A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə72/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   68   69   70   71   72   73   74   75   ...   104

hərəkətləri  əks  etdirməsin,  qanun  yalnız  müəyyən  allahlara 
edilən  sitayiş qaydalarında  ədəbsizliyə  icazə verdikdə,  bu  hallar 
istisna  edilir.  Burası  da  var ki,  qanun  bu  allahlara  sitayiş  etməyi 
adamtarın  həm  özlərinə,  həm  uşaqlarına,  həm  də  arvadlarına 
yalnız müəyyən yaşa yetdikdə icazə verir.
9. 
Qanun  gənclərə  yambların  tamaşalarında29  və  kome- 
diyalarda  bir  tamaşaçı  kimi  iştirak  etməyi  o  vaxta  qədər  qada- 
ğan  etməlidir  ki,  onlar  sissitiyalarda  iştirak  etməyə  və  təmiz 
şərab30  içməyə  icazə  verilən  yaşa  çatsınlar,  onların  aldıqları 
tərbiyə  isə  heç  kəsi  buradan  meydana  çıxan  zərərli  şeylərə  yo- 
luxmağa  qoymayacaq.  İndi  biz  bütün  bunlar  barədə  ötəri  danı- 
şırıq;  sonralar  bu  məsələnin  üstündə  müfəssəl  surətdə  dayan- 
maq  lazım  gələcək,  bunu  araşdırdıqdan  sonra  isə,  ümumiy- 
yətlə,  buna  qadağa  qoyulmasının,  yaxud  icazə  verilməsinin, 
həm  də  necə  icazə  verilməsinin  lazım  olub-olmadığı  dəqiqləş- 
dirilməlidir.  Biz  hələ  bu  məsələyə  nə  qədər  lazımdırsa,  o  qədər 
də  toxunduq.  10.  Amma  ola  bilsin,  tragediya  aktyoru  Feodorun 
bu  xüsusda  dedikləri  qənaətbəxşdir,  o,  heç  bir  vaxt  heç  bir 
aktyora,  hətta  orta  səviyyəliiər içərisindən  olanlara  da  özündən 
qabaq 
çıxış
  etməyə  icazə  verməmişdir,  çünki  tamaşaçılar 
əvvəlcə  hansı  səsləri  eşidiblərsə,  bunlara  da  öyrəşirlər.  Bunu 
bizim  adamlarla  münasibətimizə  və  bizi  əhatə  edən  şeylərə  də 
aid  etmək  olar:  biz  özümüzün  ilk  təəssüratımızı  həmişə  daha 
çox  sevirik.  Buna  görə  gəncləri  də  bütün  pis  şeylərlə  yaxınlıq 
etməkdən,  ələlxüsus  da  alçaq  və  ya  nifrəti  alovlandıran  nə 
varsa,  onlardan  qorumaq  lazımdır.
Beş  yaşları  tamam  olduqdan  sonrakı  iki  ildə,  yeddi  yaşına 
qədər,  uşaqlar  artıq  o  fənlərə  dair  dərslərdə  iştirak  etməlidir  ki, 
bunları  öyrənmək onların  özlərinə sonralar lazım  olacaq.
11. 
Tərbiyə  iki  yaşa  müvafiq  olaraq  bölünməlidir:  yeddi 
yaşdan  cinsi  yetişkənliyə  çatana  qədər  və  cinsi  yetişkənliyə
290
çatdıqdan  iyirmi  bir  yaşa  qədər.  Yaşı  yeddiillik  dövrlərə  bölən 
adamlar,  adətən,  pis  düşünmürlər,  lakin  bu  bölgünü  hər  halda 
xüsusiyyətlə  uyğunlaşdırmaq  lazımdır.  Axı  hər  bir  dövlət  və 
tərbiyə  yaranışdan  nə  çatmırsa,  onun  yerini  doldurmaq  üçün- 
dür.  Beləliklə,  hər şeydən  öncə onu  müzakirə  etmək lazımdır ki, 
uşaqlar  üçün  qaydalar  müəyyənləşdirilmə-lidirmi,  yoxsa  yox, 
daha  sonra  -   onların  qayğısma  qalmağı  dövlətə  həvalə  etmək 
faydalıdır,  yoxsa  ki,  adamların  özlərinin  öhdəsinə  buraxmaq 
(bu,  əksər  dövlətlərdə  indi  də  belədir)  və  nəhayət,  üçüncüsü, 
bu  qayğı  özünü  nədə  göstərməlidir.
291


SƏKKİZİNCİ  KİTAB(Ö )
I. 
1.  Gənclərin  tərbiyəsinə  qanunvericinin  son  dərəcə 
diqqətlə  münasibət  göstərməsinin  gərəkliyinə,  çətin  ki,  kimsə- 
nin  şübhəsi  olsun,  çünki  bu  hansı  dövlətlərdə  yoxdur,  həmin 
dövlət  quruluşu  da  itkiyə  məruz  qalır.  Axı  tərbiyə  hər  dövlət 
quruluşuna  uyğun  olmalıdır;  hər  bir  dövlət  quruluşuna  xas  olan 
xarakter,  adətən,  həm  dövlət  quruluşunun  saxlanılmasına,  həm 
də  lap  əvvəldən  -   onun  müəyyənləşdiril-məsinə  xidmət  edir, 
necə  ki,  məsələn,  demokratik  x a ra k te r-  demokratiyaya,  oliqar- 
xik  -   oliqarxiyaya;  ən  yaxşı  xarakter  isə  həmişə  quruluşun  ən 
yaxşı  formasını  təmin  edir.  2.  Daha  sonra,  hər  bir  qabiliyyət  və 
bacarığı  ilkin  tərbiyə  və  ilkin  öyrədilmə  işlərinə  uyğun  gələn 
surətdə  tətbiq  etmək  iazımdır.  Görünün  ki,  bütün  bunlar  xeyir- 
xahlıq  ruhunda  olan  fəaliyyət  üçün  də  vacibdir.  Amma  bütöv- 
lükdə  dövlətin  axırda  yeganə  bir  məqsədi  olduğundan,  aydındır 
ki,  hamı  üçün  bir və  eyni  tərbiyə  lazımdır,  bu  tərbiyənin  dərdinə 
qalmaq  isə  ümumun  işi  olmalıdır,  daha  hər  kəsin  şəxsi  işi  yox, 
necə  ki,  indi  hər kəs öz  uşaqlarının  qeydinə  özü  qalır və özünün 
ağlına  nə  gəldi,  onu  dərs  keçir.  İctimai  maraq  nədən  ibarətdir- 
sə,  bununla  da  birgə  məşğul  olmaq  lazımdır.  Bundan  başqa, 
düşünmək  lazım  deyil  ki,  guya  hər  bir  vətəndaş  özü  özündən 
ötrüdür;  yox,  bütün  vətəndaşlar  dövlətə  məxsusdur,  çünki  hər 
bir  vətəndaş  dövlətin  bir  zərrəsidir.  Hər  bir  zərrənin  dərdinə 
qalmaq  isə  təbii  ki,  tamın  qayğısına  qalmağı  nəzərdə  tutur.
3.  Bu  cəhətdən  lakedemonluları  təqdir  etmək  olar:  onlar  uşaq- 
ların  tərbiyəsinə  çox  böyük  qayğı  göstərir,  həm  də  bu  onlarda 
ictimai xarakter daşıyır.
Beləliklə,  aydındır  ki,  tərbiyəyə  aid  qanunlar  mövcud 
olmalı,  axırıncı  isə  ictimai  olmalıdır.  Ümumiyyətlə,  tərbiyənin  nə 
olduğunu  və  bunun  necə  həyata  keçirilməsini  aydınlaşdırılma-
292
mış  qoymaq  olmaz.  Hal-hazırda  tərbiyənin  praktika  edilməsi 
barədə  fikir  ayrılığı  mövcuddur:  həm  gənclərin  daha  çox  xeyir- 
xah  olmasından  ötrü,  həm  də  ən  yaxşı  həyatdan  ötrü  onlara  nə 
öyrədilməlidir,  bu  xüsusda  həmrəylik yoxdur;  həmçinin  təcrübə- 
nin  məqsədi  də  aydınlaşdırılmamışdır -  əqli  qabiliyyət  inkişaf et- 
dirilməlidir,  yoxsa  mənəvi  keyfiyyətlər.  4.  Adi  tərbiyənin  xarak- 
teri  ucbatından,  tərbiyənin  müzakirəsində  də  qarma-qarışıqlıq 
var,  həm  də  tamamilə  qaranlıq  qalmışdır  ki,  nəyi  öyrətmək  la- 
zımdır,  həyatda  faydalı  olan  şeyləri,  yoxsa  xeyirxahlığı,  yoxsa, 
nəhayət,  mücərrəd  biliyə  aid  olan  şeyləri.  Göstərilən  hər  fikrin 
öz  müdafiəçiləri  var.  Eyni  zamanda  xeyirxahlığa  nəyin  səbəb 
olması  barəsində  də  heç  bir  razılığa  gəlinməmişdir.  Hamı  heç 
də  eyni  bir xeyirxahlığı  dəyərləndirmədiyindən təbii  ki,  bu  məsə- 
lədə  də fikir ayrılığı  var.
II. 
1.  Tamamilə  aydındır  ki,  yararlı  fənlər  içərisindən,  ha- 
mısı  deyil,  həqiqətən,  lazım  olanlar  öyrədilməlidir.  Çünki  bütün 
məşğələlərdən  elələri  var  ki,  bunlar ata-anası  kölə  olmayanlara 
münasibdir,  elələri  də var ki,  bunlar kölələrə xasdır,  onda,  görü- 
nür,  yalnız o  yararlı  məşğələlərdə  iştirak etmək  lazımdır ki,  bun- 
larda  iştirak  edənlər  dönüb  sənət  adamı  olmasın.  Elə  məşğələ- 
lər,  elə  peşələr  və  elə  dərs  fənləri  kustar  sayılmalıdır  ki,  bunlar 
ata-anası  kölə  olmayan  adamların  cismini  və  qəlbini  xeyirxahlıq 
göstərmək  üçün,  həm  də  bununla  bağlı  olan  fəaliyyət  üçün 
yararsız  edir.  Buna  görə  biz  hansı  peşələr  və  məşğələlər  ki, 
ödənişlə  həyata  keçirilir,  onları  kustar adlandırırıq;  bunlar adam- 
ları  lazım  olan  asudə faxtdan  məhrum  edir və onları  alçaldır.
2. 
Müstəqil  elmlərdən  bəzilərini  ata-anası  kölə  olmayan 
adamlar  yalnız  müəyyən  həddə  qədər  öyrənə  bilər;  bunları 
əsaslı  surətdə  öyrənmək  üçün  bunlar  üzərində  olduqca  səylə 
çalışmaq  yuxarıda  göstərilən ziyana  səbəb olur.
293


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə