A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə63/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   59   60   61   62   63   64   65   66   ...   104

kölədir,  heç  bir yaxşı  şey  olmadığı  kirni,  məişət təlabatları  xüsu- 
sunda  əmrlər verməyin  də  çox  yaxşı  ilə  heç  bir əlaqəsi  yoxdur.
2.  Lakin  hər  bir  hakimiyyəti  zalımanə  hesab  etmək  düzgün  de- 
yil.  Axı  azad  adamlar  üzərində  və  qullar  üzərində  olan  hökm- 
ranlığın  fərqi,  öz  xarakterinə  görə  azad  və  öz  xarakterinə  görə 
kölə  olanların  arasındakı  fərqdən  heç  də  az  əhəmiyyətli  deyil, 
mühakiməmizin  əvvəlində  buna  kifayət  qədər  diqqət  yetirilmiş- 
di.  Digər  tərəfdən  fəaliyyətsizliyin  fəaliyyətdən  yüksək  tutulub 
təriflənməsinə  heç  bir  əsas  yoxdur,  çünki  xoşbəxtliyi  şərtləndi- 
rən,  məhz  fəaliyyətdir,  həm  də  ədalətli  və  təmkinli  adamların 
fəaliyyətinin  sonu  bir  çox  gözəl  işlərlə  nəticələnir.  3.  Belə  bir 
müəyyənləşdirmədən  sonra  kimsə,  çox  güman,  bu  fikrə  düşə- 
cəkdir  ki,  hamının  üzərində  ali  hakimiyyətə  malik  olmaq  -   ən 
zəruri  şeydir,  yaxud  bu  halda  daha  çox  gözəl  işlərin  görülmə- 
sinə  imkanat  yaranır1,  belə  ki,  kim  hökm  sürə  bilirsə,  bu  səla- 
hiyyəti  öz  yaxınına  güzəştə  getməlidir,  lakin  hakimiyyəti  atanın 
oğuldan,  oğulun  atadan,  dostun  dostdan  almasını  hesaba 
almadan,  ondan  almağa  çalışmalıdır.  Axı  ən  zəruri  şey  hər şey- 
dən  daha  yaxşıdır,  rifah  içində  yaşamaq  isə  ən  zəruri  şeyin 
özüdür ki,  var.
4. 
Əgər talan edənlər və zor işlədənlər bilsəydilər ki,  bütün 
mövcud  olan  şeylərin  hamısından  yaxşı  nədir,  bəlkə  də  bu  fikir 
doğru  ola  bilərdi,  lakin  bu,  çox  guman,  mümkün  olmadığı  üçün 
göstərilən  fikir də yanlışdır.  Axı  kişi  qadından,  ata  övladlarından, 
ağa  kölədən  nə  qədər fərqlənirsə,  birinin  digərindən  bir o  qədər 
fərqlənməsini  çox  yaxşı  iş  saymaq  olmaz;  kim  qanunu  tapdala- 
yırsa,  həmin  adam  artıq  onun  yolundan  uzaqlaşdığından,  mə- 
ziyyətlər bu  pis  işi  sonradan  düzəltmək  vəziyyətində  olmur.  Axı 
bir-birilə  eynilik  təşkil  edən  çox  yaxşıyla  qanunauyğunluq  ara- 
sında  əvəzlənmə  var2,  yaxud  o  həm  bərabərçiliyi  meydana 
çıxarır,  həm  də  oxşarlığı;  bərabərlər  arasında  bərabərsizliyin  və
254
eynilər arasında fərqin  olması  qeyri-normal  haldır,  heç bir qeyri- 
normal  şeysə  çox  yaxşı  ola  bilməz.  Buna  görə  əgər  birisi  digə- 
rini  xeyirxahlıqda  üstələyirsə  və  ən  yaxşı  cəhətdən  iş  görmək 
iqtidarındadırsa,  onda  belə  adamın  ardınca  getmək  çox  yax- 
şıdır,  ona  tabe  olmaq  isə  -   qanunauyğundur.  Belə  adam  xeyir- 
xahlığa malik olmaqla  bərabər fəaliyyət də  göstərməlidir.
5. 
Əgər bunların  hamısı  belədirsə  və  əgər yaxşı  iş xoşbəxt- 
lik nesab edilməlidirsə,  onda  hər bir dövlət  üçün  də,  o cümlədən, 
hər bir adam  üçün  də  ən  yaxşı  həyat  işgüzar həyat olardı.  Lakin 
bəzilərinin  düşündüyü  kimi,  əməli  işin  digər şeylərə  yönəldilməsi 
vacib  deyil;  əməli  iş  təkcə,  fəaliyyətin  özündən  meydana  çıxıb 
müsbət  nəticələr  naminə  tətbiq  edilən  ideyalardan  ibarət  deyil,  o 
nəzəriyyə və fikirlər daha  böyük əhəmiyyətə  malikdir ki,  bunlarda 
məqsəd  -   onların  özüdür  və  özləri  naminə  mövcud  olmalarıdır. 
Axı  burda  da  məqsəd  yaxşı  işdən  ibarətdir,  belə  ki,  bunda  da 
fəaliyyət  var;  biz  hətta  ciddi  halda  o  adamların  praktiki  fəaliyyəti 
barədə  danışırıq  ki,  onların  fikri  kənarda  baş  verən  işlərə 
istiqamət verir.  6.  Buna  baxmayaraq  özlərindən  ötrü  təşkil  edilən 
və  bu  vəziyyətdə3  qalmağa  üstünlük  verən  dövlətlər  də 
fəaliyyətdən çəkinməlidir;  onlar az da  olsa  fəaliyyət  göstərə bilər, 
çünki  dövlətin  hissələri  arasında  cürbəcür  əlaqələr  mövcuddur. 
Bunu  ayrı-ayrılıqda  hər  bir  adam  barəsində  də  demək  olar,  zira 
əks  halda  Allahın  və  bütün  dünyanın  gözəl  varlığını  təsəvvürə 
gətirmək  çətin  ki,  mümkün  olardı,  onlar  isə,  onlara  xas  olan 
coşğunluq  nəzərə alınmasa,  heç bir fəaliyyətdə  bulunmur.
Beləliklə,  aydındır  ki,  ən  yaxşı  həyat  ayrı-ayrılıqda  hər 
adam  üçün  və bütövlükdə dövlət üçün  eyni  bir şeydən  ibarətdir.
IV. 
1.  Biz  yuxarıda  deyilənləri  müqəddimə  şəklində 
söylədikdən  sonra,  qalan  dövlət  quruluşu  formaları  haqqında 
isə  biz  öz  fikrimizi  əvvəllər  ifadə  etmişdik,  o  şeyləri  müzakirə
255


etməyin  vaxtı  gəlib  çatmışdır  ki,  onlar  hələ  araşdırılmayıb,  hər 
şeydən  öncə  isə  aydınlaşdırılmalıdır  ki,  arzu  olunan  quruiuşun 
olması  üçün  dövlət  qarşısında  hansı  tələblər  qoymaq  lazımdır. 
Axı  ən  yaxşı  dövlət  quruluşu  ona  münasib  xarici  şərait  olmadıq- 
da  meydana  çıxa  bilmir.  Buna  görə  bizim  haqqımtz  var  ki, 
istədiyimiz  kimi  bir  çox  ilkin  şərtlər  irəli  sürək.  Amma  bunlardan 
heç  biri,  əlbəttə,  yerinə  yetirilə  bilməyən  olmamalıdır.  Mən,  mə- 
sələn,  vətəndaşların  sayı  haqqında,  ərazinin  böyüklüyü  haq- 
qında  məsələləri  nəzərdə tuturam.
2.  Hər  qəbildən  olan  sənətkarın,  məsələn,  toxucunun, 
gəmiqayıranın  sərəncamında  onun  işi  üçün  yararlı  olan  material 
olmalıdır;  və  bu  material  nə  qədər yaxşı  hazırlanmış  olsa,  sənət 
məhsulu  da,  şübhəsiz,  bir o  qədər gözəl  olacaq.  Eləcə  də  döv- 
lət  xadiminin  və  qanunvericinin  sərəncamında  müvafiq  və 
yararlı  material  olmalıdır.  Vətəndaşların  bir  yerdə  bulunması 
dövlətin  mövcud  olmasının  təmin  edilməsi  üçün  ilkin  şərtdir; 
ortaya  sual  çıxır:  onların  sayı  çoxmu  olmalıdır,  onlar  hansı  təbii 
keyfiyyətlərə  malik  olmalıdır,  eləcə  də  ərazi  hansı  böyüklükdə 
olmalı  və onun  xüsusiyyətləri  necə olmalıdır?
3.  Əksəriyyət  hesab  edir  ki,  xoşbəxt  dövlət  öz  ölçülərinə 
görə  böyük  olmalıdır.  Lakin  bu  fikir  doğru  olsa  da  belə,  hər  halda 
onlarbunu  başa  düşmür ki,  hansı  dövlət böyük olmalıdır,  hansı  isə 
kiçik.  Onlar  dövlətin  böyüklüyünü  onun  əhalisinin  miqdarı  ilə 
ölçürlər;  lakin  diqqəti  daha  çox  kəmiyyətə  deyil,  imkana  yetirmək 
lazımdır.  Axı  dövlətin  də  öz  vəzifələri  var,  ona  görə  də  eləsini  ən 
böyük dövlət hesab etmək  lazımdır ki,  o,  həmin  vəzifələri  ən  yaxşı 
surətdə  həyata  keçirmək  vəziyyətində  olsun.  Məsələn,  Hippokratı 
bir  həkim  kimi  böyük  adlandırmaq  olar,  ancaq  bir  insan  kimi 
ondan  daha  yüksək  boyu  ilə  fərqlənənlərlə  müqayisədə  bunu 
demək  olmaz.  4.  Lakin  miqdar  da  əgər  meyar  sayılmalıdırsa,  bu 
halda  yenə  də  təsadüfi  miqdara  əsaslanmaq  olmaz  (axı
256
dövlətlərdə  istər-istəməz  çoxlu  qullar,  habelə  meteklər  və 
əcnəbilər vardır),  lakin yalnız o əhalini hesaba almaq  lazımdır ki,  o, 
dövlətin  hissəsini  təşkil  edir,  həın  də  dövlətin  çox  mühüm 
mənsubiyyətidir.  Belə  qəbildən  olan  əhalinin  çoxluğu,  doğrudan 
da,  böyük dövlətin  nişanəsidir,  sənətkarları  çox,  ağırsilahlı  qoşunu 
az olan dövləti isə böyük dövlət saymaq olmaz;  axı  böyük dövlətlə 
əhalisi çox olan dövlət -  eyni-eyni şeylər deyil.
5. 
Amma təcrübə  göstərir  ki,  əhalisi  həddən  artıq  çox  olan 
dövlətlərin  yaxşı  qanunlarla  idarə  edilməsindən  ötrü  söz  de- 
məmək  son  dərəcə  çətindir;  hər  halda  biz  görürük  ki,  o  dövlət- 
lər,  hansılar  ki,  çox  yaxşı  quruluşları  ilə  məşhurdur,  öz  əhalisi- 
nin  sayının  həddən  artıq  artmasına yol vermir.  Bu  məntiqi  fikirlər 
əsasında  da  aydındır:  axı  qanun  nə  isə  bir  qaydadır;  qanunçu- 
luq  gözəl  qaydanın  özüdür  ki,  var;  amma  həddən  artıq  böyük 
miqdar  qanunun  qarşısına  sədd  çəkir.  Bu,  ilahi  qüvvənin  işi 
olardı,  hansı  ki,  kainatın  birliyini  təmin  edir  (oikoymenen).
6.  Çox  yaxşı  özünün  ifadəsini,  adətən,  miqdarda  və  böyüklükdə 
tapır,  buna görə o dövlət də  çox yaxşıdır ki,  orada  yuxarıda  gös- 
tərilən  böyüklüyun  və  həddin4  birliyi  var.  Amma  ki,  bütün  digər 
şeylər  -   heyvanlar,  bitkilər,  alətlər  kimi  dövlətin  böyüklüyünün 
də  müəyyən  həddi  var.  Doğrudan  da,  həddən  artıq  kiçik  olan, 
yaxud  öz  böyüklüyü  ilə  seçilənlərdən  heç  biri  onlara  xas  olan 
imkanı  həyata  keçirmək  iqtidarında  olmur,  bir  halda  öz  təbii  xü- 
susiyyətlərini  tamamilə  itirir,  digər  halda  -   pis  vəziyyətə  düşür. 
Belə  ki,  məsələn,  bir qarış  böyüklükdə  olan  gəmi,  ümumiyyətlə, 
gəmi  deyil,  eləcə  də  iki  stadiya  böyüklüyündə  olan  gəmi5; 
müəyyən  ölçülərə  qədər  çatdırılmış  gəmi  öz  səfərini  bir  halda 
ölçülərinin  kiçik  olması  üzündən,  digər  halda  isə  -   olduqca 
böyük  olması  üzündən  pis  başa  çatdıracaq.
7. 
Eyni  surətdə  də  əhalisinin  sayı  olduqca  az  olan  dövlət 
heç  bir  şeydən  asılı  deyil  (dövlət  isə  müstəqil  bir  şeydir).
257


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə