A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə49/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   45   46   47   48   49   50   51   52   ...   104

quruluşunun  qeydinə  qalanlar  vətəndaşları  ehtiyatlı  olmağa 
təhrik  etməlidirlər  ki,  bu  adamlar  dövlət  quruluşunu  qorusunlar 
və  onu  dağıtmasınlar,  onlar  gecələr  mühafizənin  qayğısına  qal- 
dıqları  kimi,  əlavə  olaraq  yaxınlarına  da  əslində  nəyin  uzaqda  ol- 
duğunu  göstərsinlər.  Bundan  sonra,  kübarlar arasında  baş verən 
rəqabət  və  çəkişmələrin  qarşısını  qanunda  göstərilən  vasitələrlə 
almağa  çalışmaq  lazımdır;  bunu  rəqabət  aparmayanlar  barəsin- 
də  də etmək vacibdir ki,  onlar bundan  kənarda  qalsınlar.  Bəlanın 
əmələ  gəlməsini  əwəlcədən  duymağı  bacarmaq  -   hər  yoldan 
keçənin deyil, təcrübəli dövlət xadiminin işidir.
6. 
Oliqarxiya  və  demokratiyalarda,  əmlak  senzi  ilə  əla- 
qədar,  yəni  çoxlu  pulun  meydana  çıxmasına  baxmayaraq,  bu 
senz  əvvəlki  qaydada  qaldıqda  quruluşun  dəyişilməsinin  qar- 
şısını  almaqdan  ötrü  aşağıda  göstərilənlərə  əsaslanmaq  fay- 
dalıdır:  yeni  senzin  məbləğini  əvvəlki  ilə  tutuşdurmaq  lazımdır, 
həm  də  əmlaka  ildə  bir dəfə  qiymət  qoyulan  ölkələrdə  bunu  hər 
il  etmək  vacibdir;  daha  böyük  dövlətlərdə  isə  -   ya  iki  ilin,  ya  da 
dörd  ilin  tamamında.  Həm  də  əgər vətəndaşların  var-dövləti  döv- 
lətdə  mülkiyyətə  qiymət qoyulan  əvvəlki  vaxta  nisbətən  artmışsa, 
yaxud  azalmışsa,  onda  senzin  artması,  yaxud  azalması  xüsu- 
sunda  həmin  vaxta  uyğun  olan  qanun  təsis  etmək  lazımdır  -  
əgər var-dövlət  artmışsa,  onun  artma  dərəcəsindən  asılı  olaraq 
qiyməti  qaldırmaq;  var-dövlət  əksilibsə,  azaltmaq  lazımdır.
7.  Əgər  oliqarxiya  və  politiyalarda  bu  iş  görülməsə,  onda  bir 
sıra  hallarda  oliqarxiya  dinastiyaya  (sülalə  üsul-idarəsinə),  poli- 
tiya  isə  -   oliqarxiyaya  keçə  bilər,  digər  hallarda  -   politiyadan 
demokratiya,  oliqarxiyadan  isə  -   politiya,  yaxud  demokratiya 
əmələ  gələ  bilər.  Həm  demokratiyada,  həm  oliqarxiyada,  həm 
monarxiyada39,  həm  də  hər  bir  dövlət  quruluşunda  kimsənin 
həddən  artıq  şişirdilməsinin  lüzumsuzluğu  ümumi  prinsip  olma- 
Iıdır;  mənsəb  və  rütbəni  isə  bir  dəfəyə  həddən  artıq  deyil,  cüzi
198
və  uzun  müddətə  verməyə  çalışmaq  lazımdır  (axı  adamlar 
yolundan  çıxır,  bundan  başqa  elələri  var  ki,  uğurdan  başları  gi- 
cəllənir).  Əgər bu  mümkün  deyilsə,  onda  bütün  mənsəb  və  rüt- 
bələri  verdikdən  sonra  onları  bir  dəfəyə  yox,  tədricən  geri 
almaq  lazımdır.  8.  Hər  şeydən  yaxşı  isə  işi  müvafiq  qanunlar 
vasitəsi  ilə  elə  nizamlamağa  cəhd  etmək  lazımdır  ki,  heç  kəs, 
bu  dost-aşnanın  çoxluğuna,  yaxud  var-dövlətə  əsaslanmış  olsa 
da  belə,  həddən  artıq  öz  qüdrəti  ilə  seçilməsin;  əks  təqdirdə 
belə adamları  ölkədən  kənarlaşdırmaq  yaxşıdır.  Bəziləri  dövlətə 
hətta  öz  həyat tərzləri  ilə  yenilik  gətirdiklərindən,  bir vəzifə təsis 
etmək  lazımdır ki,  bu,  kimin  həyat tərzinin  dövlət  quruluşu  üçün 
zərərli  olmasına  nəzarət  etsin,  yəni  demokratiyada  demokra- 
tiyalardan  ötrü,  oliqarxiyalarda  oliqarxiyalardan  ötrü,  digər  döv- 
lət  quruluşlarında  da  buna  müvafıq  surətdə.  Bu  səsbəblərdən 
də  vətəndaşlardan  bir  hissəsinin  həddən  artıq  firavan  yaşama- 
sından  çəkinmək  lazımdır;  əhalinin  əks  hissəsinin  bu  və  ya 
digər  dövlət  işlərinə  və  vəzifələrinə  daimi  olaraq  cəlb  edilməsi 
buna  qarşı  olan  davacatdır  (mən  nəcib  adamlarla  (epieikeis) 
xalq  kütləsini,  varlılarla  yoxsulları  əhalinin  əks  hissələri  hesab 
edirəm);  bununla  bərabər  ya  yoxsullarla  varlıları  yaxınlaşdır- 
mağa,  ya  da  ortababların  gücünü  artırmağa  çalışmaq  lazımdır -  
axırıncı  vasitə  bərabərsizlik  üzündən  baş  verən  daxili  çəkiş- 
mələrə  nəhayət verilməsi  ilə  nəticələnir.
9. 
Hər  bir  dövlət  quruluşunda  ən  başlıcası  -   qanunun  və 
digər  üsulların  vasitəsilə  işi  elə  qurmaqdır  ki,  vəzifəli  şəxslərin 
varlanması  mümkün  olmasın.  Oliqarxiya  dövlətlərində  buna  çox 
diqqətlə  nəzarət  etmək  lazımdır.  Dövlət  idarəçiliyində  iştirak  et- 
məkdən  uzaqlaşdırılan  kütlə  bu  xüsusda  doğrusu,  çox  da  hid- 
dətlənmir,  əksinə,  əgər hər kəsə  öz  şəxsi  işləri  ilə  sakitcə  məş- 
ğul  oimağa  imkan  verilirsə,  o  hətta  razı  qalır;  lakin  o  fikirləşsə 
ki,  idarə  edənlər  ümumun  malını  yeyir,  onda  imtiyazdan  və
199


gəlirdən  yararlanmaması  onu  məyus  edir.  10.  Əgər  kiməsə 
bunu təşkil  etmək nəsib  olsa,  onda  yalnız  bu  halda  demokratiya 
ilə  aristokratiyanın  birləşdirilməsini  mümkün  hesab  etmək  olar: 
kübarlardan  ötrü  də,  xalq  kütləsindən  ötrü  də  elə  imkan  yaranar 
ki,  bunlar da,  o  birilər də  öz  istədiklərinə  nail  olsunlar.  Axı  bir tə- 
rəfdən  hamını  idarə  etməyə  buraxmaq  -   demokratiyanın  prin- 
sipidir,  digər tərəfdən -  kübarların  vəzifə tutması  -  aristokratiya- 
nın  prinsipidir;  bu  isə  o  halda  ola  bilər ki,  vəzifə  tuta-tuta  varlan- 
maq  mümkün  olmasın.  Doğrudan  da,  yoxsullar  hakimiyyətdə 
olmaq  istəmirlər;  çünki  bu  bir  mənfəətlə  bağlı  deyil,  onlar  öz 
şəxsi  işləri  ilə  məşğul  olmağa  üstünlük  verirlər;  varlı  adamlar 
isə  vəzifə  tuta  bilər,  ona  görə  ki,  ümumun  pulunu  mənimsə- 
məyə  onların  ehtiyacı  yoxdur.  Məlum  da  olur  ki,  yoxsullara  öz 
işlərində  səylə  çalışmalarına  görə  varlanmaq  imkanı  veriləcək, 
kübarlar  isə  hər  yoldan  keçənin  tabeçiliyi  altında  olmamaq 
imkanı  qazanacaq.  11.  Ümumi  sərvətin  oğurlanmasının  qarşı- 
sını  almaqdan  ötrü  pulun  hamısının  təhvil  verilməsində  bütün 
vətəndaşlar  iştirak  etməlidir,  surətləri  isə  fratriyalarda,  loxlarda 
və  fillərdə  saxlanmalıdır40;  vəzifəsini  təmənnasız  icra  etməkdə 
fərqlənənlərə  qanunun  müəyyənləşdirdiyi  kimi  hörmət  və  ehti- 
ram  göstərilməlidir.  Demokratiyalarda  varlı  adamlara  aman 
verilməli  və  onların  yalnız  əmlakı  deyil,  gəliri  də  bölüşdürülmə- 
məlidir  (axırıncı  bəzən  bir  sıra  dövlətlərdə  gizlincə  baş  verir); 
əgər  onlar,  məsələn,  xor,  məşəllə  qaçmaq  və  bu  kimi  işləri 
təşkil  etməkdə  xeyir  verə  bilmirsə  belə,  yaxşı  olardı  ki,  tələb 
olunan  böyük  mükəlləfıyyət  borclarını  öz  öhdəsinə  götürənlər 
saxlanılsın.  12.  Oliqarxiyalarda  isə  yoxsullara  münasibətdə  bö- 
yük  qayğı  göstərmək,  oniara  gəlirli  vəzifələrdə  işləmək  imkanı 
vermək  və  əgər  varlılardan  birisi  yoxsullarla  həyasızcasına 
rəftar  etməyi  özünə  rəva  bilibsə,  necə  ki,  o,  bunu  özününkülər 
arasında  etsəydi,  çox ciddi  cəza  kəsmək  lazımdır.  Bundan  baş-
200
qa,  əmlak  bağışlama  yolu  ilə  deyil,  varislik  hüququ  əsasında 
keçməlidir,  həm  də  bir  adam  bir  neçə  mirasa  yox  ancaq  birinə 
yiyələnməlidir.  Bu  yolla  əmlak  bərabərliyinə  daha  artıq  dərə- 
cədə  riayət  etmək  olardı,  yoxsulların  əksəriyyəti  isə  firavanlığa 
çatardı.  13.  Bütün  bunlardan  başqa  demokratiyalarda  da,  oli- 
qarxiyalarda  da,  kimlər  ki,  siyasi  hüquqların  hamısına  malik  de- 
yil,  onlara  bərabər və  yaxud  da  xüsusi  maraq  göstərmək fayda- 
lıdır  (demokratiyalarda  bu  varlılara  aiddir,  oliqarxiyalarda  -  yox- 
sullara).  Yalnız ən  yüksək  vəzifələr  istisna  təşkil  etməlidir;  bun- 
ların  ya  hamısını,  ya  da  əksəriyyətini  tamhüquqlu  şəxslərə  ver- 
mək  lazımdır.
14. 
Kimlər  ki,  yüksək  vəzifə  tutmaq  niyyətindədir,  onlar  üç 
keyfiyyətə  malik  olmalıdır:  birincisi,  mövcud  dövlət  quruluşuna 
hüsn-rəğbət  göstərmək;  sonra,  qulluğu  ilə  bağlı  vəzifəsini  icra 
etmək  üçün  böyük  qabiliyyətə  malik  olmaq;  üçüncüsü,  hər  bir 
dövlət  quruluşu  formasına  uyğun  xeyirxahlığı  və  ədalətliliyi  ilə 
fərqlənmək.  Əgər ki,  eyni  olmayan  şeylər  bütün  dövlət  quruluş- 
larında  qanunauyğunluq  sayılırsa,  onda  ədalətin  anlaşılmasında 
da  istər-istəməz  təfavüt  var.  Amma  budur,  ortaya  çətinlik  çıxır: 
əgər  butun  bunlar  eyni  bir  adamda  yoxdursa,  burada  seçim 
necə  olmalıdır?  Məsələn,  birisi  sərkərdəlik  qabiliyyətinə  malik- 
dir,  lakin  ləkələnib  və  məlum  dövlət  quruluşu  formasına  hüsn- 
rəğbət  göstərmir;  digəri  -   ədalətlidir  və  hüsn-rəğbət  göstərir, 
lakin  sərkərdəlik  qabiliyyətinə  malik  deyil  -   seçim  necə  olma- 
lıdır?  15.  Yəqin  ki,  bu  halda,  iki  fikirlə  hesablaşılmalıdır;  bütün 
insanlar hansı  keyfiyyətlərə  daha  çox  dərəcədə,  hansılara  isə -  
daha  az  malikdir.  Buna  görə  müharibəyə  başçılıq  məsələsində 
üstünlüyü  daha  çox  hərbi  işdəki  təcrübəyə  vermək  lazımdır, 
nəinki  xeyirxahlığa:  hərbi  qabiliyyətə  az,  alicənablığa  tez-tez 
təsadüf  olunur.  Pulun  saxlanılması  və  xəzinəyə  binagüzarlıq 
etmək  məsələsində  əksinə  hərəkət etmək  lazımdır:  burda  əksə-
201


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə