A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə43/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   39   40   41   42   43   44   45   46   ...   104

kimlər  mütləq  ya  bütün  işlərə  dair  bütün  vətəndaşlardan  olma- 
lıdır,  həm  də  nəzərə  almaq  lazımdır  ki,  hakimlər  seçki  yolu  ilə, 
ya  da  püşklə  təyin  olunur;  yaxud  da  hakimlər  bütün  işlərə  dair 
bütün  vətəndaşlardan  olmalıdır,  amma  hakimlərin  bir  hissəsi 
seçki  yolu  ilə,  digəri -  püşklə  təyin  olunur;  ya  da,  nəhayət,  bəzi 
işlərdən  ötrü  hakimlər püşklə,  digərlərindən  ötrü -  seçki  yoiu  iiə 
təyin  olunur.  Beləliklə,  dörd  üsul  alınır və  bu  qədər də  üsul  ha- 
kimlər  bəzilərindən  olduqları  halda,  həm  də  müəyyən  növbəyə 
riayət  etməklə  hakimlik  etdikdə  olur;  hər halda  hakimlər  bəzilə- 
rinin  içərisindən  bütün  işlərdən  ötrü  ya  seçki  yolu  ilə,  ya  püşklə, 
ya  bir para  hallarda  püşklə,  digər hallarda  -   seçki  yolu  ilə  təyin 
edilə  bilər,  yaxud  da,  nəhayət,  eyni  işləri  həm  püşklə,  həm  də 
seçki yolu  ilə təyin  edilən  hakimlər birlikdə araşdırmalı  olur.
4. 
Bizim  hesablamamıza  görə  məhkəmələrin  qurulma  üsul- 
lan  bu  cürdür,  bundan  əlavə  onların  iki-iki  biriəşmələri  də  var. 
Üstəlik,  bu  birləşmələr  ikili  xarakterə  malik  ola  bilər;  mən  onu 
nəzərdə tuturam  ki,  məsələn,  bəzi  hakimlər hamıdan  artırıla  biiər, 
digərləri  -   bəzilərindən,  üçüncülər  -   hamıdan  və  bəzilərindən, 
amma  o  halda  ki,  eyni  bir  məhkəmədə  hakimlərin  bir  hissəsi 
hamının  tərkibindəndir,  digər  hissəsi  -   bəzilərinin,  bir para  hakim 
püşklə, digərləri -  seçki ilə,  üçüncülər -  hər iki üsulla təyin edilir.
Beləliklə,  məhkəmənln  qurulma  üsullanrıın  mümkün  olan 
sayı  haqqında  danışıldı.  Bunlardan  birinci  yerdə  adları  çəkilən 
məhkəmələr  demokratik  quruluşa  xasdır;  burdakı  hakimlər  bütün 
vətəndaşlar  içərisindən  çıxan  şəxslərdir,  onlar  bütün  məhkəmə 
işlərini  araşdınrlar.  ikinci  yerdə  adları  çəkiiən  hakimlər  oliqarxiya 
quruluşuna  xasdır.  Bunlarda  bütün  işləri  bəzi  vətəndaşlar 
araşdırır.  Politiyaya xas olan aristokratiya  məhkəmələri isə üçüncü 
yerdə  adları  səkilən  məhkəmələrdir.  Onlarda  bir sıra  işlərdən  ötrü 
hakimlər  bütün  vətəndaşlar  içərisindən,  digərlərindən  ötrü  -  
bunların bəzi hissəsindən təyin  edilən şəxslər olur.
174
BEŞİNCİ  KİTAB  (E)
1.  1.  Biz  nəyi  araşdırmağı  nəzərdə  tutmuşduqsa,  demək 
olar  ki,  hamısına  artıq  baxmışıq.  Biz  bundan  sonra  dövlət  çev- 
rilişlərinin  hansı  səbəblər  üzündən  baş  verdiyini,  onların  necə 
və  hansı  xarakterdə  olduğunu  araşdırmalıyıq;  hər bir dövlət  qu- 
ruluşu  formasında  dağıdıcı  əsaslar  nədən  ibarətdir;  bunlardan 
hansı  formalar  daha  çox  hansılara  keçir;  ümumiyyətlə,  hər  bir 
dövlət  quruluşu  forması  hansı  özünüqoruma  vasitələrinə  malik- 
dir  və  nəhayət,  hər  formanın  qorunub  saxlanmasına  şəbəb 
daha  çox  nədir.
2.  Hər  şeydən  öncə  aşağıdakı  ilk  nəzər-nöqtəsini  diqqətə 
çəkmək  lazımdır:  adətən,  dövlət  quruluşu  formaları  təşkil  edil- 
dikdə,  onların  hüquqa  istinad  edəcəyi  və  nisbi  bərabərlik  ehti- 
malı  ümumi yekdilliklə  hökm  sürürdü;  lakin  əvvələr deyildiyi  kimi 
bu  bərabərliyin  başa  düşülməsində  səhvə  yol  verilirdi.  Bəli,  de- 
mokratik  quruluş  hər  hansı  cəhətdən  olan  bərabərliyin,  ümu- 
miyyətlə,  bərabərliyə  səbəb  olması  fikri  əsasında  meydana  gəl- 
mişdir:  hamının  eyni  dərəcədə  ata-anası  kölə  olmayan  adamlar 
olması  fikrindən  həm  də  o  nəticə  çıxarırdılar  ki,  onlar,  ümumiy- 
yətlə,  bərabərdir.  Oliqarxiya  quruluşu  bir  cəhətdən  bərabərsizli- 
yin,
  ümumiyyətlə,  bərabərsizlikdən 
irəli
  gəlməsi 
fikri
  əsasında 
meydana  çıxmışdır;  bir  halda  ki,  mülkiyyət  bərabərsizliyi  möv- 
cuddur,  onda  bundan  da,  ümumiyyətlə,  bərabərsizlik  doğur.  3. 
Bərabərlik  haqqında  anlayışlara  istinad  edərək,  demokratiya- 
larda  hamı  tam  hüquq  bərabərliyi  tələb  edir;  oliqarxiyalarda  isə 
bərabərsizlik  haqqında  olan  anlayışlar əsasında  hüququn  daha 
çox  alınmasına  cəhd  göstərilir,  çünki  çox  şeyin  əldə  edilməsi 
elə  bərabərsizliklə  nəticələnir.
Məlum  cəhətdən  bütün  bu  cür  dövlət  quruluşu  formaları 
özlərinə  bəraət qazanır,  lakin  ümumi  nöqteyi-nəzərə  görə  onlar
175


səhv  əsaslar  üstə  durur.  Bu  səbəbdən  bu  və  digər  [vətəndaş- 
lar],  qabaqcadan  lazım  olan  şərtlər  əsasında,  dövlət  idarəçi- 
liyində  öz  paylarını almadıqda qiyam  qaldırırlar.  Tamamilə  əsas- 
lı  surətdə öz  xeyirxahlığı  ilə  seçilənlər qiyam  qaldıra  bilərlər,  axı 
yalnız  belə  adamların,  onlara  qarşı  olan  şərtsiz  bərabərsizliyə 
görə  buna  tamamilə  məntiqə  uyğun  əsası  ola  bilər,  lakin  onlar 
buna  hər şeydən  az  əl  atırlar.  Görkəmli  və  kübar  nəsildən  olan 
elə adamlara  da  rast gəlinir ki,  belələri  başqaları  ilə,  məhz bəra- 
bər  olmasalar  da  hüquq  bərabərliyi  tələb  etmirlər;  o  adamlar 
əsli-nəcabətli  saylır  ki,  igidlik  və  var-dövlət  onlara  əcdadlann- 
dan  vərəsəlik yolu  ilə keçir.
4. 
Deməli,  daxili  qarışıqlığın  ilkin  mənbəyi  bax  bu  cür  olur, 
qiyam  bax  burda  törəyir.  Buna  görə  də  iki  cür  dövlət  çevrilişinə 
rast gəlinir;  bəzən  mövcud  olan  dövlət quruluşuna qəsd edilir ki,  o 
digərilə əvəzlənsin, məsələn,  demokratiya -  oliqarxiya ilə,  oliqarxi- 
ya -  demokratiya  ilə,  oliqarxiya  və  demokratiya  -  aristokratiya  və 
politiya  ilə,  yaxud  əksinə,  bəzən  mövcud  olan  dövlət  quruluşuna 
qəsd  edilmir,  o  əwəlki  kimi  qalır,  lakin  özləri  idarəçiliyi  öz  əllərinə 
almaq istəyir,  məsələn, oliqarxiya,  yaxud  monarxiyada.  5.  Bundan 
başqa dövlət çevrilişi  dövlət quruluşunu  möhkəmləndirmək,  yaxud 
zəiflətmək  məqsədini  güdür -   məsələn,  ya  oliqarxiyanı  daha  çox, 
yaxud  daha  az  oliqarxiya  etmək,  ya  mövcud  olan  demokratiyanı 
gücləndirmək,  yaxud  zəiflətmək,  eləcə  də  digər  dövlət  quruluşla- 
rında  -   ya  onlan  gücləndirmək,  yaxud  zəiflətmək.  Bəzən  dövlət 
çevrilişi dövlət quruluşunda  yalnız qismən  dəyişiklik edilməsi  məq- 
sədini  güdür,  məsələn,  hər  hansı  bir  vəzifəni  təsis  etmək,  yaxud 
ləğv etmək.  Bəli,  bəzilərinin təsdiq etdiyinə görə  Lakedemonda  Li- 
sandr  çar  hakimiyyətini  ləğv  etmək  istəyirdi,  çar  Pavsani  isə  -  
eforatı1.  6.  Epidamnedə  də  dövlət  quruluşu  o  cəhətdən  qismən 
dəyişikliyə  məruz qalmışdı  ki, filarxların  yerinə şura təsis edilmişdi; 
dövlət  quruluşunda  oliqarxiyanın  əsas  prinsiplərindən  o  saxlanıl-
176
mışdı  ki,  siyasi  hüquqlara  malik  vətəndaşlar içərisindən  hər  hansı 
bir vəzifəyə  adam  təyin  edildikdə  vəzifəli  şəxslər  hər dəfə  qaliye- 
yaya2  gəlməyə  borcludurlar;  dövlət  quruluşunda  təkcə  arxond 
olduqda belə, bu, oliqarxiyadır.
Ümumiyyətlə,  ona  əsl  bərabərsizlik  münasib  deyilsə,  hər 
yerdə qiyamın  səbəbi  bərabərliyin olmamasıdır,  məgər bərabər- 
lərin  arasında  olan  çar hakimiyyəti  bərabərsizlik  deyilmi.  Qiyamı 
da,  ümumiyyətlə,  bərabərliyə  nail  olmaq  üçün  qaldırırlar.
7. 
Bərabərlik iki  cür olur:  kəmiyyət cəhətdən  bərabərlik və lə- 
yaqət  cəhətdən  bərabərlik.  Kəmiyyət  cəhətdən  bərabərlik  deyən- 
də  mən  eyniliyi  və  bərabərliyi  miqdar,  yaxud  ölçü  mənasında, 
ləyaqət  cəhətdən  bərabərlik  deyəndə  -   bərabərliyi  nisbət  məna- 
sında  nəzərdə tuturam.  Məsələn,  kəmiyyət cəhətdən  üç ikidən,  iki 
birdən  eyni  miqdarda  çoxdur,  nisbət  cəhətdən  isə  -   dörd  ikidən, 
iki  birdən  eyni  dərəcədə  çoxdur;  axı  iki  dördün,  bir  də  ikinin  bəra- 
bər  hissəsidir,  iki  dördün  yarısıdır,  bir -   ikinin.  Ləyaqət  cəhətdən 
bərabərliyiin  düzgün  olması  ilə  qəti  surətdə  razılaşdıqda,  adamlar 
arasında  əwəllər  deyildiyi  kimi  aşağıdakı  fikir  ayrılığı  üzə  çıxır; 
bəziləri  hesab  edir  ki,  əgər  onlar  nisbətən  bərabərdirlərsə,  onda 
onlar,  ümumiyyətlə,  bərabər olmalıdırlar;  digərləri  özlərini  nisbətən 
bərabər hesab  etməsələr də,  bu  cür bərabərsizliyin  hər cəhətdən 
özlərinin  xeyrinə  olmasına  iddia  edirlər.  8.  Buradan  da  daha  çox 
iki  dövlət  quruluşu  forması  -   demokratiya  və  oliqarxiya  meydana 
çıxır;  əsli-nəcabətlilik və xeyirxahlıq  bir para adama,  əks  keyfıyyət- 
lər isə  əksəriyyətə xasdır;  heç  yerdə  yüz dənə  də  əsli  -  nəcabətli 
və cəsur adam tapmaq  olmaz,  amma yoxsul  hər yerdə var.  Bu və 
digər  növ  bərabərliyin  sadəcə  olaraq  hər  yerdə  gözlənilməsinə 
cəhd  etmək  -   ümumiyyətlə,  səhvdir.  Bundan  sonra  baş  verənlər 
də  bunu  sübut edir:  bu  cür bərabərliyə əsaslanan  dövlət quruluşu 
formalarından  heç  biri  möhkəm  olmur.  Bu  onunla  izah  olunur  ki, 
yalnız  səhv  başlanğıc bu  və  digər pis  nəticəyə  gətirib  çıxara  bilər.
177


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə