A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə61/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   57   58   59   60   61   62   63   64   ...   104

13. 
Asudə  vaxtın  və  firavanlığın  çox  olduğu  dövlətlərdə  və 
harda  ki,  üstəlik  ədəb  qaydalarının  qeydinə  qalırlar,  orada  xü- 
susi  vəzifələr  aşağıdakılardır:  ginekonomiya,  nomofilakiya,  pe- 
donomiya,  gimnasiarxiya;  bundan  başqa,  gimnik  və  dionisik 
yarışların15 və  ümumiyyətlə,  dövlətdə  olan  bu  kimi  ictimai  tama- 
şaların  himayəsi.  Bu  vəzifələrdən  bəziləri  açıq-aşkar demokrati- 
yaya  xas  deyil;  məsələn,  ginekonomiya  və  pedonomiya  belə- 
lərindəndir.  Axı  yoxsul  adamlar  qulların  olmaması  üzündən  öz 
arvadları  və  uşaqlarından  bir nökər kimi  istifadə  etməyə  məcbur 
olurlar.  Üç vəzifədən,  hansıiara  ki,  bəziləri  vəzifəli  şəxs təyin  et- 
məklə  ali  səlahiyyətlər  verirlər,  yəni  nomofilaklardan,  probullar- 
dan  və şura  üzvlərindən,  nomofilaklar -  aristokratiyada,  probul- 
lar  -   oliqarxiyada,  şura  -   demokratiyada  olan  qurumlardır.  Bü- 
tün vəzifələr haqqında  ümumi  şəkildə bax bunları  demək olar.
246
YEDDİNCİ  KİTAB(H)
1.  1.  Ən  yaxşı  dövlət  quruluşuna  dair  araşdırmaları  təqdim 
etməyə  hazırlaşan  mütləq  hər  şeydən  öncə  dəqiq  müəyyənləş- 
dirməlidir  ki,  hansı  həyat  daha  yüksək  tutulmağa  layiqdir.  Əgər 
bu  qaranlıq  qalsa,  onda,  əlbəttə  ki,  hansı  dövlət  quruluşunun  ən 
yaxşı  kimi  qəbul  edilməsi  də  nəməlum  qalacaq.  Axı  aydındır  ki, 
ən  yaxşı  dövlət  quruluşuna  malik  olanlar  onları  əhatə  edən  şə- 
raitin  təsiri  altında  olmalıdır və  buna  bir gözlənilməz təsadüf ma- 
neçilik  etmirsə,  onlar  ən  xoşbəxt  həyat  sürməlidir.  Buna  görə  də 
hər  şeydən  öncə  hansı  həyat  tərzinin,  ümumiyyətlə  desək, 
hamısından  daha  yaxşı olması  barədə  razılığa  gəlinməlidir,  sonra 
isə  artıq  o məsələ  həll  edilməlidir ki,  bu,  ümumiyyətlə,  hamı  üçün 
və ayrı-ayrı  adamlardan  ötrü  eyni olacaq,  yoxsa  başqa-başqa.
2.  Hesab  etsək  ki,  bizim  eksoterik  mühakimələrimizdə  ən 
yaxşı  həyat  haqqında  məsələ  kifayət  qədər  şəhr  edilib,  biz  hal- 
hazırda  da  bunlardan  istifadə  edəcəyik.  Doğrudan  da,  göstə- 
rilən  həmin  bölmələrə  əsaslanaraq,  kimsə  mövcud  olan  üç  növ: 
dünyəvi,  cismani  və  mənəvi  nemətlərin  mövcud  olmasına  çətin 
ki,  şübhə  edə  bilər;  bütün  bu  nemətlərin  hamısı  xoşbəxt  adam- 
ların  gözünün  qabağındadır.  Axı  kim  az dərəcədə  olsa  da  cəsa- 
rətli,  təmkinli,  ədalətli,  ağıllı  deyilsə,  kim  uçan  milçəkdən  qorxur- 
sa,  kim  aclıq  və  susuzluğunu  yatırmaq  üçün  heç  nədən,  hətta 
ən  qəti  vasitələrdən  belə  çəkinmirsə,  kim  yarım  qroşa  görə  ən 
yaxın  dostlarını  qurban  verməyə hazırdırsa,  kim  uşağa  və dəliyə 
bənzər  dərəcəyə  qədər  dərrakəsiz  və  nöqsanlıdırsa,  heç  kəs 
onu  xoşbəxt  adlandırmaz.  3.  Lakin  bununla  bərabər  bu  barədə 
hamı,  demək  olar  ki,  tam  razılığa  gəldiyindən  bu  dünyəvi  ne- 
mətlərin  dərəcəsi  və  dəyəri  xüsusunda  fikirayrılığı  var.  Adamlar 
hətta  cüzi  dərəcədə  belə  xeyirxahlığa  malik olduqda,  bunu  kifa- 
yət  qədər  hesab  edirlər,  var-dövlətə,  mülkiyyətə,  qüdrətə,  şan-
247


şöhrətə  və  bu  kimi  şeylərə  doğru  can  atdıqda  isə  onlar  heç  bir 
hədd  bilmirlər.  Bizsə  onlara  deyirik  ki,  həqiqətdə  olan  şeylərin 
köməkliyi  ilə  burada  işlərin  necə  olması  asanlıqla  yəqin  edilir; 
diqqəti  təkcə  ona  çəkək  ki,  məziyyətləri  dünyəvi  nemətlər  əldə 
edib  qorumur,  əksinə,  məziyyətlər  dünyəvi  nemətləri  əldə  edir 
və  qoruyur;  həyatda  xoşbəxtliyin  adamlardan  ötrü  özünü  zövq- 
səfa  kimi,  yaxud  xeyirxahlıq  kimi,  yaxud  bu  və  ya  o  biri  kimi 
göstərib-göstərməməsindən  asılı  olmayaraq  bu,  o  adamlara 
həmrah  olur  ki,  onlar  artıqlaması  ilə  xoş  xasiyyətlə  və  ağılla 
zinətlənirlər,  həm  də  o  adamlara  ki,  onlar  dünyəvi  nemətlərin 
əldə  edilməsində mötədillik göstərirlər,  onlardan  daha  çox dərə- 
cədə  isə  o adamlara  ki,  onlar mənəvi  cəhətdən  kasıb  olsalar da 
dünyəvi  nemətləri  lazım  olduğundan  artıq  əldə  ediblər.
4. 
Ancaq  burası  da  var  ki,  nəzəri  mühakimələr,  görünür, 
elə  həmin  nəticəyə  gətirib  çıxarır.  Dünyəvi  nemətlərin  bir  növ 
vasitə  kimi  -   hər  vasitə  isə  müəyyən  məqsəd  üçün  yararlıdır -  
həddi  vardır;  bunların  çox  olması  bunlara  malik  olanlara  istər- 
istəməz  zərər  yetirir,  yaxud  hər  halda  heç  bir  xeyir  gətirmir; 
əgər,  ümumiyyətlə,  qəbul  edilsə  ki,  mənəvi  nemətlər  çox  gözəl 
olmaqla  bərabər,  həm  də  xeyirlidir,  onda  onlardan  hər  biri  nə 
qədər çox olsa,  bir o qədər xeyirli  olar.  Hər  halda,  biz  deyirik  ik, 
şeylərin  ən  yüksək  mükəmməlliyi  birinin  digəri  üzərində  üstün- 
lüyünü  təyin  etmək  məqsədi  ilə  müqayisə  edildikdə,  görünür, 
bizim  araşdırma  zamanı  müəyyənləşdirdiyimiz  kimi,  ayrı-ayrılıq- 
da  götürdükdə  onların  hər  birinin  arasında  olan  fərqlə  birbaşa 
əlaqədardır.  Bu  minvalla,  əgər  ruh  öz-özündən  və  biz  insanlar- 
dan  ötrü  mülkiyyətə  və  bədənə  nisbətən  daha  dəyərlidirsə, 
onda,  əlbəttə  ki,  onların  mükəmməl  vəziyyəti  də  belə  bir nisbət- 
də  olmalıdır.  Daha  sonra,  bütün  bunlar,  təbii  ki,  ruhdan  ötrü 
lazımdır və  bütün  sağlam  fikirli  adamlar  ruhu  bunlar üçün  deyil, 
bunları  məhz  ruh  üçün  arzu  etməlidir.  5.  Beləliklə,  şərtləşək  ki,
248
hər  kəsin  payına  nə  qədər  xoşbəxtlik  düşürsə,  bir  o  qədər  də 
xeyirxahlıq,  dərrakə  və  buna  uyğun  fəaliyyət  düşür;  hər  hansı  bir 
dünyəvi  nemət  sayəsində  deyil,  ancaq  özü-özlyüyndə  və  öz 
təbiətinə xas xüsusiyyətlər sayəsində xoşbəxt və  müqəddəs olan 
Allah  bizə  zamindir.  Əlbəttə,  xoşbəxtliyin  uğurdan  fərqi  də 
bundan  ibarətdir:  təsadüf  və  xoşbəxt  tale  nəticəsində  bizim 
payımıza  mənəvi  deyil,  dünyəvi  nemətlər  düşür,  ancaq  elə  bir 
adam  yoxdur  ki,  o,  taleyi  ilə  bağlı,  həm  də  bunun  sayəsində 
ədalətli  və  təmkinli  olsun.  Həmin  o  səbəblərdən  də  irəli  gələn 
fikirlərin  nəticəsi  budur  ki,  ən  yaxşı  dövlət  elə  xoşbəxt  və  rifah 
içində  bulunan  dövlətin  özüdür  ki,  var,  yaxşı  əməl  sahibi  olma- 
yan  adamlar  isə  rifah  içində  yaşaya  bilməz,  insan  da,  dövlət  də 
xeyirxahlığa və ağıla  malik  olmadan  heç bir yaxşı  əməl  sahibi  ola 
bilməz.  Cəsarət,  ədalət  və  ağıl  hər  bir adamda  olduğu  kimi  döv- 
lətdə  də  əhəmiyyətə  və  həminki  sifətə  malikdir,  adamlar bunlarla 
əlaqədar olduğuna  görə ədalətli,  ağıllı  və təmkinli  adlanır.
6. 
Qoy əvvəlki  mühakimələr bizim  araşdırmamızın  başlan- 
ğıcı  olsun.  Bunlara,  əsla toxunmamaq  olmazdı,  hərçənd  ki,  bura 
aid  olan  məsələləri  müfəssəl  surətdə  müzakirə  etmək  də  müm- 
kün  deyil  -  bu  xüsusi  bir fəndir.  Hələlik  hesab  edəcəyik  ki,  aşa- 
ğıda  göstərilənlər  əsaslı  surətdə  müəyyən  edilmişdir:  ən  yaxşı 
həyat  ayrı-ayrılıqda  hər  kəs  üçün,  eləcə  də  dövlətlər  üçün  odur 
ki,  burada  məziyyət  özünü  dünyəvi  nemətlərlə  o  qədər  təmin 
edir  ki,  bunun  nəticəsində  öz  fəaliyyətini  xeyirxahlığın  tələbinə 
uyğun  surətdə  qurmaq  mümkün  olur.  Bu  [fikrə]  qarşı  ola  biləcək 
etirazları  biz  indiki  mühakiməmizdə  bir  kənara  qoyuruq  və 
bunları  sonralar  -   kimisə  yuxarıdakı  dəlillər  qane  etmirsə,  o 
halda  müzakirə edəcəyik.
11.1.  Onu  araşdırmaq  qalır ki,  hər bir adamın  xoşbəxtliyi  ilə 
dövlətin  xoşbəxtliyinin  eyni  olduğunu  qəbul  etmək olarmı,  yoxsa
249


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə