A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə16/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   12   13   14   15   16   17   18   19   ...   104

dır?  Bundan  başqa  əkinçilərin  dövlət  üçün  nə  faydası  v a r?  
Sənətkarlar  olmalıdır,  çünki  hər  bir  dövlətin  onlara  ehtiyacı  v a r 
və  onlar  digər dövlətlərdəki  kimi  öz  sənətlərindən  əldə  e td ik lə ri 
gəlirlə  yaşaya  bilirlər.  Əkinçilərsə  yalnız  o  halda  qanun  ə sa sın - 
da  dövlətin  bir  hissəsini  təşkil  edə  bilərlər ki,  onlar silah  g ə z d ir- 
mək  ixtiyarına  malik  olanları  ərzaqla  təmin  etsinlər;  b u n u n la  
belə  Hippodamın  təklifi  ilə  əkinçilər öz torpaq  sahələrinə  xü su si 
mülkiyyət  hüququ  əsasında  sahibdirlər  və  bu  sahələri  şəxsə n  
özləri  üçün  becərməlidirlər.  7.  Üstəlik,  əgər  dövlət  m üdafiəçiləri 
dövlət  ərazisinin  bu  hissəsini  özləri  becərib,  buradan  yaşam aq 
üçün  vəsait  əldə  edəcəklərsə,  onda  hərbçilər,  qanunvericinin 
istədiyi  kimi,  əkinçilərdən  fərqlənməyəcəklər.  Əgər torpağı  özlə- 
ri  üçün  becərənlərdən  və  hərbçilərdən  fərqlənən  hər  hansı  di- 
gər  adamlar  da  olsa,  onda  dövlətdə  heç  bir  işdə  iştirak  etm ə- 
yən,  vətəndaşlığa  yabançı,  əhaiinin  yeni  dördüncü  hissəsi  əm ə- 
lə  gələcək.  Əgər  işi  elə  qurmaq  olsaydı  ki,  eyni  adamlar  həm 
özlərinin  sahələrini,  həm  də  dövlətə  məxsus  olan  sahələri  be- 
cərsinlər,  onda  əvvələn,  ayrıca  adamın  torpağı  becərməsi  nəti- 
cəsində  o  miqdarda  ərzaq  əldə  olunmayacaq  ki,  bu,  iki  ailəyə 
kifayət  etsin,  ikincisi,  nə  üçün  də  həmin  ayrıca  şəxslər özlərinə 
ərzaq  əldə  etməsinlər  və  bunu,  bilavasitə  öz  torpaqlarından 
hərbçilərə  pay verməsinlər?  Bütün  bunlarda  dolaşıqlıq az deyil.
8. 
Məhkəmə  istintaqı  haqqında  olan  qanun  da  yaxşı  vəziy- 
yətdə  deyil.  Ona  görə  qanundakı  hökmün  bölmələrdən  ibarət 
olması  lazımdır,  halbuki  ittihamnamə  sadə  yazılıb:  bu  surətlə, 
hakim  münsifə  müraciət  edir.  Bu  cür  qayda  tretey  istintaqı  za- 
manı  həyata  keçirilə  bilər,  hətta  trerey  hakimləri  bir  neçə  nəfər 
olduğu  halda  belə,  çünki  onlar  hökm  haqqında  qarşılıqlı  razılığa 
gələ  bilərlər.  Lakin  məhkəmələrdə  belə  bir qaydaya  yer yoxdur, 
əksinə,  əksər  qanunvericilər  tədbir  görürlər  ki,  hakimlər öz  qə- 
rarlarını  bir-birinə  deməsinlər.  9.  Bundan  başqa,  məgər hökmdə
62
o  halda  dolaşıqlıq olmayacaqmı,  haçan  ki.  hakimin  fikrincə  müt- 
təhim  iddiaçının  tələb  etdiyini  yox,  gərək  müəyyən  məbləği 
ödəsin.  Axırıncı  ondan  iyirmi  mina18 tələb  edir,  bir  başqa  hakim 
isə  ondan  on  mina  almaq  qərarını  çıxarır  (yaxud  hakim  böyük 
məbləğ  kəssə  də,  az  cərimə  alınır),  digəri  -   beş  mina,  üçüncü- 
sü -  dörd  (hakimlər də açıq-aydın  bu  surətlə fərqlənirlər);  yaxud 
bəziləri  bütün  məbləğin  ödənməsi  üçün  qərar  çıxarır,  digərləri 
isə  heç  nə  kəsmir.  Onda  səslərin  sayı  hecə  hesablanmalıdır? 
Üstəlik  heç kim  hakimi,  madam  ki,  o,  şərtsiz  bəraət  verir,  yaxud 
ittiham  edir,  əgəryazılan  şikayətlər də  sadəcə  olaraq  qaydasın- 
dadırsa,  qanunu  pozmağa  təhrik  etmir;  bəraət  hökmü  çıxarmaq 
o  qərara  gəlmək  deyil  ki,  müttəhim  heç  nə  verməməlidir,  təkcə 
ona  görə  ki,  o,  iyirmi  mina  borclu  deyil;  fəqət  müttəhimin  iyirmi 
mina  borclu  olduğuna  əmin  olmaya-olmaya  yenə  də  ittihamedi- 
ci  hökm çıxaran  hakim  andını  pozur.
10.  Dövlət üçün  faydalı  nə isə düşünən  adamların  hörmətə, 
şan-şöhrətə  layiq  görülməsinə  gəldikdə  isə  bunu  da  qanuna  sal- 
maq  təhlükəsiz  deyil.  Bu  cür təkliflər  yalnız  üzdə  gözəl  görünür, 
amma  həqiqətdə  yalançı  donoslara  və  hətta  vəziyyətdən  asılı 
olaraq  dövlət  quruluşunun  sarsılmasına  gətirib  çıxara  bilər.  Bu- 
nunla  belə  bu,  artıq  o biri  məsələ  ilə toqquşduğundan  ayrıca  mü- 
zakirə  edilməlidir.  iş  ondadır  ki,  bəziləri  tərəddüd  edirlər,  görən 
atalardan  qalma  qanunlar,  hətta  hər  hansı  bir  təzə  qanun  möv- 
cud  olandan  yaxşı olduqda  belə,  dövlət üçün zərərlidir,  yoxsa xe- 
yirli19.  Buna  görə də yuxarıda  göstərilən təkliflə  dərhal  razılaşmaq 
asan  deyil,  ələlxüsus  onda  ki,  mövcud  olan  quruluşu  dəyişmək 
sərfəli  deyil;  ola  bilər  ki,  kimsə  guya  ümumun  rifahı  naminə  qa- 
nunların, yaxud dövlət quruluşunun  ləğvi haqqında təklif versin.
11.  Bir  halda  ki,  biz  bu  mövzunu  xatırladıq,  onda  bunun 
üzərində  bir  qədər  dayanmaq  düzgün  olardı.  Məsələnin  həlli, 
biz  dediyimiz  kimi,  çətinlik  törədir.  Dəyişiklik  yaxşı  kimi  görünə
63


bilər.  Doğrudan  da  bu,  biliyin  digər sahələri  üçün  xeyirlidir,  m ə - 
sələn,  tibbdə  bu,  əcdadlarda  olduğu  ilə  müqayisədə  irəli  doğru 
inkişaf  etdikdə,  həmçinin  gimnastikada  və  ümumiyyətlə,  bütün 
incəsənət  və  elm  sahələrində.  Siyasəti  də  bu  sıraya  aid  etm ək 
lazım  olduğundan,  yəqin  ki,  onda  da  məsələ  elə  bu  curdur. 
Gerçəkliyin  özü,  demək olar,  bu  müddəanı  təsdiq  edir:  axı  çox- 
dankı  qanunlar olduqca  sadədir və  barbar qanunlarını  xatırladır.
12.  İbtidai  dövrlərdə  yunanlar  silahla  gəzirdilər,  bir-birindən 
özləri  üçün  satın  arvad  alırdılar,  haradasa  saxlanılan  köhnə 
qanunlar,  ümumiyyətlə,  böyük  sadədilliyi  ilə  fərqlənir.  Məsələn, 
Kimdə20  qətlə  dair qanun  belədir:  əgər ittihamçı  özünün  qohum - 
ları  arasından  müəyyən  sayda  qətl  faktını  təsdiqləyən  şahid 
göstərsə,  onda  müttəhim  bununla  qətlin  günahkarı  sayılır.  Ümu- 
miyyətlə  isə,  bütün  insanlar  müqəddəs  yazılara  deyil,  yaxşı  şeyə 
can atırlar;  necə ki,  ilk insanlar- onlartorpaqdanmı  əmələ gəlmiş- 
lər,  yaxud  hansısa  bir  bədbəxtlikdən  qurtulmuşlar  -   adi,  özü  də 
yüksək təfəkkür qabiliyyəti  olmayan  insanlara  bənzəyirlər,  bir növ 
torpaqdan əmələ gəlmişlər barəsində deyildiyi kimi,  onların  hökmü 
altında  qalmaq  ağılsızlıq  olardı.  Üstəlik,  yazılmış  qanunları  dəyi- 
şilməz  halda  saxlamaq  yaxşı  olmazdı:  digər  sənətlərdə  olduğu 
kimi  dövlət  quruluşunda  da  hər şeyi  yazılı  surətdə  dəqiqliklə  ifadə 
etmək  mümkün  deyil.  Axı  qanunları  istər-istəməz  ümumi,  insanın 
fəaliyyətini  isə  fərdi  formada  şərh  etmək  lazım  gəlir.  Buradan 
aydın  olur  ki,  bəzi  qanunları  arabir  dəyişmək  lazımdır.  13.  Amma 
digər  tərəfdən  bu  iş,  görünür  ki,  çox  ehtiyatlı  olmağı  tələb  edir. 
Əgər qanunun  düzəlişi  cüzi  yaxşılaşma  üçündürsə,  qazanılmış  bu 
vərdişləsə  rahatca  qanunu  dəyişdirmək  məqbul  deyilsə,  onda 
aydındır ki,  həm  qanunvericilərin,  həm  də  vəzifəli  şəxslərin  bu  və 
ya  digər  günahlarını  bağışlamaq  daha  yaxşıdır:  əgər  mövcud 
qaydalara riayət etməmək bir adət halını alsa,  dəyişmiş qanunların 
xeyirdən  çox ziyanı olacaqdır.
64
14. 
Həmçinin,  məsələn,  sənət  sahəsindən  iqtibas  gətir- 
mək  aldadıcıdır.  Sənəti  dəyişdirməklə  qanunu  dəyişdirmək 
eyni-eyni  şeylər  deyil.  Axı  qanunun  mövcud  olan  adətlərin  ək- 
sinə  məcbur etdirmək  gücü  yoxdur;  bu,  yalnız zaman  dolandıq- 
ca  həyata  keçir.  Beləliklə,  mövcud  qanunları  digərləri  ilə  dəyiş- 
dirmək ağılsızlıqdır,  yeniləri -  qanunun  güclü  surətdə zəifləməsi 
deməkdir.  Bundan  başqa  əgər qanunlar dəyişikliyə  məruz qalır- 
sa,  onda ortalığa yenə sual  çıxır,  bütün  qanunlarmı  və hər hansı 
dövlət quruluşumu?  Hər yoldan  keçənə,  yoxsa  [bu  və  ya  digər- 
lərinə]  müəyyən  [şəxslərə]  qanunu  dəyişdirməyə  imkan  vermək 
olarmı? Axı  bunlar heç də eyni-eyni  şeylər deyil.  Biz bu  məsələ- 
ni araşdırmağı saxlayaq,  bunu  başqa vaxta qədər təxirə salaq.
VI. 
1.  Lakedemon  və  krit  dövlət  quruluşlarının  müzakirəsi 
zamanı,  demək olar,  bütün  dövlət quruluşlarındakı  kimi  iki  cəhəti 
araşdırmaq  lazımdır:  birincisi,  onların  qanunları  ən  yaxşı  dövlət 
quruluşuna  uyğun  gəlirmi,  ya  yox,  ikincisi,  bu  qanunlar  onlarda 
olan  quruluşun  özünün  canı  və  əsas  xarakteri  ilə  bir  ziddiyyət 
təşkil edirmi.  2.  Hamı tərəfindən  qəbul edilib ki,  çox gözəl quruluş 
istəyən  dövlətdə  vətəndaşlar  ən  zəruri  şeylərin  qayğılarından 
azad  olmalıdırlar.  Lakin  bunu  necə  həyata  keçirməyi  aydınlaşdır- 
maq  çətindir.  Axı  fessal  penestləri  fessaliyalılara  qarşı  tez-tez 
qiyam qaldırmışdılar,  eləcə də  ilotlar spartiatlara  qarşı  (onlar san- 
ki  haçan  özlərinə bədbəxtlik  üz verəcəyindən  çəkinirdilər).  3.  La- 
kin  kritlilərdə  heç  zaman  buna  bənzər  şeylər  baş  verməmişdir. 
Bunu  onunla  izah  etmək  olar  ki,  Kritdə  qonşu  olan  şəhərlər, 
hətta  bir-biriləri  ilə dava etsələr də,  heç zaman  qiyamçılarla  ittifa- 
qa  girməmişlər,  çünki  bu,  özlərinin  periekləri21  olduğuna  görə 
onların  özlərinə  ziyan  yetirə  bilərdi.  Əksinə,  spartiatlarla  bütün 
qonşuları  düşmənçilik  edirdilər:  həm  arqoslar,  həm  messenslər, 
həm  arkadlılar.  Penestlərin  fessaliyalılara  qarşı  ilk  qiyamları,
65


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə