A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə60/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   56   57   58   59   60   61   62   63   ...   104

bundan  ötrüdür.  3.  Bilavasitə bundan  sonrakı  və  bununla çox sıx 
əlaqədə  olan  ikinci  himayə  şəhərdəki  ictimai  və  xüsusi  binalara 
olan  qayğıdır;  ondan  ötrü  ki,  onlar lazımi  qaydada  olsun  (bərbad 
halda  olan  evlərin  və  küçələrin  mühafızəsi  və  təmiri)  və  ondan 
ötrü  ki,  ayrı-ayrı  malikanələrin  hüdudu  tam  dəqiqliklə  müəyyən- 
ləşdirilsin,  həm  də  bu  kimi  qayğıya  ehtiyacı  olan  digər  işlərdən 
ötrü.  Lakin  belə  vəzifəni,  adətən,  astinomiya  adlandırırlar;  bu 
vəzifəni  icra  edən  şəxsin  fəaliyyət  sahəsi  bir  neçə  şaxəyə  bölü- 
nür,  bunların  hər birindən  ötrü əhalisi  çox olan  dövlətlərdə xüsusi 
vəzifəli  şəxslər  təyin  edirlər,  məsələn,  şəhər  divarlarının  keşik- 
çisi,  çeşmələrin  müdiri,  limanların  mühafizəçisi  kimi.
4.  Digər  -   vacib  olan  və  buna  uyğun  hokumət  orqanı  da 
belə  işlərə  nəzarət  edir,  lakin  onun  fəaliyyət  sahəsinə  yalnız 
dövlətin  ərazisi,  yəni,  məhz  şəhərdən  kənarda  yerləşən  nə 
varsa,  onlar aiddir;  bəziləri  bu  cür vəzifəli  şəxsləri  aqoranomlar, 
digərləri -  giloramlar9 adlandırır.  Göstərilən  şeylərə  dair üç qay- 
ğı  bundan  ibarətdir.  Sonrakı  vəzifə  -   dövlətin  əldə  etdiyi  gəlirə 
nəzarət  edir;  bunları  mühafizə  edən  və  idarəetmənin  ayrı-ayrı 
sahələrinin  ehtiyacları  üçün  bölüşdürən  adamlar apodeklər10 və 
xəzinədarlar adlanır.  Bundan  sonrakı  vəzifələr xüsusi  müqavilə- 
lərin  və  məhkəmə  qərarlarının  surətlərinin  mühafizə  edilməsi 
işinə  baxır;  yazılı  şikayətlər  də  onlara  göndərilməlidir,  həm  də 
ibtidai  məhkəmə  işlərinə  onlar  baxır.  Bəzi  yerlərdə  bu  vəzifəni 
bir  neçə  adamın  arasında  bölüşdürürlər,  digərlərində  isə  bütün 
bunlara  bir vəzifəli  şəxs  baxır.  Bu,  «gieromnemonlar»,  «epista- 
lar»,  «mnemonlar»  və bu  kimi  adlarla  ifadə edilir.
5.  Daha  sonrakı  hökumət  orqanı  ən  vacib  orqan  olsa  da, 
işi  demək  olar,  ağırdır:  bu,  məhkum  edilmişlər  üzərində  məhkə- 
mənin  hökmünü  həyata  keçirir,  dövlətə  borclu  olanlardan  vergi- 
nin  qalığını  alır,  məhbusların  keşiyini  çəkir.  Özünə  böyük  nifrət 
doğurduğu  üçün  bu  çətin  vəzifədir;  buna  görə  də  harda  ki,  bu
242
vəzifəni  icra  etmək  böyük  mənfəətlə  bağlı  deyilsə,  orada  hər 
kəs  bunu  öz üzərinə  götürməkdən  imtina  edir,  bu  vəzifəyə  gön- 
dərildikdə  isə  qanunla  işləmək  istəmir.  Bu,  ona  görə vacibdir ki, 
məhkəmənin  qərarı  həyata  keçirilməzsə,  ədalət  məhkəməsinin 
heç birxeyri  də olmaz,  belə  ki,  dövlət  münasibəti,  ümumiyyətlə, 
məhkəməsiz  mümkün  olmadığı  kimi,  qərarların  yerinə  yetirilmə- 
si  olmadan  da  mümkün  deyil.  6.  Buna  görə  yaxşı  olardı  ki,  bu 
vəzifə  bir  adama  verilməsin,  ancaq  ayrı-ayrı  məhkəmə  palata- 
larından  olan  müxtəlif şəxslər arasında  bölüşdürülsün;  həmçinin 
dövlətə  borclu  olan  adamlardan  vergi  qalığının  alınması  ilə  əla- 
qədar  vəzifələri  də  bir  neçə  şəxsin  arasında  bölüşdürmək  la- 
zımdır.  Üstəlik,  bəzi  cərimələrin  alınmasını  məhkəmənin  hökmü 
ilə  başqa  vəzifələri  icra  edən  vəzifəli  şəxslərə  də  həvalə  etmək 
olar,  həm  də  vəzifəsinin  icrasına  başlamış  şəxslər,  səlahiyyətini 
itirmiş  vəzifəli  şəxslərin  çıxardığı  məhkəmə  qərarlarını  həyata 
keçirə  bilər,  vəzifədə  olan  şəxslərin  çıxardığı  qərarı  isə  digər bir 
vəzifəli  şəxs  həyata  keçirə  bilər,  məsələn,  aqoranomların  elan 
etdikləri  qərarları  astinomlar  həyata  keçirər,  ikincilərin  qərar- 
larını  isə  -   digərləri.  Axı  cərimə  qoyan  şəxslərə  qarşı  nifrət  nə 
qədər  az  olsa,  qərarlar  bir  o  qədər  tez  həyata  keçirilər.  Əgər 
eyni  şəxslər  həm  qərar çıxarırsa,  həm  də  onu  həyata  keçirirsə, 
onda  nifrət  ikiqat  olacaq;  əgər  eyni  şəxslər  hər  şey  barə- 
sində...11  onda  onlar  hamıyla  düşmən  münasibətdə  olacaq.  7. 
Bir  çox  yerlərdə  məhkəmə  qərarlarını  həyata  keçirən  vəzifəli 
şəxslərə  həm  də  dustaqların  keşiyini  çəkənlər  qoşulur,  məsə- 
lən,  Afinada  on  bir adlananlar.  Buna  görə  həm  bu  vəzifəni  ayır- 
maq,  həm  də  buna  tezliklə  bir  çarə  tapmaq  yaxşı  olardı.  Bu 
vəzifə  göstərilən  birincidən  heç  də  az  vacib  deyil;  amma  elə 
olur  ki,  nəcib  adamlar  inadla  xüsusən  bu  vəzifəyə  yaxın  gəl- 
mirlər:  bu  işi yaramaz adamlara tapşırmaq  isə qorxuludur,  çünki 
bu  cür  adamların  başqalarını  mühafizə  etməkdən  çox,  özlərinin
243


nəzarətə  ehtiyacı  var.  Bunu  nəzərə  alaraq  belə  işlərə  bir  nəfəri 
təyin  etmək  lazım  deyil,  bununla  belə  fasiləsiz  olaraq  eyni  bir 
adamı,  amma  gənclərdən  təyin  etmək  olar,  harda  ki,  xüsusi 
efeb  qrupu,  yaxud  qarnizonda xidmət edənlər var,  həm  də  vəzi- 
fəli  şəxslərdən  ayrı-ayrı  adamlar  bu  işin  yerinə  yetirilməsinin 
dərdinə  qalmağa  borcludurlar.  8.  Yuxarıda  bir-bir  adları  çəkilən 
bütün  vəzifələri,  ən  lazımi  vəzifələr  kimi  birinci  yerə  qoymaq 
lazımdır.  Bunların  ardınca  gələn,  lakin  daha  yüksək  vəzifələr də 
bir o  qədər vacibdir,  zira  bunları  icra  etmək  üçün  böyük  təcrübə 
və  mötəbərlik  lazımdır.  Bu  cür vəzifələr  sırasına  dövlətin  müha- 
fizəsindən,  həm  də  hərbi  ehtiyaclardan  ötrü  təsis  edilən  vəzi- 
fələri  aid  etmək  olar.  Həm  sülh,  həm  də  müharibə  dövrlərində 
elə  adamlar  olmalıdır  ki,  şəhər  darvazasının  və  divarlarının  mü- 
hafızəsinə  can  yandırmış  olsunlar,  vətəndaşlara  baxış  keçirsin- 
lər və onları  hərbi  bölmələrə ayırsınlar.
9.  Bəzi  dövlətlərdə  bütün  bu  işlərin  yerinə  yetirilməsindən 
ötrü  çoxlu  vəzifə  təsis  edilir,  digərlərində  az,  kiçik  dövlətlərdə  -  
hamısı  üçün  biri.  Bu  cür  vəzifə  sahiblərini  strateqlər  və  pole- 
marxlar  adlandırırlar.  Üstəlik,  dövlətdə  atlı  qoşun,  yaxud  yün- 
gülsilahlı  qoşun  və  oxatanlar,  yaxud  donanma  varsa,  onda  hər 
qoşun  növündən  ötrü  hərdən  ayrıca  bir  vəzifə  təsis  edilir. 
Onların  navarxlar,  hipparxlar,  taksiarxlar,  onların  tabeçiliyində 
onları  isə  müvafiq  olaraq  trierarxlar,  loxaqlar,  filarxlar12  adlan- 
dırırlar,  sonrakılar  da  bu  qaydada  bölünür.  Bütün  bunlar  -   eyni 
cür vəzifələrdir,  hərbi  iş  hər birinin  ixtiyarında  olan  işdir.  10.  Be- 
ləliklə,  bu  vəzifə  haqqında  belə  demək  olar.  Vəzifəli  şəxslərin 
hamısının  olmasa  da,  bəzilərinin  əlindən  çoxlu  dövlət  pulu  gəlib 
keçdiyinə  görə  müstəsna  olaraq  hesabatların  qəbul  edilməsi  və 
yoxlanılmasından  ötrü  digər  bir  vəzifə  də  lazımdır;  belə  vəzifəli 
şəxslər yevfinlər,  logistamlar,  eksetastlar,  seneqorlar13 adlanır.
244
Bütün  bu  vəzifələr  üzərində,  bütün  işlərdə  ali  səlahiyyətə 
malik  olan  hökumət  orqanı  durur;  o,  çıxarılan  qərarları  həyata 
keçirir,  qanun  layihələri  təklif edir,  harda  ki,  ali  hakimiyyət xalqa 
məxsusdur,  həmin  dövlətlərdə  xalq  məclisinə  sədrlik  edir,  axı 
dövlətə  rəhbərlik  edənləri  dəvət  etməkdən  ötrü  də  bir  vəzifə 
lazımdır.  Bəzi  yerlərdə  bu  hökümət orqanını  probullar adlandırır- 
lar,  çünki  onlar  ilkin  qərarları  tərtib  edir;  demokratiyalarda  isə 
çox  vaxt  -   şura.  Beləliklə,  fəaliyyəti  siyasi  sahəyə  aid  olan  bü- 
tün  vəzifələr demək olar ki,  bunlardır.
11.  Himayənin  digər forması  dinə  aiddir.  Bura  kahinlər  və 
ziyarətgahlara  aidiyyatı  olan  hər şeyə  hamilik  edənlər daxildir -  
dinlə  əlaqədar  mövcud  olan  tikililərin  mühafizəsi,  qədimdən 
qalanların  bərpası  və  dini  işlərin  saxlanılmasına  xidmət  edən 
bütün  qalan  şeylərin  qayğısı.  Elə olur  ki,  bəzi  yerlərdə,  məsələn, 
kiçik  dövlətlərdə  bütün  bu  işləri  himayə  etmək  bir vəzifəli  şəxsə 
həvalə  edilir,  digər  yerlərdə  isə  kahinlikdən  fərqli  olan  çoxlu 
ayrı-ayrı  vəzifələr  var,  yəni:  gieropelər,  naofilaklar14,  dinlə  əla- 
qədar olan  pulların  xəzinədarları;  bunların  ardınca  ayrı-ayrı  vəzi- 
fəli  şəxslər  gəlir,  bunlar  dövlət  səviyyəsində  qurban  kəsmələri 
yerinə  yetirmək  üçün  seçilir,  bu  işi  qanuna  görə  kahinlərə  hə- 
valə  etmirlər,  lakin  dövlət yerinə  yetirdiyindən  xüsusi  əhəmiyyə- 
tə  malikdir.  Bu  cür vəzifəli  şəxsləri  bəziləri  arxontlar,  digərləri  -  
çarlar,  üçüncüləri -  pritanlar adlandırırlar.
12.  Beləliklə,  lazımi  himayələr  ümumi  nəticəyə  gəldikdə 
aşağıdakı  sahələri  əhatə  edir:  dini,  hərbi,  mədaxili  və  məxarici, 
şəhər  meydanını,  şəhərin  özünü,  limanı,  dövlətin  ərazisini, 
həmçinin  məhkəməni,  müqavilələrin  qeydiyyatını,  həbsxanala- 
rın  mühafizəsini,  hesabatların  qəbul  edilməsini  və  yoxlanılma- 
sını,  vəzifəli  şəxslər  üzərində  nəzarəti,  nəhayət,  dövlətə  aidiy- 
yatı  olan  işlərin  müzakirəsini.
245


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə