A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə38/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   34   35   36   37   38   39   40   41   ...   104

olmağa  nail  ola  bilər.  3.  Belə  bir  öiçü  xeyirxahlıq  üçün  qoyul- 
duğu  kimi,  dövlət  və  onun  quruluşu  üçün  də  mütləq  qoyulmalı- 
dır:  axı  dövlətin  quruluşu  ki,  var -  bu,  onun həyatıdır.
Hər  bir  dövlətin  üç  hissəsi  var:  çox  varlı  olanlar,  həddin- 
dən  artıq  yoxsul  olanlar,  bunların  və  o  birilərin  arasında  olan 
ortabablar.  Orta  və  ortababın  ən  yaxşı  kimi  hamı  tərəfındən 
qəbul  edilməsi,  orta  fıravanlığın  da  bütün  rifahlar  içərisində  ən 
yaxşı  olduğunu  aydınlaşdırır.  4.  Bu,  olduqda  ağılın  dəlillərinə 
qulaq  asmaq  asan  olur;  əksinə,  bu  dəlillərdən  nəticə  çıxarmaq 
özünün  ictimai  vəziyyətinə  görə  ən  yaxşı,  ən  güclü,  ən  tanın- 
mış,  ən  varlı  adam  üçün,  yaxud  tərsinə  ən  yoxsul,  ən  zəif,  ən 
alçaldılmış  adam  üçün  çətindir.  Birinci  tip  adamlar  çox  həyasız 
və  çox  yaramaz  olurlar.  İkinci  tir  adamlar  isə  çox  vaxt  cani  və 
alçaq  olurlar.  Cinayətlərin  isə  bir  parası  həyasızlıq,  digərləri  -  
alçaqlıq  üzündən  baş  verir.  Üstəlik,  bu  hər  iki  tip  adamlar  haki- 
miyyətdən  yayınmayıb,  səylə  ona  can  atıriar,  amma  ki,  o  da,  o 
biri  də  dövlətə  ziyan  gətirir.  5.  Bundan  başqa  birinci  tip adamlar 
bolluğa,  firavanlığa,  gücə,  var-dövlətə,  dostluq  əlaqələrinə  və 
bu  kimi  şeylərə  malik  olduqlarından  tabeçilikdə  buiunmaq  istə- 
mirlər,  həm  də  bunu  bacarmırlar.  Bu  da  artıq  evdə,  uşaq  yaşla- 
rından  müşahidə  olunur.  Cah-cəlal  içərisində  yaşayıb,  ərköyün 
böyüdüldüklərindən  onlar hətta  məktəbdə  də  sözə  qulaq  asmır- 
lar.  Çox  pis təmin  olunduqlarından  ikinci  tip  adamların  davranışı 
son  dərəcə  acizanədir.  Beləliklə,  bir  paraları  hökm  sürməyə 
iqtidarlı  deyillər və  yalnız o  hakimiyyətin  tabeçiliyində bulunmağı 
bacarırlar  ki,  beləsi  ağalarda  qullar  üzərində  meydana  çıxır;  di- 
gərləri  isə  heç bir hakimiyyətin  tabeçiliyi  altında  bulunmaq  iqtida- 
rında  deyillər,  hökm  sürməyi  isə  yalnız  o  cür  bacarırlar  ki,  belə 
hökmranlığı  ağalar qullar üzərində  edir.  6.  Azad  adamlardan  de- 
yil,  qullardan  və  ağalardan  ibarət  olan  dövlət  meydana  çıxıır  ki, 
burada  da  bəzilərinin  içi  paxıllıqla,  digərlərininki  nifrətlə  doludur.
154
Bu  cür  hislər dostluqla  başlamalı  olan  siyasi  münasibətdə  dost- 
luq  hislərindən  çox  uzaq  olur.  Bizim  xatırlatdığımız  adamlar  isə 
öz rəqiblərilə,  hətta bir yolda belə addımlamaq istəmir.
7. 
Dövlət hər şeydən  çox  ona  cəhd  edir ki,  hamı  onda  bə- 
rabər və eyni olsun,  bu  isə ən  çox ortabab adamlara xasdır.  Be- 
ləliklə,  əgər  sadəcə  olaraq  dövlətin  tərkibini  nəzərə  alsaq,  biz 
iddia  etdiyimiz  kimi,  istər-istəməz  belə  nəticə  çıxır  ki,  ortabab 
adamlardan  təşkil  edilmiş  dövlət  ən  yaxşı  dövlət  quruluşuna 
malikdir.  Dövlətdə  ən  çox  da  bu  vətəndaşlar  salamat  və  toxu- 
nulmaz  qalır.  Onlar  yoxsullar  kimi  özgə  malına  can  atmırlar, 
qeyriləri  isə yoxsullar varlıların  əmlakına  can  atdıqları  kimi,  buna 
əl  uzatmırlar.  Həm  də  heç  kəs  onlara,  onlar  da  heç  kəsə  qəsd 
hazırlamadıqlarından  onların  həyatı  da  əmin-amanlıqla  keçir. 
Odur  ki,  Fokilid  çox  gözəl  arzu  söyləmişdir:  «Ortabablar  çox 
xoşbəxtdir,  dövlətdə  ortabab  olmağı  arzu  edirəm»12.  8.  Beləlik- 
lə,  aydındır  ki,  ən  yaxşı  dövlət  münasibəti  ortababların  vasitəsi 
ilə  əldə  olunur  və  ortababların  çoxluq  təşkil  etdiyi  dövlət  yaxşı 
quruluşa  malikdir,  burda  onlar -  ən  yaxşı  halda  hər  iki  ifratçılıq- 
dan,  yaxud  hər  halda  onların  hər  birindən  ayrı-ayrılıqda  güclü- 
dür.  Bu,  yaxud  o  biri  ifratçılıqla  birləşdikdə  onlar tarazlığı  təmin 
edirlər  və  rəqiblərin  üstünlüyünə  maneçilik  törədirlər.  Deməli, 
dövlət  üçün  ən  böyük xoşbəxtlik  ondan  ibarətdir ki,  onun  vətən- 
daşları,  kifayət  dərəcədə  olmaqla,  orta  mülkiyyət  sahibi  olsun- 
lar;  amma  o  halda  ki,  bəziləri  çox  şeyə  sahibdirlər,  digərləri  isə 
heç  nəyə  malik  deyillər,  məhz  qarşıdakı  ifratçılığın  təsiri  ilə  ya 
ifrat  demokratiya,  ya  təmiz  halda  oliqarxiya,  ya  da  istibdad-üsul 
idarəsi  meydana  çıxır.  Axı  istibdad  üsul-idarəsi  həm  son  dərəcə 
başlı-başına  buraxılmış  demokratiyadan,  həm  də  oliqarxiyadan, 
xeyli  az  isə  -   ortabab  dövlət  quruluşu  formalarından  və  bunlara 
oxşar  olanlardan  törəyir.  Bunun  səbəbləri  barəsində  biz  sonra, 
dövlət çevrilişləri haqqında  müzakirə aparan  zaman  danışacayıq.
155


9.  Beləliklə,  aydındır  ki,  ortabab  dövlət  quruluşu  forması 
ən  yaxşıdır,  yaxud  yalnız  o,  daxili  çəkişmələrlə  nəticələnmir; 
harda  ki,  ortabab  vətəndaşlar çoxdur orada  vətəndaşların  qrup- 
laşması  və çəkişməsi  daha az olur.  Böyük dövlətlərdə  də  elə  bu 
səbəbdən  -   məhz  ona  görə  ki,  onlarda  ortabab  vətəndaşlar 
çoxdur,  -   çəkişmələrə  meyllik  azdır;  kiçik  ölkələrdə  isə  əhali 
asanlıqla  iki  yerə  bölündüyündən  ortabablar üçün  yer qalmır və 
demək  olar  ki,  orada  hamı  ya  yoxsul,  ya  da  varlı  olur.  Öz  növ- 
bəsində  demokratiyalarda  əmin-amanlıq  oliqarxiyalara  nisbətən 
daha  çoxdur;  Ortabab  vətəndaşların  olması  sayəsində  bunlar 
daha  uzunömürlü  olur (onlar çoxdür,  həm  də  onlar oliqarxiyala- 
ra  nisbətən,  demokratiyalarda  imtiyazlarla  bilavasitə  daha  çox 
əlaqəlidir).  Amma  ortabab  vətəndaşlar  olmadıqda  yoxsullar  öz 
çoxluqları  ilə  üstünlük təşkil  edirlər,  dövlətsə  uğursuzluğa  düçar 
olur və  məhvə  doğru  gedir.
10.  Bizim  irəli  sürdüyümüz  müddəanın  sübutu  üçün  onu 
da  göstərmək olar ki,  ən  yaxşı  qanunvericilər orta  dairədən  olan 
vətəndaşlar  arasından  çıxmışdır:  Solon  (bu,  onun  şerlərindən 
görünür),  Likurq  (o  çar  olmamışdır),  Harond  və  demək  olar  ki, 
yerdə  qalanların  əksər  hissəsi  oradan  əmələ  gəlmişdir.  İndi 
nəyə  görə  dövlət  quruluşunun  əksər  hallarda  ya  demokratiya, 
ya  da  oliqarxiya  olması  aydın  olur.  Ortababların  dövlətdə  çox 
vaxt  az  yer  tutması  nəticəsində,  onları  üstələyən  ikisi  -   ya  bö- 
yük əmlak sahibləri,  ya da  sadə xalq -  orta vəziyyətdən  uzaqla- 
şaraq  dövlət  quruluşunu  öz  tərəfinə  çəkir,  belə  ki,  ya  demokra- 
tiya,  yaxud  oliqarxiya  meydana  çıxır.  11.  Üstəlik,  sadə  xalqla 
varlılar  arasında  çəkişmə  və  mübarizə  baş  verdiyindən,  onlar- 
dan  hansı  rəqibini  üstələməyə  müvəffəq olursa,  onlar da  ümumi 
olmayan  və  bərabərçiliyə  əsaslanmayan  bir  dövlət  quruluşu 
müəyyənləşdirir,  qələbə  isə  kimin  tərəfində  olursa,  onlar  da 
qələbəyə  görə  mukafat  olaraq  dövlət  quruluşunda  üstünlük  qa-
156
zanır və bəziləri demokratiya  qurur,  digərləri  -  oliqarxiya.  Yuna- 
nıstanda  üstünlüyə  malik  olan  həmin  iki  yunan  dövləti  də13 
digər  dövlətlərdə  öz  dövlət  quruluşlarına  uyğun  gələni,  birisi  -  
demokratiyanı,  digəri  -   oliqarxiyanı  tətbiq  edirdi,  bununla  belə 
həmin  iki  dövlətin  mənafeyi  ilə  deyil,  yalnız  öz  şəxsi  mənafeləri 
ilə  hesablaşırdılar.  12.  Göstərilən  səbəblərdən  ortabab  dövlət 
quruluşuna  ya  heç  vaxt  rast  gəlinmir,  ya  da  bəzilərində  nadir 
hallarda  rast gəlinir.  Yalnız bir xadim əvvələr başda  durana  qar- 
şı  çıxıb,  bu  quruluşu  tətbiq  etməyə  özünü  inandırdı14.  Ümumiy- 
yətləsə,  dövlətlərdə  belə  bir  qayda  əmələ  gəlmişdir:  bərabərlik 
arzusunda  olmamaq,  ancaq  ya  hökm  sürməyə  səy  göstərmək, 
ya  da tabeçilikdə yaşayıb,  buna  səbrlə qatlaşmaq.
Hansı  dövlət  quruluşunun,  hansı  səbəbdən  ən  yaxşı 
olması  deyilənlərdən  aydındır.
13. 
Bizim  tərəfimizdən  ən  yaxşı  dövlət  quruluşu  müəyyən 
edildikdən  sonra,  yerdə  qalan  demokratiya  və  oliqarxiya  quru- 
luşlarının  (onların  formaları  isə  bizim  təsdiq  etdiyimiz  kimi  bir 
neçədir)  ən  yaxşı  və  ən  pisdən  nə  qədər  aralı  olmasından  asılı 
olaraq  hansının  ən  yaxşının  ardınca  birinci  yerə,  hansının  ikinci 
yerə  və  s.  qoyulmasına  baxmaq  çətin  deyil.  Ən  yaxşı  dövlət 
quruluşu  həmişə  ən  mükəmmələ  yaxınlaşanı,  ən  pisi  isə  orta- 
babdan  daha  çox  uzaqlaşanı  olacaq.  Kiminsə  bu  məsələni  bu 
və  ya  digər  ilkin  şərtlərdən  asılı  vəziyyətdə  müzakirəyə  çıxar- 
ması  burada  istisna  edilir.  Mən  «bu  və  ya  digər  ilkin  şərtlərdən 
asılı  vəziyyətdə»  ona  görə  deyirəm  ki,  bəzi  dövlətlərin  başqa- 
sının  yerinə,  özü-özlüyündə  daha  üstün  digər  quruluşdan,  lakin 
onlar  üçün  xeyirli  olan  quruluşdan  yararlanmasına  çox  vaxt  heç 
bir maneə olmur.
X. 
1.  Baxılan  məsələlərlə  birbaşa  bağlı  olan  bu  məsələyə 
də  baxmaq  lazımdır:  hansı  dövlət  kimin  üçün  münasibdir  və
157


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə