A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə65/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   61   62   63   64   65   66   67   68   ...   104

orta  mövqe tutaraq  bu  və  digər xüsusiyyətləri  özürıdə  birləşdirir:
o,  həm  cəsur  xarakterə,  həm  də  əqli  qabiliyyətə  malikdir,  əgər 
bir dövlət  quruluşunda  birləşə  bilsəydi,  hamının  üzərində  ağalıq 
etməyi  də  bacarardı.  2.  Belə  bir  fərq  ayrı-ayrı  ellin  tayfaları 
arasında  da  müşahidə  edilir:  bəziləri  öz  birtərəfliliyi  ilə  fərqlənir, 
digərləri  hər  iki  keyfiyyətə  malikdir.  Aydındır  ki,  o  adamlar 
yaranışından  ağıllı  və  cəsarətli  olmalıdır  ki,  onlar  məziyyətlərə 
qarşı  həssaslıq  mənasında  qanunvericinin  əlində  yolayovuq  ol- 
sunlar.  Bəzilərinin  fikrincə  mühafizəçilərin  fərqlənməli  olduqları 
şey,  -   özününkülərə  qarşı  mehribanlıq,  özgələrə  qarşı  müna- 
sibətdə  isə  sərtlik  -   ürəyin  mərdanəliyidir,  bu  mehribançılıq 
hissindən  irəli  gəlir;  axı  bu,  qəlbin  o  xüsusiyyətidir  ki,  bunun 
sayəsində  də  biz  sevirik.  3.  Buna  sübut  odur  ki,  bizə  özgələr 
tərəfindən  deyil,  daha  çox yaxınlarımız və  dostlarımız tərəfindən 
diqqət yetirilmədikdə,  hislər coşur.  Bax  buna  görə  də  Arxilox  öz 
dostlarını  qınayaraq  öz  hislərinə  yerində  müraciət  edir:  «öz 
dostlarından  ötrü  üzülürsən»9.  Bütün  adamlarda  ağalıq  etməyin 
və  sərbəstliyin  səbəbi  bu  qüvvədən  asılıdır,  axı  qəlb  amirliyi  ilə 
də  seçilir  və  tabeçilikdə  bulunmağa  dözmür.  Lakin  mühafizəçi- 
lərə  xitabən  yuxarıda  göstərilən  tələb  yaxşı  səslənmir  -   özgə- 
lərə  qarşı  qəddar olmaq.  Heç  kimə  belə  yanaşmaq  lazım  deyil, 
yaranışından  böyük  mənəviyyata  malik  olan  adamlar da,  kimlər 
ki,  düzgün  hərəkət etmir,  yalnız onlara  qarşı  düşmən  münasibə- 
tində  bulunurlar.  Artıq  yuxarıda  deyildiyi  kimi,  bu  onlarda  daha 
çox  dərəcədə  o  zaman  olur  ki,  onlar  öz  yaxın  adamlarından 
qəlblərinin  sındığını  hiss  edirlər.  4.  Bu  isə  məntiqə  uyğundur: 
kimlər  ki,  onlara  kömək  etməlidir,  nəinki  onlara  zərər  yetirir, 
həm  də  bu  köməkdən  məhrum  edirlər.  Buna  görə  də  deyilir: 
«Qardaşların  davası  ağırdır»,  «Kim  məhəbbət  odunda  yanırdı, 
onda  da  nifrət aşıb-daşırdı»10.
262
Dövlətin  vətəndaşları  haqqında  bizim  fıkirlərimiz  təxminən 
bax bu  cürdür:  onlar nə qədər olmalıdır və onlar hansı təbii  keyfiy- 
yətlərilə  fərqlənməlidir,  həmçinin  dövlətin  ərazisi  nə  böyüklükdə 
olmalıdır  və  o,  hansı  xüsusiyyətlərə  malik  olmalıdır.  Nəzəriyyədə 
həmin  o  dəqiqliyi  tələb  etmək  olmaz,  hansı  ki,  bu,  müşahidələr 
zamanı təcrübələr yolu  ilə olan  araşdırmalarda  mümkündür.
VII. 
1.  Təbiətin  yaratdığı  digər  mürəkkəb  törəmələrdə 
olduğu  kimi  o  şeylər  ki,  tam  onlarsız  mövcud  ola  bilmir,  onların 
hamısı  yenə də tamın  hissələri  deyil,  eləcə də,  görünür,  dövlətin 
mövcud  olması  üçün  vacib  olan  bütün  şeyləri  onun  hissələri 
saymaq  olmaz;  bunu  isə,  eyni  hissələrdən  əmələ  gələn  hər  bir 
digər  münasibətə  də  aid  etmək  olar  (axı  münasibətdə  bulunan 
adamlarda,  onların  bərabər,  yaxud  qeyri-bərabər  miqdarda  pay 
alacaqlarından  asılı  olmayaraq,  nə  isə  mütləq  ümumi  və  eyni  ol- 
malıdır;  bu  qida,  ya  ərazinin  miqdarı,  yaxud  nəsə  digər  buna 
bənzər bir şey ola  bilər).  2.  Lakin  haçan  ki,  biri  vasitə,  digəri  isə -  
məqsəd  olur,  onda,  onların  arasında  ümumi  heç  bir  şey  olmur, 
burada  istisna  edilən  şey  yalnız  odur  ki,  biri  aktiv,  digəri  -  
passiv  rol  oynayır.  Məsələn,  hər  növ  alət,  həm  də  işçi  bir 
tərəfdən  və  bu  alətin  düzəltdiyi  şeylə,  bu  işçinin  gördüyü  iş  -  
digər  tərəfdən  belə  bir  nisbətdədir.  Evlə  evtikənin  arasında 
onları  bir-birinə  bağlaya  bilən  heç bir şey yoxdur,  lakin  evtikənin 
sənəti  evdən  ötrü  mövcuddur.  Buna  görə  də  dövlətin  mülkiyyəti 
olmalıdır,  lakin  mülkiyyətin  özü,  əsla  dövlətin  hissəsini  təşkil 
etmir,  baxmayaraq  ki,  bura  bir  çox  canlı  məxluqlar  daxildir. 
Dövlət  isə  bir-birinə  bənzər  adamların  mümkün  qədər  ən  yaxşı 
həyata  yetişməsindən  ötrü olan  bir münasibətdir.
3. 
Ən  zəruri  şey  xoşbəxtlikdir,  xoşbəxtliyin  isə  mükəmməl 
fəaliyyətdən  və  xeyirxahlığın  tətbiqindən  ibarət  olduğunu  nə- 
zərə  alaraq,  həm  də  bəzi  adamlar  xeyirxah,  digərləri  isə  az
263


dərəcədə,  yaxud  heç  xeyirxah  olmadıqları  üçün  aydındır  ki, 
məhz  elə  bu,  müxtəlif  dövlət  quruluşu  formalarının,  həm  də  bir 
neçə  dövlət  quruluşunun  yaranmasına  gətirib  çıxarmışdır: 
adamlar  müxtəlif  üsullar,  həm  də  müxtəlif  vasitələrlə  müxtəlif 
formalı  həyat və  dövlət  quruluşu  təşkil  edirlər.  İndi  baxaq  görək, 
o  şeylər  nə  qədərdir  ki,  onlarsız  dövlətin  mövcud  olması  müm- 
kün  deyil;  bizim  dövlətin  hissələri  adlandırdığımız  şeylər  də 
istər-istəməz  bundan  ibarətdir.  4.  Beləliklə,  biz  dövlətin  vəzifə- 
lərini  (erga)  sadalamalıyıq,  onda  məsələ  də  aydın  olacaq.  Hər 
şeydən  öncə  ərzaq  məhsulları  olmalıdır;  sonra  -   iş  (insan 
həyatda  bir  çox  alətlərə  möhtacdır);  üçüncü,  silah  (silah  dövlət 
münasibətində  bulunanlar  üçün  həm  dövlətin  daxilində  itaət- 
sizlik  göstərəniərə qarşı,  həm  də xarici  düşmənlərə  qarşı,  onlar- 
dan  müdafə  olunmaq  üçün  vacibdir);  eyni  zamanda  xüsusi  və 
hərbi  ehtiyaclar  üçün  pul  vəsaiti;  beşinci,  bu  isə  hər  şeydən 
öncə  dini  işlərin  himayə  olunmasıdır,  yəni  o  şey  ki,  o,  kahin 
adlanır,  hesabla  altıncısı,  lakin  ən  vacibi  -  vətəndaşlar arasında 
nəyin  xeyirli  və  nəyir ədalətli  olması  xüsusunda  qərar.  5.  Hər bir 
dövlətin  ehtiyacı  olduğu  şeylər  bax  bunlardır;  axı  dövlət  özlü- 
yündə  adamların təsadüfi  toplusu  deyil,  lakin,  biz iddia  etdiyimiz 
kimi,  müstəqil  mövcud  olmağa  iqtidarlıdır,  əgər  məlum  olsa  ki, 
bizim  sadaladıqlarımızdan  birisi  çatmır,  onda  bu  münasibət, 
əsla  müstəqil  ola  bilməz.  Beləliklə,  dövlət  bizim  sadaladığımız 
vəzifələrə  müvafiq  hissələrdən  ibarət  olmalıdır.  Deməli,  orada 
müəyyən  sayda  əkinçilər,  hansı  ki,  onu  ərzaq  məhsulları  ilə 
təmin  etməlidir,  sənətkarlar,  hərbi  qüvvə,  varlı  adamlar,  kahinlər 
və  nəyin  ədalətli  və  xeyirli  olması  xüsusunda  qərar  çıxaran 
adamlar mövcud  olmalıdır.
VIII. 
1.  Əgər  bu  müəyyənləşdirilibsə,  onu  müzakirə  etmək 
qalır  ki,  dövlətin  bütün  yuxarıda  göstərilən  vəzifələrinin  icra-
264
sında  hamımı  iştirak  etməlidir.  Axı  eyni  adamların  hamısının 
həm  əkinçi,  həm  sənətkar,  həm  şura  üzvü,  həm  də  məhkəmə- 
nin  üzvü  olmasını  ehtimal  etmək mümkündür,  yoxsa  adı  çəkilən 
hər  vəzifəyə  xüsusi  bir  şəxs  təyin  edilməlidir,  ya  da,  nəhayət, 
vəzifələrdən  bəziləri  zərurət  üzündən  xüsusi  şəxslərə  mənsub 
olmalıdır,  digərləri  -  ümumən  vətəndaşlara.  Hər dövlət quruluşü 
üçün  eyni  qaydalar  müəyyən  etmək  mümkün  deyil.  Biz  dediyi- 
miz  kimi,  hamının  hər  işdə  iştirak  etməsinə  imkan  verilə  də 
bilər,  verilməyə  də  bilər,  lakin  yalnız  bəzi  işlərdə  bəziləri  iştirak 
edə  bilər.  Bu  da  dövlət quruluşunun  müxtəlifliyinə  gətirib  çıxarır: 
demokratiyalarda  bütün  vətəndaşlar hər  işdə  iştirak  edir,  oliqar- 
xiyalarda  biz bunun  əksini  görürük.
2. 
Biz  ən  yaxşı  dövlət  quruluşu  haqqında  məsələni  araş- 
dırdığımızdan,  bu  isə  dövlətin  daha  çox  xoşbəxt  ola  biləcəyi 
quruluşdur,  xoşbəxtlik  isə,  əvvəl  deyildiyi  kimi,  xeyirxahlıq  olma- 
dan  mövcud  ola  bilməz,  onda  burdan  aydındır  ki,  çox  gözəl  qu- 
ruluşa  malik  olan  və  özündə  şərti  olaraq  ədalətli  olan  xadimləri 
deyil,  tam  mənada  ədalətli  xadimləri  birləşdirən  dövlətdə  vətən- 
daşlar  sənətkarların,  yaxud  tacirlərin  yaşadığı  kimi  həyat  sür- 
məməlidir  (bu,  alçaq  həyatdır  və  xeyirxahlığın  əksinədir);  bizim 
layihələşdirdiyimiz  dövlətdə  vətəndaşlar  əkinçi  də  olmamalıdır, 
çünki  xeyirxahlıqda  və  siyasi  fəaliyyətdə  irəliləmək  üçün  onların 
asudə  vaxta  ehtiyacı  olacaq.  3.  Nəzərə  alsaq  ki,  hələ  hərbi  işi, 
nəyin  xeyirli  və  nəyin  ədalətli  olduğunu  müzakirə  etmək  qalıb  -  
bunlar  isə  açıq-aydın  dövlətin  əsas  hissələridir  -   onda  ortaya 
sual  çıxır,  bu  hər  iki  vəzifə  müxtəlif,  yoxsa  eyni  şəxslərə  həvalə 
edilməlidir.  Bu  məsələnin  cavabı  da  aydındır:  bəzi  münasibət- 
lərdə -  eyni  adamlara,  digər münasibətlərdə -  müxtəlif,  göstəri- 
lən  hər  bir vəzifənin  yerinə  yetirilməsindən  ötrü  ayrı-ayrı  yaşlar- 
da  olan  adamlara  ehtiyac  olduğu  üçün  və  bir  işdən  ötrü  ağıl, 
digərindən  ötrü  -   fiziki  qüvvə  tələb  olunduğundan  -   ayrı-ayrı
265


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə