A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə25/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   21   22   23   24   25   26   27   28   ...   104

çan  ümumun  mənafeyi  naminə  çoxluq  idarə  edir,  onda  biz 
bütün  dövlət  quruluşu  formaları  üçün  ümumi  politiya16  m əfhu- 
munu  işlədirik.  3.  Bu  da  məntiqi  cəhətdən  doğrudur:  bir  nəfər, 
yaxud  bir para  adam öz məziyyətinə görə seçilə  bilər,  lakin  çox- 
ları  üçün  məziyyəti  ilə  hər  şeyə  müvəffəq  olmaq  -   artıq  çətin 
işdir,  baxmayaraq  ki,  ən  asanı  -   hərbi  şücaətdir,  çünki  axırın- 
cıya,  məhz  xalq  kütləsində  rast  gəlinir.  Bax  buna  görə  bu  cür 
politiyada  ali  hakimiyyət  hərbçilərin  əlində  cəmləşir  ki,  o n la r  da 
öz  hesablarına  silahlanırlar.  4.  Göstərilən  quruluşlardan  yayı- 
nanlar  aşağıdakılardır:  çar  hakimiyyətindən  -   istibdad  üsül  -  
idarəsi,  aristokratiyadan -  oliqarxiya,  politiyadan -  demokratiya. 
İstibdad  üsul  -   idarəsi  -   yalnız  hökmdarın  mənafeyini  nəzərdə 
tutan  çar  hakimiyyətidir;  oliqarxiya  dövlətli  adamların  m əqna- 
feyini  qoruyur;  demokratiya  isə  -   yoxsulların  mənafeyini;  üm u- 
mun  mənafeyini  isə onlardan  heç biri  nəzərdə tutmur.
Lakin  göstərilən  hər  bir  dövlət  quruluşu  formalarının  ayrı- 
ayrılıqda  özündə  nəyi  təmsil  etməsi  barəsində  ətraflı  danışmaq 
lazımdır.  Bu  araşdırma  bəzi  çətinliklərlə  bağlıdır.  Axı  yalnız  təc- 
rübədə  mənfəət  və  fayda  əldə  etmək  üçün  deyil  (plos  to  prat- 
tein),  həm  də  elm  üçün  şərh  edilən  hər  fəndə  tədqiqatçı  heç 
nəyi  diqqətdən  kənarda  qoymamalı,  yaxud  heç  nəyin  üstündən 
keçməməlidir;  onun  vəzifəsi  ondan  ibarət  olmalıdır  ki,  hər  bir 
məsələdə  həqiqətin  üstünü  açsın.
5. 
İstibdad  üsul  -   idarəsi,  biz  dediyimiz  kimi,  siyasi  mü- 
nasibət sahəsində  müstəbidin təmsil  etdiyi  monarxiyadır;  oliqar- 
xiya  -   o  formadır  ki,  dövlətdə  ali  hakimiyyət mülkiyyət  sahiblər- 
inin  əlindədir,  əksinə,  demokratıyada  bu  hakimiyyət  böyük  vari- 
data  sahib  olanların  əlində  yox  yoxsulların  əlində  cəmləşib.  Və 
budur  onları  dürüst  müəyyənləşdirmək  istərkən  birinci  çətinlik 
meydana  çıxır:  əgər  ki,  ali  hakimiyyət  dövlətdə  çoxluğun  əlində 
olsaydı  və  bunlar  da  dövlətli  adamlar  olsaydılar  (axı  demokra-
98
tiya,  məhz  onda  olur  ki,  ali  hakimiyyət  çoxluğun  əlində  cəmlə- 
şir),  digər  tərəfdən  eynən  bunun  kimi,  əgər  hardasa  kasıblar, 
baxmayaraq  ki,  onlar dövlətli  adamlarla  müqayisədə  azlıq təşkil 
edirlər,  hər  halda  idarəetmədə  ali  hakimiyyəti  öz  əllərinə  keçi- 
riblər  (bizimsə  fikrimizcə  oliqarxiya,  harda  ki,  ali  hakimiyyət  bir 
para  adamın  əlində  cəmləşib  ordadır),  onda  görmək  olar  ki, 
dövlət  quruluşu  formalarını  dürüst  müəyyənləşdirməkdən  ötrü 
təklif  olunanlar  nöqsansız  deyil.  6.  Lakin  elə  hesab  edək  ki, 
kimsə  əlamətləri  birləşdirib:  əmlak  firavanlığı  və  azlıq,  həm  də 
əksinə,  əmlak  azlığı  və  çoxluq,  bu  əlamətlərə  də  əsaslanaraq 
dövlət  quruluşu  formalarına  ad  verək:  oliqarxiya  -   elə  formada 
olan  dövlət  quruluşudur  ki,  burada  vəzifələrə  sayca  azlıq  təşkil 
edən  dövlətli  adamlar  sahib  olurlar;  demokratiya  isə  -   o  for- 
madır  ki,  burada  vəzifələr  sayca  çoxluq  təşkil  edən  yoxsulların 
əlində  cəmləşir.  Digər  çətinlik  yaranır:  əgər  göstərilənlərdən 
başqa  heç  bir  dövlət  quruluşu  mövcud  deyilsə,  onda  biz  indi 
göstərdiyimiz dövlət quruluşu  formalarını -  hansında  ki,  ali  haki- 
miyyət  çoxluq  təşkil  edən  dövlətlilərin  əlində  cəmləşib,  onu  və 
hansında  ki,  bu,  azlıq  təşkil  edən  yoxsulların  əlindədir,  onu  -  
necə  ifadə  edəcəyik?  7.  Beləliklə,  gətirilən  fikirlərin  nəticəsi 
aşağıda  göstərilənlər  kimi  ehtimal  olunur:  o  əlamət  ki,  ali  haki- 
miyyət  ya  azlığın  əlində  olur,  ya  çoxluğun  təsadüfi  əlamətdir, 
bu,  oliqarxiyanın  da  nə  olduğunu  müəyyənləşdirəndə,  demok- 
ratiyanın  da  nə  olduğunu  müəyyənləşdirəndə  belə  olur,  çünki 
hər yerdə  dövlətli adamlar az  olur,  yoxsullar isə  çox,  deməli,  bu 
yuxarıda  göstərilən  təfavütün  əsası  ola  bilməz.  Onda  demokra- 
tiya  və oliqarxiya  nə ilə fərqlənir,  yoxsulluq  və zənginlik  var;  bax 
buna  görə  harda  hakimyyət  -   bunun  çoxluqda,  yaxud  azlıqda 
olmasının  fərqi  yoxdur -   var-dövlətə  əsaslanır  bizim  işimiz  oli- 
qarxiya  ilədir,  harda  isə  yoxsullar  idarə  edir,  orada  biz  demo- 
kratiya  ilə  üzləşirik,  o  əlamət  isə  hansı  ki,  birinci  halda  bizim  işi-
99


miz azlıqla,  ikinci  halda isə — çoxluqla  idi,  təkrar edirəm  təsa d ü fi 
əlamətdir.  Dövlətli  adamlar  azdır,  bütün  vətəndaşlar  isə  aza- 
dlığa  malikdirlər,  bununla  isə  başqaları  da  dövlətdə  hakim iyyətə 
yetmək iddasında  bulunurlar.
8. 
Hər  şeydən  öncə  oliqarxiya  və  demokratiyanın  göstəri- 
lən  adi  fərqli  cəhətlərini,  habelə  oliqarxiya  və  demokratiya  rıöq- 
teyi-nəzərindən  nəyin  ədalətli  sayıldığını  araşdırmaq  lazımdır. 
Axı  hamı  ədalət  deyilən  bir  şeyə  istinad  edir,  lakin  bununla  yal- 
nız  müəyyən  həddə  qədər  gəlib  çatırlar,  bunu  da  onlar  ədalət 
adlandırırlar,  əslinə  baxandasa  ədalət  bütövlükdə  yoxdur.  Belə 
ki,  məsələn,  ədalət  bərabərlik  kimi  görünür,  bu  belə  də  var, 
lakin  hamı  üçün  yox,  ancaq  bərabərlər  üçün,  bərabərsizlik  də, 
həmçinin  ədaləti  ifadə  edir,  əslində,  belə  də  var,  lakin  yenə  də 
hamı  üçün  yox,  yalnız  tən  olmayanlar  üçün.  Bununla  belə  «ki- 
min  üçün?»  sualını  nəzərdən  qaçırırlar və  buna  görə  səfeh  fikir 
söyləyirlər;  özlərinin  şəxsi  işlərinə  dair  mühakimələrdə  az  qala 
adamların  çoxu  -   pis  hakimlərdir.  9.  Zira  ədalət  -   nisbi  anla- 
yışdır və  obyektin  xüsusiyyətindən  asılı  olduğu  qədər  subyektin 
xüsusiyyətindən  də asılıdır,  necə ki,  vaxtı  ilə  bu  barədə  «Etika»- 
da  göstərilmişdi,  obyektlərə  aid  olan  bərabərliklə  hamı  razılaşır, 
lakin  subyektlər  xüsusunda  olan  bərabərliyə  gəldikdə  tərəddüd 
edirlər,  başlıca  olaraq  da  indi  göstərilən  səbəbdən  sonra,  yəni 
öz  şəxsi  işləri  haqqında  pis  düşündüklərinə  görə;  sonradan 
bunlar  və  digərləri  hesab  edirlər  ki,  onlar  hər  halda  ədaləti, 
sözün  əsl  mənasında,  nisbi  anlayış  kimi  başa  düşməyə  razı- 
dırlar.  Bəziləri  belə  düşünürlər:  əgər  onlar  məlum  cəhətdən, 
məsələn,  pul  cəhətdən  bərabər  deyillərsə,  onda,  deməli  onlar, 
ümumiyyətlə,  bərabər  deyillər;  digərləri  isə  belə  düşünürlər: 
əgər  onlar  hər  hansı  bir  cəhətdən,  məsələn,  müstəqillik  cəhət- 
dən  bərabərdirlərsə,  deməli  onlar,  ümumiyyətlə,  bərabərdirlər. 
Lakin  ən  vacib  şeyi  onlar  burada  da  nəzərdən  qaçırırlar.
100
10.  Doğrudan  da,  əgər onlar bir əlaqədə  bulunsaydılar və yalnız 
əmlak  əldə etmək  naminə  birləşsəydilər,  onda  dövlət həyatında 
iştirak  etməyə  o  dərəcədə  iddia  edərdilər  ki,  bu,  onların  əmlak 
vəziyyətilə  müəyyənləşərdi.  Bu  halda  oliqarxiya  prinsipi,  görü- 
nür  ki,  tam  güçə  malik  olmalıdır:  axı,  məsələn,  nə  vaxt  kimsə 
yüz mina olan ümumi  məbləğə  bir mina  daxil  eiməklə ilkin  məb- 
ləğə  artan faizi  ilə  bütün  qalan  məbləği  verənlə  bahəm  eyni  bə- 
rabərdə tələb irəli  sürərsə,  bu vəziyyət ədalətli  hesab edilməz.
Dövlət  yalnız  yaşamaq  naminə  deyil,  başlıca  olaraq  xoş- 
bəxt  yaşamaq  naminə  qurulur,  əks  təqdirdə  həmçinin  qullardan, 
yaxud  heyvanlardan  ibarət  dövləti  də  ehtimal  etmək  olardı,  bu 
isə  gerçəklikdə  mövcud  deyil,  zira  nə  bunlar,  nə  də  o  birilər xoş- 
bəxtliyə can  atanların  və özlərinə  istədikləri  kimi  həyat  quranların 
hamısı  tək  cəmiyyəti  təşkil  etmir.  Eləcə  də  dövlət  hansısa  bir 
tərəfdən  edilməsi  mümkün  ola  bilən  haqsızlığın  qabağını  almaq- 
dan  ötrü  ittifaq  bağlamaq  naminə,  həmçinin  qarşılıqlı  ticarət 
mübadiləsi  və xidmət  naminə  meydana  gəlmir;  yoxsa  etrusklarla 
karfagenlilər  və  ümumiyyətlə,  bütün  xalqlar  arasında  bağlanan 
ticarət  müqavilələri,  onları  birləşdirdiyindən  hamı  bir  dövlətin 
vətəndaşı  sayılardı.  11.  Doğrudur,  onlarda  malların  idxalı  və 
ixracına  dair  razılaşma  mövcuddur,  qarşılıqlı  anlaşılmazlıqların 
qabağını  almaqdan  ötrü  müqavilələri  və  hərbi  müttəfıqliyə  dair 
yazılı  qətnamələri  vardır.  Lakin  bütün  bunları  həyata  keçirmək- 
dən  ötrü  onlarda  hər  hansı  bir  ümumi  vəzifəli  şəxslər  yoxdur, 
əksinə,  bunlarda  və  o  birilərində  onlar  ayrı-ayrıdır;  nə  bunlar,  nə 
də  onlar başqalarının  necə  olacaqlarının  qeydinə  qalmırlar,  onun 
da  dərdinə  qalan  yoxdur  ki,  danışıqda  iştirak  edənlərdən  kimsə 
biri  ədalətsizlik  edib,  hər  hansı  bir  alçaqlığa  yol  verməsin;  onlar 
ancaq  ondan  ehtiyatlanırlar  ki,  bir-birlərinə  ziyan  yetirməsinlər. 
Dövlətdə  olan  yaxşı  işləri  və  qüsurları  o  adamlar  diqqətlə 
izləyirlər ki,  onlar qanunçuluğun tərəfində dururlar;  bu  da  göstərir
101


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə