A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə18/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   14   15   16   17   18   19   20   21   ...   104

siz  yerə  tələbkarlıq  göstərirlər,  belə  ki,  onlar  özlərini  saxlaya 
bilmək  vəziyyətində  olmadıqda,  gizlicə  qanundan  kənara  çıxıb, 
nəşəli  ehtiraslara  uyurlar.
17.  Heront  hökumət  nümayəndələri  ilə  də  iş  pisdir.  O nlar
-   nəcib  şəxslərdirsə  və  aldıqları  tərbiyəyə  görə  mükəmməl 
adamlara  məxsus  olan  keyfiyyətlərə  malikdilərsə,  onda  hətta 
şübhə  belə  yaransa  ki,  onlar  həmişə  vacib  olan  işləri  həll  edir- 
lər,  hər  kəs  dərhal  onların  dövlət  üçün  xeyrini  təsdiq  edəcək, 
axı  bədən  kimi  ağıl  da  qocalmış  olur.  Amma  əgər  herontların 
tərbiyəsi  elə  olsa  ki,  qanunvericinin  özü  onları  mükəmməl  xa- 
dimlər  hesab  etməyib,  onlara  inamsızlıq  göstərmək  fikrinə  düş- 
sun,  onda  herontlar  dövlət  üçün  təhlükəsiz  olmayacaq.  18.  Bu 
vəzifəni  tutan  adamlar  pula  satılan  olur  və  razı  salındıqda  tez- 
tez  dövlətin  işlərini  qurban  verirlər.  Buna  görə  yaxşı  olardı  ki, 
onların  üzərindən  heç  bir  nəzarət  götürülməsin,  indinin  özündə 
isə  bu,  məhz  belədir.  Doğrudur,  eforatların  bütün  vəzifəli  şəxs- 
lərə nəzarət etməsinə etiraz etmək olar.  Amma  eforatlara  da ta- 
mamilə  böyük  üstünlük  verən  bu  cəhətdir,  həm  də  nəzarətin 
özünün  həyata  keçirilmə  üsulu,  bizim  fikrimizcə,  başqa  cür 
olmalıdır.  Üstəlik,  herontların  ləyaqətlərinə  görə  seçilmə  üsulu 
da  uşaqsayağıdır;  bu  da  düz deyildir ki,  bu  vəzifəyə  şərəfyab ol- 
mağa  cəhd  göstərən  adam,  buna  özü  çalışır,  halbuki  dəyərli 
şəxsin  bunu  istəyib-istəməməsindən  asılı  olmayaraq  vəzifə  tut- 
ması vacibdir.  19.  Hal-hazırda  isə  digər işlərdə olduğu  kimi  döv- 
lət quruluşu  barədə  də,  görünür ki,  qanunvericidə  bir fikir üstün- 
lük  təşkil  etmişdir:  o,  vətəndaşlarda  şöhrətpərəstliyə  həvəs 
oyatmağa  çalışmışdır və herontların  seçki  işində  də  bundan  isti- 
fadə etmək istəyir.  Axı  heç kim  şöhrətpərəst olmadan  vəzifə tut- 
mağa  çalışmayacaq.  Amma  ki,  cinayətlərin  böyük  əksəriyyətini 
də  adamlar,  məhz  şüurlu  surətdə  şöhrətpərəstlik  və  tamah- 
karlıq  üzündən törədirlər.
70
20.  Çar  hakimiyyəti  haqqında  -   bunun  dövlət  üçün  yaxşı 
olub-olmamasına  dair  söhbət  başqa  yerdə  aparılacaq.  Amma 
bu  yöndə  iş  hər  halda  onda  yaxşı  olardı  ki,  hər  bir  lakedemon 
çarı onun həyat tərzinə verilən  qiymətə görə çar elan  olunsun31. 
Bununla  belə aydındır ki,  qanunvericinin  özü  çarları  mükəmməl- 
ləşdirməyin  mümkünlüyünə  ümid  etmir,  hər halda  o,  inanmır ki, 
onlar  lazımi  qədər  şanlı  xadimlərdir.  Bax  buna  görə  də  müşa- 
yiətçi  sifəti  ilə  onların  şəxsi  düşmənlərini  onlarla  birlikdə  gön- 
dərirdilər  və  haçan  ki,  çarlar  arasında  hesablaşma  başlayırdı, 
bunu  dövlətin xilası  hesab edirdilər.
21.  Fiditiya  adlanan  sissitiyaların  yaradılıb  qanuna  salın- 
masını da düzgün  hesab etmək olmaz.  Bunun  yaradılması  üçün 
Kritdə  olduğu  kimi  vəsaiti  ən  öncə  dövlət  verməlidir.  Lakede- 
monlularda  hər  kəs  haqq  verməyə  borcludur,  baxmayaraq  ki, 
bəziləri  ifrat  kasıbçılıq  üzündən  bu  cur xərclərin  qarşısında  dur- 
maq  vəziyyətində  deyil,  belə  ki,  nəticə  qanunvericinin  məqsə- 
dinin  əksinə  alınır.  Axırıncı  istəyir ki,  sissitiya  sistemi  demokratik 
olsun,  lakin  mövcud qanunlar buradakı  demokratiyanın  qarşısını 
alır.  Axı  çox  kasıb  adamlar  üçün  sissitiyalarda  iştirak  etmək 
asan  deyil,  bununla  belə  irsən  keçən  təsəvvürlərə  görə  bun- 
larda  iştirak etmək vətəndaş olmağın  göstəricisidir,  zira  bu  haq- 
q/  ödəmək  vəziyyətində 
o lm a ya n la r  və tə n d a ş
  hüququndan 
istifadə etmirlər.
22.  Navarxlar  haqqında  qanuna  gəldikdə  isə  onu  artıq 
başqaları  da  məzəmmət  edirdilər32  və  bu  məzəmmət tamamilə 
əsaslı  idi:  o,  qisasçılığa  səbəb  olur;  əslində,  əvəzedilməz  sər- 
kərdələr olan  çarlarla  bərabər navarxlar az  qala  ikinci  çar səla- 
hiyyətini daşıyır.
Spartalı  qanunvericinin  əsas  məqsədini  sərkiləmək  də 
olar,  necə  ki,  Platon  «Qanunlar»da  rəyini  bildirmişdi:  bütün  qa- 
nunların  hamısı  yalnız  məziyyətlərin  bir  hissəsi  üçün,  məhz
71


hərbdə  göstərilən  qəhrəmanlıqlar  üçün  nəzərtə  tutulub,  çünki 
bu,  üstünlüyə nail  olmaq  üçün  sərfəlidir.  Buna  görə onlar nə qə- 
dər  müharibə  aparırdılar  dözdülər,  hegemonluğa  nail  olarkən 
isə  ölməyə  başladılar;  onlar  asudə  vaxtdan  istifadə  edə  bilmir- 
dilər,  hərb  işindən  daha  yüksək  məşğuliyyətləri  də  yox  idi.  23. 
Digər  xəta  da  bundan  geri  qalmır:  onların  fıkrincə,  insanların 
əldə  etmək  istədikləri  rifaha  daha  çox  məziyyətlərin  köməkliyilə 
yetmək  olur,  nəinki  əksikliklərlə  və  bunda  onlar  tamamilə  haq- 
lıdırlar,  amma o yaxşı  deyil  ki,  bu  rifahı  onlar məziyyətdən  üstün 
tuturlar.
Spartiatda  dövlətin  maliyyə  işləri  də  pisdir;  haçan  ki, 
dövlətə  böyük  müharibələr  aparmaq  lazım  gəlir,  onun  xəzinəsi 
boşalır və  bura az pul  daxil  olur,  amma torpaq  mülkiyyətinin  bö- 
yük hissəsi  spartiatların  əlində  cəmləşdiyindən,  onlar vergi  ödə- 
məkdə  bir-birlərinə  nəzarət  etmirlər.  Nəticə  də  qanunvericinin 
nəzərdə  tutduğu  mənfəətin  əksinə  oldu,  dövləti  pul  vəsaiti  sarı- 
dan  kasıb  etdi,  ayrı-ayrı  şəxsləri  isə  -   tamahkar.  Lakedemon 
dövlət  quruluşu  haqqında  kifayət  qədər  söylənilib;  biz  töhmətə 
daha çox nə layiqdirsə onu  da qeyd etdik.
VII. 
1.  Krit  dövlət  quruluşu  Lakedemon  dövlət  quruluşuna 
yaxındır.  Onun  bəzi  cizgiləri  pis  deyil,  bununla  belə  o,  özünün 
əksər  cəhətləri  ilə  geri  qalır,  ehtimal  ki,  -   bu  rəvayətlərdə  də 
təsdiq  olunur  -   Lakedemon  dövlət  quruluşu  özünün  əksər 
cəhətləri  ilə  kritdəkinə  bənzəyirdi,  bu  da  məlumdur  ki,  köhnə 
təsisatlar  sonrakılardan  əksəriyyətcə  daha  az  təkmil  idi.  Rəva- 
yətə  görə,  çar  Xarillin  qəyyumluğundan  imtina  etdikdən  sonra 
səyahətə  çıxan  Likurq,  onda  öz  vaxtının  böyük  hissəsini  əsir 
kimi  Kritdə  keçirmişdi.  İş  bundadır  ki,  Liktın  sakinləri  Lakede- 
mondiyanın  kolonisti  idi;  haçan  ki,  onlar  koloniyanı  təşkil
72
ətməyə getmişditər,  onda  oranın  sakinlərindən  onlarda  mövcud 
olan qanunların hamısını  əxz etmişdilər.
2. 
Krit  adası  elə  bil  ki,  yaranışından  Yunanıstan  üzərində 
ağalıq  üçün  təyin  edilmişdi  və  onun  coğrafi  vəziyyəti  də  əladır: 
onun  dənizlə  əlaqəsi  vardır ki,  bunun  da  ətrafında,  demək  olar, 
ellikcə yunanlar məskunlaşıblar;  bir tərəfdən  Peloponnes,  digər 
tərəfdən  -  Asiya  ilə,  yəni  Tripolis  vilayəti  və  Rodosla  onun  ara- 
sında  az  məsafə  var.  Buna  görə  Minos  da  dəniz  üzərində  öz 
hakimiyyətini  möhkəmlətdi,  adalardan  isə  bəzilərini  özünə  tabe 
etdi,  digərlərini  məskunlaşdırdı,  nəhayət,  o,  Koriekada  öz  hə- 
yatına  son  qoymamışdan  öncə  Siciliyaya  hücum  etdi.  3.  Krit  və 
Lakedemon  qaydaları  arasındakı  oxşarlıq  aşağıdakılardan  iba- 
rətdir:  spartiatlar  üçün  torpağı  ilotlar  becərirlər,  kritlilər  üçün  -  
perieklər;  spartiatlarda  da,  kritlilərdə  də  sissitiyalar  mövcuddur, 
bunların  ilk  vaxtlar  lakedemonlularda  fıditiya,  kritlilərdə  isə 
andriya  adlandırıimaması  açıq-aydın  sübut  edir  ki,  bunlar  ora- 
dan  əxz  edilib.  Bundan  başqa  həm  də  siyasi  quruluş:  o  səlahiy- 
yət  ki,  eforatlarda  vardır,  beləsinə  Kritdə  kosma  adlandırılanlar 
malikdirlər;  fərq yalnız  bundadır  ki,  eforatların  sayı-beş,  kosma- 
ların  sayı  — ondur.  Herontlar o  herontlara  uyğundur  ki,  beləsini 
kritlilər  şura  adlandınrlar.  Əvvəllər  çar  hakimiyyəti  də  mövcud 
idi,  lakin  kritlilər bunu  ləğv etdilər;  müharibə  zamanı  başçılıq  et- 
mək  isə  onlarda  kosmalara  aid  olan  məsələdir.  4.  Xalq  məcli- 
sində  hamı  iştirak edir,  lakin  xalq  məclisinin  heç  bir şeydə  müs- 
təqil  qərar  qəbul  etməyə  hüququ  yoxdur,  yalnız  herontların  və 
kosmaların  qənaətlərini  təsdiq  edir.  Sissitiyalarla  bağlı  iş  kritli- 
iərdə  lakedemonlulara  nisbətən  yaxşı  qurulub.  Lakedemonda 
hamı  elliklə  lazımi  haqqı  ödəməlidir,  əks  halda  yuxarıda  deyil- 
diyi  kimi  qanun  onun  vətəndaş  hüququnu  əlindən  alır;  Kritdə 
sissitiyalar daha  çox ümumxalq xarakteri  daşıyır:  dövlətin  götür- 
düyü  bütün  məhsuldan,  heyvanların  artımından,  bütün  gəlirlər-
73


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə