A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə39/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   35   36   37   38   39   40   41   42   ...   104

onun  mahiyyəti  nədir?  Əvvəlcə,  ümumiyyətlə,  bütün  dövlət  qu- 
ruluşu  formaları  üçün  ümumi  qaydanı  müəyyənləşdirmək  lazım- 
dır:  dövlətdə  bu  və  ya  digər  quruluşun  tərəfdarları  onun  əleyh- 
darlarından  güclü  olmalıdır.  Hər  dövlət  keyfiyyət  və  kəmiyyət 
baxımından  nəzərdən  keçirilməlidir.  Keyfiyyət  adı  altında  mən 
azadlığı,  var-dövləti,  təhsili,  əsli-nəcabəti  nəzərdə  tuturam; 
kəmiyyət adı  altında -  xalq  kütləsinin  sayca  üstünlüyünü.  2.  Elə 
ola  bilər  ki,  dövləti  təşkil  edən  hissələrdən  biri  kəmiyyət,  digəri 
isə  keyfiyyət  üstünlüyünə  malik  olsun;  belə  ki,  məsələn,  əsli- 
nəsli  məlum olmayan  adamlar əsli-nəcabətli  adamları  üstələsin- 
lər,  yaxud  yoxsullar  varlıları  üstələsinlər,  bununla  belə  bu  kə- 
miyyət  üstünlüyü  kübarların  və  varlıların  keyfıyyət  üstünlüyün- 
dən  elə  də  böyük  olmamalıdır.  Buna  görə  bu  iki  üstünlüyü  ta- 
razlaşdırmaq  lazımdır.  Harda  ki,  yoxsulların  sayı  göstərilən  nis- 
bəti  üstələyir,  orada  təbii  olaraq  demokratiya,  yəni  sadə  xalqın 
bu  və  ya  digər  növünün  üstünlüyündən  asılı  olaraq  onun  ayrı- 
ayrı  formaları  meydana  çıxır,  məsələn,  əgər  üstünlük  əkinçilər 
kütləsinin  tərəfində  olacaqsa,  onda  demokratiya  quruluşunun 
birinci  forması  meydana  çıxacaq,  amma  harda  üstünlük  sənət- 
karların  və  günəmuzd  işləyənlərin  tərəfindədirsə,  orada  demo- 
kratiya  quruluşunun  ifrat  formalarından  biri  meydana  çıxacaq. 
Bu  surətlə  də  digər aralıq  formalar.  3.  Harda  ki,  varlıların  və  kü- 
barların  yüksək  nüfuzu  onların  sayca  azlığını  üstələyir,  hər  hal- 
da  oliqarxiyaya  hüsn-rəğbət  bəsləyən  əhalinin  üstünlüyünə  mü- 
tabiq  olan  oliqarxiya  quruluşu,  yəni  onun  müxtəlif  formaları 
meydana  çıxır.  Qanunverici  bu  və  ya  digər  dövlət  quruluşunu 
yaratdıqda  ortabab  vətəndaşları  həmişə  özünə  cəlb  etməlidir: 
əgər o,  oliqarxiyanın  xarakterinə  uyğun  qanunlar çıxaracaqsa o, 
ortababları  nəzərdə  tutmalıdır;  əgər  qanunlar  demokratiya 
ruhundadırsa  o,  ortababları  buna  öyrətməlidir.  4.  Harda  əhalinin 
ortabab  hissəsi  ya  hər  iki  ifratçılıq  üzərində,  ya  da  onlardan
158
birinin  üzərində üstünlüyə  malikdirsə,  orada  dövlət quruluşu  sa- 
bitliyə  ümid  bəsləyə  bilər;  ortababların  əleyhinə  çıxmaq  üçün 
varlılarla  yoxsulların  razılığa  gəlməsi  təhlükəsi  ola  bilməz;  heç 
vaxt  nə  bunlar,  nə  də  o  birilər  bir-birinin  qulu  olmağa  razı  ol- 
mazlar;  əgər  onlar  elə  bir  vəziyyət  yaratmağa  səy  göstərsələr 
ki,  beləsi  həm  bunları,  həm  də  o  biriləri  təmin  etsin,  onda  onlar 
ortababdan  başqa  heç  bir  ayrı  dövlət  quruluşu  tapa  bilməyə- 
cəklər.  Bir-birinə  qarşı  olan  inamsızlığa  görə  onlar  növbə  ilə 
idarə  etməyə  razı  olmazlar.  Bununla  belə  vasitəçilər  hər  yerdə 
böyük  etimada  malikdir,  bu  halda  isə  vasitəçilər ortabab  adam- 
lardır.  Dövlət  quruluşu  da  nə  qədər  çox  qarışsa,  bir  o  qədər 
möhkəm  olacaq.  5.  Əksər  qanunvericilər,  eyni  zamada  da  aris- 
tokratiya  quruluşunu  təsis  etməyi  nəzərdə  tutanlar,  yalnız  varlı- 
lara  həddindən  artıq  üstünlük  verdiklərinə  görə  deyil,  həm  də 
sadə xalqı  nəzərə  almamağa  çalışdıqlarına  görə  müvəffəqiyyət- 
sizliyə  uğrayırlar.  Axı  zaman  dəyişdikcə  saxta  düşünülmüş  fıra- 
vanlığın  ardınca  həqiqi  hirs,  qəzəb  gəlir,  dövlət  quruluşunu  da 
çox vaxt sadə xalqın  deyil,  varlıların  acgözlüyü  məhv edir.
6. 
Hesab  edirlər  ki,  mövcud  olan  beş  hiylə  vasitəsilə  döv- 
lət  idarə  etməsində  sadə  xalqa  yer  əldə  etmək  mümkündür. 
Bunlar  xalq  məclisilə,  vəzifələrlə,  divanxanalarla,  orduyla  və 
gimnastika  təlimlərilə  əlaqədardır.  Xalq  məclisində  iştirak etmə- 
yə  hamının  haqqı  var,  lakin  varlılıarın  üzərinə  bundan  yayındıq- 
da  pul  cəriməsi  qoyulur;  bunu  ya  gərək  yalnız  varlılar  özləri 
ödəsinlər,  ya  da  onları  zorla  cərimələyirlər.  Adamların  vəzifəyə 
təyin  edilməsi  işində,  müəyyən  əmlak  senzinə  malik  olanların 
bu  vəzifələrdən  imtina  etməyə  haqqı  yoxdur,  yoxsullar  isə  bu 
hüquqa  malikdir.  Hakim  vəzifəsindən  yayınan  varlı  adamlar 
üzərində  cərimə  qoyulur,  yoxsullarsa  bundan  azaddır,  yaxud 
Harondun  qanunlarında  olduğu  kimi  varlıların  üzərinə  böyük  cə- 
rimə  qoyulur,  yoxsulların  üzərinə  -   kiçik.  7.  Bəzi  ölkələrdə  və-
159


təndaşların  siyahısında  olanların  hamısı  xalq  məclisində  və 
məhkəmədə  iştirak  etmək hüququ  alır15,  lakin  əgər onlar vətən- 
daşların  siyahısına  daxil  edildikdən  sonra,  bu  və  digər  vəzifə- 
lərin  icrasından  yayınsalar,  onların  üzərinə  böyük  pul  cəriməsi 
qoyulur.  Bu,  birtərəfdən  onları  cərimə qorxusu  ilə  vətəndaşların 
siyahısına  yazılmağa  qoymamaq  məqsədilə  edilir;  digər  tərəf- 
dən  -   əgər  onlar  vətəndaşların  siyahısına  yazılmasalar,  onda 
məhkəmədə  və  xalq  məclisində  iştirak  etmək  hüququndan 
məhrum  olacaqlar.  Bu,  eynən  qanun  əsasında  silah  gəzdirmək 
hüququna  və  gimnastika  təlimlərində  iştirak  etməyə  də  aiddir: 
yoxsullara  silah  əldə  etməməyə  icazə  verilir,  varlılıar  isə  əgər 
bunu  əldə etməsələr cərimə olunurlar.  Gimnastika təlimlərindən 
yayınan  yoxsullara  heç  bir  cərimə  qoyulmur,  varlılar  isə  cərimə 
ödəyirlər  ki,  bəziləri  cərimənin  qorxusundan  gömnastika  təlim- 
lərində  iştirak  etsinlər,  digərləri  isə,  hansılar  ki,  onları  heç  bir 
təhlükə  gözləmir,  bunda  iştirak  etməsinlər.  Bunların  hamısı  -  
qanunlar sahəsində oliqarxiyanın  hiylələridir.
8. 
Demokratiyalarda  bu  hiylələrə  qarşı  digərləri  qoyulur: 
xalq  məclisində  və  məhkəmədə  iştirak  etmək  üçün  yoxsullara 
mukafat  verilir,  varlıların  üzərinə  isə  heç  bir  cərimə  qoyulmur. 
Bu  halda  kim  düzgün  qarışma  istəyirsə,  yəqin  bu  iki  qaydanı 
birləşdirməlidir:  vəzifələrini  yerinə  yetirdiklərinə  görə  bir  para- 
larını  mükafatlandırmaq,  digərlərini  bunlardan  yayındıqlarına 
görə  cərimə  etmək,  ona  görə  ki,  yalnız  bu  halda  hamı  dövlət 
həyatında  iştirak  edər.  Əks  təqdirdə  onu  yalnız  bir  para  adam 
idarə  edəcək.  Bununla  belə  dövlətin  idarə  edilməsi  ancaq  o 
adamlara  aid  olmalıdır  ki,  onların  öz  hesablarına  silah  əldə  et- 
məyə  mümkünatları  olsun;  o  ki,  qaldı  əmlak  senzinə,  onun  kə- 
miyyət  ölçüsünü  müəyyənləşdirmək  mümkün  deyil,  hər  halda 
işi  elə təşkil  etmək  olar ki,  bu  senz mümkün  qədər daha  yüksək 
olsun,  amma  bununla  bərabər belədə  də  dövlət idarəetməsində
160
iştirak  edə  bilən  adamların  sayı,  yenə  bu  hüquqdan  məhrum 
olanların  sayını  üstələyəcək.  9.  İş  bundadır ki,  yoxsullar imtiyaz- 
lardan  məhrum  olsalar da,  əgər onlara  heç kim toxunmasa  və o 
şey ki,  onlara  məxsusdur,  onu  onlardan  almasa,  yenə  də yerlə- 
rində  dinc  durarlar.  Lakin  bu  işi  təşkil  etmək -   çətin  məsələdir, 
Çünki  idarə  edənlər  həmişə  incə  adamlar  olmurlar.  Hərb  za- 
manları  yetişdikdə,  yoxsullara  pul  verilməsə,  onlar  bir  qayda 
olaraq  buna  laqeyd  qalırlar,  bu  vəsaiti  onlara  verdikdə  isə  onlar 
gedib vuruşmağa  hazırdırlar.
10.  Bəzi  dövlətlərdə  bərabər hüquqlu  vətəndaş  hesab  edi- 
lənlər  yalnız  hal-hazırkı  dövrdə  ağırsilahlı  qoşunda  xidmət  gös- 
tərənlər  deyil,  həm  də  artıq  xidmət  möhləti  bitmiş  adamlardır. 
Məsələn,  malaylarda  bərabər  hüquqlu  vətəndaşlar  məhz  belə- 
ləri  olurdu,  vəzifəli  şəxsləri  isə  yalnız  həqiqi  hərbi  qulluq  keçən- 
lərdən  seçirdilər.  Yunanıstanda  da  monarxiya  quruluşu  aradan 
qaldırıldıqdan  sonra  ilk  zamanlar  bərabər  hüquqlu  vətəndaşlar 
hərbçilər,  yəni  öncə -  süvarilər olmuşdu,  bu  onunla  izah  olunur 
ki,  o  vaxt  müharibədə  güc  və  üstünlük  atlı  qoşununda  idi,  ağır- 
silahlı  piyadalar isə  düzgün  təşkil  edilmədiyindən  səmərəsiz  idi: 
piyada  qoşununu  təşkil  etmək  işi  üzrə  təcrübə  və  taktika  qay- 
dalarının  hazırlanması  keçmiş  adamlarda  yox  idi,  buna  görə  elə 
zənn  edirdilər ki,  bütün  güc atlı  qoşundadır.  Dövlətlərin  artması 
ilə  ağırsilahlı  piyada  qoşun  da  böyük  əhəmiyyət  kəsb  etməyə 
başladı,  bu  isə  dövlət  idarəçiliyində  çoxlu  vətəndaşın  iştirak 
etməsinə  səbəb  oldu.  Bax  buna  görə  keçmişdəkilərin  demokra- 
tiya  adlandırdıqları  dövlət quruluş formalarını  biz indi  politiya ad- 
landırırıq.  11.  Əslində  isə,  arxaistik16  dövlət  quruluşu  formaları 
oliqarxiyaya  və monarxiyaya aiddir.  Adam  azlığı  nəticəsində on- 
larda  əhəmiyyətli  dərəcədə  az,  ya  çox  sayda  ortabab  vətəndaş 
yox  idi;  sayca  az  və  qeyri-mütəşəkkil  olduqlarından  onlar tabe- 
çilikdə bulunmağa  daha  meylli idilər.
161


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə