A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə41/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   37   38   39   40   41   42   43   44   ...   104

xalq  özünün  iştirak  payını  alacaq  və  dövlətdə  nəyi  isə  ləğv 
etmək  imkanından  məhrum  olacaq,  xalqın  çıxardığı  qərar  onda 
ya  probulların  və  nomofilakların  qərarı  ilə  tamamilə  uyğunlaş- 
dırılacaq,  ya  da  irəli  sürülmüş  qanun  layihəsinə  heç  bir  şeylə 
zidd  olmayacaq.  Eyni  zamanda  hamıya  məşvərətçi  səsə  m alik 
olmaq  imkanı  vermək  olar,  həlledici  səs  isə  -   yalnız  vəzifəli 
şəxslərə  verilməlidir.  10.  Ümumiyyətlə  isə  politiyalarda19  müəy- 
yən  edilmiş  qaydaların  əksinə  hərəkət etmək  lazımdır:  xalq  küt- 
ləsinə  təklif  olunan  qanun  layihələrini  qəbul  etməmək  hüququ 
verilməlidir,  daha  müstəqil  surətdə  onları  irəli  sürmək  hüququ 
yox,  -   qəbul  olunmayan  qanun  layihəsi  yenidən  vəzifəli  şəxs- 
lərə  qaytarılmalıdır.  Politiyalarda  isə  əksinə  hərəkət  edirlər:  qa- 
nun  layihələrini  qəbul  etməmək  hüququna  bir para  adam  malik- 
dir,  bunları  irəli  sürməyə  isə  onların  hüququ  yoxdur;  axırıncı 
həmişə daha çox böyük məclisə  məxsusdur.
Dövlətdə  başlıca  hakimiyyət olan  qanun  layihələrini  müza- 
kirə  edən  hakimiyyət haqqında  bizim fikrimiz bax  budur.
XII. 
1.  Vəzifələrin  bölüşdürülməsinə  dair  məsələ  bilavasitə 
yuxarıda  göstərilənlərlə  əlaqədardır.  Həm  də  dövlət  quruluşu- 
nun  bu  hissəsi  ilə  bağlı  müxtəlif  suallar  vermək  olar:  neçə 
vəzifə  olmalıdır,  vəzifəli  şəxslər nəyə  nəzarət edir və onların  sə- 
lahiyyət  müddəti  nə  qədərdir  (axı  bəzi  dövlətlərdə  vəzifəli  şəxs- 
ləri  altı  ay  müddətinə  seçirlər,  digərlərində -   daha  az  müddətə, 
üçüncülərdə  -   bir  ilə,  dördüncülərdə  -   daha  uzun  müddətə), 
vəzifələr  ömürlükmü  olmalıdır,  ya  uzunmüddətli,  yoxsa  nə  bu 
olmalıdır,  nə o birisi,  ancaq  eyni  şəxslər bir neçə  dəfə vəzifə tut- 
malıdır,  yoxsa  eyni  bir adam  iki  dəfə  deyil,  yalnız  bir dəfə  vəzifə 
tuta  bilər?  2.  Həmçinin  vəzifələrin  təşkilinə  dair  müzakirə  apar- 
maq  lazımdır,  vəzifələrə  adam  kimlərdən,  kimlər  və  necə  təyin 
edilməlidir.  Nəzəriyyədə  bu  müxtəlif  sualların  cavablarını  hər
166
cür göstərməyi  bacarmaq  lazımdır,  sonrasa  bu  cavablar  təcrü- 
bədə  hansı vəzifələrin  hansı  dövlət quruluşu  üçün  faydalı  olma- 
sına uyğun surətdə tətbiq edilməlidir.
Vəzifə  adlandırılan  şeyə  də  sözün  həqiqi  mənasında 
müəyyənlik  gətirmək  asan  deyil.  Dövlət  münasibəti  üçün  çoxlu 
rəhbər  tələb  olunur;  buna  görə  seçki  yolu  ilə  və  püşklə  təyin 
edilmiş  adamların  hamısını  vəzifəli  şəxs  hesab  etmək  olmaz, 
məsələn,  hər  şeydən  öncə  kahinləri  (onları  dövlətin  vəzifəli
90
şəxslərindən  ayrı  tutmaq  lazımdır),  həmçinin  xöreqlərı  və  car- 
çıları;  səfırlər də seçki  yolu  ilə təyin olunur.
3.  Dövlət tapşırıqları  isə  müəyyən  bir işi  nəzərdə tutur,  həm 
də  ya  bütün  vətəndaşlara  (belə  ki,  məsələn,  strateq  yürüşə 
çıxanların  hamısına  komandanlıq  edir),  ya  da  onların  bir  hissə- 
sinə  aid  olur  (məsələn,  ginekonoma,  yaxud  gedenoma  verilən 
tapşırıq21).  Digər  tapşırıqlar  dövlət  təsərrüfatını  nəzərdə  tutur 
(belə ki, tez-tez səçki  yolu  ilə sitometrlər təyin olunur22),  bəzi tap- 
şırıqlar isə  ikinci  dərəcəli  xarakter daşıyır və  bunların  icrası  üçün, 
əgər  buna  vəsait  varsa  qullar  qoyurlar.  O  adamları  həqiqi  mə- 
nada vəzifəli şəxslər adlandırmaq lazımdır ki,  belələrinə bəzi  işlər 
üçün  qanun  layihələrini  müzakirə  etmək,  həll  etmək  və  idarə  et- 
mək  səlahiyyətinə  malik  olmaq  hüququ  verilir,  xüsusən  də  bu 
axırıncı,  ona  görə ki,  «idarə etmək»  anlayışı  hər şeydən  öncə hər 
cürə  səlahiyyət  haqqında  təsəvvürlə  bağlıdır.  Lakin  bu  cür  fərq- 
ləndirmə,  əslində,  heç  bir təcrübi  əhəmiyyətə  malik  deyil  (çünkü 
hələ  heç  vaxt  elə  şey  olmayıb  ki,  vəzifəli  şəxslər  onlara  vəzifəli 
şəxs  adının təqdim  edilməsi  barədə  bəhs  etsinlər);  buna  rəğmən 
bu  məsələnin mücərrəd  nöqteyi-nəzərdən  bəzi əhəmiyyəti var.
4.  Dövlətin  mövcud  olması  üçün  hansı  sayda  hansı  vəzi- 
fələr tələb  olunur?  Hansı  vəzifələr zəruri  deyil,  lakin  yaxşı  quru- 
lan  dövlət  üçün  faydalıdır?  Hər  dövlət  üçün,  xüsusən  kiçik  döv- 
lətlər üçün  həlli  böyük  əhəmiyyət  kəsb  edən  suallar bax  bunlar-
167


dır.  Böyük  dövlətlərə  gəldikdə  isə  onlarda  elə  qaydalar  müəy- 
yənləşdirmək  olar  və  olmalıdır  ki,  müəyyən  vəzifələr  müəyyən 
fəaliyyət  sahəsinə  uyğun  gəlsin;  vətəndaşların  sayının  çoxluğu 
onlardan  çoxuna  vəzifəyə  keçməyə  imkan  verir,  belə  ki,  vəzifə- 
lərdən  bəzilərinə  eyni  bir  şəxsi  yalnız  uzun  müddət  keçdikdən 
sonra təyin etmək olar,  digərlərinə  isə -  ancaq  bir dəfə;  həm  də 
hər iş  onda  yaxşı  alınar ki,  bununla  bir işə  baxan  adam  məşğul 
olsun,  daha çox işə baxan  adam yox.
5. 
Kiçik  dövlətlərdə  zərurət  üzündən  vəzifələrin  çoxusunu 
bir para  vətəndaşın  əlində cəmləşdirmək lazım  gəlir;  əhalinin  az 
olması  nəticəsində  çox  adamın  vəzifədə  olmasını  təşkil  etmək 
asan  deyil,  həm  də  onların  xələfi  olacaq  adamları  haradan  gö- 
türmək  olar.  Döğrudur,  bəzi  kiçik  dövlətlərə  də  böyük  dövlətlər- 
də  olan  vəzifələr və  qanunlar  lazım  olur;  fərq  yalnız  ondadır  ki, 
kiçik  dövlətlərdə tez-tez eyni  vəzifələri  eyni  adamlara  həvalə  et- 
mək  lazım  gəlir,  böyük  dövlətlərdə  isə  bu  tədbirə  yalnız  aradan 
xeyli  vaxt  keçdikdən  sonra  əl  atılır.  Buna  görə  çox  işin  eyni 
adamlara  tapşırılması  üçün  heç  bir  maneə  yoxdur,  zira  bu  tap- 
şırılmış  işin  biri  digərinə  maneçilik  törətmir;  həm  də,  ümumiy- 
yətlə,  dövlətin  əhalisi  az  olduqda  vəzifələrdən  istər-istəməz  bir 
növ  fırlanan  şişlər  -   çıraqlar  etmək  lazımdır.  6.  Beləliklə,  əgər 
biz  göstərə  bilsək  ki,  hökmən  hər  dövlətdə  hansı  sayda,  hansı 
vəzifələr  olmalıdır,  bunlara  çox  ehtiyac  duyulmasa  da,  hər  hal- 
da  bu,  göz qabağında  olmalıdır,  hər kəs  bunu  bilsə, 
m əhz
 hansı 
vəzifələrin  bir  fəzifədə  birləşdirilməsinin  daha  asan  olduğunu 
dərk  edər.  Onu  da  nəzərdən  qaçırmaq  olmaz  ki,  bir  çox  vəzi- 
fələr  yerli  şəraitdən  asılı  olaraq  hansı  məsələlərə  və  hər  yerdə 
bir  vəzifə  ən  yüksək  səviyyədə  hansı  məsələlərə  baxmalıdır, 
məsələn,  şəhər  bazarında  intizama  nəzarət  etmək  üçün  bir 
aqoranom,  eyni  məqsədlə  də  digər  yerdə  -   digər  aqoranom, 
yaxud elə həminkini  bütün şəhər üzrə təyin etmək  Iazımdırmı.
168
Yenə  bir  sual:  vəzifələri  işlərin  idarə  edilməsi  xarakterinə 
müvafiq  olan  surətdə,  yaxud  da  adamlara  münasib  surətdə 
bölüşdürmək  lazımdırmı?  Mən  onu  nəzərdə  tuturam  ki,  mə- 
sələn,  ümumi  ədəb qaydalarına  bir nəfər vəzifəli  şəxsin  nəzarət 
etməsi  lazımdır,  yoxsa  uşaqların  və qadınların ədəb qaydalarına 
nəzarət  etmək  üçün  xüsusi  olaraq  vəzifəli  şəxs  lazımdır.  7.  Nə- 
hayət,  dövlət  quruluşu  formalarının  arasında  olan  fərqlə  də 
hesablaşmaq  vacibdır,  bununla  əlaqədar özümüzə  sual  vermək 
lazımdır:  ayrı-ayrı  dövlət  quruluşu  formalarında  olan  vəzifələrin 
xarakterində fərq varmı,  yoxsa yox?  Məsələn,  eyni  vəzifələr de- 
mokratiyada, oliqarxiyada,  aristokratiyada,  monarxiyada  başlıca 
sayılır,  baxmayaraq  ki,  bu  vəzifələrə  bərabər  və  eyni  mövqedə 
duran,  yaxud  da  bəzi  dövlətlərdə  -   bir  mövqedə,  digərlərində  -  
başqa  mövqedə  duran  adamlar təyin  edilir  (məsələn,  aristokra- 
tiyalarda  vəzifəli  şəxslər  təhsil  görmüş,  oliqarxiyalarda  -   varlı, 
demokratiyalarda  -   ata-anası  kölə  olmayan  adamlardır).  Yaxud 
da  bəzi 
vəzifələr
  dövlət  quruluşu 
formalarının  fərqli
  olması  ilə 
əlaqədar  müxtəlif  olur,  lakin  yalnız  bəzi  hallarda  eyni  olduqda 
faydalı  olur,  digər hallarda  isə -  müxtəlif olduqda,  zira  eyni  vəzi- 
fələrə  əlavə  olaraq  bəzən  böyük,  bəzən  də  kiçik  fəaliyyət  sa- 
həsi  vermək  məqsədəuyğundur.
8. 
Bəzi  vəzifələr  xüsusilə  bu  və  ya  digər  dövlət  quruluşu 
formalarına  xasdır.  Məsələn,  probul  vəzifəsi  demokratiyaya  xas 
deyil,  şura  isə  -   demokratik  qurumdur,  axı  hökmən  elə  bir  qu- 
rum  olmalıdır ki,  onun  vəzifəsi  həll  edilmək  üçün  xalq  məclisinə 
daxil  olan  layihələrə  qabaqcadan  baxmaqdan  ibarət  olsun, 
onda  axırıncı  bunların  müzakirəsinə  həddindən  çox  vaxt  sərf 
etməyəcək.  Əgər  bu  qulluqda  sayca  az  adam  bulunursa,  onda 
bu  oliqarxiyanın  əlamətidir.  Ancaq  sayca  az  probul  bu  qulluğun 
xarakterinə uyğun gəlir;  burdan  aydındır ki,  bu  demokratiya quru- 
luşuna  xas  olan  xüsusiyyətdir.  Amma  harada  həm  probul,  həm
169


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə