir,  daha  məziyyətə əsaslanmır;  əgər ədalət  bunda- 
dırsa,  onda,  şübhəsiz,  ali  hakimiyyət xalq  kütləsinə  mənsubdur, 
çoxluq  da  bir  şey  haqqında  qərar  çıxardıqda,  bu  qəti  və  haqlı 
qərar  sayılmalıdır.  Deyirlər,  bütün  vətəndaşlar  bərabər  hüquq- 
lara  malik olmalıdır,  belə  ki,  demokratiyada  daha  böyük  səlahiy- 
yətlərə  varlılar deyil,  yoxsullar sahib  olur,  axı  onlar çoxluq  təşkil 
edir,  çoxluğun  qərarı  isə  ali  qüvvəyə  malikdir.  7.  Beləliklə,  de- 
mokratiya  quruluşunun  əlamətlərindən  biri  demokratiyanın  bü- 
tün  tərəfdarlarının  etirafına  görə  azadlıqdır.  İkinci  prinsip  -   hər 
kəs  necə  istəyir,  elə  də  yaşamalıdır;  bu  xüsusiyyət,  deyirlər, 
məhz  azadlığın  nəticəsidir,  halbuki  köləliyin  nəticəsi  istənilən 
kimi  yaşamağın  mümkünsüzlüyüdür.  Beləliklə,  bu  demokratiya 
quruluşunun  ikinci  fərqli  əlamətidir.  Ümumiyyətlə,  tabeçilikdə 
olmamaq  cəhdi  artıq  buradan  meydana  çıxmışdı  -   hər  şeydən 
yaxşı  heç  kimin  tabeçiliyində  olmamaq,  əgər  buna  yetmək 
mümkün  deyilsə,  heç olmasa  növbə  ilə  olmaq1.  Bu  halda  da  bü 
cəhd  bərabərçiliyə əsaslanan  azadlıq  prinsipinə  uyğun  gəlir.
8. 
Bu  başlıca  müddəalara  və  belə  bir  prinsipə  əsaslana- 
raq,  biz  aşağıda  göstərilən  qanuniarı  demokratik  hesab  etmə- 
liyik:  bütün  vəzifəli  şəxslər  bütün  vətəndaş  heyətindən  seçilir; 
hamı,  ayrılıqda  götürdükdə  hər  kəsi  idarə  edir,  hər  kəs  də,  ha- 
çan  ki,  onun  növbəsi  çatdı  -  hamını;  ya  bütün  vəzifələrə,  ya  da 
xüsusi  təcrübə  və  bilik  tələb  edilənlər  istisna  olmaqla,  qalan
228
vəzifələrə  adam  püşklə təyin  edilir;  vəzifə tutmaq  heç  bir əmlak 
senzi  ilə  şərtlənmir,  yaxud  ən  aşağı  senzlə  şərtlənir;  heç  kəs 
eyni  bir  vəzifəni,  hərbi  vəzifələr  istisna  olmaqla,  iki  dəfə  tuta 
bilməz;  bütün vəzifələr,  yaxud  mümkün  olan  yerdə,  bunlar qısa- 
müddətlidir;  məhkəmə hakimiyyəti  hamıya  məxsusdur,  hakimlər 
bütün  vətəndaşlardan  seçilir  və  bütün  məsələlərə  dair  işlərə, 
yaxud  bunların  əksər  qisminə  baxır,  yəni  mühüm  və  mövcud 
olan,  bir  növ:  vəzifəli  şəxslərin  hesabatına  dair,  siyasi  məsələ- 
lərin  hesabatına  dair,  şəxsi  müqavilələrin  hesabatına dair işlərə. 
Xalq  məclisi  bütün  məsələlərdə  ali  səlahiyyət  sahibidir;  heç  bir 
vəzifə  heç  bir  məsələdə  bu  cür  səlahiyyətə  malik  deyil,  yaxud 
son  dərəcə  məhdud  dairələrdə  olan  məsələlərdə  buna  malikdir; 
ya  da  ki,  başlıca  məsələlərdə  ali  səlahiyyət  şuraya  məxsusdur. 
9.  Şura  -   harda  ki,  bütün  vətəndaşları  mükafatlandırmaqdan2 
ötrü  vəsait  yoxdur,  orada  hökumət  təsisatlarından  ən  demo- 
kratikidir;  əks  halda  bu  təsisat  öz əhəmiyyətini  itirir,  çünki  xalq3, 
mukafatlandırıldıqca,  bütün  məsələlərin  həllini  öz  əlində  cəm- 
ləşdirir  (əvvəlki  mülahizələrdə  bu  haqda  deyilmişdi).  Demokra- 
tiya  quruluşunun  başqa  bir xüsusiyyəti  hamının  mükafatlandırıl- 
masıdır:  xalq  məclisi,  məhkəmə,  vəzifəli  şəxslər,  ya  da  heç  ol- 
masa  vəzifəli  şəxslər,  məhkəmə,  şura,  adi  xalq  məclisləri,  ya- 
xud  vəzifəli  şəxslərdən,  bir yerdə  dolanmalı  olanlar.  Həm  də  oli- 
qarxiya  əsli-nəcabətlə,  var-dövlətlə  və  təhsillə  səciyyələnirsə, 
onda  bunlara  əks  olan  xüsusiyyətlər  demokratiyanın  əlamətləri 
sayılmalıdır,  yəni  əsilsizlik,  yoxsulluq,  qabalıq.  10.  Vəzifələrə 
gəldikdəsə,  onlardan  heç biri  həmişəlik olmamalıdır,  amma  çox- 
dankı  dəyişikliyə  görə  belə  birisi  varsa,  onda  bunun  əhəmiy- 
yətini  heçə  endirib,  buna  artıq  seçki  yolu  ilə  deyil,  püşklə  adam 
təyin  edilməlidir.
Bunlar  demokratiya  üçün  səciyyəvi  olan  ümumi  əlamət- 
lərdir.  Demokratiya  nöqteyi-nəzərincə  anlaşılan  ədalətə  əsa-
229


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə