A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə71/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   67   68   69   70   71   72   73   74   ...   104

7.  Beləliklə,  nigah  bağlayıb,  birləşməyin  vaxtı  haqqında 
biz  danışdıq.  Bunun  üçün  daha  münasib  olan  vaxta  gəldikdə 
isə,  burada  çoxlarının  müəyyənləşdirdiyi  qaydalarla  hərəkət 
etmək  olar:  onlar  hesab  edir  ki,  ailə  qurmaq  üçün  daha  mü- 
nasib  vaxt  qışdır.  Bununla  belə  evlənənlərə  doğum  məsələ- 
sində  həkimin  və  təbiət  bilicilərinin  məsləhətlərilə  hesab- 
laşmaq  lazımdır,  çünki  həkimlər  bədənin  yaxşı  inkişaf  etməsi 
xüsusunda  məsləhətlər verə  bilər,  təbiət  biliciləri  isə  -  küləklər 
xüsusunda  (onlar  cənub  küləklərindən  çox,  şimal  küləklərini 
tövsiyyə  edir).
8.  Valideynlərin  hansı  xüsusiyyətlərinin  onların  əmələ 
gətirdiyi  nəsil  üçün  daha  faydalı  ola  bilməsi  məsələsinə  gəldik- 
də  isə,  bunun  ətraflı  müzakirəsi  daha  çox  pedonomiya  sahə- 
sinə27  aid  edilə  bilər;  lakin  bu  xüsusda  ümumi  göstərişlər  ver- 
mək  burda  da  faydalıdır.
Vətəndaşın  normal  fiziki  vəziyyəti  üçün,  onun  sağlamlığı 
üçün,  onun  uşaq  əmələ  gətirmə  qabiliyyəti  üçün  heç  də  atletin 
fiziki  gücü  tələb  olunmur,  digər  tərəfdən  burada  zərif  və  bə- 
dəncə  zəif  olanlar  deyil,  hər  ikisinin  arasında  olan  ortababı 
yarayır.  Bədən  inkişaf  etdirilməlidir  ki,  lakin  atletlərdə  olduğu 
kimi  üzücü  məşqlər  vasitəsilə  deyil,  həm  də  yalnız  bir  tərəfli 
yox,  ata-anası  kölə  olmayan  adamların  işlərinə  yarasın.  Bu 
eyni  dərəcədə  həm  kişilərə,  həm  də  qadınlara  aiddir.
9.  Hamilə  qadınlar da  öz bədənlərinin  qeydinə  qalmalıdır- 
lar,  onlar  işsiz  oturmamalı,  zəif  yeməklərlə  qidalanmamalıdır. 
Qanunverici  buna  onda  asan  nail  olar ki,  onlara  hər gün  gedib 
allahlara  səcdə  eləməyi  tapşırsın,  o  allahlara  ki,  doğum  onların 
sərəncamındadır.  Onların  mənəvi  həyatı  fıziki  həyatın  əksinə 
olaraq  daha  sakit  qurulmalıdır,  bitkilər  öz  qidasını  üstündə  bit- 
dikləri  torpaqdan  aldıqları  kimi,  onların  özlərində  gəzdirdikləri 
döl  də  qidasını  qadından  alır.
286
10.  Təzə  doğulan  uşaqların  bəslənilməsi  və  onların  bəs- 
lənilməsindən  imtina  edənlər  barəsində  qoy  qanun  olsun:  heç 
bir  şikəsti  böyütmək  lazım  deyil.  Uşaqların  sayına  gəldikdə  isə, 
əgər  müəyyən  edilmiş  qaydalar  təzə  doğulanlardan  hər  hansı 
birini  böyütməyi  qadağan  edirsə  (axı  doğumun  sayı  qəti  surətdə 
müəyyənləşdirilib),  ona  yer  olmamalıdır.  Əgər  ailəli  olanlarda 
yol  verilən  bu  həddən  artıq  uşaq  anadan  olacaqsa,  döldə  həs- 
saslığın  və həyatın  meydana  çıxmasından  öncə aborta  əl  atmaq 
lazımdır;  yol  verilənlə  yol  verilməyənin  arasındakı  hədd  həs- 
saslığın  və  həyatın  mövcudluğundan  asılı  olacaqdır.
11.  Kişi  və  qadın  üçün  həmin  o  başlanğıc  yaş  müəyyən 
edildikdən  sonra,  hansı  ki,  bu  vaxtdan  nigaha  girib  birgə  yaşa- 
maq  lazım  olur,  o  müddəti  də  müəyyənləşdirmək  vacibdir  ki, 
onlar buna  qədər dövlətin  marağına  münasib  olan  surətdə  nəsil 
əmələ  gətirsinlər.  Yaşa  dolmuş  valideynlərin  uşaqları  da  çox 
gənc  olanların  uşaqları  kimi  anadan  həm  fiziki,  həm  də  əqli 
cəhətdən  nöqsanlı  olur,  qoca  valideynlərdən  olan  uşaqlar  isə -  
zəif.  Buna  görə  həddi  kamilləşmə  dövrünə  uyğun  müəyyənləş- 
dirmək  lazımdır.  İnsanın  həyatını  yeddiillik  dövrlərlə  ölçən  bəzi 
şairlərin  göstərdiyinə  görə,  adamların  əksəriyyəti  bu  çağlara  əlli 
yaşına  yaxın  yetir.  12.  Beləliklə,  kim  bu  sinni  dörd-beş  il  adladı, 
o açıq-aşkar dünyaya  uşaq  gətirməkdən  imtina etməlidir və  öm- 
rünün  qalan  hissəsində  yalnız  cansağlığına,  yaxud  buna  bənzər 
başqa  bir səbəbə  görə  cinsi  əlaqəyə  girməyi  davam  etdirə  bilər. 
Ərin  və  ya  arvadın  kənar  əlaqələrinə  gəldikdə  isə,  bu  cür  əla- 
qələr,  nə  qədər  ki,  adamlar  qanuni  surətdə  ər-arvaddırsa  və 
belə  adlanırsa,  heç  bir  yerdə  və  ümumiyyətlə,  heç  bir  vəchlə 
ədəbli  bir  şey  sayılmamalıdır.  Əgər birisində  aşkara  çıxsa  ki,  o, 
ömrü  boyu  belə  bir  hərəkətdə  bulunub,  onda  o,  nalayiq  hərə- 
kətinə  müvafıq  surətdə  bir cəza  kimi təhqirə məruz qalmalıdır.
287


XV. 
1.  Uşaqlar  anadan  olduqdan  sonra  zənn  edilir  ki,  on- 
ların  bədənini  qüvvətləndirmək  üçün  keyfiyyət  cəhətdən  çoxlu 
seçmə  yeməklər  hazırlamaq  lazımdır.  Digər  canlı  məxluqlar 
üzərində,  eləcə  də  başlıca  qayğıları  cəngavərlik  vərdişlərini  tək- 
milləşdirmək olan  tayfalar üzərində  aparılan  müşahidələr göstərir 
ki,  südlə  zəngin  qida  bu  cür  inkişaf  üçün  daha  yaxşıdır.  Şərab- 
dan  istifadə  edilməməsi  isə  xəstəliklərin  meydana  çıxmasının 
qarşısını  ahr.  2.  Hərəkət  də  faydalıdır,  çünki  bu,  ümumiyyətlə, 
belə  erkən  yaşla  bir  araya  sığır.  Bununla  bərabər  bədənin  zərif 
üzvlərində  mümkün  ola  biləcək  çıxıqlardan  özünü  gözləmək 
üçün  bəzi  tayfalar  hal-hazırda  qeyri  iradi  olaraq  vərdiş  edilən 
şeylərdən  istifadə  edir,  bunlar  körpələrin  bədənlərini  zədələrdən 
qoruyur.  Kiçik  yaşlarından  uşaqları  bilatəxir  soyuğa  öyrətmək 
faydalıdır:  bu  həm  sağlamlığın  mühafizə  edilməsi  üçün,  həm  də 
hərbi  məşğələlərə  tab  gətirməyə  hazırlıq  üçün  ən  münasib 
vasitədir.  Buna  görə  bir  çox  barbarlarda  təzə  doğulmuş  uşaqları 
soyuq  çaya  basmaq  adəti  vardır;  digər  tayfalarda,  məsələn, 
keltlərdə  uşaqları  soyuq  ədyala  bükürlər.  3.  Ümumiyyətlə,  uşağa 
nə  öyrətmək  mümkündürsə,  onu  bilatəxir,  lap  əvvəllərdən,  lakin 
yavaş-yavaş  öyrətmək  yaxşı  olar.  Uşaq  orqanizmi  malik  olduğu 
istilik  sayəsində  möhkəmlənməyə  tamamilə  qabildir,  həm  də 
soyuğa  yaxşı  dözür.  Beləliklə,  uşaqlara  ilkin  çağlarda  bax  bu 
cürə və buna  bənzər qayğılar göstərmək faydalıdır.
4. 
Sonrakı,  beş  yaşına  qədər  olan  çağlarda,  uşağa  hələ 
nə  isə  öyrətməyə  başlamaq,  onu  bir  işlə  yükləmək  lazım  deyil, 
bütün  bunlar  onun  boyunun  artmasına  mane  olmasın  deyə, 
onun  bədəninin  hərəkətsiz  qalmamasından  ötrü,  ona  nə  qədər 
gərəkdirsə  bir  o  qədər  hərəkət  etməyə  icazə  vermək  lazımdır; 
bunun  üçün  həm  digər  vasitələrdən,  həm  də  oyunlardan  isti- 
fadə  edilməlidir;  amma  bu  oyunlar ata-anası  kölə  olmayan  ada-
288
mın  məziyyətinə  uyğun  olmalı,  uşağı  çox  yormamalı,  həm  də 
başlı-başına  buraxılmamalıdır.
5. 
Bu  yaşda  hekayə  və  əfsanələrin  hansına  qulaq  asmağın 
münasib  olmasına  gəldikdə  isə,  bunun  qeydinə  pedonom 
adlanan  şəxslər  qalmalıdır.  Bütün  bunlar  sonrakı  məşğələlər 
üçün  bir növ  başlanğıc olmalıdır,  buna  görə  oyunlar da  gələcək- 
də  olacaq  ciddi  məşğələlərə  bənzəməlidir.  6.  Bəzi  qanunvericilər 
tamamilə  əsassız  olaraq  uşaqlara  bərkdən  qışqırmağı  və  ağla- 
mağı  qadağan  edir  -   bu  və  digəri  onların  boyunun  artmasına 
kömək  edir,  çünki  bədən  üçün  bir  növ  gimnastikadır:  nəfəsin 
saxlanılması  işləyənlərin  gücünü  artırır,  bu  isə  uşaqlar  haçan  ki, 
çığırmaqla  özlərini  yorurlar,  onlarda  da  olur.  Pedonomlar, 
ümumiyyətlə,  o şeyə nəzarət etməlidir ki,  uşaqlar mümkün  qədər 
qullardan  kənarda  olsunlar,  bu  yaşda  və  yeddi  yaşına  qədər 
uşaqlar  ev  şəraitində  tərbiyələnməlidir.  7.  Nə  ki,  ata-anası  kölə 
olmayan  adamın  məziyyətinə  uyğun  deyil,  bütün  bunları  bu 
yaşda  uşaqların  da  qulaqlarından  və  gözlərindən  kənar  etmək 
məntiqəuyğundur.  Həm  də  qanunverici  ümumiyyətlə  dövlətdən 
nalayiq  sözləri  və  bu  kimi  şeyləri  uzaq  etməlidir  (çünki  ağzına 
gələni  danışmaq  vərdişindən,  həm  də  yaramaz  əməllərə  meyllik 
artır);  xüsusən  də  gənclərdən,  ona  görə  ki,  onlar  özləri  belə 
şeylər danışmasınlar,  bunları  da  başqasından  eşitməsinlər.  Əgər 
məlum  olsa  ki,  birisi  qadağan  olunmuş  bir şey  danışır və  ya  edir, 
ata-anası  kölə  olmayan,  lakin  hələ  sissitiyalara  qəbul  edilməyən 
adamı  şallaqlamaq  lazımdır,  amma  əgər onun  yaşı  artıq  bundan 
çoxdursa28,  onda  o,  gərək  kölə  kimi  hərəkət  etdiyinə  görə  azad 
adama  layiq olmayan təhqirə məruz qalsın.
8. 
Madam  ki,  biz  dövlətdə  bu  kimi  sözlərin  işlənməsinə 
icazə  vermirik,  onda  aydındır ki,  ədəbsiz  rəsmlərə  və tamaşala- 
ra  da  baxmağa  izn  vermirik.  Beləliklə,  qanunverici  o  işin  qey- 
dinə  qalmağa  borcludur ki,  heç bir heykəl  və ya  rəsm  əsəri  belə
289


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə