A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə47/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   43   44   45   46   47   48   49   50   ...   104

maatdan  asılı  olan  mühafizə  dəstələri  demaqoqluq  fəaliyyəti  ilə 
məşğul  olurdu,  ümumiyyətlə  isə,  o,  oliqarxiya  dövlətlərində,  ha- 
rada  ki,  vəzifəyə  seçilməli  olan  adamları  vəzifəyə  seçmirlər, 
amma  harada  ki,  seçicilər  ağırsilahgəzdirənlər,  yaxud  sadə 
xalqdır,  vəzifəyə  seçkilər isə  böyük əmlak senzi  ilə,  yaxud  hete- 
riyalara24 mənsub olmaqla  şərtlənir,  necə ki,  bu  Abidosda  yerini 
tapmışdı,  həmçinin  harada  ki,  məhkəmələr  idarəçiliklə  məşğul 
olan  vətəndaşlar içərisindən tamamlanır,  axırıncılar Pont  Herak- 
ledə  olduğu  kimi  demaqoqcasına  məhkəmə  qarşısında  yaltaq- 
lanır və dövlət çevrilişi edirlər.
6. 
Oliqarxiyalarda  dövlət  çevrilişi  hakimiyyətin  daha  az 
adamın  əlində  cəmləşdiyi  halda  da  baş verir.  İncidilmişlər bəra- 
bərliyi  saxlamağa  cəhd  göstərərək  xalqın  yardımına  əl  atmağa 
məcbur  olurlar.  Oliqarxiyalarda  dövlət  çevrilişləri,  haçan  ki,  oli- 
qarxlar  pozğun  həyat  keçirib,  öz  əmlaklarını  dağıdırlar,  onda  da 
baş  verir;  axı  belə  adamlar  yeniləşmə  aparmağa  səy  edirlər və 
yaxud  qəddarcasına  hakimiyyəti  ələ  keçirməyə  çalışırlar,  ya  da 
bir  başqasını  buna  hazırlayırlar,  necə  ki,  məsələn,  Hipporin  25 
Sirakuzada -  Dionisini,  Amfipoliyada  Kleotim  adlı  birisi  şəhərdə 
Xalkiddən  gəlmiş  mühacirləri  yerləşdirmişdi,  həmin  adamlar 
gəldikdə  onları  varlı  adamların  üstünə  qaldırmışdı.  Eləcə  də 
Egində  kim  ki,  Xarətlə  danışıq  aparırdı,  elə  həmin  səbəbdən  də 
dövlət  çevrilişi  etməyə  cəhd  göstərmişdi26.  7.  Bəzi  oliqarxlar 
çalışırlar  ki,  xalqı  tez,  bu  və  ya  başqa  hərəkətə  təhrik  etsinlər, 
bəzən  Pont  Apolloniyada  olduğu  kimi  onlar  ictimai  malı  oğur- 
layır,  nəticədə  ya  onların  özləri  kimilər,  ya  da  talançılara  qarşı 
mübarizəyə qalxanlar onlarla  çəkişməyə  başlayır.  Amma oliqar- 
xiyanın  daxilində  həmrəylik  varsa,  onda  onun  öz-özünə  dağıl- 
ması  çətindir.  Farsaldakı  dövlət  quruluşu  bunu  sübut  edir,  bur- 
da  oliqarxlardan  ibarət kiçik bir dəstə  kütlə  üzərində hakimiyyəti 
öz əlində saxlayır,  çünki  onların  arasında yekdillik var.
190
8.  Oliqarxiya,  onda  digər oliqarxiya  əmələ  gəldiyi  halda  da 
dağılır.  Bu  o  zaman  baş  verir  ki,  tam  hüquqlu  vətəndaşlar  az 
olduqda,  onların  hamısı  yüksək  vəzifələrə  buraxılmır.  Bu,  vaxtı 
ilə  Eliddə  olub;  dövləti  oliqarxlar  idarə  edirdi  və  onların  çox  az 
bir  qismi  heront  ola  bilirdi,  çünki  onlar doxsan  nəfər idilər,  həm 
də  vəzifəyə  həmişəlik  yiyələnmişdilər,  seçkilər  isə  sparta  he- 
rontları  seçkiiəri  kimi  dinastiya formasında  keçirilirdi.
9.  Oliqarxiyanın  dağılması  həm  hərb,  həm  də  sülh  dövr- 
lərində  baş  verə  bilər.  Müharibə  zamanlarında  oliqarxlar  xalqa 
inanmadıqlarından  muzdlu  hərbçilərdən  istifadə  etməyə  məcbur 
olurlar və  onlar bu  adamları  kimə etibar edirsə,  o  çox vaxt  müs- 
təbid  olur,  məsələn,  Korinfdə  Timofan  kimi;  amma  onlar  bir 
neçə  nəfər  olarsa,  onda  onlar  özləri  üçün  sülalə  hakimiyyətini 
əldə  edirlər27;  bununla  belə,  bəzən  bundan  qorxaraq  xalq  kütlə- 
sinə  də  dövlət  idarəçiliyində  bulunmağa  imkan  verirlər,  çünki 
onlar xalqın  yardımı  olmadan  keçinə  bilmirlər.  Sülh  zamanların- 
da  bir-birinə  qarşı  olan  inamsızlıq  nəticəsində  oliqarxlar  hərbi 
mühafizəni  ədavət  aparan  tərəflərin  vasitəçisi  olan  muzdlu 
hərbçilərə  və  onların  rəisinə  tapşırırlar,  axırıncı  bəzən  bunların 
və  digərlərinin  hökmdarı  olur.  Larisada  Alevadların28  idarəçiliyi 
dövründə  Simlə  və  Abidosda  heterilərin,  rəhbərlik  edənlərdən 
biri  də  İfiad  idi,  hökmranlığı zamanında  belə  olmuşdu.
10.  Çəkişmələr  həm  də  ona  görə  baş  verir  ki,  oliqarx- 
lardan  bəziləri  digər oliqarxların  nigah təkliflərini  rədd  edir və  ya 
məhkəmə  araşdırmalarında  düşməncəsinə  hərəkət  edirlər.  Mə- 
sələn,  yuxarıda  göstərildiyi  kimi  baş  tutmayan  elçilik  üstündə 
çəkişmə.  Yeri  gəlmişkən  Eritriyada  atlıların  oliqarxiyasını  da  el- 
çilikdə  incimiş  Diaqor  dağıtmışdı.  Herakledə  və  Fivada  məhkə- 
mənin  çıxardığı  qərar  üstündə  qiyam  baş  vermişdi:  Herakiedə 
Yevetionu,  Fivada  isə  Arxini  zinakarlıq  üstündə  doğrudan  da 
haqlı  olaraq  cəzalandırırlar,  lakin  bunu  insafsızcasına  həyata  ke-
191


çirirlər:  Yevetionun  və  Arxinin  siyasi  rəqibləri  bu  işdə  hədlərini  o 
qədər  aşırlar  ki,  onların  boyunlarına  kündə  vurub,  şəhər  mey- 
danına  çıxarırlar.
11.  Oliqarxiyaların  çoxu  ona  görə  devrilmişdi  ki,  onlar 
olduqca  zalımanə  xarakter  daşıyırdı,  bu  isə  bütün  hüquqlara 
malik  olan  şəxsləri  acıqlandırırdı.  Kniddə  və  Xiosda  oliqarxiya- 
larla  belə  olmuşdu.  Politiya  adlandırılanlarda  və  oliqarxiyalarda, 
hansılarda  ki,  şura  üzvlüyünə,  hakim  vəzifəsinə  və  digərlərinə 
təyin  edilmə  əmlak  senzi  ilə  şərtlənir,  dövlət  çevrilişləri  bəzən 
adicə  təsadüfdən  də  asılı  olur.  Tez-tez  əvvəllərdə  müəyyən 
edilmiş,  vəziyyətə  münasib  olan  senzə  müvafiq  olaraq,  belə  ki, 
buna  əsasən  oliqarxiyalarda  həqiqətən  bəzi  adamlar,  politiya- 
larda  isə  ortabab  vətəndaşlar  dövlət  idarəçiliyində  iştirak  edir- 
dilər,  sonralar,  haçan  ki,  dövlət  ağ  günə  çıxır,  sülhəmi,  yoxsa 
başqa  bir münasib  səbəbə  görəmi  eyni  bir əmlak  bir neçə  dəfə 
senzi  üstələyir,  belə  ki,  hər şey  bütün  vətəndaşların  üzünə  açıq 
olmalıdır.  Bu  halda  çevriliş  ya  yavaş-yavaş,  tədriclə,  səsə  salın- 
madan,  ya da  sürətlə  baş verir.
12.  Oliqarxiyalarda  baş  verən  çevrilişlərin  və  çəkişmlərin 
səbəbləri,  bax,  bunlardır.  Əlavə  olaraq  qeyd  etmək  lazımdır  ki, 
demokratiyalar  və  oliqarxiyalar  bəzən  onlara  müvafiq  olmayan, 
zidd,  lakin  oxşar  quruluşa  keçirlər;  məsələn,  məhdud  qanunları 
olan  demokratiya  və  oliqarxiyalardan  qeyri-məhdud  demokrati- 
ya  və oliqarxiyalar törəyir və əksinə.
VI. 
1.  Aristokratiyalarda  çəkişmələr  qismən  ona  görə  baş 
verir  ki,  onlarda  imtiyazlara  yalnız  bir  para  adam  malikdir;  bu 
hal  yuxarıda  göstərildiyi  kimi  oliqarxiyalarda  da  siyasi  hərəkatla 
nəticələnir,  çünki  əslində  aristokratiya  məlum  cəhətdən  oliqar- 
xiyadır:  bir para  adamın  seçilməsi  nəticə  etibarı  ilə  eyni  olmasa 
da,  hər  ikisini  idarə  edən  bir  para  adamdır.  Buna  görə  aristok-
192
ratiyanı  da  oliqarxiya  hesab  etmək  olar.  Bu,  ən  çox  istər-istə- 
məz  o  halda  baş  verir  ki,  bu  və  ya  başqa  miqdarda  adam  lov- 
ğalıqdan  əl  çəkir,  onlar  öz  fədakarlıqları  ilə  tam  hüquqlu  vətən- 
daşlara  bənzəyir.  Lakedemonda  parfeniyalar  adlananlarla  belə 
olmuşdu  (onlar  «oxşarlardan»  meydana  çıxmışdı),  onların  sui- 
qəsdinin  üstünü  açdılar  və  Taranta,  kaloniya  təşkil  etməyə 
göndərdilər29.
2.  Həmçinin  -   haçan  ki,  görkəmli  yer  tutan  bəziləri,  böyük 
hüquqlara  malik  olan  bir  para  adam  tərəfindən  alçaldılır,  hərçənd 
fədakarlıqda  həmin  axırıncılardan  geri  qalmırlar;  məsələn,  Lisandr
-   çarlar tərəfindən30.  Yaxud  bir  cəsur  insan  imtiyaza  malik  olma- 
dıqda,  yararlanmadıqda,  məsələn,  Aqasilayın  dövründə  spartiad- 
lara qarşı  silahlı üsyan  qaldıran  Kinadon.  Eyni zamanda -  əhalinin 
bir  hissəsi  həddindən  artıq  yoxsul  olduqda,  digəri  isə  firavan 
yaşadıqda;  bu  hər  şeydən  çox  müharibə  vaxtlarında  olur;  Tirteyin 
«Qanunçuluq»  adlı  şerindən  aydın  olur  ki,  bu  Messin  müharibəsi 
zamanı31  Lakedemonda  da  baş  vermişdi;  bəzi  adamlar  mühari- 
bəyə  görə  yoxsulluğa  dözüb,  torpağın  cana  görə  yenidən  paylaş- 
dırılmasını  tələb  edirdilər.  Nəhayət,  əgər  birisi  dövlətdə  çox  mü- 
hüm  bir  mövqeyə  yüksəlibsə,  həm  də  daha  yüksəyə  qalxmaq 
üçün  bütün  keyfiyyətlərə  malikdirsə,  qiyam  qaldırır ki,  zatən  Lake- 
demonda  İran  müharibələri  zamanı  keçmiş  ali  baş  komandan 
Pavsani  və Karfagendə Annon  kimi hakimi -  mütləq olsun32.
3.  Lakin  politiya  və  aristokratiyaların  dağılmasının  əsas  sə- 
bəbi  bu  dövlət  quruluşlarının  özlərinin  ədalətdən  yayınmalarıdır. 
Dağılma  ondan  başlayır  ki,  politiyaya  demokratiya  və  oliqarxiya 
düzgün  olmayan  nisbətdə  birləşdirilir,  aristokratiyaya  isə -  bu  və 
o  biri,  həm  də xeyirxahlıq,  xüsusən  də göstərilən  iki  element.  De- 
mokratiya  və  oliqarxiyanı  nəzərdə  tuturam,  çünki,  məhz  onları 
politiyaya  və  aristokratiya  adlandırılanların  böyük  hissəsinə  bir- 
ləşdirməyə  çalışırlar.  4.  Axı  aristokratiya  politiya  adlananlardan,
193


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə