A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə57/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   53   54   55   56   57   58   59   60   ...   104

sən,  yəni  hamının  payının  bərabər  miqdarda  olmasından  çox 
vaxt demokratiya  hesab edilən  quruluş əmələ  gəlir və demokra- 
tiya  dövləti  meydana  çıxır.  Axı  bərabərçilik  ondan  ibarətdir  ki, 
yoxsullar  varlılardan  heç  nədə  artıq  səlahiyyətə  malik  olmasın, 
həm  də  ali  hakimiyyət  birinə  deyil,  eyni  dərəcədə  hamıya  mən- 
sub  olsun  (kəmiyyətcə).  Onlar  düşünürlər  ki,  dövlətdə  bərabər- 
çilik və  azadlıq bu yolla həyata  keçirilir.
11. 
Lakin  burda  sual  meydana  çıxır:  bəs  bu  bərabərçiliyə 
necə yetmək olar?  Min  nəfərin  hüququnu  beş yüz nəfərin  hüqu- 
qu  ilə  bərabərləşdirməkdən  ötrü,  beş  yüz  adamın  əmlakını  bu 
min  nəfərin  arasında  bölüşdürmək  lazımdırmı?  Yoxsa  bərabər- 
çiliyi  bu  üsulla  müəyyənləşdirmək  lazım  deyil,  lakin  bu  surətlə 
bölüşdürdükdən  sonra  beş  yüzün  içərisindən  və  minin  içərisin- 
dən  yarısını  götürüb,  bunları  vəzifəli  şəxslərin  seçkisinə  və 
məhkəməyə  ötürmək  gərəkdir?  Bu  cür  dövlət  quruluşu  demo- 
kratiyada  olan  haqlara  əsasən  hamısından  ədalətli  olacaqmı, 
yoxsa  yalnız  xalq  kütləsi  ilə  hesablaşan  dövlət  quruluşu  daha 
ədalətli  olacaq?  Axı  demokratiyanın  tərəfdarları  o  şeyin  ədalətli 
olduğunu  iddia  edirlər  ki,  buna  çoxluq  qərar  verir,  oliqarxiyanın 
tərəfdarları  isə  o  qərarı  ədalətli  sayır  ki,  bunu  böyük  mülkiyyət 
sahibləri  çıxarır,  çünki  onların  fikrincə,  mülkiyyətin  böyüklüyünü 
əldə  rəhbər tutmaqla  qərar çıxarmaq  lazımdır.  12.  Lakin  bu  hal- 
da  da,  digər  halda  da  biz  bərabərsizlik  və  ədalətsizliklə  üzlə- 
şirik:  azlığın  qərarı  qəbul  edilsə,  onda  istibdad  üsul-idarəsi  əmə- 
lə  gələcək  (əgər  ki,  bir  adam  qalan  varlı  adamlardan  daha  bö- 
yük  mülkiyyətə  malikdirsə,  onda  oliqarxiyada  olan  haqlara  əsa- 
sən,  yalnız  bu  bir  nəfər  də  hökm  sürməlidir),  əgər  ki,  çoxluğun 
qərarı  qəbul  edilsə,  onda  da  ədalət,  əvvəllər  deyidliyi  kimi, 
azadlıqda  olan  varlıların  əmlakının  müsadirə  edilməsi  ilə  pozu- 
lacaq.  Beləliklə,  bu  cür  bərabərçiliyə  yetməkdən  ötrü,  o  bəra- 
bərçiliyə  ki,  bu  onların  və  o  birilərin  nöqteyi-nəzərinə  uyğun
230
gəlib  qəbul  edilsin,  bunu  onların  və  o  birilərin  ədalət  anlayışına 
verdikləri  qərarlarda  axtarmaq  lazımdır.  Doğrudan  da,  onlar 
iddia  edirlər  ki,  vətəndaşların  əksəriyyətinin  qərarı  həlledici 
gücə  malik  olmalıdır.  13.  Qoy  belə  olsun,  hərçənd  ki,  ümumi 
nöqteyi-nəzərə görə  belə  deyil.  Lakin  dövlət iki  hissədən -  varlı- 
lardan  və  yoxsullardan  ibarət  olduğuna  görə,  əgər  onların  və  o 
birilərin,  yaxud onların  və  o  birilərin  əksəriyyətinin  qərarı  bir-biri- 
nə  uyğun  olsa,  onda  bu,  həlledici  əhəmiyyətə  malik  olacaq; 
əgər  ki,  bir-birilə  ziddiyyət  təşkil  edən  qərarlar  qəbul  edilsə, 
onda  çoxluğun  çıxardığı  qərar  və  yüksək  əmlak  senzinə  sahib 
olanların  qərarı  həlledici  əhəmiyyətə  malik  olmalıdır.  Məsələn, 
birincilər  -   on  nəfərdir,  ikincilər  -   iyirmi;  varlılar  arasından  altı 
nəfər  bir  qərar  qəbul  edib,  nisbətən  az  varlı  olanlar  arasından 
on  beş  nəfəri  -   digərini;  kasıblara  varlılar  arsından  dörd  nəfər 
qoşulur,  varlılara  -   kasıblar  arasından  beş  nəfər;  aparılan  he- 
sablamadan  sonra  onların  və  o  birilərin  hansının  tərəfində 
əmlak  senzi  üstünlük  təşkil  edəcəksə,  həmin  tərəfin  də  qərarı 
həlledici  əhəmiyyətə  malik  olmalıdır.  14.  Əgər  rəqəmlərin  sayı 
bərabər  olsa,  onda  belə  bir  əngəlli  işə  elə  yanaşmaq  gərəkdir 
ki,  belədə,  hal-hazırda  olduğu  kimi,  xalq  məclisində,  yaxud 
məhkəmədə  səslər  bərabər  bölündükdə,  məsələni  ya  püşk,  ya 
da  buna  bənzər  başqa  bir  yolla  həll  etmək  lazım  gəlir.  Bəra- 
bərçiliyə  və  ədalətə  aid  olan  şeylərdə  həqiqəti  tapmaq  olduqca 
çətin  olsa  da,  hər  halda  bu,  hər  hansı  bir üstünlüyə  əsaslanma- 
ğa  imkanı  olanları  özünlə  razılaşmağa  məcbur etməkdən  asan- 
dır;  axı  daha  zəiflər  həmişə  bərabərçiliyə  və  ədalətə  doğru  can 
atırlar,  güclülər isə qətiyyən  bunun dərdinə qalmırlar.
II. 
1.  Əwəlki  mühakimələrdə  deyildiyi  kimi  demokratiyanın 
dörd  formasından  ən  yaxşısı  sırada  birinci  yeri  tutandır,  həm  də 
demokratiyanın  bu  forması  hamısından  qədimdir.  Mən  onu
231


əhalinin  təbii  bölgüsünə  uygun  olaraq  birinci  adlandırıram.  Doğru- 
dan  da,  əhalinin  ən  yaxşı  hissəsi  əkinçilərdir;  buna  görə  harda  ki, 
xalq  kütləsi  əkinçiliklə  və  heyvandarlıqla  dolanır,  orada  da 
demokratiyanı  tətbiq  etmək  mümkün  olur.  Əhəmiyyətli  dərəcədə 
mülkiyyətə  malik  olmadıqlarından,  orada  adamların  tez-tez  xalq 
məclisləri  təşkil  etməyə  vaxtları  olmur.  Bütün  lazımi  şeylərə  malik 
olmaqla  onlar öz  işlərilə  məşğul  olur və  özgələrin  işlərinin  dərdinə 
qalmırlar;  onlara  zəhmətə  qatlaşmaq,  siyasətlə  məşğul  olmaqdan 
və  harda  ki,  vəzifə  almaq  qazancla  çox  bağlı  deyil,  orada 
idarəçiliklə  məşğul  olmaqdan,  daha  xoşdur.  Axı  insanlar  kütləvi 
halda  götürdükdə  rütbə  və  mənsəbdən  çox  gəlirə  can  atır.  2.  Bu 
onu  sübut  edir  ki,  onlar  kesmişdə  istibdad  üsul-idarəsindən 
çəkiblər,  indi  isə  oliqarxiyaya  dözürlər,  təki  onlara  öz  işləri  ilə 
məşğul  olmağa  heç kim  mane olmasın və heç nəyi onların əlindən 
almasın;  bu  şəraitdə  onlardan  bir qismi  varlanır,  digəri  isə  ehtiyac 
hiss  etmir.  Üstəlik,  əgər  onlarda  bir  qədər  şöhrətpərəstlik  varsa, 
onların  ehtiyacı  seçkilərdə iştirak etmək və  hesabat qəbul  etməklə 
ödənilir.  Bəzi  demokratik  dövlətlərdə,  məsələn,  Mantineyada 
olduğu  kimi  onlar  vəzifəli  şəxslərin  seçkisində  iştirak  etmirlər, 
yalnız  növbə  ilə  vətəndaş  heyətindən  bəzi  nümayəndələr  iştirak 
edir,  lakin  müzakirələrdə  hamısı  iştirak  edir ki,  bu  da  əksəriyyətini 
tamamilə  razı  salır  (bir  vaxt  Mantineyada  olan  bu  dövləti  də 
demokratiyanın  formalarından  biri  kimi  qəbul  etmək  lazımdır).  3. 
Yuxarıda haqqında danışılan  demokratiya üçün  aşağıda  göstərilən 
qayda  həm  faydalı,  həm  də  adidir:  bütün  xalq  vəzifəli  adamların 
seçkisində  və  onlardan  hesabat  alınmasında  iştirak  edir,  hakim 
vəzifəsini  icra  edir,  lakin  yüksək  vəzifələrə  adam  seçki  yolu  ilə  və 
əmlak  senzi  əsasında  təyin  edilir,  həm  də  nəzərə  almaq  lazımdır 
ki,  vəzifə  nə qədər yüksəkdirsə,  senz də  bir o  qədər böyükdür,  ya 
da  vəzifələrdən  heç  birinə  senz əsasında  adam  təyin  edilmir,  yal- 
nız  insanda  olan  qabiliyyət  nəzərə  alınır.  Bu  cür  quruluşa  malik
232
olan  dövlətin,  əlbəttə,  yaxşı  dövlətçiliyi  olacaq,  zira  vəzifələri  hə- 
mişə,  xalqın iradəsinə əsasən,  nəcib adamlara kin  bəsləməyən  ən 
yaxşı  vətəndaşlar tutacaq.  Nəcib adamlar və kübarlar bu cür idarə 
üsulundan  razı  qalacaq,  çünki  onlar  özlərindən  pis  olanların 
idarəçiliyi  altında olmayacaq,  onlar isə,  onların fəaliyyətinə nəzarət 
başqalarına  məxsus  olduğundan  ədalətlə  idarə  edəcəklər.  4. 
Digərlərindən  bir  qədər  asılı  olmaq  və  ağıla  gələn  hər şeyi  etmək 
imkanına  malik  olmamaq,  xeyirli  işdir:  axı  hər  kəsə  istədiyi  kimi 
hərəkət  etməyə  imkan  verməklə,  hər  adamda  olan  yaramaz 
şeylərin  qarşısını  saxlamaq  olmur.  Beləliklə  də,  istər-istəməz  o 
şey alınır ki,  bu  daha  çox  dövlətin  xeyrinədir,  -  daha  az səhvə  yol 
verən  nəcib  adamlar  idarə  edir,  xalq  kütləsi  isə  heç  bir  xüsusda 
alçaldılmır.  Demokratiyanın  bu  formasının  hansı  səbəbdən  ən 
yaxşı  olması  da  aydındır:  çünki  xalqın  burada  açıq-aşkar  dəyəri 
var.
5.  Əhalini  əkinçiliklə  məşğul  etməkdən  ötrü  keçmiş  za- 
manlarda  bir  çox  dövlətlərdə  işlənmiş  bəzi  qanunlar,  şübhəsiz, 
faydalıdır:  torpağın  müəyyən  olunmuş  miqdardan  artıq  ələ  ke- 
çirilməsi,  ya  ümumiyyətlə,  ya  da  müəyyən  edilmiş  yerdən  baş- 
layaraq  şəhər  və  akropol  istiqamətində  qadağan  olunur.  Keç- 
miş  zamanlarda  bir  çox  dövlətlərdə  əvvəlinci  pay  torpaqlarını 
satmaq  qanunla  qadağan  edilmişdi.  Oksilə4  də  aid  edilən  qa- 
nun,  hansı  ki,  torpağın  hər  kəsə  mənsub  hissəsinin  girov  qoyul- 
masına  icazə  verilməməsi  elə  bu  məqsədi  güdür.  6.  Həm  də 
afiteylərin  qanunundan  istifadə  edilsə,  hansı  ki,  yuxarıda  gös- 
tərilən  məqsədlər  üçün  faydalıdır,  indiki  zamanda  cinayətlərdən 
yaxa  qurtarmaq  olar;  iş  ondadır  ki,  əhalinin  sayı  əhəmiyyətli 
dərəcədə  olduqda  onların  torpaq  sahəsi  olur,  bununla  belə 
hamı  əkinçiliklə  məşğul  olur;  onlar  torpaq  sahəsinin  hamısına 
qiymət  qoymurlar,  lakin  onu  elə  hissələrə  ayırırlar  ki,  hətta 
kasıbların  əmlakı  qanuni  senzi  üstələyir.
233


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə