A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə68/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   64   65   66   67   68   69   70   71   ...   104

nan  vəzifəli  şəxslərə  nəzarət  etmək  məqsədilə,  oralarda  da 
qaroulxanalar  və  sissitiyalar  təşkil  edilməlidir.  Eyni  zamanda, 
bəziləri  -   allahlara,  digərləri  -   qəhrəmanlara  həsr  edilmiş  səc- 
dəgahlar  da  dövlət  ərazisi  üzrə  bölüşdürülməlidir.  Lakin  bunun 
üzərində  çox  dayanmaq  və  hər  şey  barəsində  ətraflı  damşmaq 
darıxdırıcı  olardı.  Bunun  hamısını  düşünmək asan,  amma  yerinə 
yetirmək  çətindir:  sözlər yaxşı  arzuların  nəticəsidir,  onları  həya- 
ta  keçirmək  isə  -   müvəffəqiyyət.  Buna  görə  də  biz  indi  bu  cür 
məsələlərin  sonrakı  müzakirəsindən  imtina  edirik.
XII. 
1.  İndi  bizə dövlət quruluşunun özü  haqqında  danışmaq 
lazımdır:  xoşbəxt  və  ən  gözəl  quruluşa  malik  olmaq  istəyən 
dövlət  nə  kimi  və  hansı  keyfiyyətə  malik  tərkib  hissələrindən 
ibarət  olmalıdır.  Rifah  bütün  hallarda  iki  şərtə  əməl  olunma- 
sından  asılıdır:  bunlardan  biri  -   hər  bir  işdə  vəzifənin  və  axır 
məqsədin  düzgün  müəyyənləşdirilməsi,  ikincisi  -   axır  məqsədə 
doğru  aparan  hər  cür  vasitənin  tapılmasıdır.  Ola  bilər  ki,  bu  iki 
tələb bir-birinə  zidd olsun,  ola  da  bilsin  ki,  bunlar bir-birinə  uyğun 
gəlsin,  axı  hərdənbir  məqsəd  çox  yaxşı  olur,  lakin  buna  yetiş- 
məyə  doğru  aparan  vasitələrdə  səhvlər  buraxılır.  Bəzən,  məsə- 
lən,  tibbdə  olduğu  kimi,  bunda  da,  o  birində  də  yanlışlıq  olur; 
doğrudan  da,  həkimlər  bəzən  insan  bədəninin  sağlam  vəziy- 
yətinin  nədən  ibarət  olduğunu  kifayət  qədər aydın  təsəvvür etmir 
və  qarşılarında  duran  məqsədə  nail  olmaq  üçün  həqiqi  vasitə 
tapmırlar.  Amma  elmdə  və  sənətdə  buna  da,  digərinə  də  malik 
olmaq  lazımdır,  yəni  məqsədi  də,  məqsədə yetməyə imkan yara- 
dan  işləri  də  müəyyənləşdirməyi  bacarmaq  lazımdır.  2.  Aydındır 
ki,  hamı  firavanlığa  və  xoşbəxtliyə  can  atır;  amma  bəziləri  buna 
nail olur,  digərləri  isə -  bir təsadüfə görə,  yaxud özünün xasiyyəti 
üzündən  yox.  Axı  ən  yaxşı  həyatdan  ötrü  bu  və  ya  digər əlverişli 
şərait  tələb  olunur  -   yaxşı  vəziyyətdə  olan  adamlar  üçün  az
274
dərəcədə,  pis  vəziyyətdə  olanlar  üçün  -   çox.  Nəhayət,  bəziləri 
onlara  xoşbəxtliyə  yetmək  imkanı  verilsə  də,  bunu  düzgün 
olmayaraq  lap  əvvəldən  axtarır.  Bizim  vəzifəmiz  ən  yaxşı  dövlət 
quruluşunu  müəyyənləşdirmək  olduğundan,  bu  isə  ondan  iba- 
rətdir ki,  dövlət burada  daha  yaxşı tərzdə  idarə  edilsin,  axırıncıya 
da  o  halda  yetmək  olur  ki,  bu  zaman  dövlət xoşbəxtlikdən  daha 
çox  yararlanmaq  imkanına  malik  olur,  onda  aydındır  ki,  xoş- 
bəxtliyin  nə  olduğu  nəzərdən  qaçırılmamalıdır.  3.  Biz  iddia  edirik 
ki,  («Etika»da  da  müəyyənləşdirdik  ki,  əgər  bu  əsər  bir  şeyə 
yarayırsa),  xoşbəxtlik  xeyirxahlıq  ruhunda  fəaliyyətdir  və  bu 
axırıncının  mükəmməl  surətdə  tətbiqidir,  həm  də  şərti  yox,  tam 
mənada;  şərti  dedikdə  mən  zərurəti  nəzərdə  tuturam19,  tam 
dedikdə  -   özlüyündə  çox  yaxşını.  Hüquq  sahəsindən  bir  misal 
gətirək:  verilən  cəzalar və  tənbehlər,  zərurətdən  doğan  xeyirxah 
qərarlardır,  onlar bu  zərurətə  görə  çox yaxşı  olur (axı  belə tədbir- 
lərə,  nə  insanın,  nə  də  dövlətin  əl  atmasına  ehtiyac  olmasa, 
daha yaxşı  olardı).  Əksinə,  şərəf və xoş  güzərana  doğru  yönələn 
fəaliyyət tam  mənada  çox yaxşıdır.  İş  bundadır ki,  birinci  səpgidə 
olan  fəaliyyət  yalnız  hər  hansı  bir  pis  işin  aradan  qaldırılmasına 
yönəlir,  halbuki  ikinci  səpgidə  olan  fəaliyyət,  əksinə,  xoşbəxtliyin 
hazırlanması və qurulmasından  ibarətdir.
4. 
Yaxşı  insan  taleyinə  yazılan  yoxsulluğa  da,  xəstəliyə 
də,  digər  fəlakətlərə  də  çox  yaxşı  dözür,  lakin  xoşbəxtlik  bun- 
larla  ziddiyyət  təşkil  edən  şeylərdən  ibarətdir  (həqiqətən,  «Eti- 
ka»da  həmçinin  bu  da  müəyyən  edilmişdi:  o  şəxs  yaxşı  adam- 
dır  ki,  özündə  olan  xeyirxahlığa  görə  şəfqətli  olmaq  onun  üçün 
tam  mənada  yaxşılığın  özüdür  ki,  var;  buradan  aydındır  ki,  bu 
cür adam  şəfqətli  olduğundan,  əlbəttə,  tam  mənada  xeyirxahlıq 
edəcək  və  çox  yaxşı  olacaq).  Bu  isə  o  fikrin  formalaşması  ilə 
nəticələnir  ki,  guya  xoşbəxtliyin  həqiqi  səbəbləri  dünyəvi  ne- 
mətlərdən  ibarətdir;  lakin  hər  halda  bu  ona  bənzəyir  ki,  kifara-
275


nın  çox  yaxşı  və  əla  çalınmasını,  çalanın  sənətində  deyil,  daha 
çox alətin  özündə  görmüş  olsunlar.
Bütün  yuxarıda  göstərilənlərdən  belə  çıxır  ki,  bəzi  məlu- 
matlar20  hazırda  olmalıdır,  digərlərini  qanunverici  hazırlamalıdır.
5.  Buna  görə  də  biz arzu  edirik  ki,  taleyin  ixtiyarında  olan  bütün 
şeyləri  (biz  güman  edirik  ki,  o,  bu  xüsusda  ixtiyar  sahibidir) 
dövlət  meydana  çıxan  zaman  əldə  etsin;  lakin  dövləti  dəyərli 
etmək  artıq  taledən  yox,  bilikdən  və  əzmkarlıqdan  asılıdır.  Döv- 
lətin  xeyirxahlığı  özünü  onda  göstərir  ki,  dövlət  idarəçiliyində 
iştirak  edən  vətəndaşlar  xeyirxahdırlar,  bizimsə  dövlətdə  bütün 
vətəndaşlar  dövlətin  idarə  edilməsində  iştirak  edir.  Buna  görə 
də  baxmaq  lazımdır  görək,  insan  necə  xeyirxah  olur.  Hərçənd 
mümkündür  ki,  insanlar  cəm  halda  xeyirxah  olsun,  amma  ayrı- 
ayrılıqda  yox,  hər halda  bu  axırıncı  daha  yaxşıdır,  çünki  ayrı-ay- 
rılıqda  hər  kəsin  xeyirxahlığı,  birlikdə  götürdükdə,  hamının  da 
xeyirxahlığına  səbəb ola  bilər.
6. 
Üç səpgidə  olan  amillər insanları  yaxşı  və xeyirxah  edir. 
Bu  amillər  aşağıdakılardır:  xasiyyət,  vərdiş  və  ağıl.  Hər  şeydən 
öncə  başqa  bir  canlı  məxluq  deyil,  özlüyündə  insan  doğulmaq, 
həm  də  insana  xas  cismani  və  mənəvi  xüsusiyyətlərə  malik 
olmaq  lazımdır.  Lakin  müəyyən  hallarda  anadangəlmə  əlamət- 
lərin  də  heç  bir  xeyri  olmur:  vərdişlər  dəyişikliyə  gətirib  çıxarır 
və  insanın  bəzi  anadangəlmə  xüsusiyyətləri  vərdişlərin  təsiri 
altında  bu  və  digər tərəfə  inkişaf etmək iqtidarındadır -  həm  pis, 
həm  də  yaxşı  tərəfə.  7.  Bununla  belə  digər  canlı  məxluqlar çox 
vaxt  təbiətin  öyrətdiyi  kimi  yaşayır,  onlardan  yalnız  bəziləri,  bir 
parası  eyni  zamanda  vərdişlərə  də  əsaslanır,  insan  isə  həmçi- 
nin  ağılın  səsinə  də  qulaq  asır,  çünki  ağıl  yalnız  ona  verilmişdir. 
Beləliklə,  insanda  bütün  göstərilən  amillər  qarşılıqlı  harmoniya- 
da  olmalıdır.  Və  insanlar inandıqda  kı,  başqa  cür hərəkət etmək 
daha  yaxşıdır,  məhz ağılın  sayəsində  çox şeydə  özlərində  yara-
276
nan  vərdişlərin  və  xasiyyətlərin  əksinə  olaraq  hərəkət  edirlər. 
Qanunverici  üçün  bunlar  yararlı  material  olsun  deyə,  biz  artıq 
əvvəllər  müəyyənləşdirmişdik  ki,  insan  öz  xarakterinə  görə 
necə  olmalıdır.  Qalan  şeylər  -   tərbiyəyə  aiddir,  bunun  vasitəsi 
ilə adamlar bəzi  şeylərə vərdiş edirlər,  digərlərini -  öyrənirlər.
XIII. 
1.  Dövlət münasibəti  hökm  sürənlərdən və tabeçilikdə 
bulunanlardan  ibarət  olduğu  üçün,  baxmaq  lazımdır  görək 
hökm  sürənlər  və  tabeçilikdə  bulunanlar  bir-birini  əvəz  edərək 
ayrı-ayrı  adamlardan  ibarət  olmalıdır,  yoxsa  həmişəlik  olaraq 
eyni.  Tərbiyənin  istiqaməti  də  bu  məsələnin  həllindən  asılıdır. 
Əgər bəziləri  digərlərindən,  bizim təbirimizcə,  allahlar və  qəhrə- 
manlar  insanlardan,  hər şeydən  öncə  onları  üstələyən  cismani, 
sonra  isə  həm  də  mənəvi  xüsusiyyətləri  ilə  nə  qədər fərqlənir- 
sə,  bir o  qədər fərqlənsəydi  və əgər bu  surətlə  hökm  sürənlərin 
üstünlüyü  tabeçilikdə  bulunanlar  üçün  şəksiz  və  aşkar  olsaydı, 
onda 
aydındır
  ki,  eyni  adamlara  imkan  vermək  yaxşı 
olardı
  -  
bəzilərinə  hökm  sürmək,  dəgərlərinə  həmişəlik  olaraq  tabe- 
çilikdə  bulunmaq.  2.  Bunun  mümkün  və  belə  olmadığını  nəzərə 
alaraq,  necə  ki,  Skilak21  induslar barəsində  deyir ki,  onların  çarı 
öz  təbəələrini  belə  əhəmiyyətli  dərəcədə  üstələyir,  onda  bir çox 
səbəblərdən  aydın  olur  ki,  hamı  eyni  dərəcədə  növbə  ilə  hökm 
sürməli  və  tabeçilikdə  bulunmalıdır.  Axı  bərabərlik  bərabərlər 
üçün  eyni  vəziyyətdən  ibarətdir,  həm  də  ədalətin  ziddinə  olan 
dövlət  quruluşunun  özünü  saxlamaq  çətin  olardı:  yeni  qayda- 
ların  həyata  keçirilməsinə  can  atan  dövlətin  bütün  sakinləri 
tabeçilikdə  bulunanlarla  bir  olur,  bununla  belə  idarə  edənlərin 
bu  cür  say  üstünlüyü  hesabına  onlardan  güclü  ola  bilməsi 
mümkün  olmayan  hallardan  biridir.
3. 
Digər tərəfdən  şübhə ola  bilməz  ki,  hökm  sürənlər tabe- 
çilikdə  bulunanlardan  fərqlənməlidir.  Qanunvericiyə  isə  düşün-
277


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə