A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə50/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   46   47   48   49   50   51   52   53   ...   104

riyyətə  xas  olan  xeyirxahlıq  daha  çox  tələb  olunur,  bilik  isə, 
əlavə  olaraq  tələbat  nə  qədərdirsə  -   ümumi  sərvətdir.  Lakin 
meydana  sual  çıxa  bilər:  əgər qabiliyyət göz  qabağındadırsa  və 
dövlət  quruluşuna  hüsn-rəğbət varsa,  daha  xeyirxahlıq  nəyə  la- 
zımdır?  Axı  artıq  bu  iki  keyəfiyyət  xeyir  gətirməyə  başlayacaq. 
Amma,  məgər  elə  ola  bilməzmi  ki,  bu  iki  keyfıyyətə  malik 
olanlar,  hədlərini  bilməyən  adamlar  olsun?  Necə  ki,  özlərini 
tanımalarına  və  özlərinə  qarşı  məhəbbətlərinin  olmasına  bax- 
mayaraq,  yenə  də  özlərini  gözləmək  halında  deyillər,  eləcə  də 
bəzilərinə  ictimai  işə  münasibətdə  özlərini  bu  cür  aparmağa 
heç nə  mane olmur.
16. 
Ümumiyyətlə,  qanunlarda  dövlət  quruluşundan  ötrü 
faydalı  olan  bütün  şeylər,  bizim  fikrimizcə,  həm  də  quruluşun 
mühafizə  edilməsinə  xidmət  edir;  eyni  zamanda,  başlıcası  da 
dəfələrlə  xatırlanan  qayda  -   ona  nəzarət  etmək  lazımdır  ki, 
əhalinin  bir hissəsi,  hansı  ki,  mövcud  dövlət quruluşunun  saxla- 
nılmasını  istəyir,  bunu  istəməyən  digər  hissədən  güclü  olsun. 
Bütün  bunlardan  başqa,  düzgünlərdən  yayınan  dövlət  quruluş- 
larında  -   nəyə  diqqət  yetirilmirsə,  o,  yəni  ortabab  vətəndaşlar 
nəzərdən  qaçırılmamalıdır:  o  şeylər  ki,  demokratiyaya  xas  olan 
kimi  görünür,  onların  əksəriyyəti  demokratiyanı  zəiflədir,  o  şey- 
lər  ki,  oliqarxiyaya  şamil  edilir,  onların  əksəriyyəti  oliqarxiyanı 
zəiflədir.  17.  O  adamlar  mübaliğəyə  yol  verir  ki,  onlar yalnız  öz 
dövlət  quruluşlarının  dəyərli  olduğunu  görür;  onlar  bu  halda  nə 
baş  verirsə,  bunun  burunla  da  olduğunu  nəzərdən  qaçırırlar, 
əgər o,  düz və  daha  qəşəng formadan  uzaqlaşıb,  ya  əyri,  ya  da 
fındıq  formasına  yaxınlaşırsa,  lakin  bununla  bərabər  yenə  də 
qəşəng  qalmaqda  davam  edirsə,  onda  o,  bizim  gözümüzü  ox- 
şayır,  əgər o,  bu,  yaxud  digər  pis  vəziyyətə  düşürsə,  onda  hər 
şeydən  öncə  sifətin  ayrı-ayrı  hissələrinin  tarazlığı  pozulacaq  və 
nəhayət  iş  o yerə  gəlib  çatacaqdır ki,  bu  uyğunsuzluq tamamilə
202
yox  olacaq,  həm  də  ya  böyük,  yaxud  çox  kiçikliyinə  görə  burun 
öz xoş  görünüşünü  itirəcək;  bunu  bədənin  yerdə  qalan  hissələri 
barəsində  də  demək  olar.  Bu,  digər  dövlət  quruluşu  formaların- 
da  da  baş verir.  18.  Düzgün  quruluşdan  yayınmalarına  baxma- 
yaraq  demokratiya  da,  oliqarxiya  da  babat  quruluş  ola  bilər. 
Lakin  birisi  bu  və ya  digər quruluşu  gücləndirməyə  başlasa,  on- 
da  hər şeydən  öncə o  bunu  korlayar,  axırda  isə  heçə  döndərər. 
Buna  görə  qanunverici  və  siyasi  xadim  hansı  demokratik  qa- 
nunların  demokratiyanın  saxlanılmasına  xidmət  etdiyini,  hansı- 
ların  onu  məhvə  doğru  apardığını  və  oliqarxiya  qanunlarından 
hansılarının  oliqarxiyanı  mühafizə,  hansıların  məhv  etdiyini  yax- 
şı  bilməlidir.  Axı  bu  və  digərinin  mövcudluğu  və  mühafızə  edil- 
məsi  varlı  adamlar və  xalq  kütləsi  olmadan  mümkün  deyil;  lakin 
onlarda  əmlak  bərabərliyi  həyata  keçirilsə,  istər-istəməz  başqa 
quruluş  meydana  çıxacaqdır.  Beləliklə,  kimlər  ki,  varlı  adamla- 
rın,  yaxud  xalq  kütləsinin  həddən  artıq  cəsarətli  qanunlarla  axı- 
rına  çıxır,  əslində dövlət quruluşunu  dağıdır.
19.  Bu  kimi  səhvlər  həm  demokratiyalarda,  həm  də  oliqar- 
xiyalarda  olur.  Xalq  kütləsinin  qanunlardan  üstün  olduğu  demok- 
ratiyalarda  -   demaqoqlar:  onların  varlı  adamlarla  mübarizəsi 
həmişə  dövləti  iki  yerə  parçalayır.  Demaqoqlar,  əksinə,  həmişə 
varlıların  xeyrinə  danışmalıdır,  oliqarxiyalarda  isə,  oliqarxlar xalqın 
mənafeyinin  qeydinə qalmalıdır.  Həm də oliqarxlar and içməni  indi 
etdiklərinin  əksinə  etməli  idilər.  Hal-hazırda  bəzi  oliqarxiyalarda 
belə  and  içirlər:  «Mən  sadə  xalqa  ədavət  bəsləyəcəyəm  və  ona 
qarşı  ən  pis  niyyətdə  olacağam»;  amma  əks  fikirlərlə  yaşamaq 
lazımdır  və  gözə  çarpdırmaq  üçün  oliqarxlar  bunları  özlərinin 
andlarında göstərməlidir:  «Mən sadə xalqı  incitməyəcəyəm».
20.  Lakin  dövlət  quruluşunun  mühafizə  edilməsinə  kömək- 
lik  edən  bizim  göstərdiyimiz  bütün  vasitələrdən  ən  başlıcasına 
hal-hazırda  etina  edilmir -   bu  müvafiq  dövlət  quruluşu  ruhunda
203


tərbiyələnmədir.  Əgər  vətəndaşlar  dövlət  qaydalarına  alışdırıl- 
masa  və  bu  ruhda  tərbiyələnməsə,  dövlət  idarəçiliyində  bulu- 
nanların  hamısının  yekdilliklə  bəyəndiyi  ən  yararlı  qanunlar belə 
heç  bir  xeyir  verməyəcək,  yəni  əgər  qanunlar  demokratik  döv- 
lətlərindirsə  -   demokratiya  ruhunda,  əgər  oliqarxiyalarındırsa  -  
oliqarxiya  ruhunda  olmalıdır;  axı  biri  intizamsızdırsa,  bütün  döv- 
lətlərdə  də  intizamsızlıqdır41.  21.  Dövlət  quruluşu  ruhunda  tərbi- 
yələnmədə məsələ oliqarxların,  yaxud  demokratiyanın tərəfdarla- 
rının  xoşuna  gəlməkdən  ibarət  deyil,  ona  görədir  ki,  birincilərə 
oliqarxiya  quruluşunu  müdafıə  etmək  imkanı  verilsin,  ikincilərə  -  
demokratiyanı.  Bununla  belə  hal-hazırda  oliqarxiyalarda  haki- 
miyyət  başmda  duranların  oğlanları  ərköyündur,  yoxsulların  oğ- 
lanları  isə  dözümlü  və  mətanətli  olduqlarına  görə  dövlət 
həyatında  yeniliklərə  cəhd  edirlər,  bunları  da  həyata  keçirmək 
iqtidarındadırlar.  22.  De-mokratiyalarda,  hər  halda  hansılar  ki, 
daha  çox  demokratiya  hesab  edilir,  onlarda  demokratiyaların 
xeyrinə  zidd  olan  qaydalar  müəyyən  edilib,  bunun  səbəbi  odur 
ki,  bunlarda  azadlığın  nə olduğunu  pis  başa  düşürlər.  Doğrudan 
da,  demokratiya  bir  qayda  olaraq  iki  əlamətlə  müəyyənləşir:  ali 
hakimiyyətin  çoxluğun  əlində  cəmləşməsi  ilə və  azadlıqla.  Əda- 
lət,  onların  fikrincə,  bərabərliyə  mütabiqdir;  bərabərlik  isə  o  mə- 
nada  başa  düşülür  ki,  xalq  kütləsinin  çıxardığı  qərar  quvvəyə 
malik olmalıdır;  azadlıq  isə  hər kəsə  istədiyini  etməyin  mümkün- 
lüyü  kimi  izah  olunur.  Bax  budur,  bu  cür  demokratiyalarda  hər 
kəs  öz  istədiyi  tək,  yaxud  Yevripid  dediyi  kimi  «öz  ürəyinin  şid- 
dətli  arzusu  ilə»  yaşayır.  Lakin  bu  pisdir:  axı  dövlət quruluşu  ilə 
uzlaşan  həyatı  köləlik deyil,  qurtuluş  hesab etmək  lazımdır.
Ümumiyyətlə,  o  səbəblər,  hansılar  ki,  bunlara  görə  dövlət 
quruluşları  dəyişilir  və  məhv  olur,  həm  də  o  vasitələr,  hansılar 
ki,  bunların  köməkliyi  ilə  onlar  uzun  müddət  muhafizə  edilir  və 
mövcud  olur,  bax bunlardır.
204
VIII. 
1.  Monarxiya  quruluşunun  hansı  səbəblər nəticəsində 
dağılmasına və hansı  vasitələrlə mühafizə  edilməsinə  nəzər ye- 
tirmək  qalır.  Çar  hakimiyyəti  və  istibdad  üsul-idarəsi  ilə  nə  baş 
verirsə,  demək olar  ki,  respublika  quruluşları  barəsində  söyləni- 
lənlərlə  eynidir.  Axı  monarxiya  aristokratiyaya  yaxındır,  istibdad 
'jsul-idarəsi  isə  özündə  ifrat  oliqarxiya  və  demokratiyanı  birləş- 
dirir.  Buna  görə  istibdad  üsul-idarəsi  təbəələr  üçün  ən  təhlükəli 
dövlət  quruluşudur,  o  iki  şərin  birləşməsi  olduğundan  bu  və  di- 
gərinə xas olan  bütün  yayınma  və səbəblər onda  vardır.
2.  Monarxiya  quruluşunun  hər  iki  forması  bir-birinə  ziddir 
və  bir  araya  sığmır.  Çar  hakimiyyəti  nəcib  adamları  xalq  kütlə- 
sindən  müdafiə  etmək  üçün  meydana  gəlmişdi.  Çar,  məziyyət- 
lərinin  üstünlüyünə  görə,  yaxud  məziyyətlərdən  asılı  olub,  şəx- 
sən  onun  özünə  xas  əməlinə  və  ya  onun  nəslinin  seçildiyi  üs- 
tünlüyə  görə  nəcib  adamlardan  qoyulur.  Müstəbid  isə  xalqın 
içərisindən,  yəni  xalq  kütləsindən,  kübarlara  qarşı  qoyulur  ki, 
xalq  onlardan  heç  bir  ədalətsizlik  görməsin.  3.  Hadisələr  bunu 
aydın  göstərir.  Axı  müstəbidlərin  əksəriyyəti,  əslində,  kübarları 
ləkələməklə,  xalqın  etimadını  qazanan  demaqoqlardan  çıxmış- 
dır.  İstibdad  üsul-idarələri,  dövlətlər  çoxaldıqdan  sonra  bu  cür 
meydana  gəlmişdi.  Bunlardan  qabaqkı  digər  istibdad  üsul-ida- 
rələri  çar  hakimiyyətindən  əmələ  gəlmişdi,  bunlar  əcdadların 
vəsiyyətinə  riayət  etməyib,  daha  zalımanə  hakimiyyətə  can 
atdılar.  Üçüncü  istibdad  üsul-idarələri  ən  yüksək  vəzifələrə  se- 
çilən  adamların  rəhbərliyi  ilə  meydana  gəlmişdi  (qədim  zaman- 
larda  xalq  mülki  və  dini  işləri  idarə  edən  vəzifəli  şəxsləri  uzun 
müddətə  təyin  edirdi).  Nəhayət,  bəzi  istibdad  üsul-idarələri 
oliqarxiyalardan  törəmişdi,  bunlarda  kimsə  bir  nəfər  baş  icraçı 
sifətilə  ən  mühüm  vəzifələrə  seçilirdi.  4.  Bütün  bu  hallarda,  əl- 
bəttə,  arzu  etdikdə,  istəyə  o  qüdrət və  əzəmət  sayəsində  asan-
205


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə