A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə64/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   60   61   62   63   64   65   66   67   ...   104

Əhalisinin  sayı  həddən  artıq  çox  olan  dövlət,  doğrudan  da,  ən 
mühüm  tələbatların təmin  edilməsi  cəhətdən  müstəqildir,  amma 
ki,  bu  dövlət  birliyindən  çox,  tayfa  birliyidir,  çünki  hər  hansı  bir 
düzgun  quruluşa  malik  olmaq  onun  üçün  asan  deyil.  Həqiqə- 
tən,  kim  bu  dərəcəyə  qədər  çatan  çoxluğa  sərkərdəlik  edəcək, 
kim,  Stentorun6  səsinə  malik  olmadan  carçı  olacaq?  Burdan 
belə  nəticə  çıxır  ki,  dövlətin  ən  əvvəlinci  formasınm  əhalisinin 
sayı  o  qədər  olmalıdır  ki,  beləsi  hər  şeydən  öncə  siyasi  müna- 
sibətlər  əsasında  gözəl  həyat  qurmaq  iqtidarında  olsun.  Elə 
dövlət də  mümkündür ki,  o,  əhalisinin  sayına  görə  birincini  üstə- 
ləyib,  ondan  böyük  olsun;  lakin  biz  əvvəllər  göstərdiyimiz  kimi 
əhalinin  bu  artımı  hədsiz-hüdudsuz  olmamalıdır.  Əhalinin  həd- 
dinin  artıq  olmasını  isə  işlərin  gerçək  vəziyyətinə  əsasən  müəy- 
yən  etmək  asandır.  Dövlətin  fəaliyyəti  hökm  sürənlərlə  itaətdə 
bulunanlar  arasında  müəyyənləşdirilir;  birincilərin  vəzifəsi  -   sə- 
rəncam  vermək  və  məhkəmə  qərarları  çıxarmaqdır.  Qərarların 
düzgün  çıxarılmasından  ötrü,  həm  də  vəzifələrin  məziyyətə  görə 
bölüşdürülməsindən  ötrü  vətəndaşlar bir-birini  tanımalıdır -  onlar 
hansı  keyfiyyətlərə  malikdir,  harda  ki,  bu  yoxdur,  orada  vəzifəyə 
adam  təyin  edilməsi  və  məhkəmə  araşdırmaları  ilə  bağlı  işlər 
istər-istəməz  pis  vəziyyətdədir.  8.  Üstəlik,  əcnəbilərə  də,  me- 
teklərə  də  vətəndaşlıq  haqqını  mənimsəmək  asandır,  çünki 
bunu  əhalinin  çox olması  nəticəsində  nəzərə  çarpmadan  etmək 
çətin  deyil.  Beləliklə,  aydındır  ki,  dövlət  üçün  ən  yaxşı  hədd 
aşağıdakından  ibarətdir:  əhalinin  çox  olması  onun  müstəqil 
halda  yaşaması  məqsədilə  mümkündür,  bunu  araşdırmaq  da 
asandır.  Biz dövlətin  böyüklüyünü  bax belə  müəyyənləşdirirk.
V. 
1.  Ərazi  haqqında  məsələ  ilə  də  iş  təxminən  belədir. 
Onun  xüsusiyyətlərinə  gəldikdə,  aydındır  ki,  hər  kəs  o  ərazini 
tövsiyə  edərdi  ki,  beləsi  dövlətin  müstəqilliyini  daha  yaxşı  təmin
258
edir.  Hər  cür  məhsul  əmələ  gətirən  ərazi  belələrindəndir,  zira 
müstəqillik  də  ondan  ibarətdir  ki,  heç  nədə  çatışmazlıq  olmasın. 
Ərazinin  böyüklüyü  o  dərəcədə  olmalıdır  ki,  oradakı  əhalinin  boş 
vaxtdan  yararlanmaq,  azadlıqdan  zövq  almaq,  həm  də  bunlarla 
bərabər  toxtaq  yaşamaq  imkanı  olsun.  Bizim  verdiyimiz  tərifın 
düz olub-olmamasını  biz sonralar,  mülkiyyət haqqında və  mülkiy- 
yət fıravanlığı  haqqında  danışmalı  olduqda  ətraflı  surətdə  müza- 
kirə  edəcəyik7,  yəni  onlardan  nə  cür  faydalanmaq  lazımdır.  Bu 
məsələni  müzakirə  etdikdə,  adamlar bu  cəhətdən  bu  və  ya  digər 
ağır vəziyyətə  düşdüyü  üçün  bir çox  mübahisələr  meydana  çıxır: 
bəziləri xəsisliyə başlayır,  digərləri -  israfçılığa.
2.  Ərazinin  ümumi  xarakterini  müəyyənləşdirmək  çətin 
deyil  (axı  strategiyadan  xəbərdar  olan  adamların  bəzi  göstəriş- 
ləri  ilə  də  hesablaşmaq  lazımdır):  o,  basqın  üçün  çətin  keçilə 
bilən,  həm  də  əlverişli  çıxışa  malik  olmalıdır.  Üstəlik,  bizim  fikri- 
mizcə,  dövlətin  əhalisi  asan  araşdırıldığı  kimi,  ərazisi  də  eləcə 
asan  araşdırılmalıdır;  «asan  araşdırma»  o deməkdir  ki,  onu  mü- 
dafiə  etmək asandır.  Əgər şəhərin  yeri  ən  yaxşı  təkliflərə  uyğun 
olmalıdırsa,  onu  elə təşkil  etmək  lazımdır  ki,  o  həm  dənizə,  həm 
də  dövlətin  qalan  ərazisinə  nisbətdə  eyni  dərəcədə  yaxşı  yer- 
ləşsin.  Bununla  bərabər,  əvvəllər  artıq  diqqət  yetirdiyimiz  bir 
şərti  nəzərə  almaq  lazımdır:  şəhər  bütün  ətraf  sahədə  özünü 
mərkəzi  punkt  kimi  göstərməlidir,  hansı  ki,  buradan  bütün  ətraf 
tərəflərə  yardım  göstərmək  mümkün  olsun.  Başqa  şərt  -   odur 
ki,  şəhərə  ərzaq  məhsulları  asanlıqla  gətirilə  bilsin,  daha  sonra 
odur  ki,  emal  etməkdən  ötrü  ölkədə  olan  meşə  və  bütün  digər 
materialları  ora  rahat daşımaq  olsun.
3.  Yaxşı  qanunlarla  idarə  edilən  dövlətlərin  dənizə  yaxın 
olmasının  xeyirli,  yaxud  zərərli  olması  xüsusunda  çoxlu  fikir 
ayrılıqları  var.  Deyirlər ki,  başqa  qanunlarla  tərbiyələnmiş  əcnə- 
bilərin  dövlətdə  uzun  müddət  qalması,  orada  qanunçuluğun
259


saxlanılmasından  ötrü  zərərlidir,  eləcə  qələbəlik  də  ondan  ötrü 
zərərlidir;  bu  ona görə  ortaya  çıxır  ki,  dəniz yolunun  rahat olma- 
sı  nəticəsində  dövlətə  xaricdən  çoxlu  tacirlər  gəlib,  orada  yaşa- 
yır,  bu  hal  isə yaxşı  idarəçiliklə ziddiyyət təşkil  edir.
4. 
Lakin  göstərilən  nöqsanları  əgər  saymasaq,  onda  tama- 
milə  aydındır  ki,  şəhərin  və  dövlətin  bütün  ərazisinin  dənizlə 
əlaqəsi  həm  dövlətin  təhlükəsizliyini  təmin  etmək  üçün,  həm  də 
onun  bütün  şeylərlə  bol  təchiz  edilməsi  üçün  böyiik  üstünlük 
verir.  Kimlərə xilas  olmaq,  düşmənin  hücumuna  davam  gətirmək 
lazım  gəlirsə,  o  eyni vaxtda  hər iki  tərəfdən  -  həm  qurudan,  həm 
də  dənizdən  yardım  aldıqda,  onlara  xeyli  asan  olur;  eyni  surətdə 
dövlət  üçün  hər  iki  yol  açıq  olduqda,  hücum  edənlərə  hər  iki 
tərəfdən  olmasa  da,  heç  olmasa  bir  tərəfdən  zərbə  endirmək 
asandır.  Eləcə  də  özündə  olmayan  zəruri  məhsulları  almaq,  öz 
məhsullarının  artığını  isə  xaricə  göndərmək  dövlət  üçün  rahatdır, 
axı  ticarəti  dövlət  başqalarının  marağından  ötrü  deyil,  öz  xüsusi 
marağından  ötrü  aparmalıdır.  5.  Hansılar  ki,  özünü  bazar  kimi 
hamının  istifadəsinə  verir,  bunu  mənfəətə  görə  edir,  bu  cür 
tamahkarlığa  cəhd  etməyi  lüzum  bilməyən  dovlətə  belə  bir 
limanın  olması  lazım  deyil.  İndi  isə  biz  görürük  ki,  bir  çox  ölkə  və 
şəhərlərdə,  şəhərə  nisbətdə  çox  gözəl  yerləşib,  onunla  bir  tam 
əmələ  gətirməyən  port  və  limanlar  vardır,  lakin  ondan  çox  da 
uzaqda  deyil,  həm  də  şəhər  özünün  divarları  və  bu  kimi  digər 
istehkamları  sayəsində  onlar  üzərində  hakim  olur.  Aydındır  ki, 
limanlarla olan  əlaqə nəticəsində  birfayda  hasil  edilirsə,  onda  bu 
fayda  dövlət  üçün  də  qalır,  əgər  ki,  bir  zərər  dəyirsə,  onda 
müvafiq  qanunlar  çıxarmaq  yolu  ilə  bunun  qarşısını  asanlıqla 
almaq  olar,  hansı  ki,  müəyyənləşdirər  və  dəqiq  göstərərdi  ki, 
kimə qarşılıqlı  münasibətdə olmağa  icazə verilir,  kimə  isə yox.
6. 
Dəniz qüvvələrinə  gəldikdə,  onda,  tamamilə  aydındır ki, 
onu  müəyyən  inkişaf  həddinə  gətirmək  yaxşıdır.  Axı  dövlət
260
təkcə  özünümüdafiəyə  hazır  olmamalıdır,  həm  də  qorxuya 
salmaq  və  bəzi  qonşularına  quruda  olduğu  kimi,  dənizdə  də 
kömək  etmək  vəziyyətində  olmalıdır.  Bəs  bu  qüvvə  hansı  miq- 
darda  və  dərəcədə  olmalıdır -   bunu  artıq  dövlətin  həyat  tərzin- 
dən  bilmək  olar,  əgər o,  təkcə  mülki  həyat  sürməyə  yox,  üstün 
olmağa  da  cəhd  edirsə,  onda,  əlbəttə,  onun  dəniz  qüvvələri  də 
onun  bu  məqsədinə  uyğun  olmalıdır.  7.  Digər  tərəfdən,  dövlət- 
də  dənizçilərdən  ibarət  qara  camaatın  çox  olması  heç  də  vacib 
deyil,  hər  halda  bu  axırıncıların  vətəndaşlıq  hüququna  aidiyyatı 
olmamalıdır.  Axı  dəniz  hərbçiləri  bekar  adamlardan  və  piyada 
döyüşçülərdən  yığılır,  onlar  isə  dənizçilik  işində  başlıca  rol 
oynayır  və  əsas  qüvvəni  təşkil  edir;  əgər  perieklər  və  əkinçilər 
çoxdursa,  onda  dənizçilərin  sayı  da  çox  olur.  Belə  qəbildən 
olan  hadisələrlə  biz  hal-hazırda  da  rastlaşırıq,  məsələn,  herak- 
leotların  dövləti8,  çoxlu  sayda  trier  hazırlasa  da,  özü-özlüyündə 
böyüklüyünə görə  digər dövlətlərdən  geri  qalır.
Dövlətin  ərazisi  haqqında,  onun  limanları,  şəhərləri,  dənizi 
və  dəniz qüvvələri  haqqında  bizim fikirlərimiz bax  budur.
VI. 
1.  Biz  əhalinin  vətəndaş hissəsinin  həddi  haqqında  yu- 
xarıda  danışmışdıq,  indi  o  haqda  danışacayıq  ki,  o  hansı  xüsu- 
siyyətlərə  malik olmalıdır.  Bu  xüsusda,  məşhur ellin  dövlətlərinə 
və  müxtəlif tayfaların  bütün  dünyada  yerləşməsinə  diqqət  yetir- 
dikdə,  kifayət  qədər  aydın  məlumat  əldə  etmək  olar.  Soyuq 
ölkələrdə,  həm  də  Avropada  yaşayan  tayfalar  cəsarətlidirlər, 
lakin  kifayət  qədər  ağıllı  və  işə  yararlı  deyillər.  Buna  görə  onlar 
öz  hürriyyətlərini  daha  çox  saxlayırlar,  lakin  dövlət  qurub,  yaşa- 
mağı  bacarmırlar,  həm  də  öz  qonşuları  üzərində  ağalıq  edə  bil- 
mirlər.  Asiyada  yaşayanlar  isə  ağıllıdırlar  və  iş  qabiliyyətləri  ilə 
fərqlənirlər,  lakin  cəsarətli  deyillər,  ona  görə  də  onlar  tabe- 
çilikdə  və  kölə  vəziyyətində  yaşayılar.  Ellinlər  soyu  isə  elə  bil
261


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə