A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə17/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   13   14   15   16   17   18   19   20   ...   104

həmçinin  onun  nəticəsində  baş  vermişdi  ki,  axırıncılar  hələ  öz 
qonşuları  ilə -  axeylərlə,  perreblərlə və  maqnetlərlə  sərhəd  boyu 
müharibəiər  aparırdılar.  4.  Bütün  bunlardan  başqa  tabeçilikdə 
olanlara  nəzarət  etmək,  görünür  ki,  məsələnin  çətinliyini  təşkil 
edir:  onlarla  necə  rəftar etmək  lazımdır?  Əgər onlar  başlı-başına 
buraxılsa,  həyasızlıq  göstərməyə  başlayacaqlar  və  özləri  üçün 
öz  ağaları  kimi  bərabər  hüquqlu  olmağı  tələb  edəcəklər,  əg ər 
onlar  əsarət  altında  saxlanılsa,  ağalarına  qarşı  bəd  əməllərdə 
bulunacaqlar  və  onları  görməyə  gözləri  olmayacaq.  Beləliklə, 
aydındır ki,  ilotlarla  işi  bu  yerə  gətirib  çıxaranlar,  onlarla  ən  yaxşı 
pəftar  üsülunu  tapa  bilməyiblər.  5.  Qadınların  həddindən  artıq 
sərbəst  vəziyyəti  [lakedemon]  dövlət  quruluşunun  əsas  məq- 
sədindən  doğan  nöqteyi-nəzərə 
görə  zə rə rlid ir  və
  ümumiyyətlə, 
dövlətin  xoşbəxtliyinə  (eydaimonian)  xidmət  etmir.  Axı  necə  ki, 
kişi  və  qadın  ailənin  bir  hissəsidir,  eləcə  də  dövləti  mütləq  iki 
hissəyə  -   kişi  və  qadın  əhalisinə  bölünmüş  kimi  zənn  etm ək 
lazımdır.  O  dövlət  quruluşunda,  hansında  ki,  qadının  vəziyyəti  ilə 
əlaqədar  işlər  pisdir,  dövlətin  yarısı  istər-istəməz  qanuna  zidd 
vəziyyətə  düşür.  Bu  isə  Lakedemonda  baş  vermişdir:  qanun- 
verici  dövlətin  bütövlükdə  möhkəm  olması  arzusunda  bulundu- 
ğundan  kişi  əhalisinə  qarşı  öz  məqsədinə  tamamilə  nail  olmuş- 
du,  lakin  bunu  qadın  əhalisinə  qarşı  etməyə  laqeydlik  göstər- 
mişdir:  Lakedemonda  qadınlar  cah-cəiala  meyl  salıb  sözün  əsl 
mənasında,  kefləri  istədikləri  kimi  həyat  sürürlər.  6.  Bu  cür dövlət 
quruluşunda,  xüsusən  də  əgər  qadınlar  kişilərə  rəhbərlik  edir- 
lərsə,
  var-dövlət  böyük  əhəmiyyət  daşımalıdır,  bu  da  keltləri 
istisna  etməklə  döyüşkən  tayfaların  çoxunun  arasında  və  ola 
bilər  ki,  bir çox  başqalarında  -   kişi  ilə  əlaqədə  olmaq  açıq-aşkar 
üstünlük  təşkil  edənlərdə  müşahidə  olunur.  Deyəsən,  birinci 
mifoloq  Aresini22  Afroditaya23  yaraşdırmaqda  düzgün  hərəkət 
edib:  yuxarıda  xatırlanan  bütün  tayfalar,  görünür  ki,  ya  kişilərlə,
66
ya  da  qadınlarla  sevgi  əlaqəsində  bulunmağa  böyük  həvəs 
göstərirlər.  7.  Lakedemonlularda  da  həmin  bu  şey  olmuşdu  və 
onların  hegemonluğu  zamanı,  onlarda  çox  şey  qadınların 
ixtiyarında  olmuşdu24.  Doğrudan  da  fərq  nədədir:  qadınlar 
rəhbərlik  edirlər,  yoxsa  vəzifəli  şəxslər  qadınlar tərəfındən  idarə 
edilir?  Nəticə  eynidir.  Ədəbsizlik  gündəlik  həyatda  heç  bir şeyə 
xeyir  gətirmir,  bu,  görəsən  təkcə  müharibədə  gərəkdirmi,  lakin 
lakedemon  qadınları  burda  da  çox  ziyan  verdilər;  bu  özünü 
fivansların  basqını  zamanı  açıq-aydın  göstərdi:  burda  başqa 
dövlətlərdə  olduğu  kimi  qadınlar  heç  bir xeyir vermədilər,  ancaq 
düşmənlərdən  çox,  onlar  çaxnaşma  yaratdılar.  8.  İlk  əw əl 
lakedemon  qadınlarının  sərbəst  həyat  tərzi  keçirmələrinin, 
görünür
 ki, 
səbəbi  vardı,  belə  ki,
  kişilər onda  arqoslarla,  sonrasa 
arkadlılar  və  messenslərlə  müharibə  apardıqlarından  uzun 
zaman  vətəndən  kənarda  hərbi  yürüşlərdə olurdular25.  Haçan  ki, 
dinc  dövrlər  başlandı,  qanunvericinin  fikrincə,  keçirdikləri  əskəri 
yaşayışın  hesabına  kişilərin  hazırlığı  yaxşı  oldu  (bu  yaşayışın 
çoxlu  yaxşı  cəhətləri  vardır).  Likurq  idarəçilikdə  bulunan  zaman 
öz  qanunlarını  qadınlar  üçün  də  intişar  etdirmək  istədi,  onlar 
müqavimət  göstərməyə  başladılar,  belə  ki,  o,  geri  çəkilməyə 
məcbur  oldu.  9.  Beləliklə,  baş  verənlərin  səbəbi  yuxarıda 
göstərilən  nöqsanlardır.  Amma  biz  kimin  döğru,  kimin  günahkar 
olduğunu  deyil,  nəyin  düzgün, 
nəyinsə  yanlış  olduğunu 
araşdırırıq.  Qadınların  qeyri-normal  vəziyyəti  təkcə  dövlət 
quruluşunun  özünə  yaraşmayan  bir  cəhət  deyil,  əvvəl  deyildiyi 
kimi,  həm  də  müəyyən  dərəcədə  tamahkarlığa  səbəb  olur.  10. 
Belə  fikirlərdən  sonra  bəziləri  çox  güman,  tənə  ilə  mülkiyyətin 
qeyri-bərabər 
bölüşdürülməsini 
göstərməyə 
başlayacaqlar: 
məlum  olacaq  ki,  vətəndaşlarıin  bir  qismi  mülkiyyətə  çox  böyük 
dərəcədə  yiyələnib,  digərləri  -   tamailə  az.  Buna  görə  də  iş  o 
yerə  çatmışdır  ki,  torpaq  mülkiyyəti  bir  para  adamların  əlində
67


cəmlənmişdir. 
Buna  dair  olan 
qanunlar  eyni 
zam anda 
qüsurludur:  qanunverici  düzgün  hərəkət  edərək  əldə  olan 
mülkiyyətin alqı  və satqısını  pis  birşey kimi  damğalamışdı,  am m a 
o,  bu  mülkiyyəti  bağışlamaq  və  bunu  miras  kimi  vəsiyyət  etm ək 
istəyənə  hüquq  vermişdi,  bəs  axı  bu  halda  nəticə  istər-istəməz 
satqıdakı  kimi  alınır.  11.  Qadınlar bütün torpağın təxminən  beşdə 
ikisinə  yiyələniblər,  cünki  xeyli  sayda  varis  qız  vardır26,  həm  də 
qıza  böyük  cehiz  verirlər.  Qızlara  heç  bir  cehiz  verilməməsinin, 
yaxud  cüzi,  ya  orta  halda  cehiz  verilməsinin  qanuna  salınması 
yaxşı  olardı...27  Hal-hazırda  ata  könüllü  surətdə  varis  qızını  kimə 
istəsə  ərə  verə  bilər.  Əgər  o,  vəsiyyətnamə  qoymadan  vəfat 
etsə,  onda  ondan  sonra  qalan  varis  də  [cehizi]  kimə  istəsə  verə 
bilər.  Belə çıxır ki,  dövlət min  beş yüz atlını  və otuz  min  ağır silah 
gəzdirən  əskəri  yedirtməyə  qadir  olsa  da,  onlardan  heç  mini 
yığılmayıb.  12.  Faktların  özü  bunu  göstərir  ki,  Lakedemonda 
bütün  bu  qaydalar  nə  cür  pis  təşkil  edilmişdi:  hər  halda  dövlət 
düşmən  zərbəsinə  tab  gətirmədi  və  məhz  adam  azlığına  görə 
məhv oldu28.  Deyirlər,  ilk çarların  vaxtında  vətəndaş  olmayanlara 
da  vətəndaşlıq  hüququ  verirdilər,  belə  ki,  o zaman  uzunmüddətli 
müharibələrin  aparılmasına  baxmayaraq  adam  azlığı  olmurdu  və 
spartiatlarda  vaxtilə  on  minə  yaxın  adam  olub:  bu,  belədirmi  ya 
yox,  amma  yaxşısı  odur  ki,  dövlətdə  mülkiyyətin  bərabər 
bölünməsi  nəticəsində adam çox olsun.
13. 
Uşaq  doğumuna  aid  olan  qanunlar,  həmçinin  adam 
azlığının  qarşısını  almaq  məqsədi  güdür,  qanunverici  spartiat- 
ların  daha  çox  olmasına  cəhd  göstərərək,  vətəndaşlarda  müm- 
kün  qədər  çox  uşaq  döğumuna  həvəs  oyadır.  Onlarda  hətta 
qanun  vardır ki,  üç  oğül  atası  hərbi  xidmətdən  azad  edilir,  dörd 
oğul  atası  isə  bütün  mükəlləfiyyətlərdən.  Bununla  belə  aydındır 
ki,  hətta əhalinin  artımı zamanı  torpaq mülkiyyəti  bölgüsünə  dair 
mövcud  olan  qayda  istər-istəməz kasıbların  sayını  artıracaqdır.
68
14. 
Eforatla  da  iş  pisdir.  Bu  hökümət  orqanı  onlarda  idarə 
etmənin  mühüm  sahələrinə  nəzarət edir;  bu  da  bütün  vətəndaş 
əhalisi  içərisindən  tamamlanır,  belə  ki,  hökumətin  tərkibinə  ta- 
mamilə  kasıb  adamlar  düşür  ki,  təmin  olunmadıqlarına  görə 
onları  asanlıqla pulla  ələ  almaq  olur və  əvvəlki  vaxtlarda  bu  cur 
ələ  almalar  tez-tez  baş  verirdi,  həm  də  bu  yaxınlarda  bunlar 
andros  işində  də  olmuşdu,  onda  ki,  eforatlardan  bəziləri  pulla 
yoldan  çıxarılmışdılar,  bütün  dövləti,  bu  hər  halda  onlardan  nə 
qədər asılı  idisə,  məhv etmişdilər29.  Eforatların  səlahiyyəti  müs- 
təbid  səlahiyyəti  kimi  böyük  olduğundan,  hələ  çarların  özləri  də 
demaqoqluğa  əl  atmağa  məcbur  olurdular  ki,  bundan  da  həm- 
çinin  dövlət  quruluşuna  ziyan  dəyirdi:  apistokratiyadan  demok- 
ratiya  əmələ  gəlirdi.  15.  Əlbəttə,  bu  dövlət  orqanı  dövlət qurulu- 
şunu  möhkəmlədir,  çünki  xalqın  yüksək  dövlət  adamlarına  yolu 
olduğundan  dinc durur;  belə  vəziyyət təsadüf nəticəsində  yara- 
narkən  bu,  faydalı  olur,  axı  uzun  müddət mövcud  olmağı  nəzər- 
də  tutan  dövlət  quruluşunun  məqsədi  ona  xidmət  etməlidir  ki, 
dövləti  təşkil  edən  bütün  hissələr,  mövcud  qaydaların  saxlan- 
masında  istədiyini  tapsın30.  Çarlar  bunu  onlara  göstərilən  hör- 
mətə  görə,  yüksək  cəmiyyətin  adamları  (kaloi  k’agathoi)  -  
herontlara  görə  (bu  vəzifəyə  seçilmək  bir  növ  yaxşılığa  görə 
mükafatdır),  xalq -  eforata  görə  və  ona görə  ki,  hamıdan  komp- 
lektləşdirilir.  16.  Amma  bu  vəzifəyə  bütün  vətəndaşlar  içərisin- 
dən  seçib,  təyin  etmək  lazım  idi,  həm  də  indiki  dövrdə  edildiyi 
kimi  həddindən  artıq  uşaqsayağı  yox.  Üstəlik,  eforatlar  vacib 
məhkəmə  işlərinə  dair  qərar  çıxarırlar,  bununla  belə  məlumdur 
ki,  onların  özləri  təsadüfi  adamlardır;  buna  görə  düzgün  olardı 
ki,  onlar  öz  hökmlərini  şəxsi  mülahizələrinə  görə  yox,  qanuna 
istinad  etməklə  çıxarsınlar.  Eforatların  özlərinin  həyat tərzi  döv- 
lətin  ümumi  ab-havasıyla  düz  gəlmir:  onlar həddindən  artıq  sər- 
bəst  yaşaya  bilərlər,  halbuki  başqalarına  qarşı  daha  çox  gərək-
69


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə