A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə14/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

lakin  bu  axırıncıları  kimsə,  ümumiyyətlə,  çətin  ki,  dövlət  quruluşu 
hesab  etsin,  əgər  onlar  dövlət  quruluşu  hesab  edilsə,  onda  ha- 
mısından  pisi  sayılacaq.  Beləliklə,  kimlər  ki,  bir  neçə  formanı 
qarışdırır,  onlar  doğru  mühakimə  yürüdürlər,  çünki  o  dövlət 
quruluşu  ki,  digər formalarla birləşdirilir,  həqiqətən,  yaxşıdır.
Daha  sonra,  bu  dövlət  quruluşu  belə  məlum  olur  ki,  heç 
bir  monarxiyanın  əsas  prinsiplərini  deyil,  özündə  yalnız  oliqar- 
xiya  və  demokratiyanın  əsas  prinsiplərini  ehtiva  edir,  həm  də 
nəzərə  almaq  lazımdır  ki,  bu,  daha  çox  oliqarxiyaya  meyllidir. 
Bu,  vəzifəli  adamların  təyin  olunması  üsulundan  daha  aydın 
görünür:  onda  ki,  onlar  qabaqcadan  seçilmiş  şəxslər  içərisin- 
dən  püşklə təyin  olunurlar,  bu  quruluş  hər iki  dövlət  quruluşu  ilə 
yaxınlaşır,  amma  onda  ki,  yalnız  böyük  əmlak  senzinə10  malik 
olanlar  xalq  yığıncaqlarında  iştirak  etməyə  borcludurlar,  vəzifəli 
şəxsləri  təyin  etməli  və  ümumiyyətlə,  dövlət  işləri  ilə  məşğul 
olmalıdırlar,  başqaları  isə  bundan  kənarlaşdırılır  -   bütün  bunlar 
oliqarxiyaya  uyğun  gəlir,  eləcə  də  ona  cəhd  göstərilir ki,  vəzifəli 
adamların  əksər  hissəsi,  varlı  adamlardan  təyin  edilsin,  ən 
yüksək vəzifələrə  isə ən  yüksək  mülkiyyət senzinə  malik  oianlar 
yerləşdirilsinlər.
12. 
Şuranın  komplektləşdirilməşi  üsulunu  da  o,  oliqarxiya- 
sayağı  qanuniləşdirir:  seçkilərdə  mütləq  hamı  iştirak  edir,  lakin 
yalnız  birinci  mülkiyyət  təbəqəsindən  olan  adamlar  seçilir,  son- 
ra  təzədən  bu  qayda  ilə  ikincidən,  daha  sonra -   üçüncüdən  se- 
çilir;  lakin  seçkilərdə  üçüncü  və  dördüncü  təbəqələrin  adamları- 
nın  hamısı  iştirak  etməyə  bilər,  bununla  belə  dördüncü  təbəqə- 
dən  olanların  seçkilərdə  iştirakı  yalnız  birinci  və  ikinci  təbəqənin 
adamları  üçün  lazımdır.  Sonra  o,  göstərir  ki,  bu  yolla  seçilənlər 
gərək  hər  təbəqədən  bərabər  sayda  təyin  edilmiş  olsun.  Bu 
qayda  üzrə  aparılan  seçkilərdə  aydındır  ki,  yüksək  mülkiyyət 
təbəqəsinə  mənsub  olanlar  çoxluq  təşkil  edəcək,  həm  də  ən
54
yaxşıları,  bu  işdə  məcburilik olmadığından,  xalq  içərisindən  bəzi 
adamlar seçkilərdə iştirak etməyəcəkdir.
13. 
Bu  formada  olan  dövlət  quruluşunun  demokratiya  və 
monarxiyanın  vəhdətinin  əsas  prinsiplərini  özündə  təmsil  etmə- 
yəcəyi  yuxarıda  göstərilənlərdən  aydındır  və  bundan  sonra 
deyilənlərdən,  haçan  ki,  biz  buna  oxşar  dövlət  quruluşlarını 
araşdırmaq  üzərinə  gələcəyik,  daha  da  aydınlaşacaq.  Vəzifəli 
şəxslərin  seçilməsi  üzərinə  gəldikdə  isə  bunu  qeyd  etmək  la- 
zımdır ki,  haçan  seçkilər qabaqcadan  nəzərdə tutulan  namizəd- 
lərlə  baş  verirsə  vəziyyət  çətinləşir:  əgər  müəyyən  qədər,  hətta 
çox  olmayan  sayda  adam  öz  aralarında  razılığa  gəlmək  istəsə, 
onda  seçkilər həmişə onların  istədikləri  kimi  başa çatacaq.
«Qanunlar»da  dövlət  quruluşu  haqqında  təsvir  edilənlər 
bundan  ibarətdir.
IV. 
1.  Bir  yandan  ayrı-ayrı  şəxslər,  digər  yandan  isə  filo- 
soflar  və  dövlət  xadimləri  tərəfindən  təklif olunan  başqa  dövlət 
quruluşu  layihələri  də  vardır.  Bütün  bu  layihələr  o  biri  ikisinə 
nisbətən  dövlət  həyatının  əsasını  təşkil  edən  mövcud  dövlət  qu- 
ruluşlarına  daha  yaxındır.  Heç  kəs  uşaq  və  qadınların  ümumi 
olması  və  qadın  sissitiyaları  kimi  yenilikləri  daxil  etməyib11,  ək- 
sinə,  bütün  bu  layihəiər  daha  çox  həyatın  tələbi  kimi  üzə  çıxır. 
Bəzilərinə  mülkiyyətə  dair  daha  əhəmiyyətli  əla  qayda  təqdim 
etmək  təklif olunur,  çünki  onlar  bildirirlər  ki,  adətən,  hamı,  məhz 
bu  cür işlər xüsusunda  çəkişməyə  başlayır.  Buna  görə  də Xalke- 
donlu  Faley12  bu  barədə  birinci  olaraq  belə  bir  təklif  vermişdir: 
vətəndaşların  xüsusi  torpaq  sahəsi  bərabər  olmalıdır.  2.  Onun 
fikrincə,  dövləti  təşkil  edən  vaxtda  bu  işi  həyata  keçirmək  çətin 
deyil,  hərçənd  ki,  mülkiyyəti  tənləşdirməyi  mümkün  qədər  tez, 
məhz  bu  tərzdə  etmək  lazımdır:  varlılar  gərək  cehiz  versinlər, 
amma onu almasınlar;  kasıblar isə cehiz vermir,  ancaq onu alır.
55


Platon  «Qanunlar»ı  yazarkən  hesab  edirdi  ki,  mülkiyyətin 
artmasına  müəyyən  həddə  qədər yol  vermək  olar,  yəni:  vətən- 
daşlardan  heç  kimə  mülkiyyəti,  ə w ə l  deyildiyi  kimi,  mövcud 
olan  ən  kiçik  mülkiyyətdən  beş  dəfədən  çox  artırmağa  icazə 
verilməməlidir.  3.  Bu  cür şeylərin  qanuna  salınmasını  ona  görə 
nəzərdən  qaçırmaq  olmaz  ki,  (hal-hazırda  bu  nəzərdən  qa- 
çırılır),  mülkiyyətin  həddi  müəyyən  edilərkən,  həmçinin  uşaqla- 
rın  sayını  da  müəyyənləşdirmək  lazımdır:  axı  uşaqların  sayı 
əgər mülkiyyətin  miqdarından  artıq  olacaqsa,  onda  qanun  [pay- 
ların  bərabərliyi]  hökmən  öz gücünü  itirəcək,  bundan  əlavə  həm 
də  o  pis  olacaq  ki,  varlıların  çoxu  kasıblaşacaqdır,  axı  güman 
etmək  olmaz  ki,  bu  cür  adamlar  qaydaların  dəyişdirilməsinə 
cəhd  göstərməyəcəklər.  4.  Mülkiyyətin  dövlət  münasibəti  üçün 
əhəmiyyət  daşıdığını  -   görünür  ki,  bəzi  keçmiş  qanunvericilər 
də  açıq-aydın  başa  düqmüşdülər.  Beləcə,  məsələn,  Solon  qa- 
nun  təsis  etmişdir ki,  (bu  başqalarında  da  mövcuddur)  bu,  istə- 
nilən  qədər torpaq  əldə etməyi  qadağan  edir.  Eyni  qaydada  qa- 
nun  mülkiyyətin  satışını  qadağan  edir;  məsələn,  lokrlarda13 
mövcud  olan  qanun,  əgər  adam  sübut  edə  bilməsə  ki,  ona 
açıq-aşkar  fəlakət  üz  verib,  mülkiyyətin  satışını  qadağan  edir. 
Həmçinin  çoxdankı  torpaq  sahələrinin  saxlanması  haqqında 
qanun  var,  bu  qanunun  Levkadda  ləğvi  ona  gətirib  çıxardı  ki, 
burdakı  dövlət  quruluşu  həddindən  artıq  demokratikləşdi:  mə- 
lum  oldu  ki,  canfəşanlıqla  vəzifə  əldə  etmək  açıq-aşkar senzsiz 
də  mümkünmüş.  5.  Gəlin  mülkiyyətin  bərabər  olmasının  müm- 
künlüyünü  zənn  edək;  bu  halda  mülkiyyət  ya  həddindən  artıq 
böyük  olacaqdır  ki,  bu  dəb-dəbəyə  gətirib  çıxaracaq,  ya  da, 
əksinə,  son  dərəcə  az  olacaqdır  ki,  bu  yaşayışı  çox  kasıblaşdı- 
racaqdır.  Buradan  aydın  olur  ki,  qanunvericiyə  daha  mülkiyyəti 
tənləşdirmək  kifayət  deyil;  o,  nəsə  orta  bir  məxrəcə  gəlməlidir. 
Lakin  hətta  kimsə əgər hamı  üçün  mülkiyyəti  orta  həddə  müəy-
56
yənləşdirsəydi,  yenə 
b unun  h e ç   bir  xe yri  olm ayacaqdı,  çünki 
mülkiyyətdən  çox,  insanda  olan  tamahı  tarazlığa  gətirmək  la- 
zımdır.  Buna  isə o  halda  nail  olmaq  mümkündür ki,  vətəndaşlar 
qanunlar vasitəsi  ilə lazım olan  kimi tərbiyələnsinlər.
6.  Buna  Faley,  ola  bilsin,  deyərdi  ki,  o  da  bu  müddəa  ilə 
razıdır,  çünki  onun  fikrincə  də  dövlətlərdə  bərabərçiliyin  həyata 
keçməsinə  iki  cür münasibət göstərmək  lazımdır:  mülkiyyətə  yi- 
yələnməyə  münasibət  və  tərbiyəyə  münasibət.  Lakin  bu  tərbi- 
yənin  nədən  ibarət 
o l
masını  göstərmək  lazımdır,  əgər desək  ki, 
hamının  tərbiyəsi  eyni  olacaq,  onda  bu  heç  bir  xeyir  verməyə- 
cək.  Bu,  hamı  üçün  eyni  ola  bilər,  lakin  buna  yiyələnən  vətən- 
daşlar hər halda  acgözlüklə  pula,  yaxud  şan-şöhrətə,  yaxud  da 
hər ikisinə birlikdə can  atacaqlar.
7.  Bundan  əlavə  insanlar  yalnız  əmlak  bərabərsizliyinə 
görə  deyil,  həm  də  olduqları  qeyri-bərabər  mənsəbə,  rütbəyə 
görə  qısas  almağa  başlayırlar.  Qısasçılıq  isə  göstərilən  hər  iki 
halda  ziddiyyət təşkil  edir.  Kütlə  qısasçılığa  əmlak  bərabərsizliyi 
ucbatından  başlayır,  ziyalı  adamlar  isə  -   mənsəbə,  rütbəyə 
görə,  buna  da  o  vaxt  gedirlər  ki,  onları  hamı  ilə  eyniləşdirirlər. 
Bu  barədə  də  deyilir:  «Eyni  bir  rütbə  həm  qorxaqlara,  həm  də 
cəsurlara  verilir».  Adamlar  bir-birinə  qarşı  yalnız  ən  zəruri  şey- 
lər  üstündə  ədalətsiz  hərəkət  etmirlər  (Faley  buna  tədbir  kimi 
mülkiyyəti  bərabərləşdirməyi  nəzərdə  tuturdu,  belə  ki,  heç  kəsə 
soyuqdan,  yaxud  kasıbçılıqdan  oğurluq  etmək  lazım  olmayacaq- 
dı),  həmçinin  də  ona  görə  ki,  şad-xürrəm  yaşasınlar və  öz  arzu- 
larını  həyata  keçirsinlər.  Əgər  onlar  ən  vacib  ehtiyaclarından 
daha  çox  şey  arzu  etsələr,  onda  onlar,  məhz  özlərinin  bu 
arzularını  təmin  etməkdən  ötrü  başqalarını  incidəcəklər.  8.  Bu  üç 
pis  şeyə  qarşı  hansı  çarə  köməklik  göstərə  bilər?  Bir  çoxları  -  
kiçik  mülkiyyətə  və  işə  malikdir,  digərləri  qənaətkardır;  üçün- 
cülərə  gəldikdə  isə  əgər  kimsə  öz-özünü  şad  görmək  istəyirsə,
57


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə