A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə67/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   63   64   65   66   67   68   69   70   ...   104

X. 
1.  Yuxarıda  göstərilmişdir ki,  şəhər  mümkün  qədər  ma- 
terik  və  dənizlə  sıx  əlaqədə  olmalıdır,  eləcə  də  dövlətin  bütün 
ərazisi  ilə.  Əgər özlüyündə  şəhərin  coğrafi  mövqeyini  müzakirə 
etsək,  onda  onun  ən  yaxşı  tələblərə  uyğun  olması  üçün  dörd 
cəhətə  diqqət  yetirmək  lazımdır.  Hər  şeydən  öncə,  bu  da  ən 
başlıcasıdır,  sağlamlıqdır.  Yəni  cənuba  və  cənub  küləkləri tərəfə 
yönəldilmiş  şəhərlər  cana  daha  çox  faydalıdır,  bunların  ardınca 
şimal  küləklərindən  qorunan  şəhərlər  gəlir,  -   onlarda  şimal 
küləkləri  daha  mülayimdir.  2.  Digər  şərtlərdən  daxili  siyasi 
fəaliyyət  üçün  və  müharibə  dövründən  ötrü  nə  ki,  faydalıdır,  on- 
ları  nəzərdə  tutmaq  lazımdır.  Bir  qəfil  müharibə  başladıqda,  şə- 
hər  vətəndaşlara  rahat  yol  verməlidir,  düşmənlərdən  ötrü  isə 
çətin  keçilən  və  çətin  mühasirəyə  alınan  olmalıdır.  Su  və  çeş- 
mələrlə  şəhər  mümkün  qədər  çox  təchiz  edilməlidir;  əks 
təqdirdə  bunun  əvəzinə  yağış  sularının  saxlanılmasından  ötrü 
çoxlu,  həm  də  böyük  çənlərtəşkil  edilməlidir.  Belə  ki,  müharibə 
nəticəsində  vətəndaşların  öz  əraziləri  ilə  əlaqəsi  itərsə,  onda 
hər ehtimala  qarşı  heç vaxt çatmamazlıq olmasın.
3.  Sakinlərin  səhhətinin  qeydinə  qalmaq  lazım  olduğun- 
dan,  bu  isə  müvafiq  olaraq  şəhərin  coğrafi  mövqeyi  ilə  əlaqə- 
dardır,  onda  ikinci  planda  şəhərin  sağlam  su  ilə  təchiz edilməsi- 
nin  təşkili  məsələsi  olacaq;  bu  vəzifənin  yerinə  yetirilməsi  ciddi 
diqqət  tələb  edir.  Axı  bizim  öz  fiziki  tələbatlarımız  üçün  çox 
böyük  miqdarda,  həm  də  çox tez-tez  istifadə  etdiyimiz  şeylərin 
bizim  səhhətimizə  böyük  təsiri  var,  su  və  havanın  vəziyyəti  isə, 
məhz bunlara  aiddir.  Buna  görə,  əgər ehtiyatkarlıq  göstərən  şə- 
hərlərdə  məlum  olsa  ki,  ora  axan  suyun  hamısı  eyni  dərəcədə 
keyfiyyətli  deyil,  yaxud  onlarda  çeşmələrin  sayı  az  olsa,  içməli 
suyu  digərtəlabatlardan  ötrü olan  sudan  ayırmaq  lazımdır.
4.  Şəhərin  möhkəmləndirilmiş  yerlərinə  gəldikdə  isə, 
bütün  dövlət  quruluşu  formaları  üçün  onların  faydası  eyni
270
dərəcədə  deyil.  Məsələn,  akropol  -   oliqarxiya  və  monarxiya 
üçün,  bütün  hissələrin  eyni  dərəcədə  möhkəmləndirilməsi  -  
demokratiya  üçün,  aristokratiya  üçün  isə  nə  bu,  nə  də  digəri 
deyil,  daha çox  bir neçə  yerin  möhkəmləndirilməsi  münasibdir.
Şəxsi  evlərin  düzülüşü  o  vaxt  daha  gözəl  və  adi  həyat 
üçün  faydalı  sayılır  ki,  yeni,  yəni  Hippodamın  üsulu  üzrə 
kı"'çələr  düz  olsun.  Hərbi  cəhətdən  təhlükəsizliyə  görə  isə  -  
əksinə,  keçmişdə  olduğu  kimi:  bu  planlaşdırma  elə  olmuşdu  ki, 
bunda  yad  qoşunlar  çətinliklə  çıxış  yolu  tapırdı,  şəhərə 
soxulduqda  isə  orada  olduğu  yerin  səmtini  müəyyən  etmək 
çətin  olurdu.  5.  Buna  görə  şəhər  özlüyündə  bu  və  digər  plan- 
laşmaya  uyğunlaşdırılmalıdır  (onun  təşkilində  isə,  əgər  bu 
mümkündürsə,  kənd  sakinlərinin  üzüm  çubuqlarını  basdırdıq- 
da,  onları  necə  deyərlər  çarpaz  sıralarda  necə  yerləşdirirsə, 
elə  də  etsin16).  Şəhərin  hamısı  deyil,  yalnız  ayrı-ayrı  hissələri 
və  yerləri  düzgün  planlaşdırılmalıdır.  Bu  təhlükəsizlik  və  gö- 
zəllik  cəhətdən  yaxşı  olar.
Şəhərlərin  divarlarına  gəldikdə  isə,  şəhərlər  üçün  bun- 
ların  gərəkliyini  dananlar,  hansılar  ki,  sakinlərinin  cəsurluğu  ilə 
öyünürlər,  doğrudan  da,  həddən  artıq  keçmişdəki  kimi  müha- 
kim ə  yürüdürlər,  buna  baxmayaraq  görürlər  ki,  şəhərlərin  bu 
qəbildən  olan  özündən  razı  iddialarını  gerçəklik təkzib  edir.
6. 
Əlbəttə,  cəsurluğu  səninlə  eyni  dərəcədə  olan,  yaxud 
say  etibarı  ilə  səni  bir  qədər  üstələyən  düşmənlə  üz-üzə  gəl- 
dikdə  istehkam  divarları  arxasında  gizlənməyə  çalışmaq  nanə- 
ciblikdir.  Lakin  öz  sayı  ilə  həm  adi,  həm  də  bəzi  cəsur  insan- 
lardan  üstün  olan  düşmənlərlə  üz-üzə  gəlməli  olduğundan  və 
bu  ehtim al  edildiyindən,  madam  ki,  məsələ  həyatın  xilas  edil- 
m əsində,  bədbəxtlikdən  və  həqarətdən  qurtulmadadırsa,  onda 
m üharibə  zamanı  təhlükəsiz  möhkəm  divarları  daha  vacib 
hesab  etmək  lazımdır,  xüsusən  nəzərə  alınsa  ki,  hal-hazırda
271


atıcı  cihazların  və  mühasirə  zamanı  istifadə  edilən  maşınların 
ixtirasında  belə  uğurlar əldə  edilib17.
7. 
Şəhərləri  divarlarla  əhatə  etməmək  tələbi  ona  bərabər 
olur  ki,  birisi  düşmənlərin  soxulması  üçün  rahat yer axtarmaqla, 
bütün  dağlıq  yerlərin  uçurulmasını  da  əmr  edir,  yaxud  xüsusi 
evlərin  də  divarlarla  əhatə  olunmasını  qadağan  edir,  zira  bunlar 
olduqda,  bu  evlərin  sakinləri  də  qorxaq  olacaq.  Üstəlik,  onunla 
da  hesablaşmaq  lazımdır  ki,  əgər  şəhər  divarlarla  əhatə  edilib- 
sə,  onda  bundan  həm  belə,  həm  də  başqa  cür  istifadə  etmək 
olar,  yəni  həm  divarı  olan,  həm  də  olmayan  şəhər  kimi,  divarı 
olmayan  şəhərə  bu  şamil  edilmir.  8.  Əgər  belədirsə,  onda  şə- 
həri  təkcə  divarlarla  əhatə  etmək  deyil,  həm  də  bunların  saz- 
lığının  qeydinə  qalmaq  lazımdır:  bu  da  şəhərə  layiqincə  bəzək 
verilməsinə  səbəb  olacaq  və  müharibə  zamanı  həm  şəhərin 
digər vasitələrlə  mühasirə  edilməsinə  qarşı,  həm  də  hal-hazırda 
ixtira  edilənlərə  qarşı  onun  müdafiəsi  üçün  xidmət  edəcək. 
Necə  ki,  hücum  edənlər  uğura  nail  olmaq  yollarının  dərdinə 
qalırlar,  eləcə  də  kim  ki,  müdafiə  olunur,  onlar  üçün  bir  vasitə 
artıq  tapılıb,  digərlərini  isə  axtarmaq  və  ixtira  etmək  lazımdır. 
Axı,  kim yaxşı  hazırlıqlıdırsa,  onlara,  ümumiyyətlə,  hücum  etmə- 
yə  cəsarət  etmirlər.  Bütün  vətəndaşlar  sissitiyalardan  ötrü 
müəyyən  qruplara  bölünməli  olduqlarından  və  digər  tərəfdən 
divarlara,  həmin  yerlər  üçün  rahat  qaroulxanalar  və  gözətçi 
qüllələri  artırmaq  lazım  gəldiyindən  özlüyündə  aydındır  ki,  sis- 
sitiyalardan  bəzilərinin,  məhz  bu  otaqlarda  təşkil  edilməsi 
vacibdir.
XI. 
1.  Bunu,  məhz  bu  surətlə  də təşkil  etmək olar.  Ən  yük- 
sək  vəzifəli  şəxslər  üçün  nəzərdə  tutulan  dini  işlər  və  sissiti- 
yalardan  ötrü  olan  binaları  isə  bundan  ötrü  düzəldilmiş  eyni  bir 
yerdə  birləşdirmək  əlverişlidir,  əgər  bu,  ya  qanunla,  yaxud  bir
272
kahinin  göstərişi  ilə  olan  ayrıca  səcdəgah  deyilsə.  Yerin  özü- 
nün,  onun  yüksək  roluna  uyğun  görkəmi  olmalıdır,  həm  də 
şəhərin  qonşu  hissələri  ilə  müqayisədə  daha  çox  möhkəm- 
ləndirilməlidir.  2.  Bu  yerdən  aşağıda  elə  meydan  təşkil  etmək 
lazımdır  ki,  beləsi  Fessaliyada  «azad  meydan»  adlanır.  Bura 
heç  bir  mal  çıxarılmamalıdır,  həm  də  nə  sənətkarlardan,  nə 
əkinçilərdən,  nə  də  bu  qəbildən  olan  digər  adamlardan  heç 
birinin,  əgər  onu  vəzifəli  şəxslər  dəvət  etməsə,  ora  ayaq  bas- 
mağa  haqqı  yoxdur.  Əgər  göstərilən  yerdə  böyüklərdən  ötrü 
gimnasiyanı  da yerbəyer etmək mümkün  olsaydı,  ora  gözəllikdə 
udardı,  axı  şəhərə  gözəllik  verən  bu  binaları  da  yaşa  uyğun 
birləşdirmək  lazımdır,  həm  də  nəzərə  alınmalıdır  ki,  gənclər 
gimnasiyasında  hansısa  vəzifəli  şəxslər  olmalıdır,  böyüklərinki 
isə  vəzifəli  şəxslərin  yaxınlığında  olmalıdır.  Vəzifəli  şəxslərin 
gözünün  qabağında  olmaq  xüsusən  həyalı  və  məsuliyyətli 
olmağı  öyrədir ki,  bu  da  azad  adamlara xasdır.
Ticarət  meydançası  bu  meydandan  ayrı  olmalı  və  ayrıca 
yerləşməlidir:  onun  üçün  elə  yer seçmək  lazımdır ki,  dənizlə  və 
quru  yolla  gətirilən  hər cürə  malı  ora  daşımaq  rahat olsun.
3.  Dövlət  başında  duranlar  kahinlərə  və  vəzifəli  şəxslərə 
bölündüyündən,  kahinlərin  sissitiyalarından  ötrü  olan  otaqları 
da  dinlə  əlaqədar olan  binaların  yaxınlığında  yerləşməlidir.  Mü- 
qavilələr  bağlanmasına,  məhkəmə  işlərinin  qaldırılmasına, 
müqəssirlərin  çağırılmasına  və  bu  kimi  işlərə,  habelə  aqora- 
nomiyaya  və  astinomiya  adlananlara  nəzarət  edən  vəzifəli 
şəxslərin  olduğu  yerlər  meydanın  yaxınlığında  bir  qəiəbəlik 
yerdə  təşkil  edilməlidir,  belə  yer  isə  gündəlik  işlərdən  ötrü  olan 
meydandır18:  axı  o,  yuxarı  meydan  bizim  layihəmiz  üzrə  asudə 
vaxtdan  ötrü təxsis  edilmişdi,  bu  isə -  işgüzar tələbat üçün.
4.  Göstərilən  qaydaları  dövlət  ərazisi  xüsusunda  da  tətbiq 
etmək olar:  bəzilərində giloralar,  digərlərində aqoranomlar adla-
273


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə