A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə46/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   42   43   44   45   46   47   48   49   ...   104

Ümumiyyətlə,  bütün  dövlət  quruluşu  formalarında  daxili 
qarışıqlıqların  və  dövlət  çevrilişlərinin  səbəb  və  bəhanələri  bax 
bunlardır.
8. 
Dövlət  çevrilişləri  ya  zorakılıq,  ya  da  hiylə  yolu  ilə  törə- 
dilir,  həm  də  nəzərə  almaq  lazımdır  ki,  zorakılığa  ya  bilavasitə 
lap  əvvəlcədən,  yaxud  bir  qədər vaxtdan  məcburiyyət  qarşısın- 
da  əl  atılır.  Hiylə  də  iki  cür  olur.  Bəzən  xalqı  aldadıb,  çevrilişi 
onun  razılığı  ilə  törədirlər,  bir qədər vaxtdan  sonra  isə  artıq  xal- 
qın  istəyinin  əksinə  olaraq  hakimiyyəti  zorakılıq  yolu  ilə  ələ  ke- 
çirirlər.  Məsələn,  Dördyüzlərin  hökmranlığı  zamanında  xalqı 
yalandan  inandırmışdılar ki,  şah12 lakedemonlularla  müharibəyə 
görə  pul  verəcək,  bu yalanın  üstü  açıldıqdan  sonra  isə çalışdılar 
ki,  hakimiyyəti  öz  əllərində  saxlasınlar.  Bəzən  öncə  xalqın  ina- 
mına  təsir göstərirlər,  sonra  yenə  onu  inandırırlar  və  onun  razı- 
lığı  ilə idarə edirlər.
Beləliklə,  bütün  dövlət  quruluşu  formalarında  dövlət  çev- 
rilişlərinə gətirib çıxaran  səbəblər,  ümumiyyətlə,  bax bunlardır.
IV. 
1.  Biz  indi,  bu  bölməyə  müvafiq  olaraq,  dövlət  çevriliş- 
lərinin  hər  bir  dövlət  quruluşu  formasında  hansı  xarakter 
almasına  nəzər yetirməliyik.  Dövlət  çevrilişləri  hər  şeydən  öncə 
demaqoqların  özbaşınalığından  törəyir,  onlar  bir  tərəfdən  varlı 
adamlar  haqqında  topladıqları  yalançı  donoslarla  bu  axırıncıları 
birləşməyə  vadar  edirlər  (axı  ümumi  qorxu  ən  qatı  düşmənləri 
də  birləşdirir),  digər  tərəfdən  isə  onları  xalq  kütləsinin  üzərinə 
qaldırırlar.  Bu  mülahizənin  doğruluğunu  bir  çox  misallarla  təs- 
diqləmək olar.  2.  Məsələn,  Kosda  yaramaz demaqoqlar meyda- 
na  çıxdıqdan,  kübarlar  isə  birləşdikdən  sonra  demokratiya 
süqut  etdi13.  Rodosda  da  belə  olmuşdu:  demaqoqlar  dövlətin 
pul  vəsaitinin  idarəçiliyini  öz  üzərlərinə  götürdülər  və  dövlətin 
triyerarxlara  olan  borcunun  ödənməsinə  mane  olmağa  başladı-
186
lar14;  axırıncılar onları  qorxu  altında  saxlayan  məhkəmə  araşdır- 
malarına  görə  öz  aralarında  birləşməyə  məcbur  oldular  və  de- 
mokratiyanı  ləğv  etdilər.  Demokratiya  Herakledə  də  ləğv  edil- 
m işdi15;  bu  koloniya  yaradıldıqdan  dərhal  sonra  demaqoqların 
sıxışdırdığı  kübarlar  sürgündə  oldular,  sonra  sürgün  edilmişlər 
birləşdilər  və  qayıtdıqda  demokratiyanı  ləğv  etdilər.  3.  Meqara- 
da  da  demokratiya bu  cür ləğv edilmişdi:  demaqoqlar kübarların 
çoxunu  qovmuşdular  ki,  onların  əmlaklarını  müsadirə  etməyə 
imkanları  olsun;  bu  sürgün  edilmişlər  çox  idi;  qayıtdıqda,  onlar 
vuruşmada  demokratlara  qalib  gəlib,  oliqarxiyanı  bərpa  etdilər. 
Demokratiya  zamanında  Kimdə  də  belə  olmuşdu,  bunu  Fra- 
simax  ləğv  etmişdi16.  Diqqət  yetirdikdə  məlum  olur  ki,  digər 
yerlərdə  də  dövlət  çevrilişləri  təxminən  bu  cür  baş  vermişdir. 
Demaqoqlar  gah  xalqa  yaltaqlanaraq,  kübarları  sıxışdırmağa 
başlayırlar,  bununla  da  onları  qiyam  etməyə  vadar  edirlər,  ya 
onların  əmlakını  bölüşdürməyi  tələb  edirlər,  yaxud  onların 
gəlirini  dövlət  mükəlləfiyyətinə  verirlər  17;  gah  da  onlar  barə- 
sində  donos  toplayırlar  ki,  onların  əmlakını  müsadirə  etməyə 
imkan  qazansınlar.
4. 
Qədimlərdə,  demaqoq  eyni  zamanda  qoşun  başçısı  ol- 
duqda,  dövlət  quruluşu  istibdad  üsul-idarəsinə  keçirdi;  qədim- 
lərdə  olan  müstəbidlərin  az qala  böyük  əksəriyyəti  demaqoqlar- 
dan  olmuşdu.  Bu,  nə  üçün  əvvəllər  belə  olurdu,  indi  isə  belə 
olmur,  bunun  səbəbi  aşağıda  göstərilənlərdən  ibarətdir:  o  vaxt 
demaqoqlar  sərkərdələr  arasından  çıxırdı  (natiqlik  istedadına 
malik  olan  adamlar  yox  idi),  indi  isə  natiqlik  sənəti  yüksəlişdə 
olduğuna  görə  o  adamlar  demaqoq  olur  ki,  onlar  gözəl  danışa 
bilir;  lakin  hərbi işdə təcrübəli  olmadıqlarından  müstəbid olmağa 
cəhd  göstərmirlər,  belə  bir şey  isə  baş  verdikdə  bu  yalnız  qısa 
müddətlik  olur.  5.  Ə w əllər indikinə  nisbətən  istibdad  üsul-idarə- 
si  həm  də  ona  görə  tez-tez  meydana  çıxırdı  ki,  böyük  səlahiy-
187


yətlər  bəzi  adamların  əlində  toplanırdı;  məsələn,  Miletdə  istib- 
dad  üsul-idarəsi  pritaniyaya  görə  meydana  çıxmışdı  (pritan  bir 
çox  mühüm  işləri  idarə  edirdi)18,  həm  də  ona  görə  ki,  o  zaman 
şəhərlər çox  da  böyük deyildi,  sadə  xalq  çöllərdə  yaşayıb,  dinc- 
lik  bilmədən  öz işi  ilə  məşğul  olurdu,  beləliklə  də,  xalq  tərəfdar- 
ları19 hərbi  istedad  sahibi  olduqda,  müstəbidliyə  cəhd  göstərirdi. 
Lakin  onların  hamısı  ona  görə  buna  nail  olmuşdu  ki,  xalqın  eti- 
madını  qazanmışdılar,  etimad  qazanmaq  yolu  isə  ondan  ibarət 
idi  ki,  onlar özlərini  varlıların  düşməni  elan  etmişdilər.  Məsələn, 
Afinada  Pisistrat  pediaklarla  çəkişməyə  başlayıb,  istibdad  üsul- 
idarəsi  qurmağa  nail  oldu.  Meqarada  Feagen  -   varlı  adamların 
mal-qarasını  çay  kənarındakı  otlaqda  yaxalayaraq,  tələf  etdi; 
Dionisi  -   Dafneyi  və  varlıları  taxsırlandırdıqdan  sonra,  bu  düş- 
mənçiliyin  nəticəsi  olaraq  onun  xalqa  sədaqətli  olmasına  inan- 
dılar20.  6.  Eyni  zamanda  əcdadlardan  qalmış  demokratiyadan 
müasirinə  keçilməsinə  də  təsadüf  edilir21.  Harda  ki,  vəzifələrə 
əmlak  senzi  əsasında  deyil,  seçkilər  yolu  ilə  adam  təyin  edilir, 
seçən  də  xalqdır,  demaqoqlar  vəzifələri  öz  əllərinə  almağa 
cəhd  göstərib,  ona  nail  olurlar  ki,  xalq  qanunun  özündən  yük- 
səkdə  durur.  Bunu  aradan  qaldırmaq  və ya zəiflətmək  üçün  fay- 
dalı  vasitə  o  ola  bilər  ki,  vəzifəli  adamların  seçkisi  zamanı  səs- 
vermə elliklə  deyil  ayrı-ayrı  fillər üzrə  getsin.
Demokratiyalarda  dövlət çevrilişləri  bax  bu  səbəblər üzün- 
dən  baş verir.
V. 
1.  Xüsusən  iki  nəzərə  çarpan  səbəb,  oliqarxiyanı  çox 
vaxt  dağılmağa  doğru  aparır:  birincisi,  -   oliqarxların  xalq  kütlə- 
sini  sıxışdırması;  bu  halda  havadar  istənilən  şəxs  olur,  xüsusən 
bu  rəhbərin  özünün,  Naksosda  olduğu  kimi,  oliqarxların  içərisin- 
dən  çıxması  məlum  olanda,  Naksosda  Liqdamid  sonralar 
buranın  müstəbidi  olmuşdu.  2.  Həmçinin  bir-birinin  arasında
188
olan  narazılıq  da22  çəkişmələrə  səbəb  olur.  Bəzən,  o  vaxt  ki, 
imtiyazlara  çox  az  adam  malikdir,  dövlətin  dağılmasına  vəzifə 
tutmayan  varlı  adamlar  səbəb  olur,  Messaliyada,  İstrada,  He- 
rakledə  və  digər  dövlətlərdə  bu,  öz  yerini  tapmışdı.  Burada  və- 
zifəyə  keçə  bilməyən  adamlar  ta  ki,  əvvəlcə  böyük  qardaşlar, 
sonrasa  öz  növbəsində  kiçiklər  vəzifə  alana  qədər  həyəcan 
təbili  çalırdılar.  (İş  ondadır  ki,  bəzi  yerlərdə  ata  və  oğul  eyni  bir 
vaxtda  vəzifə  tuta  bilmir,  digər  yerlərdə  -   böyük  və  kiçik  qar- 
daş).  Nəticədə  Massaliyada  oliqarxiya  quruluşu  politiyaya 
yaxınlaşdı,  İstrada  oliqarxiya,  nəhayət,  demokratiyaya  çevrildi, 
Herakledə  isə  hakimiyyət  bir  para  adamdan  altı  yüz  vətəndaşa 
keçdi.  3.  Knid-də  kübarlar arasında  çəkişmə  başladıqdan  sonra 
oliqarxiya  devrilmişdi,  bu  onunla  əlaqədar  idi  ki,  yalnız  bəzi 
adamlar  vəzifəyə  keçə  bilərdi,  indicə  xatırlandığı  kimi  ata  vəzi- 
fədə  olduqda,  oğul  kənarda  qalırdı,  qardaşlardan  isə  onlar  bir 
neçə  olduqda,  vəzifəyə  yalnız  böyüyü  buraxıiırdı.  Bu  düşmən- 
çilikdən  istifadə  edən  xalq  özünə  kübarlar  içərisindən  havadar 
seçib,  onlara  hücum  etdi  və  qələbə  qazandı,  axı  qarşılıqlı  çəkiş- 
mələr  həmişə  zəifliklə  nəticələnir.  4.  Eləcə  də  qədim  dövrlərdə 
Erifrada  Basilidlərin23  oliqarxiyası  zamanı  belə  olmuşdu,  ha- 
kimiyyətdə  olanlar  dövlət  işlərinə  çox  can  yandırsalar  da,  xalq, 
bir para adamın  onu  idarə etməsindən  narazı  qalıb,  dövlət quru- 
luşunu  dəyişdirdi.  Oliqarxiya  fəlakətin  acısını  ayrıca  olaraq  həm 
də  demaqoqluqla 
m əşğul
  olanların  şöhrətpərəstliyi 
üzündən 
çəkir.  Demaqoqluq  əlavə  olaraq  iki  cür  olur.  Bəzən  oliqarxların 
özlərinin  arasında,  çünki  axırıncılar tamam  az  olsalarda,  onların 
içərisində  yenə  də  demaqoq  tapılacaq;  məsələn,  Afinada  Xarikl 
Otuzların  arasında,  yaxud  Dörd  yüz  Frinin  içərisində,  onlara 
yaltaqlanaraq  güc qazandı.
5. 
Bəzən  oliqarxlar qara  camaatın  arasında  demaqoqluqla 
məşğul  olurlar.  Məsələn,  vətəndaşlardan  ötrü  seçkisi  qara  ca-
189


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə