A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə69/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   65   66   67   68   69   70   71   72   ...   104

mək  lazımdır  ki,  bunu  necə  həyata  keçirib  təşkil  etsin  ki,  vətən- 
daşların  bunlara  və  o  birilərinə  hüsn-rəğbəti  olsun.  Lakin  bu 
barədə  ə w ə llə r  söhbət  edilmişdi.  Təbiətin  özü  bu  fərqi  müəy- 
yənləşdirmişdir:  o,  mənşəcə  eyni  bir  məxiuqu  daha  cavan  və 
daha  kamil  etmişdir.  Onlardan  bəzilərinə tabeçilikdə  bulunmağı, 
digərlərinə hökm  sürməyi  layiq  bilmişdi.  Heç kim,  müvafıq  yaşla 
hesablaşdıqda, tabeçilikdə olmasına  qeyzlənməyəcək və özünü 
ən  yaxşı  hesab  etməyəcək,  madam  o  bilirsə  ki,  digər  hallarda, 
yəni  lazımi  vaxt yetişdikdə ziyafətdə  öz payını  alacaq.
4.  Beləliklə,  təsdiq  etmək  olar  ki,  idarə  edənlərlə  tabe- 
çilikdə  bulunanlar  həm  eyni-eyni  adamlardır,  həm  də  müxtəlif. 
Burdan  belə  çıxır  ki,  tərbiyə  də  bir tərəfdən  mütləq  eyni  olmalı- 
dır,  digər  tərəfdən  -   müxtəlif.  Deyirlər:  kim  ki,  çox  yaxşı  idarə 
etmək  istəyir,  əvvəlcə  boyun  əyməyi  öyrənməlidir.  Hər  bir haki- 
miyyət  isə,  əvvəlki  mühakimələrdə  deyildiyi  kimi,  bir  tərəfdən 
hökm  sürənlərin  xeyrinə  ola  bilər,  digər  tərəfdən  -   tabeçilikdə 
bulunanların  xeyrinə,  birinci  halda  biz  ağanın  qullar  üzərində 
səlahiyyətini  nəzərdə  tuturuq,  ikinci  halda -   azad  adamlar  üzə- 
rində səlahiyyətini.
5.  ,..22  Bəzi  əmrlərin  fərqi  tələb  olunan  işlərdən  deyil, 
əmrlərin  nəyə  görə  verilməsindən  ibarətdir.  Buna  görə  xidmət- 
çilər  üçün  münasib  görünən  bir  çox  işləri  ata-anası  kölə  olma- 
yan  cavanlar  da  çox  gözəl  yerinə  yetirə  bilər.  Çox  yaxşı  və  pis 
fəaliyyət  bir-birindən  daha  çox  axır  məqsədin  nə  olması  və 
bunların  nəyin  naminə  baş  verməsi  ilə  fərqlənir.  Bizim  fikrimiz- 
cə,  vətəndaşla  hökmdarın  xeyirxahlığı  ən  yaxşı  adamın  xeyir- 
xahlığı  ilə  eyni  olduğundan,  daha  sonra,  eyni  bir adam  əvvəlcə 
tabeçilikdə  bulunmalı,  sonra  isə  hökm  sürməli  olduğundan,  qa- 
nunvericinin  vəzifəsi,  görünür,  işi  elə təşkil  etməkdir ki,  adamlar 
yaxşı  olsun,  göstərməkdir  ki,  hansı  tərzi-hərəkət  buna  səbəb 
olur və ən yaxşı  həyatın  axır məqsədi  nədir.
278
6. 
İnsanın  qəlbi  iki  hissədən  ibarətdir.  Onlardan  biri  özlü- 
yündə  ağıla  malikdir,  digəri  özlüyündə  malik  deyil,  lakin  ağıla 
qulaq  asmağı  bacarır.  Bizim  fikrimizcə  insan,  ümumiyyətlə,  bu 
hər iki  hissənin  məziyyətlərinə  yiyələnməkdən  asılı  olaraq  yaxşı 
sayılır.  Axır məqsədi  qəlbin  bu  iki  hissəsinin  daha  çox  hansında 
axtarmaq  lazımdır  -   kim  ki,  bizim  təklif  etdiyimiz  fərqi  qəbul 
edir,  bu  onun  üçün  qeyri-müəyyən  olmayacaq.  Axı  həmişə  ən 
pis  ən  yaxşıya  görə  mövcud  olur və  eyni  dərəcədə  həm  insanın 
əliylə düzələn  şeylərdə,  həm  də təbiətin  yaratdığı  şeylərdə özünü 
göstərir  -   nədə  ağıl  varsa,  hər  yerdə  ən  yaxşı  şey  odur.
7.  Axırıncı,  bizim tərəfimizdən  qəbul  edilən  bölgü  üsulu  iki cürdür: 
təcrübi  ağıl  və  nəzəri  ağıl.  Yəqin  qəlbin  bu  hissəsi  də23  bu  cürə 
böiünməlidir.  Biz  isə  deyirik  ki,  fəaliyyət  də  belə  bir nisbətdədir -  
kimlər hər iki  hissəyə  yiyələnməyi  bacarırsa,  onların  işi  xarakte- 
rinə  görə  onlar  üçiin  daha  yaxşı,  daha  çox  arzu  olunandır,  axı 
hər  kəs  həmişə  o  şeyə  daha  çox  üstünlük  verir  ki,  buna  yetiş- 
mək  onun  üçün  ən  böyük  məqsəddir.
8. 
İnsanın  bütün  həyatı  tərkib  hissəiərinə  ayrılır  -   işə  və 
asudə  vaxta,  hərbə  və  sülhə,  insanın  bütün  fəaliyyətinin  isə  bir 
qismi  lazımi  və  xeyirli,  bir  qismi  çox  yaxşı  işlərə  yönəlib.  Burda, 
qəlbin  hissələri  haqqında  deyilən  fikirləri  nəzərə  alaraq  onların 
fəaliyyətinin  şərtləndiyi  şeylərə  də  üstüniük  vermək  lazımdır: 
hərbsülh  xatirinə  olur,  iş  -   asudə  vaxt  xatirinə,  lazımi  və  xeyirli 
işlər  -   çox  yaxşı  işlər  xatirinə.  9.  Dövlət  xadimi  bütün  bünlarla 
hesablaşmalıdır və onun  qanunları  həm  qəlbin  hissələri  ilə,  həm 
də  onlarla  şərtlənən  fəaliyyətlə  üyğunlaşdırıimalıdır,  bunlardan 
daha  çox  isə  o  şeylə  ki,  o,  ən  yaxşıdır  və  axır  məqsəddir.  Ayrı- 
ayrı  həyat tərzlərinə  və  fəaliyyətin  seçilməsinə  münasibətdə  də
o,  eynən  bu  cür hərəkət etməlidir.  Axı  vətəndaşların  işlə  məşğul 
olmağa,  müharibə  aparmağa  imkanı  olmalıdır,  lakin  daha  da 
yaxşısı  dünyadan  zövq  almaq  və  asudə  vaxtdan  yararlanmaq,
279


bütün  lazımi  və xeyirli,  daha  çox  isə -  çox  yaxşı  işləri  başa  çat- 
dırmaqdır.  Bu  məramları  nəzərə alaraq  uşaqlar üçün  və tərbiyə- 
yə  ehtiyacı  olan  digər  yaşlar  üçün  uyğun  gələn  tərbiyəni  də 
müəyyənləşdirmək lazımdır.
10. 
O  ellinlər,  hansılar  ki,  ümumun  fikrinə  görə,  hal-hazır- 
da  ən  yaxşı  dövlət  quruluşlarına  malikdir24  və  o  qanunvericilər, 
hansılar  ki,  bu  axırıncıları  meydana  çıxarmışdır,  görünür  ki,  öz 
dövlətlərinin  qanunlarında  ən  yaxşı  məqsədi  güdmürdülər,  bu 
haqda  da  düşünmürdülər  ki,  onların  tətbiq  etdiyi  qanunlar  və 
onların  müəyyənləşdirdiyi  tərbiyə  bütün  məziyyətlərin  inkişafına 
doğru  yönəlməlidir.  Əksinə,  onlar  kobud  surətdə  bütün  diqqət- 
lərini  elə  məziyyətlərin  inkişafına  yönəltmişdilər  ki,  bunlar  ilk 
baxışda  onlara  malik  olanların  xeyrinə  böyük  qazanc  gətirməyi 
də  vəd  edir.  Onlar  kimi,  bəzi  yazarlar  da  sonralar  elə  bu  nöq- 
teyi-nəzərə  yaxın  fikir söyləmişdir:  Lakedemon  dövlət  quruluşu- 
nu  tərifləyərək  onlar  qanunvericinin  qarşıya  qoyduğu  məqsədə 
heyran  olur  -   yəni  bütün  qanunlar  istila  və  hərb  etmək  üçün 
uyğunlaşdırılmalıdır.  11.  Bu  cür  baxışları  məntiqə  əsaslanaraq 
asanlıqla  təkzib  etmək  olar,  hal-hazırda  isə  onlar  dəlillərlə  də 
təkzib  edilir.  Necə ki,  külli  miqdarda  adam  çoxları  üzərində ağa- 
lığa  can  atır,  guya  ki,  bu  gözə  görünən  xoşbəxtliyə  səbəb  olur, 
eləcə  də  Fibron25,  habelə  lakedemon  dövlət quruluşu  haqqında 
yazanların  hamısı  onların  qanunvericisinə  münasibətdə  açıq  bir 
məftunluqla  göstərirlər  ki,  lakedemonlular  təhlükələrə  sinə 
gərib,  möhkəm  olmaları  sayəsində  öz  hakimiyyətlərini  çox 
ge- 
nişləndirmişlər.  12.  Lakin  lakedemon  hegemoniyasının  mövcud 
olmadığı  indiki  dövrdə,  aydındır  ki,  onlar xoşbəxt  adlandırıla  bil- 
məz,  həm  də  onların  qanunvericisi,  əsla  qusursuz  deyil.  Bunu 
da  etiraf etmək gülməli  olardı  ki,  onlar,  onun  çıxardığı  qanunlara 
sadiq  qalaraq,  onların  müəyyənləşdirdiyi  qanunlardan  yararlan- 
mağa  heç  bir  maneə  olmadıqda  ən  yaxşı  həyata  malik  olmaq
280
imkanını  itirirlər.  Həmçinin,  qanunvericinin  hörmətlə  yanaşmalı 
olduğu  hakimiyyətin  xarakterinə  dair  məsələdə  də  yanılırlar: 
axı  azad  adamlar  üzərində  hökm  sürmək  qullar  üzərində 
ağalıqdan  daha  yaxşı  və  daha  layiqlidir.  13.  Bundan  başqa, 
dövləti  xoşbəxt  saymaq  və  əgər  qanunverici  qonşuları  tabe 
etmək  üçün  lazım  olan  şeylərə  vətəndaşları  aiışdırmağa 
məcbur  etmişsə,  onu  tərifləmək  lazım  deyil,  axı  bu  çox  ziyanlı 
şeydir.  Aydındır  ki,  onda  hər  bir  vətəndaş  da  öz  səylərini 
mümkün  qədər  ona  yönəldəcək  ki,  öz  dövləti  üzərində  hökm 
sürmək  iqtidarında  olsun.  Bunda  isə,  bütün  xidmətlərinə 
baxmayaraq,  lakedemonlular  çar  Pavsanini  günahlandırırlar. 
Beləliklə,  nə  bu  səpgidə  olan  əsas  müddəalardan  heç  birində, 
nə  də  bu  cür  qanunlardan  heç  birində  nə  dövlət  müdrikliyi,  nə 
fayda,  nə  həqiqət  var.  Əksinə,  qanunverici  adamları  qəlbən 
inandırmağa  cəhd  etməlidir  ki,  həm  ictimai,  həm  də  şəxsi 
həyatda  ən  zəruri  şey  -   eyni  bir  şeydir.  14.  Vətəndaşların 
hərbi  təlim  keçməsinin  qeydinə  qalmaq  ondan  ötrü  deyil  ki, 
onlar  əsarət  altına  alınmağa  layiq  olmayanları  buna  məruz 
qoysunlar,  ancaq  ondan  ötrüdür  ki,  hər  şeydən  öncə  onlar 
özləri  başqalarının  əsarəti  altına  düşməsinlər,  sonra  ondan 
ötrüdür  ki,  asılı  vəziyyətdə  olanların  xeyrinə  hegemonluğa 
yetişm əyə  cəhd  etsinlər,  daha  ona  görə  yox  ki,  hamının  üzə- 
rində  zalımanə  hakimiyyət  tətbiq  etsinlər,  nəhayət,  üçüncüsü, 
kim  ki,  kölə  olmağa  layiqdir,  onlar yalnız  o  adamların  üzərində 
zalımanə  hakimiyyətə  can  atsınlar.  15.  Məntiqi  fikirlər  də, 
faktik  dəlillər  də  bunu  göstərir  ki,  qanunverici  həm  hərbi,  həm 
də  bütün  digər  işlərdə  asudə  vaxtı  və  sülhü  nəzərə  almağa 
cəhd  etməlidir.  Axı  diqqətini  yalnız  hərbi  hazırlığa  verən 
dövlətlərin  əksəriyyəti  nə  qədər  ki,  müharibə  edir,  yaşayır, 
ağalığa  yetdikdə  isə  məhv  olur.  Əminamanlıq  zamanı  onların 
öz  davamlığını  itirməsi  bir  adət  halını  almağa  başlamışdır.
281


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə