A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə51/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   47   48   49   50   51   52   53   54   ...   104

Iıqla  yetişmək  olur  ki,  beləsi  bəzilərinə  çar  hakimiyyəti,  digər- 
lərinə  -   hörmətli  mövqe  müyəssər  edir.  Məsələn,  Arqosda 
Fidon  və  digərləri  istibdad  üsul-idarəsinə  çar  hakimiyyəti  əsa- 
sında  nail  olmuşdular,  ion  müstəbidləri  və  Falarid  isə -   hörmətli 
mövqelərinə  görə;  Leontidə  Paneti,  Korinfdə  Kipsel,  Afinada  Pi- 
sistrat,  Sirakuzada  Dionisi  və  digərləri  -  demaqoqluğun  kömək- 
liyi  ilə  buna yetiblər42.
5.  Bu  xartırlatdığımız  kimi,  çar  hakimiyyəti  aristokratiya  ilə 
eyni  əsaslar  üzərində  qurulub:  bu  çarın  ləyaqətinə,  yaxud  şəx- 
sən  onun  və  ya  onun  nəslinin  məziyyətlərinə,  yaxud  onun  yax- 
şılığına,  yaxud  bunların  hamısına,  həm  də  onun  qüdrət  və  əzə- 
mətinə  əsaslanır.  Doğrudan  da,  hamı  bu  cür  hörmətə  yaxşılıq 
göstərməklə,  yaxud  bunu  dövlətlərdən  və  ya  tayfalardan  ötrü 
etmək  iqtidarında  olduğu  üçün  nail  olmuşdur;  onlardan  biri  hərb 
zamanı  dövlətini,  onu  gözləyən  köləlik  təhlükəsindən  xilas  et- 
mişdir,  məsələn,  Kodr  kimi,  digərləri  Kir  kimi  əsarətdən  qurtul- 
dular,  üçüncülər  lakedemon,  makedoniya,  molos  çarları  kimi 
dövlətin  əsasını  qoydular və ya  ondan  ötrü  ərazi  əldə  etdilər43.
6.  Çar ona  nəzarət etməlidir ki,  mülkiyyət  sahibləri  heç  bir 
incikliyə,  xalq  isə  heç bir xüsusda  təhqirə  məruz  qalmasın.  Müs- 
təbid  isə,  dəfələrlə  göstərildiyi  kimi  ümumun  marağını  nəzərə 
almır,  yalnız  şəxsi  mənafeyini  güdür.  Müstəbidin  məqsədi  -  
xoşagələndir,  çarın  məqsədi  -   çox  gözəldir.  Odur  ki,  müstəbid 
öz  üstünlüyünü  özünün  var-dövlətini  artırmaqda  görür;  çar  isə 
əsas  etibarı  ilə  özünün  hörmət-izzətini  artırmaqda;  çann  müha- 
fiizə  dəstəsi  vətəndaşlardan  ibarətdir,  müstəbidin  mühafizə 
dəstəsi  -   muzdla tutulmuş  əskərlərdən.  7.  Həm  demokratiyaya, 
həm  oliqarxiyaya  xas  olan  bütün  pis  işlərin  istibdad  üsul-idarə- 
sində  olması  da  şübhəsizdir.  Oliqarxiyadan  -   əsas  məqsədin 
var-dövlət  olması  (təbii  ki,  yalnız  bu  şərtlə  mühafizə  dəstəsi 
saxlamaq  və  dəbdəbəli  həyat  keçirmək  olar);  həm  də  xalq  küt-
206
ləsinə  tam  inamsızlıq  (bax  buna  görə  müstəbidlər  silahları 
müsadirə  edirlər;  qara  camaatın  isə  sıxışdırılması,  onun  şəhər- 
dən  uzaqlaşdırılması  və  müxtəlif yerlərdə  yerləşdirilməsi  oliqar- 
xiya  və  istibdad  üsul-idarəsinə  məxsus  ümumi  tədbirlərdir). 
Demokratiyadan  -   kübarlarla  mübarizə,  həm  gizlin,  həm  də 
aşkar  surətdə  onların  axırına  çıxmağa  cəhd  etmək,  onları  haki- 
niyyətə  aparan  yolun  üstündə  dayanan  rəqib  kimi  sürgünə 
göndərmək.  Həqiqət  naminə,  elə  də  olur  ki,  sui-qəsdə  onlar  əl 
atır,  çünki  onlardan  bəziləri  istəyir ki,  hakimiyyətdə  özləri  olsun, 
digərləri  isə  -   köləlikdə  bulunmaq  istəmir.  Periandrın  Frasibula 
verdiyi  məsləhət bununla  da  izah  edilir,  -  digərlərindən  hündürə 
qalxmış  sünbülləri  qoparıb-atmaq,  yəni  görkəmli  adamları  ara- 
dan  götürməyə həmişə  cəhd  etmək.
8. 
Artıq  deyildiyi  kimi,  etiraf  etmək  lazımdır  ki,  monarxi- 
yalarda  dövlət  çevrilişlərinin  səbəbləri  respublikalarda  olduğu 
kimidir:  təbəələrin  əksəriyyəti  haqsızlığa,  dəhşətli  şeylərə, 
nifrətə  məruz  qaldıqlarına  görə,  monarxiyanın  əleyhinə  qalxır, 
xüsusilə  həyasızlıqdan  baş  verən  haqsızlığa  görə,  bəzən  isə 
həm  də  ona  görə  ki,  onları,  onlara  məxsus  olan  mülkiyyətdən 
məhrum  edirlər.  İstibdad  üsul-idarələrində  və  monarxiyalarda 
dövlət  çevrilişlərinin  məqsədi  də  eynidir:  həm  böyük  var-dövlət, 
həm  də  böyük  hörmət  və  ehtiram  hökmdara  məxsusdur,  buna 
da,  ona  da  hamı  can  atır.  9.  Sui-qəsd  bəzi  hallarda  hökmdarla- 
rın  özlərinə,  digər  hallarda  isə  -   onların  hakimiyyətinə  edilir.  O 
sui-qəsdlər  ki,  müstəbidlərin  həyasızlığı  üzündən  baş  verir, 
onların  özlərinə yönəlir.  Həyasızlıq  isə çox müxtəlif formada  üzə 
çıxa  bildiyindən,  bunun  hər  dəfə  özünü  göstərməsi  acıqlanmaya 
səbəb olur,  həm də  nəzərə almaq  lazımdır ki,  hiddətlənən adam- 
ların  əksəriyyəti  qəsdi  şöhrətpərəstlikdən  ötrü  deyil,  qisas almaq- 
dan  ötrü  törədir.  Məsələn,  o  səbəbdən  Pisistratidlərə  sui-qəsd 
olmuşdu  ki,  Harmodinin  bacısı  təhqir  edilmişdi,  Harmodinin  özü
207


isə  incimişdi  (Harmodi  bacısına  görə  qisas  aimışdı,  Aristogiton 
isə  -   Harmodiyə  görə).  Ambrakiyanın  müstəbidi  Periandra  qarşı 
ona  görə  sui-qəsd  təşkil  edilmişdi  ki,  xudmani  məclisdə  o,  öz 
məşuqundan  onun  uşağa  qalıb  -   qalmadığını  soruşmuşdu.  10. 
Pavsani,  Makedoniyalı  Filippi,  onu  Attalın  və  onun  ətrafının 
təhqirindən  müdafə  etmədiyinə  görə  öldürmüşdü44.  Kiçik  Aminta 
Derda  tərəfindən  ona  görə  öldürülmüşdü45  ki,  o  cavan  olarkən, 
onunla  özünün  cinsi  əlaqədə  olması  ilə  lovğalanmışdı.  Hərəma- 
ğasının  Kiprli  Yevaqora46  qarşı  sui-qəsdi  də  bu  səbəbdən  baş 
vermişdi:  hərəmağası  özünü  təhqir  olunmuş  hesab  etdiyindən 
onu  öldürmüşdü,  çünki,  Yevaqorun  oğlu  onun  arvadı  ilə  əylən- 
mişdi.  11.  Sui-qəsdlər tez-tez onun  üstündə olur ki,  hökmdarların 
bəziləri  adamları  cinsi  əlaqəyə  səkib,  rüsvay  edir.  Krateyin 
Arxelaya  47  etdiyi  sui-qəsd  beləsindəndir.  Kratey  həmişə  bu  əla- 
qədən  sıxılırdı,  belə  ki,  cüzi  bəhanə  kifayət  etdi,  yəni:  o  biri  söz 
vermişdi  ki,  qızlarından  birisini  ona  versin,  lakin  öz  sözünün 
üstündə durmadı;  böyük qızını,  Sirroyu  və Arrabeyi48 müharibədə 
sıxışdıran  elimey  çarına  verdi,  kiçiyini  -   öz  oğlu  Amintaya,  o 
ümıdlə  ki,  bu  surətlə  axırıncını  Kleopatradan  olan  oğlu  ilə  barış- 
dırsın;  amma  Krateyin  Arxelaya  qərəzli  münasibətinin  əsas 
səbəbi  hər  halda  bu  idi  ki,  o,  bu  şəxslə  cinsi  əlaqədən  usanmış- 
dı.  12.  Bu  sui-qəsdə  elə  həmin  səbəbdən  Larisadan  olan  Helle- 
nokrat  da  qoşuldu.  Arxelay  onun  cavanlığından  yararlandı,  lakin 
öz vədinə  əməl  etmədi  və  onu  öz  vətəninə  qaytarmadı;  onda  o, 
qərara  gəlir  ki,  Arxelayın  onunla  yaxınlığı  məhəbbətdən  irəli  gəl- 
məyib,  o  sadəcə  olaraq  həyasızlıq  göstərib.  Ena  əhlindən  olan 
Pifon  və  Heraklid  öz  atalarının  qisasını  almaqdan  ötrü  Kotisi  öl- 
dürdülər.  Adamant  isə  Kotisdən49  ona  görə  ayrıldı  ki,  yeniyet- 
məlik dövründə onun tərəfdən axtalanıb,  təhqir olunmuşdu.
13. 
Vəzifə  sahiblərinin  və  çar  sülaləsinə  mənsub  olanların 
çoxusu  təhqirə  məruz  qalıb,  alçaldıldıqlarına  görə  hiddətlənirdi,
208
bu  təhqirdən  qəlbi  qırılanlar  ya  onları  təhqir  edənlərlə  hesab- 
laşırdılar,  ya  da  hesablaşmağa  çalışırdılar.  Məsələn,  Mitilendə 
Meqakl  öz dostları  ilə  Perfilidlərə  50 hücum  etmişdi,  onlar şəhər- 
də  veyillənərək  qarşılarına  çıxanı  kötəkləyib,  hamısını  döymüş- 
dü.  Nəticədə də Perfilin  döydüyü  və onun  arvadının  yerlə  sürük- 
lədiyi  Smerd  onu  öldürdü.  Arxelaya  olan  sui-qəsdə  Dekamnix 
rəhbərlik  etmişdi;  ona  qarşı  sui-qəsdi  birinci  o,  hazırlamışdı; 
onun  hiddətinə  səbəb  o  olmuşdu  ki,  Arxelay  onu  şallaqlamaq- 
dan  ötrü  şair Yevripidə  vermişdi;  Yevripidin  isə  Dekamnixə  ona 
görə acığı tutmuşdu  ki,  o,  guya  Yevripidin  ağzından  nə isə  pis  iy 
gəlir kimi  sözlər demişdi.
14. 
Bu  kimi  bəhanələr  bir çox  hökmdarın  öldürülməsilə  və 
onlara  qarşı  sui-qəsdlə  nəticələnmişdi.  Həmçinin  qorxu,  çünki 
bu  da  respublikalarda  olduğu  kimi,  demokratiyalarda  da  sui- 
qəsdlərin  səbəblərindən  biridir.  Məsələn,  Artapan  ondan  hazır- 
lanacaq  donosun  qorxusundan  Kserksa  qarşı  sui-qəsd təşkil  et- 
mişdi,  çünki  o,  Kserksin  qadağan  etməsinə  baxmayaraq,  bağış- 
lanmasına  ümid  edib  və  çarın  nahar zamanı  verdiyi  əmri  yadın- 
dan  çıxarmasına  bel  bağlayıb,  Daranı51  asmışdı.  Digər  sui- 
qəsdlər  nifrət  nəticəsində  baş  vermişdi.  Məsələn,  kimsə  Sarda- 
napallın  52  qadınlarla  birlikdə  necə  yun  əyirdiyini  görmüşdü 
(əgər  mifoloqların53  bu  barədə  danışdıqları  düzdürsə;  lakin  Sar- 
danapalla  da  olmasa,  bu,  əslində,  bir  başqası  ilə  baş  verə  bi- 
lərdi).  Dion  da  Kiçik  Dionisiyə  nifrət  bəslədiyinə  görə  qəsd  et- 
mişdi:  o  görürdü  ki,  Dionisiyə  öz  həmvətənləri  nifrət  edir,  Dio- 
nisinin  özü  isə həmişə  keflidir.  15.  Nifrət  üzündən  hökmdarın  bu 
və  ya  digər  dostları  da  qəsd  törədir,  onlar  onun  yanında  eti- 
mada  malik  olduqlarından  ona  nifrət  edib  və  inanırlar  ki,  onların 
niyyəti  gizlin  qalacaq.  Nifrətdən  doğan  sui-qəsdlər  həm  də  o 
adamlar  tərəfındən  törədilir  ki,  onlar  hakimiyyəti  hər  hansı  bir 
yolla  ələ  keçirmək  iqtidarında  olmalarına  ümid  edirlər:  öz  güc-
209


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə