A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə32/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   28   29   30   31   32   33   34   35   ...   104

ləliklə,  aydındır  ki,  ədalət  axtarışında  bulunanlar  nə  isə  bir  qə- 
rəzsizlik axtarırlar,  qanun  isə həmin  qərəzsizliyin  özüdür ki,  var.
Üstəlik,  əlavə  etmək  lazımdır  ki,  yazılı  qanunlara  nisbətən 
adətlərə əsaslanan  qanunlar böyük əhəmiyyətə  malikdir və  daha 
mühüm  işləri əhatə edir,  belə ki,  əgər idarə edən  şəxsin  birisi  qa- 
nunlara  nisbətən  daha  etibarlı  görünürsə,  onda  o,  heç bir vəchlə 
adətlərə  əsaslanan  qanunlarla  müqayisəyə  gəlmir.  7.  Həmçinin 
bir adamın  çoxlarına  göz  qoyması  heç  də  asan  deyil.  Buna  görə 
ona  lazım  gələcəkdir  ki,  özünə  yardımçı  olmaqdan  ötrü  bir  neçə 
vəzifəli  şəxs  təyin  etsin.  Bəs  bu  halda  fərq  nədən  ibarət  olacaq- 
dır:  bu  cür vəziyyət  dərhal  yaranırmı,  yoxsa bir nəfər buna  uyğun 
olan  qaydanı  müəyyənləşdirir?  Buna  yuxarıda  deyilənləri  də 
əlavə etmək lazımdır;  əgər dəyərli xadimin  başqasından yaxşı  ol- 
duğuna  görə  hakimiyyətə  yiyələnməyə  haqqı  vardırsa,  onda  axı 
iki  yaxşı  xadim  bir  yaxşıdan  daha  yaxşıdır.  Bura  «bir  yerdə  ge- 
dən  iki nəfər» kəiamı  da Aqamemnonun  «[əgər ki, ] on belə məs- 
ləhətçim  [olsaydı]»  arzusu  da  uyğun  gəlir.  İndiki zamanda  da  və- 
zifəli  şəxslərin  bəzi  işlərə  dair  qərar  çıxarmağa  tam  haqları  var. 
Lakin  heç  kimin  şübhəsi  yoxdur  ki,  bu,  harada  mümkündürsə, 
orada  da  hakimiyyətin  və  qərar  çıxarmaq  işinin,  məhz  qanuna 
həvalə  edilməsi  yaxşı  olardı.  8.  Və  yalnız  bir  sıra  məsələlərin 
qanunla  yoluna  qoyula  bilməsi,  digərlərinin  isə  -   qoyula  bil- 
məməsi  üzündən,  başa  düşmək  olmur və  araşdırmaq  lazım  gəlir 
ki,  nə  daha  y a xşıd ır-ə n   yaxşı  qanunların  hökm  sürməsimi,  yox- 
sa  ən  yaxşı  xadimin  hökm  sürməsi,  zira,  adətən,  müzakirəyə 
çıxarılması  tələb  olunan  məsələlər,  qanunla  əwəlcədən  həll 
edilə  bilmir.  Qanunun  hökm  sürməsinin  tərəfdarları  bu  kimi  hal- 
larda  heç  də  qərarın  insan  tərəfindən  çıxarılmasının  əleyhinə 
danışmırlar;  onlar  yalnız  bunda  israrlıdırlar  ki,  bunu  bir  adam 
deyil,  bir  neçə  adam  etsin.  9.  Qanun  ruhunda  tərbiyələnmiş  hər
126
vəzifəli  şəxs  düz mühakimə  yürüdəcək;  lakin  guya  bir adamın,  o 
necə  adam  olsa  belə,  ona  məxsus  bir  cüt  gözü,  qulaqları, 
ayaqları  və  əllərilə,  buna  uyğun  nisbətdə  bu  cür  üzvlərə  və 
bədən  hissələrinə malik  bir neçə  adamdan  məsələyə  daha  yaxşı 
baxmasını,  qərar  çıxarmasını  və  onu  həyata  keçirməsini  zənn 
etmək,  çox  guman,  mənasız  olardı.  Hal-hazırkı  zamanda  hökm- 
darlar çoxlu  gözlərin,  qulaqların,  əllərin  və  ayaqların  köməkliyinə 
əl  atmaq  məcburiyyətində qalaraq,  onların  idarəçiliyinə  hüsn-rəğ- 
bət  bəsləyən  və  şəxsən  özlərinə  meylli  adamları  öz  hakimiyyət- 
lərilə  əlbir edirlər.  Əgər bunlar hökmdarın  dostları  deyillərsə,  qa- 
baqcadan  verilmiş  göstərişə  uyğun  hərəkət  etməyəcəklər,  lakin 
əgər  onlar  hökdarın  və  onun  hakimiyyətinin  dostlarıdırsa  [onda 
bu  cür  hərəkət  edəcəklər];  axı  dostluq  istər-istəməz  mükəmməl 
bərabərliyi  nəzərdə  tutur,  belə  ki,  əgər hökmdar nəzərdə tutursa 
ki,  bu  cür  dostlar  onun  hakimiyyətinə  şərik  olmalıdır,  o  bununla 
bahəm  bərabərlərin  və bunlar kimilərin  səlahiyyətlərinin  bir olma- 
sını  mümkün  hesab  edir.  Çar  hakimiyyətinə  qarşı  irəli  sürülən 
bütün  etirazlar təxminən  bundan  ibarətdir.
10. 
Yəqin  ki,  bir sıra  adamlarla  onların  əlaqəsi  möhkəmdir, 
digərləri  ilə -  yox.  Hüquq  və  mənfəətin  bir əsası  müstəbid  haki- 
miyyəti  üçün,  digəri -  çar hakimiyyəti  üçün,  üçüncüsü  -   politiya 
üçün  artıq  təbiətin  özü  tərəfindən  qoyuimuşdur;  yalnız  müstəbid 
üsul-idarəsi  üçün,  eləcə  də  düzgün  dövlət  quruluşu  formaların- 
dan  yayınanlar  üçün  təbiət  bü  cür  əsaslar  təşkil  etməmişdir, 
ona  görə  ki,  bütün  bu  formalar  qeyri-normaldır.  Əvvəl  deyilən- 
lərdən  də  aydındır ki,  belələri  və  bərabərlər arasında  bir  nəfərin 
hamı  üzərində  qeyri-məhdud  hökmranlığı  qanun  varmı,  yoxsa 
yox  nə  sərfəli,  nə  də  ədalətli  deyil  və  yaxşılarınmı  yaxşılar  üzə- 
rində,  yoxsa  pislərinmi  pislər  üzərində,  yaxud  xeyirxahlarınmı 
daha  az  xeyirxah  olanlar  üzərində  hökm  sürüb  -   sürməməsin-
127


dən  asılı  olmayaraq  qanunu  bu  bir  nəfər  təcəssüm  etdirir.  Bu- 
nunla  belə,  bir halı  istisna etmək şərti  ilə,  yuxarıda  barəsində bir 
qədər söhbət açdığımız axırıncıları  fərqləndirmək  lazımdır.
11.  Hər  şeydən  öncə  monarxiyanın,  aristokratiyanın  və 
politiyanın  əsasları  deyərkən  nə  başa  düşüldüyünü  müəyyən- 
ləşdirmək  lazımdır25.  Həyata  keçməkdən  ötrü  monarxiyanın 
əsasları  elə  xalq  kütləsini  təxmin  edir  ki,  beləsi  öz  xarakterinə 
görə  dövlətin  idarəçiliyini özünün  məziyyətləri  ilə ondan  yuksək- 
də  duran  bir  nəslin  nümayəndəsinə  verməyə  iqtidarlı  olsun. 
Aristokratiyanın  əsasları  da  öz  ləyaqəti  ilə  ata-anası  kölə  olma- 
yan  adamlardan  geri  qalmayıb,  dövlət  idarəçiliyini  öz  məziyyət- 
ləri  ilə  seçilən  adamlara  vermək  iqtidarında  olan  xalq  kütləsini 
təxmin  edir.  Nəhayət,  politiyanın  əsaslarının  həyata  keçməsi 
üçün  qanun  əsasında  həm  tabeçilikdə  bulunmalı,  həm  də  hökm 
sürməli  olan  xalq  kütləsi  vəzifələri  göstərdikləri  xidmətə  uyğun 
olaraq  varlı-hallı  adamlar  arasında  bölüşdürür.  12.  Haçan  bir 
nəsil,  yaxud  onlardan  biri  öz  məziyyəti  ilə  bütün  yerdə  qalan- 
ların  hamısından  fərqlənib,  onlardan  üstün  olacaqsa,  onda  haq- 
qına  olaraq  bu  nəsil  çar nəsli,  onun  bir nümayəndəsi  isə -  külli- 
ixtiyar sahibi və  hökmdar olmalıdır:  əvvəl  deyildiyi  kimi  bu,  o  hü- 
quqi  əsaslara  uyğundur  ki,  beləsinə  aristokratiya,  oliqarxiya  və 
hətta  demokratiya  dövlət quruluşu formalarına  əsaslananlar isti- 
nad  edirlər,  axı  onlar  hər  yerdə  üstünlüyü  qəbul  edirlər,  amma 
hər  üstünlüyü  yox,  eləsini  ki,  biz  onu  yuxarıda  təsvir  etdik.
13.  Doğrudan  da  bu  cür görkəmli  xadimi  öldürmək,  ya  qovmaq, 
yaxud  sürgünə  məruz qoymaq,  eləcə  də  ondan  az  da  olsa  belə 
tabeçilikdə  bulunmağı  tələb  etmək  bağışlanmaz  olardı,  axı 
hissələrə  tamdan  yüksəkdə  durmaq  xas  deyil,  belə  tam  isə 
bizim  göstərdiyimiz  halda  bu  cür üstünlüyə  malik  olan  adamdır. 
Deməli,  bir  şey  qalır:  belə  adamın  tabeçiliyində  bulunmaq  və 
onu  külli-ixtiyar sahibi olan  hökmdar kimi  qəbul  etmək.
128
Çar  hakimiyyəti  -   onun  hansı  variantları  var,  dövlətə  və 
kimə  hansı  baxımdan  sərfəli  olub-olmaması  haqqında  bizim 
fikirlərimiz budur.
XII. 
1.  Dövlət quruluşunun  üç formasından,  hansıları  ki,  biz 
düzgün  hesab  edirik,  ən  yaxşısı,  əlbəttə,  o  formadır  ki,  orada 
idarəetmə  ən  yaxşıların  əlində  cəmləşib.  Bu,  o  halda  yerini 
tapacaqdır  ki,  ya  ümumi  xalq  kütləsi  içərisindən  çıxan  birisi,  ya 
bütöv  bir  nəsil,  ya  da  bütün  xalq  kütləsi  öz  məziyyətləri  ilə 
üstünlük  təşkil  etsin,  həm  də  bu  zaman  bəziləri  hökm  sürmək, 
digərləri  -   daha  çox  arzu  etdikləri  həyat  naminə  tabeçilikdə  bu- 
lunmaq 
vəziyyətində 
olacaqdır. 
Əvvəlki 
mühakimələrdə 
göstərilmişdi  ki,  ən yaxşı  dövlətdə  dövlət xadiminin  məziyyəti  ilə 
vətəndaşın  məziyyəti  eyni  olmalıdır.  Buradan  aydındır  ki,  eynilə 
bu  tərzdə  və  həmin  də  vasitələrin  köməkliyi  ilə,  hansılar  ki, 
dəyərli  adamın  irəliləməsinə  səbəb  olur,  dövləti,  bu  istər  aris- 
tokratiya olsun,  istərsə monarxiya  bu  cür də  etmək olar.  2.  Döv- 
lət  xadiminin,  yaxud  çarın  mükəmməlləşməsinə  təxminən  eyni 
tərbiyə  və  eyni  təcrübə  səbəb  olur.  Bunu  müəyyənləşdirdikdən 
sonra  biz  ən  yaxşı  dövlət  quruluşu  formasının  hansı  yolla  mey- 
dana  çıxması  və  mövcud  olması  haqqında  danışmağa təşəbbüs 
göstərəcəyik.
129


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə