A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə22/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   18   19   20   21   22   23   24   25   ...   104

dövlət  adlandırırıq  ki,  ümumiyyətlə  desək,  müstəqil  yaşam aq- 
dan ötrü  imkanlı  olsun.
9. 
Təcrübədə  biz  o  adamı  vətəndaş  hesab  edirik  ki,  onun 
valideynlərinin  biri  deyil,  hər  ikisi  -   atası  da,  anası  da  -   vətən- 
daş  olsun.  Digərləri  bu  məsələdə  daha  uzağa  gedib  tələb  edir- 
lər  ki,  məsələn,  vətəndaşın  ikinci,  üçüncü  əcdadları  və  hətta 
daha  əvvəlki  nəsli  vətəndaş  olmalıdır.  Lakin  dövlət  üçün  bu  cür 
lazımlı  və  tələsik  müəyyənləşdirmədən  bəzən  çətinliklər  mey- 
dana  çıxır,  əcdadların  üçüncü,  yaxud  dördüncü  nəslinin  vətən- 
daş  olmasına  necə  əmin  olmaq  olar.  Doğrudur,  leontiyalı  Qorgi 
qismən,  deyəsən  çətinliyə  düşdüyü  üçün,  qismən  də  istehza  ilə 
demişdir:  «bunun  kimi  necə  ki,  həvəngdəstə  -   həvəngdəstə 
düzəldən  ustaların  işidir,  eləcə  də  Larisanın  vətəndaşları  -  
yaradıcıların  məhsuludur»  (iş  bundadıır ki,  axırıncılardan  bəziləri 
larisi  hazırlayanlardır)5.  Lakin,  əslində,  burda  hər  şey  sadədir: 
əgər  Larisanın  vətəndaşları  biz  yuxarıda  müəyyənləşdirdiyimiz 
kimi,  dövlətin  idarə  edilməsində  bulunursa,  onda  onlar  vətən- 
daş  olardılar,  çünki  hec  cür,  ümumiyyətiə,  təsəvvür  etmək  ol- 
mur ki,  ilk sakinlər,  yaxud  dövlətin  baniləri vətəndaş kişidən,  ya- 
xud  vətəndaş  qadından  törənib.  10.  Haçan  ki,  kimsə  vətəndaş- 
lıq  hüququnu  dövlət  quruluşunun  dəyişdirilməsi  sayəsində  alır- 
sa,  bu halda  həmin tələb daha  böyük çətinliklərlə  üzləşir,  məsə- 
lən,  necə  ki,  bünü  Afinada  Klisfen  müstəbidlərin  qovulmasından 
sonra etdi;  o,  çoxlu  əcnəbiləri  və  qul -  metekləri təbəəliyə  qəbul 
etdi6.  Bu  vətəndaşlara  münasibətdə  məsələnin  mübahisəli 
olması  onlardan  hansı  birinin  hüququ  çatdığı  və  ya  hüququ  çat- 
madığı  halda  vətəndaş  olmasında  deyil,  baxmayaraq  ki,  burada 
da  çətinliklərlə  üzləşmək  olar,  yəni:  əgər  birisi  hüququ  çatma- 
yan  halda  vətəndaş  olursa,  onda  demək  o,  vətəndaş  deyil, 
çünki  ədalətsizlik  yalana  bərabərdir.  Lakin  biz  görürük  ki,  bəzi- 
ləri  hətta  hüquqları  çatmadan  vəzifə  tuturlar,  amma  buna  bax-
86
mayaraq  biz  onları  vəzifəli  şəxslər  adlandırırıq,  hərçənd  ki,  bu, 
düzgün  deyil.  Beləcə,  biz  vətəndaş  anlayışının  bu  və  ya  digər 
vəzifədən asılı olduğunu  müəyyən  etdik,  yəni  dedik  ki,  vətəndaş
-   o  kəsdir  ki,  hər  hansı  bir vəzifədə  bulunmuş  olsun,  onda  və- 
zifə  tutanları  biz,  şubhəsiz,  vətəndaş  hesab  etməliyik,  lakin  on- 
ların  vətəndaş  olmağa  hüquqları  çatırmı,  ya  yox -   bu,  yuxarıda 
göstərilən  mübahisəli  məsələ ilə əlaqədardır.
Bir çoxları  bu  və  ya  digər işin  haçan  dövlətə aid  olduğuna, 
haçansa  olmadığına  cavab  verməyə  çətinlik  çəkir;  məsələn, 
oliqarxiyadan,  yaxud  istibdad  üsul-idarəsindən  demokratiyaya 
keçərkən  bəziləri  öhdəlikləri  yerinə  yetirməkdən  imtina  edib,  bu 
öhdəlikləri,  eləcə  də  bunun  kimi  bir  çox  şeyləri  dövlətin  deyil, 
müstəbiqin  öz  üzərinə  götürdüyünü  bəhanə  gətirərək  bəzi  döv- 
lət  quruluşlarının  ümumun  xeyri  naminə deyil,  zorakılığın  nəticə- 
sində  mövcud  olduğunu  göstərir.  11.  Bəzilərinin  demokratik 
surətdə  idarə  olunmasına  baxmayaraq,  oliqarxiya  və  istibdad 
üsul-idarəsi  olan  dövlətlərin  hökumətlərinin  göstərdikləri  fəaliy- 
yət  kimi,  bu  demokratik  dövlətin  hökumətinin  göstərdiyi  fəaliy- 
yət də  dövlət fəaliyyəti  kimi qəbul  olunmalıdır.
Bizim  qoyduğumuz  məsələ,  çox  güman,  həll  edilməsi 
çətin  mümkün  olan  belə  bir məsələ  ilə  toqquşur:  hansı  cəhətlər 
dövlətin  eyni  cür qalmasının,  yaxud  dəyişib  başqa  cür olmasının 
göstəricisidir?  Ən  yüngül  halda  bu  məsələ  ərazi  və  əhaliyə 
aiddir,  axı  təsəvvür  etmək  olar  ki,  ərazi  və  əhali  bölünmüşdür 
və  bir para  adam  ərazinin  bir hissəsində,  digərləri  başqa  hissə- 
sində  yaşayır.  Lakin  bu,  nisbətən  sadə  çətinlikdir  (ona  görə  ki, 
«dövlət»  sözü  müxtəlif mənalarda  işləndiyindən  məsələni  araş- 
dırmaq  yüngülləşir).  12.  Eləcə  də  əksər  insanlar  eyni  bir  əra- 
zidə  yaşayırlarsa,  onda  hesab  etmək  lazımdır  ki,  bu  bütöv döv- 
lətdir.  Əlbəttə,  iş  hasarda  deyil,  axı  bütün  Peloponnessi  bir 
divarla  əhatə  etmək  olar.  Bunun  kimi  Babil  və  hər  hansı  bir
87


şəhər  ərazi  vahidindən  çox  əsarətdə  olan  mahalı  andırır:  deyi- 
lənlərə  görə  Babilin  alınmasından  üç  gün  keçsə  də,  şəhər  əha- 
lisinin  bir  hissəsinin  bundan  xəbəri  yox  idi.  Lakin  bu  məsələyə 
baxılmasını  gələn  dəfəyə  saxlamaq  yaxşı  olardı  (dövlət  xadim i 
dövlətin  böyük-kiçikliyi,  onun  necə  olması  haqqında  məsələni, 
eləcə  də  dövlət  üçün  bir,  yoxsa  bir  necə  xalqın  məskunlaşma- 
sının  sərfəli  olduğunu  diqqətdən  kənarda  saxlamamalıdır).
13.  Elə  hesab  edək  ki,  eyni  bir  ərazidə  eyni  sakinlər  məskun- 
laşıblar;  sual  olunur:  nə  qədər  ki,  onun  sakinləri  eyni  bir  nəsil- 
dən  törəyir,  onların  dövlətlərini  elə  həmin  dövlət  hesab  etm ək 
olarmı,  baxmayaraq  ki,  həmişə  bəziləri  ölür,  digərləri  anadan 
olur? Çay və çeşmələrdə baş verənlər burada təkrar olunurmu? 
Biz  bir  qayda  olaraq  çayları  da,  çeşmələri  də  eyni  adla  adlan- 
dırırıq,  hərçənd  ki,  suyun  kütləsi  fasiləsiz  olaraq  artıb  azalır. 
Yoxsa  bu  cəhətləri  nəzərə  alaraq  sakinləri  elə  həminki,  dövləti 
isə  başqa  dövlət kimi  qəbul  edək? Əgər dövlət nə  isə  bir müna- 
sibətdirsə  -   o  isə,  məhz  vətəndaşların  siyasi  münasibətidir  ki, 
var  -   onda  təbii  ki,  dövlət  quruluşu  hərgah  formasını  dəyişib 
əvvəlkindən  fərqlənirsə,  dövləti  də  həminki  kimi  qəbul  etmək 
olmaz;  axı  xorları  da  biz bir-birindən  fərqləndiririk -   komediyada 
xor,  faciədə  xor,  hərçənd  ki,  çox  zaman  bu  və  digər  xoru  eyni 
adamlar  təşkil  edir.  14.  Eləcə  də  biz  hər  cür  münasibəti  və 
birləşməni,  əgər  onun  forması  mahiyyətcə  dəyişibsə  başqa  cür 
adlandırırıq;  məsələn,  eyni  səsdən  ibarət  olan  tonallığı  biz  bir 
halda  -   doriya,  digər  halda  -   frigiya  adlandırırıq.  Əgər  belədir- 
sə,  dövlətlərin  oxşarlığı  əsas  etibarı  ilə  quruluşlarının  müvafiq 
olması  ilə  müəyyənləşdirilməlidir;  dövlətin  eyni,  yaxud tamamilə 
başqa  sakinlərlə  məskunlaşmasından  asılı  olmayaraq  onu  baş- 
qa,  yaxud  həmin  adla  adlandırmaq  olar.  Dövlətin  quruluşu  dəyi- 
şərkən  öhdəlikləri  yerinə  yetirmək  və  ya  bunları  yerinə  yetirmə- 
mək ədalətlidirmi -  bu,  tamam  başqa məsələdir.
88
II. 
1.  Bilavasitə  indicə  xülasə  edilmiş fikirlərin  ardınca  hök- 
mən  bu  məsələni  müzakirə  etmək  lazımdır:  yaxşı  adamın  və 
dəyərli  vətəndaşın  məziyyətlərini  bir-birinin  eyni  kimi  qəbul 
etmək olarmı?
Bununla  belə,  əgər bu  məsələni  araşdırmaq  lazım  gəlirsə, 
qabaqcadan  vətəndaşın  məziyyətini  ümumi  cəhətlərlə  müəy- 
yənləşdirmək  lazımdır.  Biz  deyirik  ki,  vətəndaşın  dövlətə  qarşı 
olan  münasibəti,  gəmidə  olan  dənizçinin  qalan  heyətə  qarşı 
münasibəti  kimidir.  Hərçənd  dənizçilər  gəmidə  qeyri-bərabər 
vəziyyətdə  bulunurlar:  onlardan  biri  avar  çəkir,  digəri  sükanı 
idarə  edir,  üçüncüsü  sükançının  köməkçisidir,  dördünçüsü  özü- 
nə  uyğun  başqa  ad  daşıyır,  bununla  belə  yəqin  ki,  onlardan  hər 
birinin  məziyyətinin  müəyyənləşdirilməsi  ayrılıqda  yalnız  onun 
özünə  uyğun  gələcək,  lakin  hər hansı  ümumi  müəyyənləşdirmə 
eyni  dərəcədə  hamıya  aid  olacaq;  axı  gəmi  səfərində  sağ-sala- 
mat  bulunmağı  bütün  dənizçilər  cəm  halda  və  ayrı-ayrılıqda 
arzu  edirlər.  2.  Bu,  vətəndaşlara  da  aiddir:  onlar  bir-birilərinə 
bənzəməsələr  də,  ancaq  onların  vəzifəsi  təşkil  etdiklərii  müna- 
sibəti  xilas  etməkdən  ibarətdir,  bu  münasibət  isə  dövlət  qurulu- 
şudur.  Buna  görə  də  vətəndaşın  məziyyəti  istər-istəməz  bu 
axırıncı  ilə  şərtlənir.  Dövlət  quruluşunun  isə  bir  neçə  forması 
olduğundan  aydındır  ki,  dəyərli  vətəndaşın  məziyyəti,  mükəm- 
məl  məziyyət  olaraq,  yeganə  ola  bilməz,  bununla  belə  biz kimi- 
sə,  etdiyi  bir  yaxşılığa  görə  yaxşı  adam  adlandırırıq.  Buradan 
aydındır  ki,  hər  bir  vətəndaş,  adamı  dəyərli  edən  məziyyətin 
olmadığı  halda  belə  dəyərli  ola  bilər.  3.  Amma  başqa  yolla,  yəni 
ən  yaxşı  dövlətin  quruluşu  haqqında  məsələnin  araşdırılmasın- 
dan  çıxarılan  nəticəyə  görə  də  bu  fikrin  üstünə  gəlmək  olar. 
Ə gər  mövcud  olan  dövlətin  müstəsna  olaraq  dəyərli  adamlar- 
dan  ibarət  olduğunu  fərz  etsək,  onda  onlardan  hər  biri  üzərinə
89


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə