A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə42/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   38   39   40   41   42   43   44   45   ...   104

də  şura  varsa,  orada  probullar  şuranın  üzvlərindən  yüksəkdə 
durur,  ona  görə  ki,  şuranın  üzvləri  demokratiya  üçün  xarakterik- 
dir,  probul -  oliqarxiya  uçün.  9.  Şura elə qəbildən  olan  demokra- 
tiyalarda  əhəmiyyətini  itirir  ki,  orada  hər  işlə  xalq  məclisinin  özü 
məşğul  olur;  bu,  sadəcə  olaraq  onda  baş  verir  ki,  həmin  vaxt 
xalq  məclisində  iştirak  etmək  üçün  səxavətlə  mükafat  verilir;  bu 
halda,  asudə  vaxta  malik  olduqlarından,  məclisi  tez-tez  təşkil 
edib,  özləri  də  bütün  məsələlərə  dair  qərar çıxarırlar.  Pedonom- 
lar,  ginekonomlar və  bu  kimi  sahələrə  baxan  digər vəzifəli  şəxs- 
lər ki,  v a r -  bu vəzifələrin  hamısı  demokratiyaya deyil, aristokrati- 
yaya  xasdır.  Məsələn,  ginekonomlar  yoxsulların  arvadlarına 
evdən  çıxmağı  necə  qadağan  edə  bilər?  Bundan  başqa  gineko- 
nomiya  oliqarxiya  quruluşuna  da xas deyil:  axı  oliqarxların  arvad- 
ları  cah-cəlal  içərisində yaşayır.  Buna  rəğmən  bizim tərəfimizdən 
edilən  qeydlər tamamilə kifayətdir.
10. 
İndi  vəzifələrə  adam  təyin  edilməsi  üsullarına  dair mə- 
sələni  əsaslı  surətdə  müzakirə  etməyə  çalışmaq  lazımdır.  Bu 
üsulların  fərqi  üç  cəhətdən  özünü  göstərir;  onların  birləşməsin- 
dən  istər-istəməz  ən  müxtəlif  üsullar  üzə  çıxır.  Birinci,  vəzifəyə 
kim  təyin  edir;  ikinci,  bunlara  adam  kimlərdən  təyin  olunur; 
üçüncü,  bu  necə  baş  verir.  Buna  müvafiq  olan  üç  variant  var: 
vəzifəyə  ya  bütün  vətəndaşlar təyin  edir,  ya  onlardan  və  yaxud 
hamıdan  bəziləri,  ya  bəzilərindən  müəyyən  adamlar,  məsələn, 
əmlak  senzini  təmin  edən  vətəndaşlar,  ya  kubarlar,  ya  məziy- 
yətləri  ilə  seçilənlər,  ya  buna  bənzər  digər  bir  şeylə  fərqlə- 
nənlər,  məsələn,  Meqarada  -   sürgündən  qayıdanlar və  demok- 
ratiyaya  qarşı  mübarizədə  iştirak  edənlər;  həm  də  bu,  ya  seçki 
yolu  ilə,  ya  da  püşk vasitəsi  ilə  olur.  11.  Öz növbəsində  bu  üsul- 
ları  iki-iki  birləşdirmək  olar.  Mən  aşağıdakıları  nəzərdə  tuturam: 
bəzi  vəzifələrə  bir  paraları,  digərinə  hamı  təyin  edir;  bəzi  vəzi- 
fələrə  adam  hamıdan  təyin  olunur,  digərlərinə  -   bir  paraların-
170
dan,  bəziləri -  seçki  yolu  ilə,  digərləri -  püşklə.  Bu  birləşmələrin 
hər  birindən  yenə  də  dörd  ayrı-ayrı  üsul  mümkündür:  ya  bütün 
vəzifələrə  adam  seçki  yolu  ilə  hamıdan  təyin  olunur;  ya  hamı 
hamıdan  püşk  yolu  ilə,  bundan  başqa  ya,  ümumiyyətlə,  hamı- 
dan,  yaxud  bütün  əhalinin  bir  hissəsindən,  məsələn,  fıllər,  de- 
malar,  fratriyalar  üzrə,  bu  minvalla  bütün  vətəndaşlar  vəzifəyə 
gəlib gedənə  qədər;  yaxud  həmişə  hamıdan...23  ya  da  bir halda 
belə,  digər halda  -   başqa  cür.  Digər tərəfdən  əgər  bəzi  vətən- 
daşları təyin edirlərsə,  onda  ya  hamıdan  seçki  yolu  ilə,  ya  hamı- 
dan  püşklə,  ya  bəzilərindən  seçki  yolu  ilə,  yaxud  bəzilərindən 
püşklə,  ya  da  bir  halda  belə,  digər  halda  -   başqa  cür,  yəni  ya 
seçki  yolu  ilə,  ya  da  püşklə.  Beləliklə,  iki-iki  birləşmələrdən  alı- 
nanları  istisna etməklə,  on  iki  üsul alınır24.
12. 
Göstərilən  üsullardan  ikisi  demokratik  quruluşa  uyğun 
g ə lir -  bu  onda  olur ki,  bütün  vətəndaşlar vəzifəyə  bütün  vətən- 
daşlar  içərisindən...25  seçki  yolu,  ya  püşklə,  yaxud26  bunun  və 
o  birinin  birləşməsi  vasitəsilə  təyin  edir,  belə  ki,  bəzi  vəzif
ələrə 
seçki  yolu  ilə  adam  təyin  edilir,  digərlərinə -   püşklə.  Əgər vəzi- 
fəyə  adam  təyin  etmədə  vətəndaşların  hamısı  iştirak  etmirsə,  -  
hamının  içərisindənmi,  ya  bəzilərinin,  püşkləmi,  ya  seçki  yolu  ilə, 
ya  da  bunun  və o  birinin  birləşməsindən  -  yaxud  əgər bəzi  vəzi- 
fələrə  bütün  vətəndaşlardan  adam  təyin  edilirsə,  digərlərinə  -  
bəzilərindən,  seçki  yolu  iləmi,  ya  püşklə,  yaxud  bunun  və  o 
birinin  birləşməsi  vasitəsilə,  yəni,  məsələn,  bəzi  vəzifələrə  seçki 
yolu  ilə
  adam  təyin 
edilir,
  digərlərinə  -   püşklə,  onda  bu  üsul 
politiyaya  uyğun  gəlir.  Əgər  ki,  vəzifəyə  təyin  etmədə  hamının 
içərisindən  bəziləri  iştirak  edirsə  və  təyin  etmənin  özü  seçki 
yolu  ilə,  ya  püşklə,  yaxud  da  bunun  və o  birinin  vasitəsi  ilə  keçi- 
rilirsə  -   bəziləri  püşklə,  digərləri  seçki  yolu  ilə,  -   onda  bu  üsul 
oliqarxiyaya  xasdır.  Həm  də  bütün  vəzifələrə  eyni  vaxtda  seçki 
yolu  ilə  və  püşklə adam  təyin  etmək  daha  çox oliqarxiyaya  xas-
171


dır.  13.  Bəzi  vəzifələrə  hamının  içərisindən,  digərlərinə  -   bəzi- 
lərindən  təyin  etmə  daha  çox  aristokratiya  çalarlı  politiyaya  xas 
olan  üsuidur.
Oliqarxiya  üsulunda  -  vəzifəyə  təyin  etməni  bəziləri,  bəzi- 
ləri  içərisindən  aparır -   bu  halda  püşk  tətbiq  ediləcəyinin  fərqi 
yoxdur  (hərçənd  püşk  seçkiyə  nisbətən  daha  az tətbiq  edilir),  -  
yaxud bəziləri  bəzilərindən  hər iki  üsulla.
Aristokratiya  quruluşuna  xas  olan  üsul  isə  ondan  ibarətdir 
ki,  vəzifəyə  təyin  etmədə  hamısının,  yaxud  bəzilərinin  içərisin- 
dən  bəziləri,  ya  da  hamı  iştirak  edir,  həm  də  nəzərə  almaq  la- 
zımdır ki,  təyin  etmə seçki  yolu  ilə keçirilir.
Vəzifəyə  təyin  etmənin  bax  bu  qədər  üsulu  var,  həm  də 
bu  və  ya  digər  dövlət  quruluşundan  asılı  olaraq,  onlar  bax  bu 
cür təqsim edilir.  Hansı  üsulların  hansı  dövlət  quruluşuna  uyğun 
gəlməsi  indi  aydın  olacaqdır;  adamların  vəzifələrə  necə  təyin 
edilməsi,  onların  hər birinin  fəaliyyət  sahəsinin  nədən  ibarət  ol- 
ması  və  hansı fəzifələrin  olması  da  aydındır.  Mən  vəzifəli  şəxsin 
fəaliyyət sahəsi  dedikdə,  məsələn,  onun  baxdığı  sahənin  dövlət 
mədaxilinəmi,  yoxsa  hərbi  mühafızəyəmi  daxii  olduğunu  nəzər- 
də  tuturam.  Əlbəttə,  vəzifələrin  fəaliyyət  sahəsi  müxtəlifdir  və 
strateqin  vəzifəsi,  məsələn,  bir  şeydir,  ticarət  sazişinin  bağlan- 
masına  nəzarət etmək -  başqa  şey.
XIII. 
1.  Dövlət  quruluşunun  üç  hissəsindən  axırıncısı  haq- 
qında,  yəni  məhkəmə  hakimiyyəti  haqqında  danışmaq  qalır. 
Onun  qurulma  üsullarını  da  elə  bizim  araşdırmamızın  əsasını 
təşkil  edən  şeydən  müəyyənləşdirmək  lazımdır.  Məhkəmolər üç 
şeylə  əlaqəlidir:  hakimiər  kimlərdəndir,  onların  çıxardığı  qərara 
nə  daxildir,  hakimlər nə  cür təyin  olunur;  başqa  sözlə,  hakimlər 
kimdir,  yəni  onlar  bütün  vətəndaşların  içərisindən  təyin  edilir, 
yoxsa  bəzilərinin  içərisindən;  onların  çıxardığı  qərara  nə  daxildir
172
-  yaxud məhkəmənin  ayrı-ayrı  neçə forması  var;  hakimlər necə 
təyin edilir — püşklə,  yoxsa  seçki  yolu  ilə.
Hər  şeydən  öncə  məhkəmələrin  ayrı-ayrı  formalarının  sa- 
yını  müəyyənləşdirək.  Bunlar  səkkizdir:  biri-vəzifəli  şəxslərdən 
hesabat almaqdan  ötrüdür;  digəri -  o adamlardan  ki,  onlar döv- 
lətə  ziyan  vurublar;  daha  birisi  -   dövləti  cinayətlər  xüsusunda- 
dır:  dördüncü -  cərimələmək xüsusunda  vəzifəli  və  müikü  şəxs- 
lər  arasında  olan  iddiaları  araşdırmaqdan  ötrüdür;  beşinci  -  
mülki  şəxslər  arasında  olan  iri  ticarət  sazişləri  xüsusundadır; 
başqa  birisi,  qətl  hadisələrini  və  əcnəbilərə  dair  məhkəmə  işlə- 
rinı'  araşdırmaqdan  ötrüdür.  2.  Qətl  hadisələrini  araşdıran  məh- 
kəmə  -   hakimlərin  eyni,  yaxud  digər  şəxslər  olacağının  fərqi 
yoxdur -  öz  növbəsində  bir  neçə  formaya  bölünür:  əvvəlcədən 
düşünülmüş  qətllər  xüsusunda,  qərəzli  olmayan  qətliər  xüsu- 
sunda,  o  hadisələr  xüsusunda  ki,  müttəhim  öz  cinayətini  boy- 
nuna  alsa  da,  iddia  edir ki,  buna  onun  haqqı  vardı,  dördüncü  -  
sürgündən  vətənə  qayıtdıqda  qətl  üstündə  ittiham  olunanlar 
üzərində  məhkəmə  -   bu,  məhkəmənin  o  formasıdır  ki,  Afinada 
«Freattoda  məhkəməsi»  adlanır;  amma  bu  kimi  məhkəmə araş- 
dırmaları,  hətta  böyük  dövlətlərdə  nadir hallarda  olur.  Əcnəbilər 
üzərindəki  məhkəmə  elə  əcnəbilərin  əcnəbilərlə,  yaxud  əcnəbi- 
lərin  şəhər  əhli  ilə  işlərinə  baxır.  Nəhayət,  bütün  sadaianan 
məhkəmə  formalarından  başqa  kiçik  ticarət  sazişlərini  araşdı- 
ran  məhkəmə  var,  məsələn,  airhəmə  beş  dirhəm,  ya  bir az artıq 
və  bu  cür  məhkəmə  işləri  araşdırılmalı  olsa  da,  bunlardan  ötrü 
hakimlərin  çox olması  vacib deyil.
3. 
Lakin  biz qətl  işləri  üzrə  olan  məhkəmələri  və  əcnəbilə- 
rin  işləri  üzrə  olan  məhkəmələri  bir kənara  qoyub,  yalnız  dovləti 
cinayətləri  araşdıran  məhkəmələr  haqqında  danışacayıq.  Bu 
məhkəmələrin  pis  qurulması  daxili  qarışıqlığa  və  hətta  dövlət 
quruluşunun  devrilməsinə  səbəb  olur.  Bu  məhkəmələrdə  ha-
173


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə