A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə45/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   41   42   43   44   45   46   47   48   ...   104

münasibət  nəticəsində;  yəni  xırda  şeylərə  belə  laqeyd  münasi- 
bət  qanuni  qaydada  təsis  edilmiş  şeylərdə  böyük  dəyişikliklərə 
səbəb  olur.  Məsələn,  Ambrakiyada  vəzifə  tutmaq  üçün  zəruri 
olan  əmlak  senzi  kiçik 
idi,
  ax/rdan  -  
axıra  isə
  senzdən 
asılı
  ol- 
mayaraq  vəzifə  tutmağa  başladılar,  ona  görə  ki,  kiçik  senzlə, 
ümumiyyətlə,  hər  hansı  birinin  olmaması  arasında  fərq  çox 
azdır,  ya da  bu,  heç yoxdur.
10. 
Əhalinin  müxtəlif tayfalardan  ibarət  olması  da,  bu  ara- 
dan  qalxmayana  qədər  çəkişmələrin  mənbəyi  olur:  axı  dövlət 
təsadüfı  kütlədən  təşkil  edilmir,  bu  səbəbdən  də  onun  təşkilinə 
müəyyən  vaxt  lazımdır.  Buna  görə  əksər  hallarda  dövlətin  təş- 
kili  zamanı,  yaxud  sonralar özgələri  öz  yanlarına  götürənlər da- 
xili  çəkişmələrin  acısını  çəkmişlər.  Məsələn,  axeylər,  Sibarisin 
əsasını  birgə  qoyduqları  trezensləri  sonradan  sayca  üstələdik- 
də,  onlar trezensləri  qovdular və  bu  cinayət ağır günah  kimi  Si- 
barisin  sakinlərinin  üzərində  qaldı.  Furiyada  sibarislilər o  sakin- 
lərlə  düşmənçilik  edirdilər  ki,  onlarla  birgə  bu  şəhərin  əsas/nı 
qoymuşdular;  ölkənin  onlara  məxsus  olduğunu  səbəb göstərən 
sibarislilər özlərinə  müstəsna  hüquqlartələb  edirdilər.  Bizansda 
gəlmə  sakinlər sui-qəsd  hazırlamışdılar və  ifşa  olunanlar vuruş- 
madan  sonra  sürgün  edilmişdi8.  11.  Antissanın  sakinləri  Xios- 
dan  sürgün  olunanları  qəbul  edib,  vuruşmadan  sonra  onları 
qovdular,  samoslulara  sığınacaq  verən  Zanklın  sakinləri  isə 
axırda  özləri  qovulmuşdu.  Pont  Yevsinskdə  yerləşən  Apollo- 
niyada  yeni  sakinlərin  qəbul  edilməsi  üstündə  daxili  çaxnaşma- 
lar  baş  vermişdi.  Sirakuzada  istibdad  üsul-idarəsi  devrildikdən 
sonra9,  haçan  ki,  əcnəbilər  və  muzdurlar  vətəndaşlıq  hüququ 
aldı,  daxildə  hərcmərclik  başlandı  və  iş  silahlı  toqquşmaya  qə- 
dər  gəlib  çıxdı.  Amfıpoliya  əhalisinin  vətəndaş  hissəsinin  əksə- 
riyyəti  vətəndaşlığa  qəbul  edilən  Xalkid  mühacirləri  tərəfindən 
şəhərdən  qovulmuşdu.
182
12. 
Bəzən  dövlətlərdə  daxili  çəkişmələr yerli  şərait  nəticə- 
sində  baş  verir,  məsələn,  ərazi  vahid  dövlət  yaratmaq  üçün 
yararsız  olan  zaman.  Klazomendə  belə  olmuşdu,  Xitedə  yaşa- 
yanlar adada  yaşayanlarla  düşmənçilik  edirdilər;  həm  də  Kolo- 
fonun  sakinləri  ilə  Notiyanın  sakinləri.  Afinanın  da  əhalisi  bir- 
birilə  düz  gəlmir:  Pireyin  sakinləri,  demokratiyaya  şəhərin  özü- 
nün  sakinlərindən  daha  çox  meyllidir.  Və  bunun  kimi,  necə  ki, 
müharibədə  çox  da  böyük  olmayan  səngərin  üstündən  keçər- 
kən  piyadaları  bir  neçə  sırada  düzürlər,  elə  də  görünür  ki,  hər 
cürə  fərq  çəkişməyə  səbəb  olur.  Ola  bilsin  bu  çəkişmələr  hər 
şeydən  çox  xeyirxahlıq  və  pislik  arasında  olan  fərqlə  şərtlənir, 
sonra  var-dövlət  və  yoxsulluq  arasında  olan  fərqlə,  daha  sonra 
isə  çox  və  ya  az  mahiyyətə  malik  olan  səbəblər gəlir  ki,  buraya 
da  bizim elə indicə göstərdiklərimiz aiddir.
III. 
1.  Beləliklə,  daxili  çəkişmələr  xırda  səbəblərə  görə  ol- 
masa  da,  xırda  şeylərdən  meydana  çıxır;  çəkişmələr  həmişə 
mühüm  işlər üstündə  baş verir.  Kiçik çəkişmələr,  qədim zaman- 
larda  Siraguzada  olduğu  kimi,  yüksək  vəzifəlilər  arasında  baş 
verdikdə  xüsusi  əhəmiyyət  daşıyır.  Dövlət  çevrilişi  mühüm  və- 
zifə  tutan  iki  gəncin  arasında  məhəbbət  məsələsi  üstündəki 
çəkişməyə  görə  baş  vermişdi.  Onlardan  biri  olmadıqda,  o  birisi 
onun  sevgilisini  tovlayıb  öz  yanına  aparır,  onda  ikincidən  bərk 
incimiş  birinci  əvvəlincinin  arvadını  öz  növbəsində  onunla  cinsi 
əlaqəyə  girməyə təhrik edir.  Sonra  öz çəkişmələrinə onlar tayfa 
başçılarını  da  cəlb edirlər,  belə  ki,  hamı  iki  düşmən tərəfə ayrılır.
2.  Buna  görə  belə  şeylər təzəcə  meydana  çıxan  zaman  onlara 
qarşı  ehtiyat  tədbirləri  görmək,  həm  də  bir-birilə  düşmənçilik 
edən  hökmdarları  və  qüdrətli  şəxsləri  barışdırmağa  çalışmaq 
lazımdır;  səhv  düşmənçiliyin  başlanğıcında  olur,  başlanğıc  isə, 
neçə  deyərlər -  hər işin  yarısıdır,  belə  ki,  başlanğıcda  buraxılan
183


cüzi  səhvin  özü-özlüyündə  sonrakı  bütün  səhvlərlə  qarşılıqlı 
əlaqəsi  var.  Ümumiyyətlə,  kübarlar  arasındakı  çəkişmələri  bü- 
tün  dövlət  həll  etməli  olur,  məsələn,  İran  müharibələrindən 
sonra  Gestiada  olduğu  kimi,  burda  iki  qardaş  atalarından  qal- 
mış  miras  üstündə bir-birilə çəkişməyə  başlamışdı.  Daha  yoxsul 
olan  öz  qardaşının  atalarının  varını  və  onun  vaxtı  ilə  tapdığı 
xəzinəni  gizlədiyini  iddia  edib,  sadə  xalqı  da  öz  tərəfinə  çəkir, 
böyük  varidata  malik  olan  qardaşsa  varlı  adamları  öz  tərəfınə 
cəlb  edir.  3.  Delfada  bir  elçilik  dalaşmaya  səbəb  olur,  bu  isə 
sonralar  daxili  çəkişmələrə  gətirib  çıxarır.  Bəy  gəlini  gətirməyə 
gedərkən  yolda  özü  üçün  pis  olan  əlamət  görür  və  evlənmək- 
dən  imtina  edir;  bəy qurban  kəsdiyi  zaman,  gəlinin  təhqir  olun- 
muş  qohumları  ona  ziyarətgaha  məxsus  olan  bəzi  əşyalar  atıb, 
sonra  isə  kafir  kimi  onu  öldürürlər.  Mitilendə  varis  qızların 
üstündə  başlanmış  mübahisə  böyük  müsibətin  başlanğıcı  olur 
və  Mitilenlə  Afina  arasında  müharibə  ilə  nəticələnir,  bu  zaman 
Paxet  onların  şəhərini  ələ  keçirir.  Timofanın  özündən  sonra  iki 
qızı  qalır;  Deksandr  onları  öz  oğlanları  üçün  istəyir,  lakin  rədd 
cavabı  alır;  onda  o,  çəkişməyə  başlayır və afinalıların  prokseni10 
olduğundan  onları  öz  tərəfınə  çəkir.  4.  Eləcə  də  fokidlilərdə 
varis  qızlar  üstündə  Mnasonun  atası  Mnasla  Onomarxın  atası 
Yevfikrat  arasında  çəkişmə  düşən  zaman,  bu  çəkişmə  fokidlilər 
üçün  Müqəddəs  müharibənin  başlanmasına  səbəb  olur.  Epi- 
damnedə  də  toy  məsələləri  üstündə  dövlət  çevrilişi  olmuşdu: 
biri  öz  qızını  bir  cavana  adaxlayır,  haçan  ki,  qızının  adaxlısının 
atası  vəzifəli  şəxs  olub,  onu  cərimələyir,  axırıncı  özünü  təhqir 
olunmuş  hesab  edərək,  vətəndaşlar  sırasına  mənsub  olmayan 
adamları  öz tərəfinə  çəkir.
5. 
Oliqarxiya,  demokratiya,  politiya  yönümlü  dövlət  çev- 
rilişləri  həm  də  onunla  şərtlənir ki,  dövlətin  hər  hansı  bir hissəsi
-   bu,  istər  bir  idarə  olsun,  yaxud  əhalinin  bir  hissəsi  -   şöhrət
184
qazanır,  ya  da  əhəmiyyət  kəsb  edir.  Məsələn,  İran  müharibələri 
zamanında  şöhrətlənmiş  aeropaq,  görünür  ki,  dövlət  quru- 
luşuna  daha  düzgün  forma  vermişdi;  digər  tərəfdən  gəmidəki 
qaragüruh  Salamin  qələbəsinə,  bunun  da  sayəsində  Afinanın 
dənizdə  hegemonluğuna  səbəb  olub,  demokratiyanın  möhkəm- 
lənməsinə  köməklik  etmişdi.  Eləcə  də  Arqosda  lakedemonlu- 
lara  qarşı  Mantineya  vuruşmasında  ad  qazanmış  kübarlar  de- 
mokratiyanı  aradan  qaldırmağa  təşəbbüs  göstərmişdilər.  6. 
Sirakuzada,  afinalılarla  müharibədə  qələbə  qazanmış sadə  xalq 
politiyanı  demokratiya  ilə  əvəz  edir,  Xalkiddə  kübarların  kömək- 
liyi  ilə  müstəbid  Foksun11  axırına  çıxmış  sadə  xalq  durmadan 
dövlətdə  hakimiyyətə  yiyələnir.  Bu,  eynilə  Ambrakiyada  da  baş 
vermişdi,  burada  sadə  xalq  sui-qəsdçilərlə  birləşərək  müstəbid 
Periandrı  qovub dövlətdə  hakimiyyəti  öz əlinə alır.
7. 
Ümumiyyətlə  isə,  dövlətin  qüdrətli  olmasının  səbəbkar- 
larını  nəzərdən  qaçırmaq  olmaz,  -   bu  istər  ayrı-ayrı  adamlar, 
vəzifəli  şəxslər,  fillər olsun,  yaxud  əhalinin  hər hansı  hissəsi,  ya 
təbəqəsi  -   onların  hamısı  divana  qalxır.  Axı  çəkişməyə,  ya  o 
adamlar  başlayır  ki,  bu  şəxslər  onların  hörmətə  minməsinə  pa- 
xıllıq  edir,  ya  da  onların  özləri  əldə  etdikləri  üstünlüyə  görə 
yerdə  qalanlarla  eyni  mövqedə  olmaq  istəmir.  Dövlət  quruluşu 
o  halda  dəyişdirilir ki,  onun  bir-birilə  ziddiyyət təşkil  edən  hissə- 
ləri,  məsələn,  varlılarla  yoxsul  xalq  sayca  bərabərləşir,  ortabab 
vətəndaşlar  isə  ya  qətiyyən  olmur,  ya  da  tamamilə  az  olur. 
Əgər  göstərilən  hissələrdən  biri  böyük  üstünlük  əldə  edərsə, 
onda  digərinin  onunla  mübarizəyə  girməyə  cürəti  çatmayacaq. 
Yeri  gəlmişkən  öz  xeyirxahlıqları  ilə  seçilən  adamların,  adətən, 
çəkişməyə  girməmələri  bununla  da  izah  edilir:  onlar  əksəriy- 
yətlə  müqayisədə olduqca  azdır.
185


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə