A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə54/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   50   51   52   53   54   55   56   57   ...   104

dövlətin  sərhədlərindən  kənarda  olmaq  lazım  gəlir;  onlara 
birinci62,  toplanmış  sərvəti  qoyub  getməkdən  hətta  sərfəiidir, 
çünki  axırıncı  halda  mühafizə  kimə  həvalə  edilirsə,  çox  guman, 
tezliklə  onun  hakimiyyətinə  qəsd  hazırlayacaq.  Müstəbidlər 
üçün,  onlar olmadıqda  bu  mühafızə  dəstəsi  vətəndaşlardan  çox 
təhlükə  əmələ  gətirir,  çünki  vətəndaşlar63  müstəbidi  müşayiət 
edir,  mühafizə  dəstəsi  isə  şəhərdə  qalır.  Sonra,  müstəbid  elə 
etməlidir  ki,  verginin  və  pulun  toplanmasının  dövlət  təsərrüfa- 
tının  saxlanmasından  ötrü  olması  və  lazım  gəldiyi  halda  bun- 
ların  hərbi  ehtiyaclara  sərf edilməsi  aydın  olsun;  həm  də  pullar 
şəxsi  deyil,  ümumi  olduğundan  o,  özünü,  ümumiyyətlə,  bunların 
mühafizəçisi  və  xəzinədarı  kimi  göstərməlidir.  13.  O,  özünü 
lovğa  deyil,  qürurlu  tutmalıdır,  ümumiyyətlə,  elə  etməlidir  ki, 
qarşısına çıxan  ondan  qorxmasın,  əksinə,  ona  daha çox  hörmət 
etsin.  Buna  isə,  o  özünə  nifrət  oyadırsa,  nail  olmaq  çətindir. 
Bax  buna  görə  müstəbid,  əgər  o  başqa  heç  nəyin  dərdinə  qal- 
mırsa  da,  hər  halda  hərbi  şücaət  barəsində  düşünməli  və 
özünü,  heç  olmasa  öz  təbəələrinə  bu  yöndən  göstərməlidir. 
Nəinki  müstəbidin  özü,  həm  də  onun  yaxın  adamlarından  heç 
biri  təbəələrdən  hər  hansı  birinə  qarşı  münasibətdə  həyasız 
hərəkətlərə  yol  verməməlidir,  nə  cavan  oğlanlara,  nə  də  qızlara 
toxunmamalıdır.  Ona  yaxın  olan  qadınlar  da  qalan  qadınlara 
qarşı  münasibətdə  özlərini  belə  aparmalıdır,  çünki  qadınların 
həyasızlığı  üzündən  çox müstəbid  məhv olub.
14. 
Cismani zövq  almaq  cəhətdən  hal-hazırda  bəzi  müstə- 
bidlərin64  etdiyi  kimi  hərəkət  etmək  lazım  deyil, 
onlar
  səhər 
obaşdandan,  bununla  belə  bir  neçə  gün  dalbadal,  təkcə  buna 
aludə  olmurlar,  həm  də  bunu  başqalarına  göstərməyə  cəhd 
edirlər  ki,  onlara  məsud  və  çox  xoşbəxt  adamlar  kimi  heyrətlə 
baxsınlar.  Yox,  müstəbid  bütün  bu  işlərdə  xüsusilə  iddiasız 
olmalıdır,  ya  da  ki,  heç olmasa  bunu  başqalarına  göstərməkdən
218
çəkinməlidir;  axı  qəsdə  və  nifrətə  ayıq  adam  deyil,  kefli,  oyaq 
qalan  deyil, yatan  asanlıqla  məruz qalır.  15.  Bir sözlə  müstəbid, 
demək  olar  ki,  bütün  işlərdə  əvvəl  deyildiyi  kimi  hərəkət  etmə- 
məlidir.  O,  dövləti  müstəbid  kimi  deyil,  qəyyum  kimi  qaydaya 
salmalı  və  bəzəməlidir.  Bundan  başqa  dini  ibadətlərə  aidiyyatı 
olan  bütün  işlərə  həmişə  böyük həvəs  göstərməlidir:  əgər təbə- 
ələr  hökmdarı  mömin  və  dini  işlərə  can  yandıran  adam  hesab 
edirsə,  onlar,  o,  allahların  müttəfiqi  olduğundan,  ondan  qeyri- 
qanuni  bir  şeyə  məruz  qalacaqlarından  az  ehtiyat  edəcəklər və 
ona  qarşı  daha  az  xəyanətdə  bulunacaqlar.  Amma  bununla 
bərabər  müstəbid  özünü  axmaqlıq  dərəcəsinə  qədər  çatdırma- 
malıdır.  16.  Nə  iləsə  fərqlənən  adamlara  müstəbid  elə  hörmət 
etməlidir ki,  azad  adamlardan  daha  çox  hörmət  görə  biləcəkləri 
onların  ağlına  da  gəlməsin.  Rütbəni  də  müstəbidin  özü  vermə- 
lidir,  cəzalandırmağı  isə  digər  vəzifəli  şəxslərə  və  məhkəməyə 
həvalə etməlidir.
Hər  hansı  bir  mütləqiyyəti  mühafizə  etmək  üçün  ümumi 
vasitə aşağıda göstərilənlərdən  ibarətdir:  hər kəsi  ayrılıqda  götür- 
dükdə  şişirdib,  göylərə qaldırmaq  lazım  deyil,  amma  bunu doğru- 
dan  da 
etmək  lazım
  gəlirsə,  onda  bir  neçə 
adamı
  yüksəltmək 
lazımdır,  çünki  onlar bir-birinə  göz  olacaqlar;  ancaq  ki,  bir  nəfəri 
yüksəltmək  lazım  gələrsə,  onda  da  bu,  hər  halda  ürəkli  adam 
olmamalıdır  (axı  hamıdan  çox  ən  təhlükəli  işlərə  bu  cür  adam 
cəsarət  edir).  Əgər  hökmdar  bu  və  ya  digər  bir  adamın  rolunu 
heçə  endirmək  qərarına  gəlibsə,  onda  bunu  yavaş-yavaş  etməli 
və onun  bütün səlahiyyətini  bir dəfəyə əlindən  almamalıdır.
17.  Daha  sonra  -   hər  bir  zorakılıq  hərəkətlərindən  özünü 
gözləməli,  xüsusilə  fiziki  zorakılıqdan  və  gənclərə  qarşı  müna- 
sibətdə  zorakılıqdan  çəkinməlidir.  Ələlxüsus  o,  şöhrətpərəst 
adamlarla  bu  cür rəfdar etməkdən  vaz keçməlidir:  axı  tamahkar 
adamlar  şəxsi  əmlaka  yüngül  münasibətdən  narazı  qalırlar,
219


şöhrətpərəst  və  nəcib  adamlar  isə  onların  vətəndaşlıq  heysiy- 
yətinə  saymazyana  münasibətə  çox  çətin  dözürlər.  Buna  görə 
ya  bu  cür  tədbirlərə  qətiyyən  əl  atmaq  gərək  deyil,  ya  da  gös- 
tərmək  lazımdır  ki,  müstəbid  belə  cəzaları  bir  ata  kimi  verir, 
daha  nifrətdən  yox.  Gənclərə  qarşı  münasibətdə  özünü  elə 
göstərməlidir  ki,  guya  o,  istədikdən  hərəkət  edir,  daha  səlahiy- 
yət  vasitəsilə  yox;  ümumiyyətlə  isə,  həqarətlə  uyuşa  bilən  bütün 
şeylərin  əvəzini  o,  yüksək  rütbələr  verməklə  çıxmalıdır.  18. 
Müstəbidin  həyatına  əl  uzadan  adamlardan  ən  təhlükəliləri  o 
adamlardır  ki,  və  ən  ciddi  surətdə  o  adamlara  nəzarət  etmək  la- 
zımdır  ki,  onlar  öz  həyatlarından  keçməyə  hazırdırlar,  təki  müs- 
təbidi  məhv  etsinlər.  Buna  görə  hər  şeydən  çox  o  adamlardan 
çəkinmək  gərəkdir  ki,  onlar  ya  özlərini,  ya  yaxınlarını  onun 
tərəfındən  təhqir olunmuş  hesab edirlər.  Kim  əsəbiləşdikdə  qəsd 
törədirsə,  onun  özünə də  rəhmi  gəlmir,  bu  xüsusda  Heraklit  belə 
demişdir:  «Ehtirasla  çarpışmaq  çətindir,  çünki  bu  -   həyat  hesa- 
bına  başa  gəlir».
19.  Dövlət iki  hissədən -  yoxsullardan  və varlılardan  ibarət 
olduğu  üçün,  bunlara  və  o  birilərinə  təlqin  etmək  lazımdır  ki, 
onların  xoşbəxtliyi,  firavanlığı  müstəbidin  hakimiyyətinə  əsas- 
lanır və çalışmaq  da  gərəkdir ki,  biri  digərindən  heç bir haqsızlıq 
görməsin.  Amma  onlardan  hansı  daha  güclüdürsə,  müstəbidə 
vacibdir  ki,  onu  öz  hakimiyyətini  saxlamaq  üçün  daha  çox  şir- 
nikləndirsin  və  müstəbid  buna  nail  olsa,  ona  nə  qulları  azadlığa 
buraxmaq,  nə  də  vətəndaşları  tərki-silah  etmək  lazım  olmaya- 
caq:  xatırlanan  hissələrin  birinin  hakimiyyət tərəfə  cəlb  olunma- 
sı  kifayət edir ki,  o,  ona  qarşı  qəsd  törədənlərdən  güclü  olsun.
20.  Bütün  bunların  haqqında  təfərrüatı  ilə  danışmaq  artıq 
olar.  Məqsəd  aydındır:  o,  öz təbəələrinin  gözündə  müstəbid  de- 
yil,  təsərrüfata  baxan  adam  və  çar,  soyğunçu  deyil,  qəyyum 
olmalıdır;  o,  sadə  həyat  tərzi  keçirməlidir,  israfçılığa  yol  vermə-
220
məli,  öz  rəftarı  ilə  kübarları  öz tərəfınə  çəkməlidir,  xalqa  isə  de- 
maqoqluq  üsullarının  köməkliyi  ilə  rəhbərlik  etməlidir.  Bunun 
labüd  nəticəsi yalnız ondan  ibarət deyil  ki,  müstəbid  heç zaman 
nifrət  etməyəcəyi  və  qorxu  altında  saxlamayacağı  məzlumlar 
üzərində  yox,  ən  yaxşılar  üzərində  hökmranlıq  etdiyinə  görə 
onun  idarəçiliyi  çox  gözəl  və  qibtə  doğuran  olacaq,  həm  də 
odur  ki,  hakimiyyətin  ömrü  uzanacaq  və  nəhayət,  müstəbidin 
mənəvi  siması  elə  olacaq  ki,  ya  hökmən  xeyirxahlığa  meyl  edə- 
cək,  ya  da  buna  aparan  yolun  yarısında  durub,  yararsız  deyil, 
qismən  yararsız adam  olacaq.
21. 
Ancaq  ki,  oliqarxiya  və  istibdad  üsul-idarəsi  -  daha  az 
davam  edən  dövlət  quruluşu  formalarıdır.  Ən  uzun  sürən 
istibdad  üsul-idarəsi  Sikionedə  -  Orfaqorun  nəslinin  və  Orfaqo- 
run  özünün  istibdad  üsul-idarəsi  olmuşdur;  bu,  yüz  il  davam  et- 
mişdir65.  Səbəbi  odur ki,  onlar təbəələrlə  mülayim  davranırdılar, 
çox  şeydə  qanuna  qul  kimi  tabe  olurdular,  daha  sonra  -   odur 
ki,  cəngavər adam  olan  Klisfenə  nifrətlə  baxmırdılar və nəhayət, 
odur  ki,  onlar  qayğı  göstərməklə,  demaqoqlar  kimi,  əksər  hal- 
larda  xalqın  rəğbətini  öz  xeyirlərinə  qazanırdılar.  Rəvayətə  görə 
Klisfen  onu  qalib  kimi  tanımaq  istəməyən  hakimin  başına 
çələng  qoymuşdu66,  bəziləri  isə  hətta  əlavə  edirlər  ki,  guya 
meydanda  olan  heykəl  həmin  qərarı  çıxaran  adamındır.  Həm- 
çinin  Pisistrar  haqqında  da  danışırlar  ki,  guya  o,  Aeropaqın 
məhkəməsinə  çağırıldıqda,  buna  əməl  etmişdi.  22.  İkinci  yerdə 
Kipselidlərin  Korinfdəki  istibdad  üsul-idarəsi  durur;  bu  yetmiş  üç 
il  altı  ay  davam  etmişdi,  Kipsel  otuz  il  müstəbid  olmuşdu,  Pe- 
riandr  qırx  il  yarım,  Qorqun  oğlu  Psammetix  -   üç  il.  Burda  da 
səbəb  həminkidir:  Kipsel  demaqoq  olmuşdu,  bütün  idarəçilik 
dövrü  ərzində  mühafizəsiz  yaşamışdı,  Periandr  isə  əsl  müs- 
təbid  olsa  da,  lakin  cəngavər  adam  idi.  23.  Üçüncü  -   Pisist- 
ratidlərin  Afinadakı  istibdad  üsul-idarəsidir.  Doğrudur,  bu  fasi-
221


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə