A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə59/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   55   56   57   58   59   60   61   62   ...   104

dır,  xüsusən,  imkan  varsa,  o  qədər  yığmaq  gərəkdir  ki,  hər  kəs 
özünə  kiçik  torpaq  sahəsi  ala  bilsin,  amma  bunu  etmək  mümkün 
deyilsə -  ticarətlə,  ya da əkinçiliklə  məşğul olsun.  Əgər bütün yox- 
sullara  bu  imkanı  vermək  mümkün  olmursa,  onda  fillər  üzrə,  ya- 
xud  vətəndaşların  ayrıldığı  digər hissələr üzrə  növbəti  paylanmanı 
təşkil  etmək  lazımdır.  Eyni  zamanda  varlılar  zəruri  olan  xalq 
məclislərini  və  məhkəmə  iclaslarını  təşkil  etməkdən  ötrü  pul  bu- 
raxmalıdırlar;  bundan  əlavə  onları  faydasız  liturgiyalardan7  azad 
etmək  lazımdır.  5.  Bu  kimi  tədbirlərlə  karfagenlilər xalqın  rəğbətini 
qazanırlar;  adətən,  sadə  xalq  içərisindən  olan  adamları  ətraf 
şəhərlərə  göndərməklə  onlar  həmin  adamların  varlanmasına 
imkan  yaradırlar.  Kübarlar tərəfındən  isə,  əgər  onlar  humanist  və 
qanacaqlıdırsa,  yoxsulları  öz  aralarında  bölüşdürmək  və  onları 
pulla  təmin  edib,  bu,  yaxud  digər  işə  göndərmək  düzgün  hərəkət 
olardı.  Tarantinilərdən  belə  bir  nümunə  götürmək  də  pis  olmazdı: 
yoxsulların  istifadə  etməsi  üçün  ümumi  əmlak  müəyyənləşdir- 
məklə  onlar xalq  kütləsinin  rəğbətini  qazanır;  onlarda  vəzifələr  iki 
cürdür:  bir  qisminə  adam  seçki  yolu  ilə  təyin  edilir,  digərinə  -  
püşklə;  püşklə -  o məqsədlə  ki,  xalqın  onlara  əli  çatsın,  seçki  yolu 
iləsə -  ona  görə  ki,  dövlət daha  yaxşı  idarə  edilsin.  Eyni  bir vəzifə 
barəsində  də  -   bunun  bir  qisminə  püşklə,  digərinə  seçki  yolu  ilə 
adam  təyin  etməkdən  ötrü  -   bu  cür  etmək  olar.  Hal-hazırda 
demokratiya idarəçiliyinin  necə təşkil edilməsi barəsində danışıldı.
IV. 
1.  İrəli  sürülmüş  fikirlər  əsasında  oliqarxiya  idarəçiliyi- 
nin  necə  təşkil  edilməsi  də  demək  olar  ki,  aydın  olmağa  başla- 
yır.  Məhz  oliqarxiyanın  hər  formasını  demokratiya  quruluşunun 
əsaslarına  zidd  olan  əsaslardan  təşkil  etmək  lazımdır,  həm  də
o,  demokratiyanın  onunla  ziddiyyət  təşkil  edən  formasına  mü- 
vafiq  olmalıdır.  Oliqarxiyanın  daha  çox  orta  və  bununla  bərabər 
sıra  ilə  birinci  olan  forması  politiya  adlanan  quruluşa  yaxınlaşır;
238
həm  də  iki  cür əmlak  senzi  müəyyənləşdirilməlidir -  daha  aşağı 
və  daha  yuxarı.  Daha  aşağı  senz  vətəndaşlara  adi  dövlət  vəzi- 
fələrini  tutmağa  yol  açacaq,  ikincisi  -   daha  mühüm  vəzifələri. 
Müəyyən  edilmiş  əmlak  senzinə  sahib  olan  hər  kəs  qoy  bütün 
vətəndaş  hüquqlarından  istifadə  etsin;  əlavə  olaraq  senzin  sa- 
yəsində  tamhüquqlu  vətəndaşların  tərkibinə  xalqın  içərisindən 
ə^əmiyyətli  sayda  o  qədər  adam  daxil  ediləcəkdir  ki,  vətəndaş- 
lar  axırıncılarla  birlikdə  vətəndaş  hüququna  malik  olmayanlar- 
dan  üstünlük  təşkil  edəcək.  Amma  tamhüquqlu  vətəndaşların 
sırasına  həmişə  xalqın  ən  yaxşı  təbəqələrinə  mənsub  olan 
adamları  cəlb etmək  lazımdır.
2. 
Oliqarxiyanın  digər  formasına  da  yalnız  yüngülcə  belə 
bir  xarakter  verib,  buna  bənzər  dövlət  quruluşu  təsis  etmək  la- 
zımdır.  Lakin  o  oliqarxiya  quruluşu  ki,  ifrat  demokratiyaya  mü- 
nasibdir,  o  daha  çox  dinastiya  və  istibdad  üsul-idarəsidir;  o  nə 
qədər  pis  olursa,  onun  bir  o  qədər  də  çox  güclü  qoruyucu  təd- 
birlərə  ehtiyacı  olur.  Necə  ki,  anadangəlmə  sağlam  bədən  və 
üzmək  üçün  yaxşı  hazırlanmış,  çox  gözəl  heyəti  olan  gəmi  çox 
bədbəxt  hadisələrə  məruz  qala  bilər,  bunlardan  məhv  olmayan 
xəstə  bədən  və  pis  hazırlanmış,  heyəti  pis  olan  gəmi  isə  cüzi 
qəzaya  davam  gətirmək  iqtidarında  deyil,  eləcə  də ən  pis dövlət 
quruluşu  formalarının  qoruyucu  tədbirlərə  daha  çox  ehtiyacı 
var.  3.  Əhalinin  çox  olması  demokratiya  üçün  xilasedicidir  (o, 
məhz  bununla,  hər  kəsin  yaxşı  cəhətinə  əsaslanaraq  qanuna 
qarşı  qoyulur);  burdan  aydındır  ki,  oliqarxiya  özünü  mühafizə 
etmək  üçün  buna  qarşı  tədbirlər aramalıdır,  yəni  yaxşı  qaydalar 
müəyyənləşdirilməlidir.
Adətən,  xalq  kütləsi  dörd  hissədən  ibarət  olduğuna  görə  -  
əkinçilər,  sənətkarlar,  tacirlər,  günəmuzd  işləyənlər,  hərb  üçün 
də  dörd  qoşun  növü  münasibdir  -   atlı  qoşun,  ağırsilahlı  piyada 
qoşunu,  yüngülsilahlı  piyada  qoşunu,  donanma,  harda  ki,  yerli
239


şərait  at  sürmək  üçün  yararlıdır,  orada  möhkəm  oliqarxiya  təşkil 
etmək  üçün  müəyyən  əlverişli  şərait  olur:  axı  ordunun  bu  növü -  
əhalinin  nicatı  üçündür,  atları  isə  yalnız  böyük  mülkiyyət sahibləri 
saxlaya  bilər;  harda  ki,  yerli  şərait  ağırsilahlı  ordu  təşkil  etmək 
üçün  əlverişlidir,  oradakı  şərait  oliqarxiyanın  ikinci  forması  üçün 
münasibdir:  axı  ağırsilahlı  piyada  qoşununda  xidmət  etməyin 
öhdəsindən  yoxsullardan  çox,  varlılar  gələ  bilər,  yüngülsilahlı 
ordu  və  matroslar isə tamamilə  demokratiyaya  uyğundur.  4.  Hal- 
hazırkı  dövrdə  də  harda  ki,  bu  axırıncılar  üstünlük  təşkil  edir, 
orada  oliqarxiya  daxili  çəkişmələrin  baş  verməsi  nəticəsində  çox 
vaxt  məğlubiyyətə  uğrayır.  Buna  qarşı  çarə  etmək  üçün  hərbi 
istedada malik olan  sərkərdələrdən  süvari və ağırsilahlı  qoşunları 
müvafiq  surətdə  yüngulsilahlı  qoşuna  birləşdirməyi  iqtibas etmək 
lazımdır.  Axırıncının  sayəsində  xalq  kütləsi  daxili  iğtişaşlar 
zamanı  varlılar üzərində  üstünlük  qazanır;  yüngulsiahlı  olsa  da o, 
asanlıqla süvari və agırsilahlı qoşunların öhdəsindən gəlir.
5. 
Beləliklə,  oliqarxiya,  öz  hərbi  qüvvələrini  onlardan8 
təşkil  edirsə,  əslində,  onları  özünə  qarşı  təşkil  edir;  oliqarxlar 
gəncləri  böyük  və  kiçik  yaşlılara  ayırmalı,  həm  də  öz  oğlanlarını 
onlar  hələ  kiçik  yaşda  ikən  yüngülsilahlı  qoşunlara  xas  olan 
yüngül  təlimlərə  öyrətməli  idilər;  yeniyetməlik  dövründən  çıx- 
dıqda  isə,  onlar hərbi  işdə  bişməlidir.
Oliqarxlar,  əvvəl  deyildiyi  kimi,  vətəndaş  kütləsi  içərisindən o 
adamlara dövlət  işində iştirak etməyə imkan verməməlidir ki,  onlar 
müəyyən  əmlak  senzi  ədlə  etmiş  olsunlar,  yaxud  Fivada  olduğu 
kimi,  o  adamlara  ki,  onlar  müəyyən  müddət  ərzində  sənətlə  bağlı 
heç  bir  işlə  məşğul  olmasınlar,  ya  da,  nəhayət,  Massaliyada 
olduğu  kimi,  həm  tam  hüquqlu  vətəndaşlar,  həm  də  onlara  aidiy- 
yatı  olmayan  dəyərli  şəxslər arasında  edilən  seçməyə  əsasən.  6. 
Üstəlik  mühüm  vəzifələrlə,  hansı  ki,  idarə  edən  vətəndaşların 
əlində  qalmalıdır,  liturgiyaları  birləşdirmək  lazımdır  ki,  sadə  xalq
240
könüllü  olaraq  bunlardan  imtina  etsin  və  böyük  qurbanlar  baha- 
sına  öz  səlahiyyətinin  əvəzini  verən  vəzifəli  şəxslərə  iltifatla  ya- 
naşsın.  Eyni zamanda  vəzifəli  şəxslər vəzifə başına keçdikdə təm- 
təraqlı  şəkildə  qurbanlar  kəsdirsəydilər  və  bir  ictimai  binanın 
inşasına  başlasaydılar  yaxşı  olardı;  bu  halda  verilən  qonaqlıqda 
iştirak  edən,  şəhərin  abidələrlə  (anathemasi)  və  ictimai  binalarla 
necə  bəzəndiyini  görən  xalq  həvəslə  mövcud  dövlət  quruluşunun 
saxlanmasının  tərəfdarı  olur;  həm  də  bütün  bunlar  kübarların 
özləri  üçün,  onların  hesabına  hazırlanmış  abidələr  kimi  qalır. 
Amma  indiki  oliqarxlar,  belə  yox,  əksinə  hərəkət  edir:  onlar  özlə- 
rinin  dövlətdə olan  üstünlüyündən  nə  qədər gəlir  gözləyirlərsə,  bir 
o qədər də hörmət gözləyirlər.  Bax buna görə də indiki  belə oliqar- 
xiyalara kiçik demokratiya adı çox yaxşı yaraşır.
İndi  kifayət  qədər  müəyyən  edildi  ki,  demokratiya  və  oli- 
qarxiya  quruluşları  necə olmalıdır.
V. 
1.  Bilavasitə  yuxarıda  deyilənlərin  ardınca  vəzifələrə 
(archas)  aid  olan  hər  şeyi  düzgün  müəyyənləşdirmək  lazımdır; 
lazımi  vəzifələr  olmadan  dövlət  mövcud  ola  bilməz,  nizam-inti- 
zama  və  əxlaqa  baxan  vəzifələr  olmadan  isə  o,  yaxşı  idarə 
edilə  bilməz.  Bundan  başqa  yuxarıda  deyildiyi  kimi  kiçik  dövlət- 
lərdə  vəzifələrin  sayı  az  olmalıdır,  böyüklərdə  -   çox.  Beləliklə, 
həm  də  aydınlaşdırmaq  lazımdır  ki,  hansı  vəzifələr  birləşdirilə 
bilər və  onlardan  hansı  ayrıca təşkil edilməlidir.
2. 
Şəhər meydanına  himayə  lazımi  qayğılar arasında  birin- 
ci  yeri  tutur;  bundan  ötrü  ticarət  sövdələşmələrinə  və  ümumiy- 
yətlə,  meydanda  ədəb  qaydalarına  nəzarət  edən  bir  hökumət 
orqanı  olmalıdır,  axı  vacib  olan  qarşılıqlı  ehtiyacları  təmin  etmək 
üçün  bütün  dövlətlərə  istər-istəməz  alqı-satqı  ilə  məşğul  olmaq 
lazım  gəlir;  bu  müstəqilliyə  nail  olmaq  üçün  ən  münasib  vasitə- 
dir,  adamların da  birvətəndaş icmasında  birləşməsi,  görünür,  elə
241


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə