A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə29/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   25   26   27   28   29   30   31   32   ...   104

VIII. 
1.  Əgər kimsə  birisi,  yaxud  bir nəfərdən  çox,  bir  neçə 
adam,  lakin  o  qədər çox  yox  ki,  onlar  dövləti  tamamilə  tuta  bil- 
sin,  çoxluq  təşkil  edən  məziyyətləri  ilə  o  qədər fərqlənə  bilsələr 
ki,  yerdə  qalanların  hamısının  məziyyətləri  və  onların  siyasi  qa- 
biliyyəti,  göstərilən  bir  nəfərin,  yaxud  bir  neçə  adamın  məziy- 
yətləri  və  siyasi  qabiliyyəti  ilə  müqayisə  edilə  bilməsin,  onda  bu 
cür adamları  dövlətin tərkib hissələri  hesab etmək  olmaz:  axı  öz 
məziyyətləri  və  siyasi  qabiliyyətləri  ilə  axınncılarla  bu  qədər tən 
olmadıqları  halda,  onlara  yerdə  qalanlara  aidiyyatı  olan  hü- 
quqlar  verilsə,  həmin  adamlarla  haqsız  hərəkət  edəcəklər.  Bu 
cür adam  hər  halda  insanlar  arasında  bir Allah  olardı.  2.  Bura- 
dan  aydındır  ki,  qanunda  da  bərabərlərin  həm  mənşəyini,  həm 
də  qabiliyyətini  nəzərə  almaq  lazımdır,  amma  bu  cür  adamlar- 
dan  ötrü  qanun  da  gərək  deyil,  çünki  onların  özləri  -  qanundur. 
Həm  də  onların  barəsində  qanunlar  çıxarmağa  səy  göstərmək 
istəyən  adam  gülməli  vəziyyətə  düşərdi:  onlar,  çox  guman, 
Antisfenin21  sözlərinə  görə  dovşanlar  heyvanların  yığıncağında 
nitq  söyləyib,  hamı  üçün  bərabər  hüquq  tələb  edərkən  şirlərin 
dediklərini  deyərdilər.  Bunun  əsasında  demokratik  quruluşa 
malik dövlətlər sürgün  etməni  özlərində qanuna  salmışlar:  görü- 
nür  ki,  ümumi  bərabərliyə  can  atdıqlarından  ya  var-dövlətə,  ya 
dostlarının  çoxluğuna,  ya  da  bir  başqa  qüvvəyə  arxalanıb  öz 
qüdrəti  ilə  seçilən  və  dövlətdə  rola  malik  olan  adamları  müəy- 
yən  vaxta  qədər  sürgünə  məruz  qoyub,  qovurmuşlar.  3.  Rəva- 
yətə  görə  elə  bu  səbəbdən  arqonavtlar  Heraklı  tərk  etmişdilər:
o,  dəniz  səyyahlarını  xeyli  üstələdiyindən  Arqo  gəmisi  onu 
onlarla  aparmaq  istəməmişdi.  Eyni  surətlə  Periandrın  istibdad 
üsul-idarəsi  və  şura  xüsusunda  Frasibulu  qınamasını  da  tama- 
milə  doğru  hesab  etmək olmaz:  nəql  edirlər ki,  Periandr məslə- 
hət üçün  onun yanına göndərilmiş carçıya  heç bir cavab vermir, 
yalnız  öz  hündürlüyü  ilə  çox  fərqlənən  sünbülləri  dartıb  çıxa-
114
raraq  əkilmiş  sahəni  bərabərləşdirir;  carsı  işin  nə  yerdə  oldu- 
ğunu  başa  düşməyib,  gördüklərini  Frasibula  məruzə  edir,  o  isə 
Periandrın  hərəkətini  o  mənada  anlayır  ki,  görkəmli  adamları 
məhv  etmək  lazımdır.  4.  Belə  bir  tərzi-hərəkət  təkcə  istibdad 
üsul-idarəsinə  sərfəli  deyil  və  bu  cür  hərəkətlərdə  yalnız  müs- 
təbidlər bulunmurlar,  bu  kimi  işlər oliqarxiyalarda da,  demokrati- 
yalarda  da  baş  verir:  sürgün  etmə  məlum  dərəcədə  elə  həmin 
mənanı  verir  -   yəni  sürgün  nəticəsində  görkəmli  adamların 
qüdrətini  kökündən  kəsmək.  Hakimiyyətə  malik  olanlar [yunan] 
dövlətləri  və  [barbar]  xalqları  ilə,  məsələn,  afınalılar  -   samos- 
larla,  xioslarla  və  lesboslarla  bu  cür  də  hərəkət  edir;  elə  ki, 
afınalılar  hakimiyyətdə  möhkəmləndilər,  onlar  müqavilələrinin 
olmasına  baxmayaraq  həmin  xalqları  alçaltdılar;  İran  şahı  dəfə- 
lərlə  midiyalıları,  babilləri  və  qalan  xalqları  qıraraq  qürrələnirdi 
ki,  onlar  vaxtı  ilə  hökmranlıq  etmişlər.  5.  Ümumiyyətlə,  bu  mə- 
sələ,  düzgünlər  də  bu  sırada  olmaqla,  bütün  dövlət  quruluşu 
formalarının  qarşısında  durur.  Doğrudur,  düzgün  dövlət  forma- 
larından  yayınanlarda  bu  vasitədən  şəxsi  mənafe  naminə  isti- 
fadə  olunur,  lakin  bu,  eyni  dərəcədə  ümumun  rifahını  güdən 
dövlət  quruluşlarında  da  öz  yerini  tapır.  Bunu  digər  sənət  və 
elm  sahələrindən  götürülən  misallarla  izah  etmək  olar.  Məgər 
rəssam  bu  mütənasibliyin  pozulmasına  yol  verə  bilərmi  ki,  canlı 
varlıq  ayağı  ilə  təsvir olunsun,  hətta  bu  ayaq  çox  gözəl  olsa  da 
belə.  Yaxud  gəmiqayıran  məgər,  nə  iləsə  gəminin  arxa  tərəfini 
və  ya  başqa  bir  hissəsini  ayıra  bilərmi?  Məgər  xorun  pəhbəri 
xorun  bütün  üzvlərindən  daha  üca  və  gözəl  oxuyan  birisini  xor- 
da  iştirak  etməyə  qoyarmı?  6.  Beləliklə,  hakimiyyətə  təkbaşına 
malik  olub,  dövlətin  mənafeyinə  uyğun  hərəkət  edən  adamlara, 
həm  şəxsi  hakimiyyətləri,  həm  də  dövlətin  rifahı  üçün  eyni  qay- 
dada faydalı  olduğu  halda  bu  vasitəyə əl atmağa  heç bir maneə 
yoxdur.  Harda  ki,  söhbət  danılmaz  üstünlük  haqqında  gedir,
115


orada  sürgün  etmə fikrinə  əbəs  yerə  haqq  qazandırılmır.  Əlbət- 
tə,  yaxşı  olardı  ki,  qanunverici  lap  əvvəlcədən  dövlətə  elə  quru- 
luş  versin  ki,  «ikinci  gəmi  səfərini»22  istisna  etməklə,  bu  cür 
çarəyə  əl  atmağa  ehtiyac  qalmasın;  lazım  gəldiyi  halda  vəziy- 
yəti  bunun  köməyilə  düzəltməyə  səy  göstərmək  olar.  Dövlət- 
lərdə  belə  şey  baş  vermirdi:  sürgün  etməyə  əl  atmaqla,  oniar 
dövlət quruluşuna  münasib  olan  mənafeyi  nəzərdə tutmurdular, 
bununla  yalnız  özləri  kimilərin  mənafeyini  güdürdülər.  Beləliklə, 
aydındır  ki,  düzgün  dövlət  quruluşu  formalarından  yayınanlarda 
sürgün  etmə  onlar  üçün  əlverişli  vasitə  kimi  faydalı  və  ədalət- 
lidir,  lakin  ümumi  nöqteyi-nəzərə  görə  bu  da  aydındır ki,  sürgün 
etmə,  çox güman,  haqlı  iş deyil.  7.  Ən  yaxşı  dövlət quruluşu for- 
masında  isə  böyük  çətinlik  bundan  ibarətdir:  əgər  birisi  qüdrəti, 
var-dövləti,  yaxud  dostlarının  sayının  çoxluğu  ilə  deyil,  məziy- 
yətlərinin  çoxluğu  ilə  digərlərindən  fərqlənib,  üstünlük  təşkil 
edirsə,  onda  necə  hərəkət etmək lazımdır?  Axı  demək olmaz ki, 
bu  adamı  da  aradan  götürmək,  yaxud  qovmaq  lazımdır;  digər 
tərəfdən  təsəvvür  etmək  olmur  ki,  belə  bir  adamın  üzərində 
ağalıq  etsinlər,  çünki  bu  halda  təxminən  o  alınardı  ki,  dövlət və- 
zifələrini  bölüşdürəndə Zevs  üzərində  hökmranlıq  tələb etsinlər. 
Bir şey  qalır ki,  görünür bu  da  təbiidir:  harnı  məmnuniyyətlə  elə 
adamın  itaətində  bulunaydı  ki,  belələri  dövlətdə  həmişəlik 
hökmdarlıq etmiş olaydı.
IX. 
1.  Ola  bilsin,  yuxarıdakı  mühakimələrdən  sonra  bizim 
fikrimizə  görə  ən  düzgün  dövlət  quruluşu  formalarından  biri 
olan  çar  hakimiyyətinin  mahiyyətinə  varıb,  bunun  müzakirəsinə 
keçmək  lazımdır.  Araşdırma  sual  doğurur:  gözəl  quruluş  əldə 
etməyə  cəhd  göstərən  dövlət  və  ölkə  üçün  çar  hakimiyyəti  sər- 
fəlidirmi,  yoxsa  yox,  yainki  əksinə,  idarəetmənin  başqa  bir for- 
ması  daha  yaxşıdır,  yoxsa  bir  para  dövlət  üçün  çar  hakimiyyəti
116
sərfəlidir,  digərləri  üçün  yox?  Lakin  əvvəlcədən  çar hakimiyyəti- 
nin  bir,  yoxsa  bir  neçə  forması  olduğunu  müəyyənləşdirmək 
lazımdır.
2. 
Çar  hakimiyyətinin  bir  neçə  formadan  ibarət  olmasını 
müəyyən  etmək  çətin  deyil  və  hər  belə  bir  halda  bunu  üzə 
çıxarmağın  yolu  da  bir deyil.  Məsələn,  lakedemon  dövlət  qurulu- 
şunda  çar  hakimiyyəti  görünür  ki,  başlıca  olaraq  qanuna  əsas- 
lanır,  lakin  ali  hakimiyyət tamamilə  ona  mənsub  deyil:  çar yainız 
ölkədən  kənara çıxdıqda  silahlı  qüvvələrin  ali  rəhbəri  olur;  üstəlik 
dini  işləri  idarə  etmək  çarın  ixtiyarına  buraxılıb.  Beləliklə,  bu  çar 
hakimiyyəti  bir növ qeyri-məhdud və əvəzedilməz surətdə strate- 
giyadan  ibarətdir;  lakin çarın  adam öldürtdürməyə yalnız yürüşlər 
zamanı  ixtiyari  var.  Bu  çox-çox qədimlərdə  də  hərbi  ekspedisiya- 
lar zamanı,  haçan  ki,  güclü  adam  ixtiyar sahibi  idi,  belə olmuşdu, 
bunu  Homer  də  göstərir:  Aqamennon  xalq  yığıncağında  söyüş 
eşitsə  də  özünü  saxlayırdı,  lakin  qoşun  düşmənə  qarşı  yola  dü- 
şən  zaman  onun  edam  etdirməyə  ixtiyarı  var  idi;  o,  bica  yerə 
elan  etmirdi:  «Kimi  əgər  ki,  mən  vuruşmadan  kənarda  [gör- 
səm]...  sonra o,  artıq  itlərin  və  quşların əlindən  heç bir yerdə giz- 
lənə bilməyəcək: axı ölüm  mənim  əlimdədir».
3. 
Beləliklə,  çar  hakimiyyətinin  formalarından  biri  -   ömür- 
lük  strategiyadır.  Bu,  ya  varislik  yolu  ilə  olur,  ya  da  seçki  yolu 
ilə.  Bununla  bərabər  bəzi  barbar  xalqlarında  olan  çar  hakimiy- 
yətinin  timsalında  monarxiyanın  digər formasına  da  rast  gəlinir; 
bu,  istibdad  üsul-idarəsini  andırır,  lakin  həm  qanuna,  həm  də 
varislik  hüququna  əsaslanır.  Ellinlərdən  fərqli  olaraq  barbarlar 
öz  təbii  xüsusiyyətlərinə  görə  köləliyə  daha  yaxşı  uyğunlaşırlar, 
asiya  barbarları  isə  bu  xüsusda  avropada  yaşayan  barbarları 
üstələdiklərindən,  onlar istibdad  üsul-idarəsinə  heç  bir narazılıq 
ifadə  etmədən  tabe  olurlar.  Göstərilən  səbəblər  nəticəsində 
barbarlarda  çar  hakimiyyəti  istibdad  üsul-idarəsi  xarakterini  da-
117


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə