A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə28/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   24   25   26   27   28   29   30   31   ...   104

şacaq.  Tutaq  ki,  kimsə  fleytada  məharətli  ifaçılığı  ilə  seçilən  b ir 
şəxs  əsli-nəcabətdə  və  ya  gözəllikdə  əhəmiyyətli  dərəcədə 
başqasından  geri  qalır  (bu  üstünlüklərdən  hər  biri  isə  yəni  ə sil- 
nəcabət  və  gözəllik,  əlbəttə,  fleytanı  məharətlə  ifa  etm əkdən 
daha  dəyərli  cəhətdir  və  bunlar  müvafıq  olaraq  fleytanı  ifa 
etməkdən  son  dərəcə yüksəkdədir),  -  yenə  də  ən  yaxşı  fleytanı 
həmin  fleytaçalana  vermək  lazımdır.  Əks  təqdirdə  razılaşmaq 
lazım  gələcəkdir  ki,  var-dövlətin  və  əsli-nəcabətin  daşıdığı 
üstünlük  musiqi  ifaçılığına  həlledici  təsir  göstərib,  hərçənd  ki, 
onların  heç  bir  təsiri  yoxdur.  4.  Bundan  başqa,  əgər  ki,  belə 
olsa,  onda  hər  bir yaxşı  şeyi  hər hansı  digər yaxşı  şeylə  m üqa- 
yisə  etmək  olar:  hərgah  yaxşı  boy-buxun  bir  üstünlükdürsə, 
onda  yaxşı  boy-buxunu  nəticə  etibarilə  var-dövlətlə  də,  m üstə- 
qilliklə  də  bərabər tutmaq  olar,  belə  ki,  əgər kimsə  özünün  yax- 
şı  boy-buxunu  ilə  başqa  birisinin  məziyyətindən  daha  çox  seçi- 
lirsə,  onda  hər  şeyi,  yaxşı  boy-buxunu  da,  məziyyəti  də  m üqa- 
yisə  etmək  olar,  baxmayaraq  ki,  ümumi  nöqteyi-nəzərə  görə, 
əlbəttə,  məziyyət  yaxşı  boy-buxuna  nisbətən  daha  dəyərlidir; 
əgər birinin  hər hansı  bir xüsusiyyəti  başqa  birinin  hər  hansı  bir 
xüsusiyyətindən  yaxşıdırsa,  onda  aydındır ki,  onların  hansısa  bir 
xüsusiyyəti  uyğun  olacaq.  5.  Bu,  amma  mümkün  deyil,  buna 
görə  də  siyasət  sahəsində  heç  bir  bərabərsizliyə  istinad  etmə- 
dən  vəzifə  tutmaqda  rəqabət  aparırlar,  zira  əgər  bəziləri  asta- 
gəl,  digərləri  cəlddirlərsə,  onda  bu,  heç  bir  vəchlə  o  demək 
deyildir ki,  bu  yarışmada  ikincilərin  hüququ  çox,  birincilərin  isə -  
hüququ  az  olub;  gimnastika  yarışlarında19  bu  fərq  əhəmiyyət 
daşıyır,  siyasətdə  isə  yarışma  zamanında  yalnız  dövləti  təşkil 
edən  adamlar  meyar  olmalıdır.  Buna  görə  tamamilə  əsaslı  sü- 
rətdə  əsli-nəcabətli  şəxslər,  varlılar  və  ata-anası  kölə  olmayan- 
lar  dövlətdə  hörmətli  olmağa  iddialıdırlar;  dövlətdə  ata-anası 
kölə  olmayan  adamlar  da,  vergi  ödəyən  adamlar  da  olmalıdır,
110
axı  bunlar yalnız yoxsullardan  və  ya  qullardan  ibarət  olmamalı- 
dır.  6.  Əgər  bunlar  hamısı  lazımdırsa,  onda  aydındır  ki,  bunun 
üçün  ədalət  də,  hərbi  rəşadət  də  gərəkdir.  Fərq  yalnız  bundan 
ibarətdir  ki,  əvvəl  göstərilənlər  olmadan,  ümumiyyətlə,  dövlətin 
mövcud  olması  mümkün  deyil,  bu  axırıncılarsız  isə  dövlətdə  gö- 
zəl yaşayışı təsəvvür etmək olmur.
Dövlətdə asan  yaşamaq  şərtlərini,  görünür ki,  -  özü  də ta- 
mamilə  əsaslı  surətdə  -   ya  yuxarıda  adları  sadalananların  ha- 
mısı,  ya  da  onların  bir qismi təmin  edə bilər,  lakin  əvvəl  deyildiyi 
kimi  yaxşı  həyatın  labüd  olması  üçün  tamamilə  haqlı  surətdə 
mütləq tərbiyə və xeyirxahlığın  olması  lazımdır.
7. 
Necə  ki,  bərabərlər  də  nə  isə  bir  şeydə  hamıyla  bərabər 
olmalıdır,  bərabər olmayanlar isə  nə isə bir şeydə -  hamıyla qeyri- 
bərabərdir,  onda  bunun  baş  verdiyi  bütün  dövlət  quruluşu  for- 
malarında yayınmalar olacaqdır.  Artıq  yuxarıda  deyilmişdi  ki,  hamı 
bu  və  ya  digər  hüquqa  əsaslanaraq  hakimiyyətə  can  atır,  lakin 
bununla  belə  buna  hamının  haqqı  çatmır.  Varlılar ona  arxalanırlar 
ki,  onlar  ölkənin  böyük  hissəsinə  sahib  olublar,  axırıncı  isə  -  
dövlətin  ümumi  sərvətidir;  bundan  başqa  onlar öhdəliklərin  yerinə 
yetirilməsində,  adətən,  özlərinin  çox  etibarlı  olduqlarını  göstərirlər; 
ata-anası  kölə  olmayanlar  və  əsli-nəcabətli  adamlar  da  bir-biriləri 
ilə  sıx  münasibətdə  bulunduqlarını  səbəb  kimi  göstərirlər,  bəs  axı 
əsli-nəcabətli  adamlar,  yoxsul  adamlara  nisbətən  böyük  hüquq- 
lara  malik  vətəndaşlardır:  əsli-nəcabət,  doğrudan  da,  hər  yerdə 
hörmətə  malikdir,  gözlənildiyi  kimi  də  daha  nəcib  valideynlərdən 
törəyən adamlar daha yaxşı  olurlar,  yaxud tanınmış nəslə məxsus 
olan  əsli-nəcabətlilik  -   yaxşı  cəhətdir.  8.  Eləcə  də  biz  deyirik  ki, 
xeyirxahlıq  iddiasında  olmaq  ədalətlidir,  çünki  bizim  təsdiq 
etdiyimiz  kimi  ədalət,  məsələn,  ictimai  həyat  üçün  zəruri  olan 
xeyirxahlığın  özüdür  ki,  var,  ədalətin  arxasınca  isə  istər-istəməz 
qalan yaxşı  cəhətlər gəlir.  Bu surətlə azlıqdan üstün olan çoxluğun
111


iddiası  da ədalətlidir,  çünki  çoxluq ümumilikdə azlıqla  müqayisədə 
həm  güclü  həm  varlı,  həm  də  daha  yaxşıdır.  Beləliklə,  bütün  bu 
adamlar,  -   mən  yaxşı  adamları,  vaıiılan  və  əsli-nəcabətliləri 
nəzərdə tuturam -  hələ bunlarla da bərabər yerdə qalan  vətəndaş 
kütləsi  bir  dövlətdə  olsa,  onda  dövlətdə  hakimiyyət  kimə  məxsus 
olmalıdır  məsələsi  ətrafında  mübahisə  qalxacaqmı,  ya  yox?  9. 
Əlbəttə,  dövlətdə  hakimiyyət  kimin  olmalıdır  məsələsinin  həlli, 
gərək  yuxarıda  göstərilən  dövlət  quruluşu  formalannın  hər  birilə 
uyğunlaşsın,  çünki  bu  formalar  ali  hakimiyyətin  xarakteri  ilə  bir- 
birindən  fərqlənir:  məsələn,  bir  dövlət  quruluşu  formasında  bu, 
varlıların  əlində  cəmləşib,  digərində  -   dəyərli  xadimlərin  əlində, 
hər  bir  başqa  quruluşda  da  buna  bənzər surətdə.  Amma  biz  hər 
halda  baxmalıyıq  ki,  bunların  hamısı  eyni  vaxtda  olanda  bunu 
necə həll etmək olar.  10. Tutaq ki, yaxşı cəhətlərə malik adamlann 
sayı  tamamilə  azdır,  -   onda  nəyə  əsaslanmaq  lazımdır?  Bu 
adamların  qarşısında  duran  məqsədi  nəzərə  alaraq,  onların  az 
olduqları  ilə  hesablaşmaq  lazımdırmı,  yəni:  onlar  dövləti  idarə 
etmək  iqtidarında  olacaqlarmı,  yoxsa  bu  adamlar  o  qədər  olma- 
lıdırlar  ki,  onlardan  dövləti  təşkil  etmək  mümkün  olsun?  Dövlətdə 
hörmətə  iddialı  olan  bütün  adamlarla əlaqədar yeni  çətinlik  ortaya 
çıxır: ola bilər ki,  dövlətdə hakimiyyətə iddialı olub, öz var-dövlətinə 
arxalananlar,  bununla  bərabər  əsli-nəcabətinə  əsaslanaraq  bu 
iddiada  bulunanlar,  əslində,  heç  bir  hüquqa  istinad  edə  bilmirlər. 
Axı  aydındır ki,  əgər var-dövlət  cəhətdən  bütün  qalanlardan  üstün 
olan  hətta  kimsə  birisi  peyda  olsa,  onda  elə  həmin  hüquqa 
əsaslanaraq həmin  birisi  hamı  üzərində  hökm sürməlidir; eləcə  də 
belə bir şey onda da ola bilər ki, ortaya çıxan birisi öz əsli-nəcabəti 
ilə  azad  mənşəyə  malik  olan  bütün  adamları  üstələmiş olsun.  11. 
Məziyyətlə  əlaqədar  aristokratiya  dövlətlərində  də  yəqin  ki,  belə 
bir şey ola bilər:  əgər dövlət idarəçiliyində bulunan  bütün xadimləri 
öz məziyyəti ilə üstələyən  bir nəfər tapılsa,  onda həminki  haqla ali
112
hakimyyət  ona  məxsus  olmalıdır.  Lakin  azlıqdan  güclü  olduğuna 
görə  ali  hakimyyətə  yiyələnməli  olan  xalq  kütləsinin  içərisindən 
seçilən  bir nəfər, yaxud  bir nəfərdən çox,  hər halda xalq  kütləsinin 
əksər  hissəsindən  az  adam,  əgər  yerdə  qalanlarla  müqayisədə 
böyük gücə malikdirsə və ya malikdirlərsə,  onda ali  hakimiyyət də 
kütlədən  üstünlük  təşkil  etdiyi  üçün  ona  və  ya  onlara  məxsus 
olmalıdır. 
12.
  Bütün  bunlardan  aydın  görünür  ki,  o  əlamətlərdən 
heç  biri,  hansılar  ki,  bunların  əsasında  adamlar  hakimiyyətə 
gəlməyə  iddialıdırlar  və  israr  edirlər  ki,  bütün  yerdə  qalanlar 
onlann tabeçiliyində olsun,  düzgün  deyil.  Habelə yaxşı  cəhətlərinə 
istinad  edib,  eynən  də  öz  var-dövlətinə  arxalanıb  dövlət  idarə- 
çiliyində  ali  hakimiyyət  iddiasında  bulunanlara  qarşı  xalq  kütləsi 
müəyyən  dərəcədə  ədalətli  etirazını  ortaya  qoya  bilər:  axı  bəzi 
hallarda  xalq  kütləsinə,  əlbəttə,  ayrı-ayrı  şəxslər  simasında  deyil, 
ümumilikdə  bir  para  adamla  müqayisədə  onlardan  yüksəkdə 
durmağa və varlı olmağa heç nə mane olmur.
13.  Bəzilərinin  araşdırdığı  və  göstərdiyi  çətinliklərə  (yəni: 
onlar bu  məsələni  həll  etməyə  çətinlik  çəkirlər  ki,  daha  düzgün 
qanunlar  çıxarmaq  arzusunda  bulunan  qanunverici  bunları  ən 
yaxşıların  və  ya  çoxluğun  mənafeyinə  uyğunlaşdırmalıdır,  yox- 
sa,  yox)  yuxarıda  deyilənləri  nəzərə  almaqla  cavab  vermək 
olar20.  Burada  biz düzgün  sözünün  mənasını  bir bərabərdə  kimi 
başa  düşməliyik,  belə  düzgün  bərabərlik isə  bütün  dövlətin  mə- 
nafeyini  və  ümumən  vətəndaşların  xoşbəxtliyini  nəzərdə  tutur. 
Ümumiyyətlə,  kimin  ki,  hökm  sürməyə  və  tabeçilikdə  bulun- 
mağa  aidiyyatı var,  o adam vətəndaşdır;  heç bir dövlət quruluşu 
formasında  vətəndaşın  mahiyyəti  dəyişmir.  Ən  yaxşı  dövlət 
quruluşunda  xeyirxahlıqlarla  həmahəng  olan  həyatı  nəzərdə 
tutaraq  tabeçilikdə  bulunmağı  və  hökm  sürməyi  bacaran  və 
bunu  istəyən adam vətəndaş olur.
113


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə