A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə48/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   44   45   46   47   48   49   50   51   ...   104

məhz bu  cəhəti  ilə  də fərqlənir,  buna  görə  də  birincilərin  davam- 
lığı  az,  ikincilərin  daha  çoxdur.  Oliqarxiya  tərəfə  daha  çox  meyl 
edən  dövlət  quruluşları  aristokratiyalar  adlanır,  demokratiya  tə- 
rəfə  daha  çox  meyl  edənlər  isə  -   politiyalar.  Buna  görə  ikincilər 
birincilərdən  daha  davamlıdır:  əksəri  böyük  qüdrətə  malikdir  və 
hüquq  bərabərliyi  həyata  keçirilən  yerlərdə  adamlar  nizam-inti- 
zamı  daha  çox  sevir,  halbuki  böyük  var-dövlət  sahibləri,  dövlət 
quruluşu  onlara  əhəmiyyətli  dərəcədə  üstünlük  versə,  cəhd 
göstərirlər  ki,  həyasızlıq  və  acgözlük  etsinlər.  5.  Ümumiyyətlə, 
dövlət  quruluşu  hansı  tərəfə  meyl  edirsə,  dəyişiklik  də  həmin 
istiqamətdə  gedir,  çünki  bu  və  digərləri  onlara  nə  sərfəiidirsə, 
onu  gücləndirməyə  çalışırlar;  məsələn,  politiyanın  demokratiya- 
ya,  aristokratiyanın  oliqarxiyaya  keçməsi.  Yaxud  dəyişiklik  əks 
istiqamətdə  gedir,  yəni  aristokratiya  demokratiyaya  çevrilir  (əgər 
daha  az  təmin  olunmuşlar,  incikliyə  məruz  qalıb  əks  tərəfə  çək- 
məyə  başlarsa),  politiya  isə  -   oliqarxiyaya.  Yalnız  o  quruluş  da- 
vamlı  dövlət  quruluşu  olur  ki,  beləsində  bərabərlik  yaxşı  cəhətə 
uyğun  olaraq  həyata  keçirilir,  həm  də  eləsində  ki,  orada  hər kəs 
özünə məxsus olan şeydən  istifadə edir.
6.  Biz  bu  kimi  nümunələrlə  Furiyada  rastlaşırıq,  burada 
vəzifə  tutmaq  üçün  əmlak  senzi  çox  yüksək  olduğundan  son- 
ralar  azaldıldı,  vəzifələrin  sayı  isə -   artırıldı.  Kübarlar  qanunsuz 
olaraq  bütün  torpaq  mülkiyyətini  öz  əllərində  cəmləşdirdiklərin- 
dən  (axı  daha  çox  oliqarxiya  tərəfə  meyl  edən  dövlət  quruluşu
33
onlara  öz  var-dövlətlərini  artırmağa  imkan  verirdi)... 
Xalq 
müharibə  zamanı  öz  gücünü  artırıb,  qarnizon  üzərində  qələbə 
çaldı  və  böyük  torpaq  sahələrinə  malik  olanları  bunlardan  əl 
çəkməyə  məcbur etdi34.
7.  Üstəlik,  hər bir aristokratiya  quruluşu  oliqarxiyaya  yaxın 
olan  quruluş  kimi  kübarların  daha  çox  zənginləşməsinə  gətirib 
çıxarır.  Məsələn,  Lakedemonda  mülkiyyət  bir para  adamın  əlin-
194
də  cəmləşib və kübarların  nəyi  istəsələr onu etməyə,  kimlə  istə- 
sələr  qohum  olmağa  daha  çox  imkanları  var.  Buna  görə  də 
Lokrların  dövləti  Dionisinin  o  nigahı  üzündən  məhv  oldu  ki,  nə 
demokratiyada,  nə  də  düzgün  təşkil  edilmiş  aristokratiyada  yer 
tapa  bilməzdi35.  Bununla  belə,  aristokratiyalar,  hər  şeydən  çox 
tədricən  zəifləyərək,  dəyişir.  Əvvəllər  də,  ümumiyyətlə,  bütün 
dövlət  quruluşu  formaları  xüsusunda  deyilmişdi  ki,  kiçik  dəyişik- 
liklər  də  çevrilişlərə  doğru  aparır;  dövlət  idarəçiliyi  işində  nəyə- 
sə  etinasızlıq  etmək  kifayətdir  ki,  bundan  sonra  daha  əhəmiy- 
yətli  bir  şey  asanca  yerini  dəyişməyə  başlayır və  bu,  asanlıqla, 
ta  dövlət quruluşu  dağılana  qədər davam  edir.
8. 
Bu,  Furiya  dövlət quruluşunda  da  özünü  göstərdi:  bura- 
dakı  qanuna  görə  strateq  vəzifəsinə  seçilməyə  beş  il  keçdikdən 
sonra  icazə  verilirdi;  acıqlanmış  və xalq  kütləsinin  hüsn-rəğbə- 
tini  qazanmış  əksəri  cavan  olan  bir  para  adam,  hakimiyyətdə 
olanlardan  qorxmadan  və  nəzərdə  tutduqlarını  asanca  həyata 
keçirmək  ümidi  ilə,  hər  şeydən  öncə  bu  qanunu  dəyişdirməyə 
cəhd  göstərdi  ki,  eyni  şəxslər  strateq  vəzifəsini  həmişəlik  tuta 
bilsin:  onlar  qabaqcadan  görürdülər  ki,  xalq  onları  məmnuniy- 
yətlə  seçəcək.  Xatırlanan  qanunun  icra  edilməsinə  nəzarət  et- 
məkdən  ötrü  təyin  edilmiş  vəzifəli  şəxslər  (onlar  simbul  adla- 
nırdı35),  əvvəl  müqavimət  göstərmək  istədilər,  lakin  sonra  özlə- 
rini  inandıraraq,  güman  etdilər  ki,  onlar  xatırlanan  qanunu  də- 
yişdirib,  yerdə  qalan  şeylərdə  dövlət  quruluşuna  toxunma- 
yacaqlar.  Sonralar  isə  digər  dəyişikliklərə  mane  olmaq  istəsə- 
lə r  də,  onlar  heç nəyə  nail  olmadılar və  dövlət quruluşu,  kimlər 
ki,  yenilik  tətbiq  etməyə  başlamışdı,  onların  xeyrinə  dinastiya 
ilə  əvəzləndi.
9. 
Bütün  dövlət  quruluşu  formaları  ya  daxili,  ya  da  xarici 
səbəblərdən  onda  dağılır  ki,  əks  quruluşa  malik  olan  dövlət  ya- 
xınlıqda  olur,  yaxud  lap  uzaqda  olsa  da  qüdrətlidir.  Biz  bunu
195


Afina  və  Lakedemonun  hegemonluğu timsalında  görürük:  afina- 
lılar hər yerdə  oliqarxiya,  lakedemonlular isə -   demokratiya  ida- 
rəçiliyini  ləğv  etmişdilər.  İndi  demək  olar  ki,  dövlət  çevrilişlərinə 
doğru  aparan  çəkişmələrin  və  daxili  qarışıqlıqların  səbəbi  haq- 
qında  hər şey söylənildi.
VII. 
1.
  Bilavasitə  bundan 
sonra  o
  xilasedici  tədbirlərdən 
danışmaq  lazımdır  ki,  bunların  sayəsində,  ümumiyyətlə,  dövlət 
quruluşunun,  o  cümlədən  onun  hər  bir formasının  möhkəmliyini 
qorumaq olur.  Hər şeydən  öncə aydındır ki,  bizə  dövlət  quruluş- 
larını  məhvə  doğru  aparan  səbəblər  məlumdursa,  onda  biz,  əl- 
bəttə,  onların  mühafizə  edilməsi  ilə  şərtlənən  səbəbləri  də  bi- 
lirik:  əks tədbirlər əks  hərəkətlər doğurur,  dağılma  isə  mühafızə 
edilməyə  ziddir.  O  dövlət  quruluşunda,  hansında  ki,  əsas  prin- 
siplər  yaxşı  qarışdırılıb,  oniarı  hər  şeydən  öncə  başqa  qanun 
pozuntularından  qorumaq  lazımdır,  həm  də  bütün  xırda  şeylərin 
mühafizə edilməsinə xüsusilə diqqət yetirmək gərəkdir.
2.  Qanun  pozuntusu  dövlət  həyatına  hiss  edilmədən  daxil 
olur,  necə  ki,  kiçik  məxaric,  tez-tez təkrar  olunmaqla  var-dövlət 
itkisinə  səbəb  olur,  məxaric  isə,  məhz  ona  görə  hiss  edilmir  ki, 
birdən-birə  baş vermir;  bu  ağılı  çaşdırır -  sofistikaya  bənzər  nə- 
ticə  meydana  çıxır:  ayrı-ayrı  hissələr kiçikdirsə,  onda tam  da  bö- 
yük deyil.  Bu  isə qismən  belədir,  qismən yox:  axı  tam,  bütövlük- 
də  götürəndə  balaca  deyil,  o  yalnız  kiçik  hissələrdən  ibarətdir. 
Beləliklə,  hər  şeydən  öncə  bu  cür  əsaslardan  çəkinmək  lazım- 
dır,  ona  görə  də  xalq  kütləsini  aldatmaqdan  ötrü  quraşdırılmış 
sofizmlərə  inanmaq  gərək  deyil:  onlar  dəlillərlə  ifşa  ediləcək. 
Siyasi  sofızm  adlandırdıqlarımız  barəsindəsə  biz əvvəllər danış- 
mışdıq.
3.  Bundan  başqa  nəzərə  almaq  lazımdır  ki,  təkcə  aristok- 
ratiyalar yox,  həm  də  elə  oliqarxiyalar vardır ki,  onlar bu  qurulu-
196
şun  davamlı  olmasına  görə  deyil,  yalnız  ona  görə  mühafizə 
edilir  ki,  vəzifə  sahibləri  tam  hüquqlu  vətəndaşlığa  aidiyyatı  ol- 
mayanlara  da,  buna  aidiyyatı  olanlar kimi  yaxşı  münasibət  gös- 
tərir:  birinciləri  onlar  sıxışdırmır,  həm  də  onlardan  dövlət  idarə- 
etməsində  iqtidarlı  olanları  tam  hüquqlu  vətəndaşlar  sırasına 
daxil  edirlər,  ümumiyyətlə,  şöhrətpərəst  adamları  hörmət-iz- 
zətə,  xalq  kütləsini  isə -  maddi  marağa  aid  olan  işlərdə  sıxışdır- 
mırlar;  bir-birilə  və  adamlarla  bərabər  hüquqlu  vətəndaşlığa  ai- 
diyyatı  olan  qarşılıqlı  münasibətlərdə  isə  demokratiklik  göstərir- 
lər.  Zira  bərabər  hüquqlu  şəxslər  arasında  demokratların  xalq 
kütləsi  üçün  bu  bərabərliyi37  əldə  etməyə  cəhd  göstərməsi  yal- 
nız  qanunauyğun  deyil,  həm  də  faydalıdır.  4.  Buna  görə  bəra- 
bər  hüquqlu  vətəndaşlar  çoxdursa,  demokratiya  qanunlarının 
bəziləri  böyük  fayda  verir,  məsələn,  bərabər  hüquqa  malik 
olanların  hamısı  vəzifə  tuta  bilsinlər  deyə  vəzifəli  şəxslərin 
yarım  il  müddətinə  seçilməsi,  axı  bərabər  hüquqlular  rəiyyət 
kimidir,  ona  görə  də  onların  arasında,  yuxarıda  deyildiyi  kimi, 
tez-tez  demaqoqlar  peyda  olur.  Bu  səbəbdən  oliqarxiyalar  və 
aristokratiyalar  dinastiya  quruluşuna  daha  az  keçirlər:  qısa 
m ü d d ə td ə   hakimiyyətdə
  oimaqla,  uzun 
m ü d də tdə   olduğu
  kimi, 
bu  qədər  şər  işlər görmək  olmaz,  yəni  bu  axırıncı  cəhət  onunla 
nəticələnir ki,  oliqarxiyalarda  və  demokratiyalarda  istibdad  üsul- 
idarəsi  meydana  çıxır,  bununla  belə  hər  yerdə  istibdad  üsul- 
idarəsinə  o  adamlar  cəhd  göstərir  ki,  ən  böyük  nüfuza  onlar 
malikdir,  yəni  demokratiyalarda  demaqoqlar,  oliqarxiyalarda 
sülalələr38,  yaxud  o  adamlar ki,  uzun  müddət  mühüm  vəzifələri 
onlartuturlar.
■5.  Dövlət quruluşunun  mühafizə  edilməsinə təkcə  onun  hər 
cür  dağıdıcı  əsaslardan  uzaq  olması  kömək  etmir,  bəzən  də 
axırıncmın yaxınlıqda  olması,  qorxuya  səbəb olub,  mövcud dövlət 
quruluşundan  möhkəm  yapışmağa  vadar edir.  Buna  görə  dövlət
197


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə