A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə36/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   32   33   34   35   36   37   38   39   ...   104

idarəsi  kimidir,  demokratiyada  isə -   bunu  biz  onun  ifrat  forması 
andandırmışdıq.  Oliqarxiyanın  bu  cür  formasını  dinastiya 
adlandırırlar6.
2.  Oliqarxiyanın  və  demokratiyanın  formaları  bax  bu  qə- 
dərdir.  Yaddan  çıxarmaq  lazım  deyil  ki,  çox  yerlərdə  dövlət 
quruluşu  oradakı  qanunlara  görə  demokratik  deyil,  lakin  hökm 
sürən  adət-ənənəyə  və  bütün  həyat  tərzinə  görə  belədir.  Digər 
dövlətlərdə  eynilə  bunun  əksi  olur:  qanuna  görə  quruluş  daha 
çox  demokratikdir,  amma  həyat  tərzinə  və  hökm  sürən  adət- 
ənənəyə  görə  daha  çox  oliqarxiyadır.  Bu  kimi  şeylərə  ən  çox 
dövlət  çevrilişlərindən  sonra  təzə  quruluşa  dərhal  keçməyən 
zamanlarda  təsadüf olunur,  amma  öncə  xırda  qarşılıqlı  güzəşt- 
lərə  üstünlük verirlər,  belə  ki,  əvvəllər mövcud  olan  qanunlar öz 
qüvvəsində  qalır,  hakimiyyətə  isə  dövlət  quruluşunu  dəyiş- 
dirənlər yiyələnirlər.
3.  Demokratiya  və  oliqarxiyanın  formalarının  bu  qədər  ol- 
ması  deyilənlərdən  aydındır.  Axı  idarəetmədə  mütləq  ya  xalqın 
bütün  xatırlanan  hissələri,  ya  da  onlardan  bir  parası  iştirak  edir, 
digərləri  -   yox.  Haçan  ki,  dövlət  idarəçiliyinin  başında  əkinçilər 
və  orta  gəlirə  malik  olanlar  durur,  onda  dövləti  qanunlar  idarə 
edir.  Onlar  zəhmətlə  yaşamalıdır,  çünki  boş  dayana  bilmirlər; 
buna  görə,  qanunu  hər şeydən  üstün  tutaraq,  onlar yalnız vacib 
hallarda  xalq  məclisinə  yığışırlar.  Yerdə  qalan  vətəndaşlar  döv- 
lətin  idarə  edilməsində  yalnız  qanunun  müəyyənləşdirdiyi  əm- 
lak  senzini  əldə  etdikdən  sonra  iştirak  edə  bilərlər:  bunu  əldə 
edən  hər  kəsin  dövlətin  idarə  edilməsində  iştirak  etməyə  haqqı 
var.  Həm  də  bu  haqq  əgər  hamıya  verilməsəydi,  onda  mey- 
dana  oliqarxiya  quruluşu  çıxardı;  madam  ki,  dolanışacaq  üçün 
tezliklə  vəsait  olmayacaq,  hamının  vaxtının  boş  keçməsinə  im- 
kan  vermək olmaz.  Göstərilən  səbəblər həm  də  demokratiyanın 
birinci  formasının  yaranmasına  gətirib  çıxarır.  4.  Demokratiyanın
144
ikinci  forması,  birincidən  aşağıdakı  əlamətlərilə  fərqlənir:  bütün 
adamlar,  yəni mənşəyi  şübhə  doğurmayan  vətəndaşlar idarəet- 
mədə  iştirak  edə  bilsələr  də,  hər  halda  yalnız  boş  vaxta  malik 
olanlar iştirak  edir;  demokratiyanın  bu  formasında  qanun  hökm 
sürür,  çünki  lazımi  boş  vaxtın  olması  üçün  gəlir  kifayət  etmir. 
Demokratiyanın  üçüncü  formasında  dövlətin  idarə  edilməsində 
ata-anası  kölə  olmayanların  hamısı  iştirak  edə  bilər,  lakin,  əs- 
lində,  yuxarıda  göstərilən  səbəbə  görə  hamı  iştirak  etmir,  belə 
ki,  demokratiyanın  bu  formasında  istər-istəməz  qanun  hökm 
sürür.  5.  İlkin  dövrlərə  nisbətən  dövlətlərin  çoxalması,  həm  də 
gəlirin  artması  nəticəsində  xalq  kütləsinin  üstünlüyünə  istinad 
etməklə  və  yoxsullara  boş  vaxtlarının  olması  üçün  mükafat  ver- 
məklə  imkan  yaradıldığına  görə  hamı  dövlətin  idarə edilməsində 
iştirak  edir.  Xüsusən  də  o  asudə  vaxtdan  xalq  kütləsinin  bu  cür 
növü  istifadə  edir,  öz  şəxsi  qayğıları  bununla  belə  onlara  ma- 
neçilik  törətmir,  halbuki  varlılara  başağrısı  gətirən,  məhz  budur, 
belə  ki,  onlar xalq  məclislərində  və  məhkəmə  araşdırmalarında 
iştirak  etmirlər.  Burdan  da  o  baş  verir ki,  dövlətə  rəhbərlik  edil- 
məsində  ali  hakimiyyət  qanuna  deyil,  yoxsullar  kütləsinə  mən- 
sub  olur.  Dövlətin  formaları  bax  bu  qədərdir və  göstərilən  labüd 
səbəblərə  görə onlar bu  cürdür.
6. 
Oliqarxiyanın  formaları  aşağıdakılardır.  Birinci  forma  -  
beləsində  çoxluğa  məxsus  xüsusi  mülkiyyət,  həddindən  artıq 
deyil,  orta  həddə  olur;  sahibkarlar  bunun  nəticəsində  dövlətin 
idarə  edilməsində  bulunmağa  imkan  qazanırlar,  amma  bir  hal- 
da  ki,  belə  adamlar sayca  çoxdur,  onda ali  hakimiyyət istər-istə- 
məz  adamlara  deyil,  qanuna  məxsus olur.  Axı  onlar monarxiya- 
dan  nə  qədər  uzaqdırlarsa,  o  dərəcədə  də,  -  əgər onların  mül- 
kiyyəti  o  qədər  çox  deyilsə  ki,  onlar  qayğılanmadan  asudə  bu- 
luna  bilsinlər,  həm  də  dövlət  təminatlarına  ehtiyacları  olan  qə- 
dər  az  deyildirsə  -   onlar  labüdən  tələb  edəcəklər  ki,  onlarda,
145


onların  özləri  deyil,  qanun  hökm  sürsün.  7.  Oiiqarxiyanın  ikinci 
formasında:  mülkiyyətə  sahib  olan  adamların  sayı,  oliqarxiyanın 
birinci  formasında  olan  adamların  sayından  azdır,  lakin  mülkiy- 
yətin  özü  böyükdür;  bu  sahibkarlar  böyük  qüvvəyə  malik  ol- 
maqla,  böyük  də  tələblər  irəli  sürürlər;  buna  görə  onlar  yerdə 
qalan  vətəndaşların  içərisindən  idarə  etməyə  buraxılanları 
özləri seçirlər;  lakin  onlar qanuna məhəl  qoymadan  idarə etmək 
üçün  hələ o qədər də  güclü  oimamalarına  görə,  özlərinə  müna- 
sib  olan  qanun  təsis  edirlər.  8.  Əgər  sahibkarların  sayının  azal- 
ması  nəticəsində  vəziyyət  daha  da  gərginləşirsə,  mülkiyyət  isə 
çoxalırsa,  onda  oliqarxiyanın  üçüncü  forması  meydana  çıxır  -  
bütün  vəzifələr  sahibkarların  əlində  cəmləşir,  həm  də  qanun 
tələb  edir ki,  onların  ölümündən  sonra  oğlanları  vəzifələrdə  va- 
ris  kimi  onların  yerini  tutsunlar.  Onlar  çox  böyük  mülkiyyətə  sa- 
hib  olduqda  özlərinə  də  çoxlu  tərəfdar  qazanırlar  və  onda  qa- 
nun  deyil,  adamlar hakim  olur -   bu  da  oliqarxiyanın  demokrati- 
yanın  ifrat formasına  müvafiq  olan  dördüncü formasıdır.
9.  Demokratiya  və  oliqarxiyadan  başqa  dövlət quruluşunun 
daha  iki  forması  var.  Onlardan  birini  -   həm  də  biz  bu  barədə 
yuxarıda danışmışdıq -  dövlət quruluşunun  dörd formasından  biri  , 
kimi  hamı  qəbul  edir.  Həmin  dörd  forma  bunlardır:  monarxiya, 
oliqarxiya,  demokratiya  və  aristokratiya  adlanan  quruluş.  Dövlət 
quruluşunun  beşinci  forması,  ümumiyyətlə,  dövlət  quruluşunu 
ifadə  edən  adı  d a ş ıy ır-  onu  sadəcə  olaraq  politiya  adlandırırlar. 
Bu  formaya  tez-tez  rast  gəlinmir,  buna  görə  də  onu  o  adamlar 
nəzərdən  qaçırır ki,  onlar dövlət quruluşunun  ayrı-ayrı formalarını 
sadalamaqla  öz  vəzifələrini  bitmiş  hesab  edirlər;  onların  bu 
hesabı  Platon  kimi yalnız dörd forma ilə məhdudlaşır7.
10.  O  dövlət  quruluşu  formasını  tam  qətiyyətlə  aristokra- 
tiya  adlandırmaq  olar  ki,  beləsi  haqqında  söhbət  yuxarıda  gös- 
tərilən  mühakimələrdə  getmişdi.  Yəni:  o  dövlət  quruluşu  forma-
146
sını  haqlı  olaraq  aristokratiya  hesab  etmək  olar  ki,  məziyyət 
nöqteyi-nəzərindən,  beləsini  şübhəsiz,  ən  yaxşı  xadimlər  idarə 
edir,  daha  bəzi  zəminlərdə  qəhrəman  olanlar yox;  axı  yalnız  bu 
dövlət  quruluşu  formasında  yaxşı  xadimlə  yaxsı  vətəndaş  -   bir 
tutulur,  halbuki  qalanlarında  yaxşılar  həmin  dövlət  quruluşuna 
uyğun  gəlməlidir.  Hər  halda  oliqarxiyadan  və  politiya  adlanan 
quruluşdan  fərqlənən  və  aristokratiya  adlandırılan  dövlət  quru- 
luşu  formaları  da  mövcuddur.  Bunlar  elə  formalardır  ki,  belə- 
sində  vəzifəyə  seçilmək  təkcə  var-dövlətlə  deyil,  həm  də  yük- 
sək mənəvi  keyfiyyətlərlə  şərtlənir (aristinden).
11. 
Dövlət quruluşunun  bu  forması  hər ikisindən  seçilir və 
aristokratiya  adını  daşıyır.  Zira  o  dövlətlərdə  də,  hansılarda  kı, 
ümumiyyətlə,  vətəndaşların  məziyyətinə  xüsusi  tələb  irəli  sürül- 
mür,  hər  halda  yaxşı  adından  və  təmiz  adam  kimi  tanınmasın- 
dan  istifadə  edənlərə  rast gəlinir.  Harda  ki,  dövlət quruluşu  həm 
var-dövləti,  həm  məziyyəti,  həm  xalqı  hesaba  alır,  məsələn,  Ka- 
rfagendə  olduğu  kimi,  bu  elə  aristokratiya  quruluşunun  özüdür 
ki,  var;  harda  göstərilən  şərtlərdən  yalnız  ikisi,  yəni  vətəndaşın 
məziyyəti  və  xalq  hesaba  alınırsa,  məsələn,  Lakedemon  döv- 
lətində  olduğu  kimi  iki  formanın  -   demokratiyanın  və  məziyyətə 
əsaslananın  qarışığı  meydana  çıxır.  Beləliklə,  aristokratiya  quru- 
luşunun  birinci  və  daha  mükəmməl  formasından  başqa  göstəri- 
lən  daha  iki  müxtəlif  forması  var;  üçüncü  isə  politiya  adlanan 
formadır ki,  bu  da daha çox oliqarxiyaya təmayüllüdür.
VI. 
1.  Bizə  hələ  politiya  adlanan  formadan  və  istibdad 
üsul-idarəsi  haqqında  danışmaq  qalır.  Politiyanı  bura  daxil  et- 
sək  də  aristokratiyanın  indicə  xatırlanan  müxtəlif formaları  kimi 
o  da  yayınanlardan  deyil.  Doğrusunu  desək,  dövlət  quruluşu- 
nun  bütün  formaları  onların  içərisində  olan  ən  düzgünündən8 
yayınır,  lakin  axırıncını,  adətən,  aristokratiyanın  formaları  ilə  bə-
147


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə