A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə73/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   69   70   71   72   73   74   75   76   ...   104

Birisinin  hansı  məqsədləsə  nə isə etməsinin,  yaxud öyrən- 
məsinin  fərqi  böyükdür.  Əgər  bu,  ya  özündən  ötrü,  ya  dostla- 
rından  ötrü,  ya  da  xeyirxahlıqdan  ötrü  edilirsə,  onda  bu,  ata- 
anası  kölə  olmayan  adama  layiqdir;  amma  ki,  bu,  özgələrdən 
ötrü  edildikdə  çox  vaxt  günəmuzd  işləyənin  və  kölənin  etdiyi 
hərəkət  kimi  görünə  bilər.  Artıq  yuxarıda  qeyd  edildiyi  kimi  hal- 
hazırda  intişar  tapmış  dərs  fənləri  adları  çəkilən  hər  iki 
məqsədə  xidmət  edir.  3.  Dörd  adi  dərs  fənni  var:  qrammatika1, 
gimnastika,  musiqi və hərdənbir də  rəsm.  Qrammatikanı  və  rəs- 
mi  adi  həyatda  və  təcrübədə  geniş  tətbiq  edilən  faydalı  fənlər 
kimi  öyrənirlər;  gimnastika  ilə  ona  görə  məşğul  olurlar  ki,  o 
cəsarətin  artmasına  səbəb  olur.  Musiqiyə  gəldikdə  isə  bəlkə  də 
şübhə  yarana  bilər,  çünki  hal-hazırda  musiqi  ilə  əksər  hallarda 
yalnız  zövq  almaq  üçün  məşğul  olurlar.  Lakin  dəfələrlə  göstə- 
rildiyi  kimi  bizim  əcdadlarımız  musiqini  ona  görə  ümumtəhsil 
fənləri  ilə  bir  sıraya  qoymuşdular  ki,  təbiətin  özü  yalnız  bizim 
fəaliyyətimizi  düzgün  istiqamətləndirməkdən  ötrü  deyil,  həm  də 
asudə  vaxtdan  çox  gözəl  yararlanmaq  üçün  bizə  imkan  ver- 
məyə  çalışır.  Axırıncı  isə  -   biz  bunu  yenə  də  qeyd  edirik  -   hər 
şeyin  başlanğıcını  müəyyən  edəndir;  bu  isə  bizi  yenə  onun 
yanına  dönməyə  təhrik  edir.  4.  Əgər  bu  və  o  biri  lazımdırsa, 
asudə vaxtda da fəaliyyətə üstünlük verilməlidir,  onda,  nəhayət, 
ortalığa  sual  çıxır,  bu  boş vaxtı  nə  ilə doldurmaq  lazımdır.  Əlbət- 
tə,  oyunla  yox,  çünki  bu  halda  o,  istər-istəməz  bizim  həyatımı- 
zın  axır  məqsədi  olardı.  Madam  ki,  bu  mümkün  deyil,  oyunlara 
da  daha  çox  bizim  dərslərimiz  arasında  yer  vermək  lazımdır 
(axı  zəhmətkeşlərə  istirahət  verilməlidir,  oyunlar  isə  istirahət 
üçündür,  hər  cür  fəaliyyət  isə  zəhmət  və  gərginliklə  bağlıdır), 
buna  görə  oyunlar  tətbiq  etmək,  bunu  dərman  kimi  vermək 
üçün  münasib  vaxt  seçmək  lazımdır,  axı  oyunlar zamanı  edilən 
hərəkət  cana  rahatlıq  gətirir,  alınan  zövq  nəticəsində  isə  adam
294
dincəlir.  5.  Lakin  asudə  vaxt  artıq,  görünür  ki,  özü-özlüyündə 
həm  zövqdən,  həm  xoşbəxtlikdən,  həm  də  kefdən  ibarətdir  və 
bütün  bunlar  məşğul  adamların  deyil,  asudə  vaxta  malik  olan 
adamların  payına  düşür.  Axı  nə  iləsə  məşğul  olaniar  bununla 
nədən  ötrüsə  məşğul  olur,  çünki  onlar  hələ  məqsədə  yetmə- 
yiblər,  bununla  belə  xoşbəxtlik  özü-özlüyündə  bir  məqsəddir, 
bu  isə  bütün  insanların  təsəvvürünə  məyusluqla  deyil,  ancaq 
zövqlə  bağlanır.  Amma  hər  kəs  bu  zövqü  eyni  cür  deyil,  öz 
xüsusiyyətlərinə  müvafiq  olaraq,  fərdi  qaydada  alır  -   ən  yaxşı 
adam  ən yaxşı  zövqə və  ən  gözəl  mənbələrdən  meydana  çıxan 
şeylərə  üstünlük  verir.  Burdan  aydındır  ki,  asudə  vaxtdan 
istifadə  etməyi  bacarmaq  üçün  həyatda  bəzi  şeyləri  öyrənmək, 
bir az tərbiyə  almaq  lazımdır və  necə  ki,  bu tərbiyə,  eləcə  də  bu 
təhsil  özü-özlüyündə  məqsəddən  ibarətdir,  halbuki  işgüzar 
həyata  tətbiq  edilmək  üçün  vacib  olan  təhsil  digər  məqsədləri 
nəzərdə tutur.
6. 
Buna  görə  bizim  də  əcdadlarımız  musiqini  tərbiyəvi 
fənlər sırasına  vacib  və  hamı  üçün  faydalı  olan  (bunda  qətiyyən 
belə  şey  yoxdur)  fənn  kimi  qoymayıblar,  necə  ki,  savad,  hansı 
ki,  həm  pul  işlərini  bilmək  üçün,  həm  ev  işləri  üçün,  həm  elmlə 
məşğul  olmaq  üçün,  həm  də  dövlətin  bir çox  sahələrində fəaliy- 
yət  göstərmək  üçün  vacibdir.  Rəsrn  çəkməkdən  də,  görünür, 
fayda  hasil  edilir -   incəsənət  əsərlərinə  daha  yaxşı  qiymət  ver- 
mək  bacarığı,  öz  növbəsində,  gimnastikanın  sağlamlığın  möh- 
kəmlənməsinə  və  bədənin  gücünün  artmasına  xidmət  etməsi 
kimidir  (musiqi  ilə  məşğul  olmaq  buna  bənzəmir).  Deməli,  bir 
şeyi  qəbul  etmək  qalır,  musiqi  bizim  boş  vaxtımızı  doldurmaq 
üçündür,  o  yəqin  ki,  buna  görə  də  adi  tərbiyəyə  tətbiq  edilir. 
Doğrudan  da,  xəyal  edilən  kimi,  ata-anası  kölə olmayanların  əy- 
iəncəsi  nədən  ibarətdirsə -  bura  musiqi  də aiddir.  Buna  görə də 
Homer  belə  şer  yazmışdı:  «Zəngin  ziyafətə  yalnız  o  çağırılma-
295


Iıdır»2;  bəzilərinin  adlarını  bir-bir  saydıqdan  sonra  o  deyir:  «Kim 
hamıya  kef  verən  xanəndəni  çağırar»3.  Digər  yerdə  Odissey 
deyir  ki,  vaxt  keçirmək  üçün  ən  yaxşısı  odur  ki,  adamlar şənlə- 
nən  zaman  «qonaqlar  evlərdə  vəzifələrinə  görə  yanaşı  oturub, 
nəğməkara  qulaq assınlar»4.
III. 
1.  Beləliklə,  belə  bir  tərbiyənin  olması  da  aydındır, 
hansı  ki,  valideynlər  bunu  oğlanlarına  praktiki  cəhətdən  faydalı 
və  ya  vacib  olduğu  üçün  deyil,  ona  görə  verməlidir  ki,  bu  ata- 
anası  kölə  olmayan  adama  layiqdir,  yaxud  özü-özlüyündə  çox 
gözəldir.  Bu  tərbiyənin  əhatə  sahəsinə  bir  fənn  daxildirmi, 
yoxsa  bunlar  bir  neçədir  və  bunlar  hansılardır,  həm  də  necə 
təşkil  edilməlidir -  bütün  bunlar barədə  biz axırda  danışacayıq5. 
İndi  isə  bizim  qabaqcadan  göstərdiklərimizdən  kifayət  qədər 
aydın  oldu  ki,  bizim  adi  tərbiyə  haqqında  olan  fikirlərimizin 
xeyrinə  keçmişdəkilər də  şəhadət  verir:  musiqinin  timsalında  bu 
bəlli  olur.  Üstəlik,  uşaqlara  hamı  üçün  faydalı  olan  fənlər yalnız 
mənfəət  üçün  deyil,  -   savad  almaq,  məsələn,  belələrindəndir, 
həm  də  ona  görə  öyrədilməlidir  ki,  bu  təhsil  nəticəsində  onlara 
bir sıra  məlumatları  çatdırmaq  mümkün  olsun.
2. 
Rəsm  çəkməklə  də  iş  bu  vəziyyətdədir:  bunu  bazarlıq 
edərkən  səhvə  yol  verməməkdən,  həm  də  ev  ləvazımatlarının 
və  qəşəng  şeylərin  alqı-satqısında  aldanmamaqdan  ötrü  deyil, 
daha  çox  ona  görə  öyrənirlər  ki,  bu  maddi  gözəlliklərin  müəy- 
yənləşdirilməsi  zamanı  gözləri  inkişaf etdirir.  Ümumiyyətlə,  hər 
yerdə  yalnız  bircə  fayda  axtarmaq  yüksək  mənəvi  keyfiyyətlərə 
malik  olan  və  ata-anası  kölə  olmayan  adamları  hər  şeydən  az 
şərəfləndirir.
Aydındır  ki,  tərbiyə  işində  vərdişlərin  inkişafı  ağlın  inkişa- 
fından  əvvəl  olmalıdır,  həm  də fıziki tərbiyə  əqli  tərbiyənin  önün- 
də  getməlidir.  Burdan  belə  çıxır  ki,  oğlan  uşaqlarını  gimnastika
296
müəllimlərinə  və  pedotriblərə  tapşırmaq  lazımdır:  birincilər 
onların  bədənlərini  lazımi  vəziyyətə  gətirəcək,  ikincilər  isə 
onlara  diribaşlıq  aşılayacaq.
3. 
Hal-hazırda  uşaqların  tərbiyə  edilməsinə  olsun  ki, 
hamısından  çox fikir verən  dövlətlər arasından  bəziləri  onlarda 
atletik bədən  quruluşu  yaratmağa  çalışır və təbii  inkişafa  mane 
olmaqla,  uşaqların  bədən  quruluşunu  korlayırlar;  lakedemon- 
lular  belə  səhvə  yol  vermədilər,  lakin  ağır  təlimlərlə  onlar 
uşaqları  vəhşi  heyvan  ovçusu  edir,  guya  ki,  bu  cəsarətin 
artması  üçün  hər  şeydən  daha  çox  faydalıdır.  Amma,  tez-tez 
göstərildiyi  kimi,  bütün  fikri  bircə  şeyə,  daha  çox  isə  bu 
məqsədə  yönəltmək  lazım  deyil,  buna  baxmayaraq  hətta  onlar 
yalnız  bu  məqsədə  doğru  can  atsalar  belə,  onda  hər  halda 
heç  nəyə  nail  olmurlar.  Axı  nə  vəhşilərdə,  nə  də  barbar 
tayfalarda  cəsurluğun  onlardan  mütləq  ən  vəhşisinə  həmrah 
olduğunu  hiss  etmirik,  əksinə  -   bunu  daha  çox  mülayim  və 
aslanlara  oxşar  olanlarda  görürük.  4.  Qətl  törətməyə  və 
adamyeməyə  meyl  edən  bir çox tayfalar var.  Pont  sahillərində 
məskunlaşan  axeylər  və  genioxlar  belələrindəndir,  həm  də 
materikdə  yaşayan  bir  para  digər  tayfalardan6  -   bəziləri  eyni, 
digərləri  -  daha  çox  dərəcədə;  bütün  bunlar  quldur tayfalardır, 
lakin  heç  də  cəsur  deyillər.  Həm  də  lakedemonlular  haqqında 
biz  bilirik  ki,  onlar  nə  qədər  ki,  səylə  çətin  təlimlərlə  məşğul 
olurdular,  digərlərini  üstələyirdilər,  indi  isə  həm  gimnastika 
yarışları  sahəsində,  həm  də  hərbi  işlərdə  onlar  digərlərindən 
geri  qalırlar.  Axı  lakedemonlular  digərlərindən,  öz  gənclərinə 
yuxarıda  göstərilən  tərzdə  təlim  keçməklə  deyil,  bircə  onunla 
fərqlənirdilər  ki,  onları  möhkəmlənməyənlərə  qarşı  möhkəml- 
əndirirdilər.  5.  Burdan  belə  çıxır ki,  birinci  yeri  vəhşilik  deyil,  ən 
yaxşı  tutmalıdır.  Axı  nə  canavar,  nə  də  digər  bir  vəhşi  heyvan 
ən  yaxşıya  görə,  cəsur  xadim  kimi  təhlükəli  mübarizəyə
297


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə